Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-702/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi Bəylər Piriyevin, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı memarlıq planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ona məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yenidən qurulmasına dair tərtib olunmuş memarlıq-planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 35 A ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yenidən qurulması zərurəti yaranmışdır. Həmin fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən Memarlıq-Planlaşdırma həlli tərtib olunmuşdur. Cavabdehnə məlumatlandırma icraatı qyadasında Memarlıq-Planlaşdırma həlli göndərilmişdir. Lakin, Cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyini əsas gətirərək müraciətindən imtina etmişdir. Cavabdeh qeyd olunan əsaslarla müraciətindən imtina etməsi qanunsuz və əsassızdır. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1-ci və 80-ci maddələrinə istinda edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni 1-ci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.3-cü maddəsinə əsaslanaraq, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra orqanına məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzrərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini təqdim edir. İddiaçının təqdim etdiyi memarlıq planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə (ara məsafəsi,tikinti sıxlığı, tikinti sıxlığı əmsalı) uyğun tərtib edilmədiyindən, məsələnin icrası məqsədəmüvafiq hesab edilməmiş və bu barədə vətəndaşa rəsmi cavab məktubu ünvanlanmışdır. Memarlıq planlaşdırma həllindəki nöqsanların aradan qaldırılaraq təkrar müraciət olunmasının vacibliyi iddiaçıya bildirilsə də, iddiaçı tərəfindən bu iradlara məhəl qoyulmayaraq qanunsuz əməllərin həyata keçirilməsi prosesi başlanmışdır. Cavabdeh əməkdaşları tərəfindən sözügedən ünvana yerində baxış keçirilən zaman ərazidə geniş miqyaslı mehmanxana tipli tikinti işlərinin aparılması faktı aşkar edilmiş, dərhal görülmüş təcili tədbirlər nəticəsində tikinti işlərinin qarşısının alınması məqsədilə iş icraçılarına ciddi xəbərdarlıq olunmuş və hüquqmühafizə orqanı tərəfindən əmək müqaviləsiz fəaliyyət göstərən işçilərə, o cümlədən aparılmış qeyri-qanuni tikinti işləri barədə protokollar tərtib olunmuşdur. Ərazidə aparılan qeyri-qanuni tikinti işləri barədə Bakı şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Səbail Rayon Polis İdarəsinə rəsmi müraciət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Rayon İcra Hakimiyyətinə daxil olmuş MİHO/2.1-2022-773 saylı, 27.01 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sözügedən tikinti obyekti barədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci və 95-ci maddələrinin tələblərinə uyğun müvafiq tədbirlər görülməlidir və bu məqsədlə tərəflərindən FHN Tikintidə X2 Agentliyinə rəsmi müraciət olunmuşdur. Əlavə olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********18 saylı, 02.12.2021-ci il tarixli məktubu əsasında qeyd edirlər ki, Səbail rayonu, ünvan 4 ünvanında vətəndaş İddiaçı mülkiyyətinə verilmiş 0.11 ha torpaq sahəsindən (yaşayış məntəqələrinin torpaqları kateqoriyalı) əlavə olaraq təxminən 0.02 ha dövlət mülkiyyətində olan ərazinin özbaşına tutulması, eləcə də, qeyri-yaşayış obyektinin inşa edilməsi faktı aşkar edilmişdir. Həmçinin, FHN Tikintidə X2 Agentliyi tərəfindən həmin ərazidə iddiaçı tərəfindən tikinti işlərinin dayandırılması barədə 0533 nömrəli, 25 avqust 2021-ci il tarixli “Qərar” verilmişdir. Nəzərə çatdırırlar ki, iddiaçının öz iddiası ilə Səbail rayonu, ünvan 5 ünvanda yerləşən tikilinin yenidən qurulmasına dair tərtib olunmuş memarlıq planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi öhdəliyinin Cavabdehnə həvalə etmək niyyəti olsa da, 0.02 ha dövlət mülkiyyətində olan ərazinin tərəfindən özbaşına tutulması, eləcə də, qeyri-yaşayış obyektinin inşa edilməsinə öz iddiasında toxunmamışdır. Bir daha qeyd etmək istəyirlər ki, məlumatlandırma icraatı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı tətbiq olunur. İddiaçı fərdi yaşayış evinin tikintisi ilə bağlı müraciət etsə də, qanunsuz şəkildə mehmanxana tipli qeyri-yaşayış obyektinin inşa edilməsini hədəfləmiş, hal-hazırki iddia ilə isə absurd yanaşma ortaya qoymuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, nümayəndə və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 04.02.2020-ci il tarixli, Ə-61 nömrəli məktubla verilmiş X8 barədə Səbail RİH-nin arxiv fondu üzrə 29.10.1999-cu il tarixli, 1462 saylı sərəncamının surətindən görünür ki, Bibi-Heybət qəsəbəsinin nümayəndəliyi tərəfindən tərtib edilmiş aktla və yerləşmə cizgisinə əsasən uzun müddət bağ sahəsinə qulluq etdiyini nəzərə alaraq, Salyan şossesi 35 “A” unvanında yerləşən mövcud bağ sahəsi X4 adına sənədləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 27.02.2020ci il tarixli, İ-131 nömrəli məktubla verilmiş Cavabdeh arxiv fondu üzrə 29.10.1999-cu il tarixli, 1462 saylı sərəncamına əlavə edilmiş cizgi sənədinin təsdiq edilmiş kserosurətindən görünür ki, həmin sərəncama əsasən C.Novruzova ayrılmış bağ sahəsinin cizgisi tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 13.11.2020-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 35 A ünvanında, xüsusi mülkiyyətdə olan 0.1069 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 899.50 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan memarlıq planlaşdırma həllinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 35 A ünvanında yerləşən İddiaçı məxsus yaşayış evinin yenidən qurulması ilə bağlı memarlıq planlaşdırma həlli 2020-ci il tarixdə "xxxx" MMC tərəfindən tərtib edilmişdir. Həmin memarlıq planlaşdırma həllinə əsasən mövcud binanın ümumi sahəsi 899.50 kv.m, tikinti altı sahəsi 544.1 kv.m, o cümlədən yaşayış sahəsi 466.2 kv.m, genişləndirilməsi nəzərdə tutulan sahə isə 2307.22 kv.m göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 10-Q-11- 151 nömrəli, 01.03.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının tikinti işlərinin aparılmasına icazə verilməsi barədə Cavabdehnə ünvanladığı 28 yanvar 2021-ci il tarixli, Q-11-151 saylı müraciətinə baxılaraq bildirilmişdir ki, təqdim etdiyi memarlıqplanlaşdırma həlli Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyindən qaldırılan məslənin icazəsi məqsədəmüvafiq hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş Cavabdeh başçısının 506 nömrəli, 11 aprel 1997-ci il tarixli “Səlyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə” sərəncamının surətindən görünür ki, Bibiheybət qəsəbəsi, Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələri X1 adına sənədləşdirilmiş və orada fərdi evin tikintisinə icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 08.07.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şıx qəsəbəsi, ünvan 7 ünvanında 2000 kv.m-ə yaxın sahədə anbar tikintisi və Bibiheybət yolu “Socar” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz 400 kv.m sahədə təyinatı məlum olmayan tikinti işlərinin aparılması faktları ilə bağlı heç bir tədbir görülməməsi müşahidə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Cavabdeh Başçısına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin rəis müavininə ünvanlanmış 23.07.2021-ci il tarixli, XO-02-04-2021-02207 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət yolunun sol hissəsində təyinatı məlum olmayan tikinti işlərinin aparılması ilə əlaqədar müvafiq tədbirlər görülməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış 30.06.2021-ci il tarixli 37/38-04443 nömrəli məktuba Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılaraq bildirilmişdir ki, Səbail rayonu, Bibiheybət yolu, “SOCAR” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz 400 kv.m sahədə təyinatı məlum olmayan tikinti işləri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintiyə X2 Agentliyinə 16.06.2021-ci il tarixli məktubla müraciət olunmasına baxmayaraq, bu günədək konkret heç bir tədbir görülməmiş və Komitəyə tərəflərindən mövzu ilə əlaqədar məlumat verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq qeyd olunan ünvanda şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində zəruri tədbirlərin görülməsinin təmin edilməsi, nəticəsi barədə Komitəyə məlumat təqdim edilməsi xahiş edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, tikintinin planlaşdırılması sahəsində pozuntulara görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur və yuxarıda qeyd olunan Qaydaların 5.1.4-cü yarımbəndinə əsasən şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün verilmiş göstərişlərin icrasını vaxtında və ya lazımınca təmin etməyən dövlət orqanları barədə onların yuxarı orqanları və aidiyyəti üzrə digər orqanlar Komitə tərəfindən məlumatlandırılır. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Cavabdehnə və Səbail rayon Polis İdarəsinə ünvanlanmış 37/34-06241 nömrəli, 02.09.2021-ci il tarixli məktubdan görünür ki, mütəxəssislər tərəfindən Səbail rayonunun inzibati ərazisində aparılan tikinti-quraşdırma işlərinə dövlət nəzarəti həyata keçirilən zaman Səbail rayonu, Bibiheybət yolunun sol hissəsində fiziki şəxs Əliyev Nazim tərəfindən 2 səviyyə zirzəmili, 2 mərtəbəli təyinatı məlum olmayan tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri aparıldığı üçün sifarişçiyə tərəflərindən tikinti işlərinin dayandırılması barədə 25 avqust 2021-ci il tarixli, 0533 nömrəli “Qərar” verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinin tələblərinə uyğun olaraq, qəbul edilmiş qərar icra üçün sifarişçiyə verilməsinə baxmayaraq, tikinti işləri davam etdirildiyi üçün tikinti ərazisinə nəzarətin gücləndirilməsi məqsədilə qərarın surəti göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə və Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 02 dekabr 2021-ci il tarixli, **********18 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən monitorinq aparılan zaman Səbail rayonu, Salyan şossesi 35 A ünvanında vətəndaş İddiaçı mülkiyyətinə verilmiş 0.11 ha torpaq sahəsindən (yaşayış məntəqələrinin torpaqları ketoqoriyalı) əlavə olaraq təxminən 0.02 ha dövlət mülkiyyətində olan ərazinin özbaşına tutulması, eləcə də, qeyri-yaşayış obyektinin inşa edildiyi faktı müəyyən edilmişdir. Göstərilən torpaqayırma qaydaların, eləcə də, tikinti norma və şərtlərinə uyğun olub-olmamasının araşdırılmasını, uyğunsuzluq aşkar edildikdə səlahiyyətlərinə aid müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. İşdə olan Cavabdeh tərəfindən Bakı şəhər İcra Hakimiyyətin başçısına, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin rəisinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə ünvanlanmış 12.01.2022ci il tarixli məktublardan görünür ki, rayon ərazisində qanunsuz tikinti işlərinin qarşısının vaxtında alınması məqsədilə tərəflərindən aparılmış növbəti monitorinq zamanı Səbail rayonu, ünvan 11 ünvanında dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, İddiaçı tərəfindən aktiv sürüşmə zonası ehtimal olunan ərazidə qanunsuz, genişmiqyaslı mehmanxana tipli tikintinin davam etdirilməsi faktı aşkar edilmişdir. İddiaçı Cavabdehnə Q-11-151 saylı, 28.01.2021-ci il tarixli ərizə ilə müraciət edərək, mülkiyyətində olan mövcud tikilidə əlavə tikiti işlərinin aparılması məqsədilə təqdim olunmuş memarlıq planlaşdırma həllinin təsdiq olunmasını xahiş etmişdir. Təqdim olunmuş memarlıq planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun tərtib edilmədiyindən, məsələnin icrası məqsədəmüvafiq hesab edilməmiş və bu barədə vətəndaşa rəsmi cavab məktubu ünvanlanmışdır. Lakin, bir müddət əvvəl Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sözügedən ünvana baxış keçirilən zaman ərazidə geniş miqyaslı tikinti işlərinin aparılması faktı aşkar edilmiş, dərhal görülmüş təcili tədbirlər nəticəsində tikinti işlərinin qarşısının alınması məqsədilə iş icraçılarına ciddi xəbərdarlıq olunmuş və hüquqmühafizə orqanı tərəfindən əmək müqaviləsiz fəaliyyət göstərən işçilərə, o cümlədən aparılmış qeyri-qanuni tikinti işləri barədə protokollar tərtib olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, aparılan qeyri-qanuni tikinti işləri barədə bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Səbail rayon Polis İdarəsinə məlumat verilmişdir. Tikinti işlərinin qarşısının alınması məqsədilə dəfələrlə görülmüş tədbirlərə baxmayaraq, İddiaçı tərəfinədn aktiv sürüşmə zonası ehtimal olunan ərazidə heç kimə məhəl qoyulmadan geniş miqyaslı mehmanxana tipli tikinti işlərinin aparılması davam etdirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, gələcəkdə insan tələfatı ilə nəticələn biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması məqsədilə qanunsuz tikinti işlərinin dayandırılmasına köməklik göstərilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Bakı şəhəri Cavabdehnə ünvanlanmış 37/34-009396 nömrəli, 11.02.2022-ci il tarixli məktubdan görünür ki, müraciətə baxılaraq bildirilmişdir ki, araşdırma zamanı sözügedən ünvanda 2 səviyyə zirzəmili, 2+ mansarda mərtəbəli olmaqla tikinti işlərinin aparılması, hal-hazırda dam örtüyünün quraşdırılması müəyyən edilmişdir. 2021-ci ilin iyun ayında mütəxəssislər tərəfindən rayon ərazisində tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman, həmin ünvanda tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Tərəflərindən həmin tikinti işlərinin aparılmasının qanunauyğunluğunun araşdırılması və Agentliyə məlumat verilməsi barədə Cavabdehnə 26 iyun 2021-ci il tarixli müraciət ünvanlanmışdır. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Səbail rayon İcra Hakimiyətinə və Səbail rayon Polis İdarəsinə tərəflərindən 30 iyun 2021-ci il tarixli telefonoqram göndərilmiş, lakin müraciətlərinə cavab verilməmişdir. Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 0533 nömrəli, 25 avqust 2021-ci il tarixli “Qərar" verilmiş, tikinti ərazisinə nəzarətin gücləndirilməsi məqsədilə tərəflərindən 02.09.2021-ci il tarixli, 37/34-06241 nömrəli məktubla Cavabdehnə və Səbail rayon Polis İdarəsinə müraciət olunmuş, qərarın surəti hər iki ünvana göndərilmişdir. Yenə də, müraciətinə cavab verilməmişdir. Agentlik tərəfindən qeyd olunan qanunsuz tikinti ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş söküntü qərarının qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qyadaları”nın 3.6-cı bəndinə göstərilən tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin tikinti üçün ayrılmadığı barədə müvafiq aktın Agentliyə təqdim edilməsi haqqında tapşırıq verilməsi xahiş edilmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh tərəfindən Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyinə ünvanlanmış 2/10-257 nömrəli, 03.03.2022-ci il tarixli məktubdan görünür ki, bir müddət əvvəl İddiaçı Səbail rayon İcra Hakimiyətinə Q-11-151 saylı, 28.01.2021-ci il tarixli ərizə ilə müraciət edərək, mülkiyyətində olan mövcud tikilidə əlavə tikinti işlərinin aparılması məqsədilə təqdim olunmuş memarlıq planlaşdırma həllinin təsdiq olunmasını xahiş etmişdir. Təqdim olunmuş memarlıq planlaşdırma həlli Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun tərtib edilmədiyindən, məsələnin icrası məqsəmüvafiq hesab edilməmiş və bu barədə vətəndaşa rəsmi cavab məktubu ünvanlanmışdır. Lakin, daha sonra Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sözügedən ünvana yerində baxış keçirlən zaman ərazidə geniş miqyaslı tikinti işlərinin qarşısının alınması məqsədilə iş icraçılarına ciddi xəbərdarlıq olunmuş və hüquqmühafizə orqanı tərəfindən əmək müqaviləsiz fəaliyyət göstərən işçilərə, o cümlədən aparılmış qeyri-qanuni tikinti işləri barədə protokollar tərtib olunmuşdur. Aparılan qeyri-qanuni tikinti işləri barədə bir müddət əvvəl Bakı şəhər icra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Səbail rayon Polis İdarəsinə rəsmi müraciət edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Rayon İcra Hakimiyyətinə daxil olmuş MİHO/2.1-2022-773 saylı, 27.01.2022-ci il tarixli cavab məktubunda qeyd edilir ki, sözügedən tikinti obyekti barədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci və 95-ci maddələrinin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən FHN Tikintidə X2 Agentliyinə rəsmi müraciət olunmuşdur. Əlavə olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********018 saylı, 02.12.2021-ci il tarixli məktubu əsasında qeyd edirlər ki, Səbail rayonu, Salyan şossesi, ev 35 A ünvanında İddiaçı mülkiyyətinə verilmiş 0.11 ha torpaq sahəsindən (yaşayış məntəqələrinin torpaqları kateoqriyalı) əlavə olaraq təxminən 0.02 ha dövlət mülkiyyətində olan ərazinin özbaşına tutulması, eləcə də, qeyri-yaşayış obyektinin inşa edilməsi faktı aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq, qaldırılan məsələ ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki mübahisənin predmetini İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 35 A ünvanında 0.1069 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 899.50 kv.m olan fərdi yaşayış evinin genişləndirilməsinə (yenidənqurulmasına) dair "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə tərtib edilmiş memarlıq planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi təşkil edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən 10-Q-11-151 nömrəli, 01.03.2021-ci il tarixli məktubla, təqdim edilmiş memarlıq-planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyindən qaldırılan məsələnin icazəsinin məqsədəmüvafiq hesab edilməməsi əsası ilə imtina edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 01 mart 2021-ci il tarixli, 10-Q-11-151 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 899.50 kv.m olmaqla, 0.1069 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsindədir. "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə tərtib edilmiş memarlıq planlaşdırma həllinə əsasən genişləndirilməsi nəzərdə tutulan sahə 2307.22 kv.m müəyyən edilmişdir. İddiaçı sözügedən memarlıq planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən 10-Q-11-151 nömrəli, 01.03.2021-ci il tarixli məktubla, təqdim edilmiş memarlıq-planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyindən qaldırılan məsələnin icazəsinin məqsədəmüvafiq hesab edilməməsi əsası ilə imtina edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən 2021-ci ilin iyun ayında rayon ərazisndə tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman, həmin ünvanda tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Agentlik tərəfindən həmin tikinti işlərinin aparılmasının qanunauyğunluğunun araşdırılması və Agentliyə məlumat verilməsi barədə Cavabdehnə 26 iyun 2021-ci il tarixli müraciət ünvanlanmışdır. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Cavabdehnə və Səbail rayon Polis İdarəsinə tərəflərindən 30 iyun 2021-ci il tarixli telefonoqram göndərilmişdir. Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 0533 nömrəli, 25 avqust 2021ci il tarixli “Qərar” verilmiş, tikinti ərazisinə nəzarətin gücləndirilməsi məqsədilə tərəflərindən 02.09.2021-ci il tarixli, 37/34-06241 nömrəli məktubla Cavabdehnə və Səbail rayon Polis İdarəsinə müraciət olunmuş, qərarın surəti hər iki ünvana göndərilmişdir. Agentlik tərəfindən qeyd olunan qanunsuz tikinti ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş söküntü qərarının qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 3.6-cı bəndində göstərilən tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin tikinti üçün ayrılmadığı barədə müvafiq aktın Agentliyə təqdim edilməsi haqqında tapşırıq verilməsi xahiş edilmişdir. Bundan başqa Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində qanunsuz tikinti işlərinin qarşısının vaxtında alınması məqsədilə tərəflərindən aparılmış növbəti monitorinq zamanı Səbail rayonu, ünvan 11 ünvanında dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, İddiaçı tərəfindən aktiv sürüşmə zonası ehtimal olunan ərazidə qanunsuz, geniş miqyaslı mehmanxana tipli tikintinin davam etdirilməsi faktı aşkar edilmişdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) tələblərinə əsasən: - 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. - 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. - 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. - 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. - 80.6. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Hazırki iş üzrə isə məhkəməyə təqdim edilmiş tikintiyə nəzarət sahəsində aidiyyəti dövlət qurumlarının tərtib etdiyi akt və digər sübutlardan müəyyən edilir ki, iddiaçının fərdi yaşayış evinin yenidənqurulması altında təqdim etdiyi layihə və icazəsi alınmadan aparılan tikinti işləri fərdi yaşayış evinin yenidənqurulması ilə bağlı olmayıb, mehmanxana tipli geniş miqyaslı qeyri-yaşayış obyektinin tikinti işləridir. Həmçinin həmin tikinti işləri iddiaçının mülkiyyətinə verilmiş 0.11 ha torpaq sahəsindən əlavə olaraq təxminən 0.02 ha dövlət mülkiyyətində olan ərazidə aparılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən həmin əlavə torpaq sahəsinin digər fiziki şəxsə ayrılmasına və həmin fiziki şəxslə aralarında razılaşma olmasına istinad edilsə də, bununla bağlı müvafiq təsdiqedici sənədlər (həmin torpaq sahəsinin digər fiziki şəxsin həqiqətən mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, iddiaçı ilə həmin şəxs arasında bağlanmış icarə müqaviləsi və s.) məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evinin yenidənqurulmasına dair "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə tərtib olunmuş memarlıq-planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında təsdiq edilməsinin qeyri-mümkünlüyü öz təsdiqini tapdığından, hazırki iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-702/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-702/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver