Məhkəmə qərarları › İş №2-1(112)-7021/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7021/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7021/2022 16.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Аzərbаycаn Rеspublikаsı Müdafiə nazirinin müavini-Hərbi X2 xx.xx.2022-ci il tarixli 08əç nömrəli əmrinin ləğv olunması, onun xidmətdən azad edildiyi dövr üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə işə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X2 xx.xx.2022-ci il tarixli 08əç №-li əmrinin ona yəni İddiaçı aid hissədə ləğv olunması və onun yəni İddiaçı xidmətdən azad edildiyi dövr üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə işə bərpa olunmağı vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 aprel 2019-cu il tarixdə SHXÇDX-nın Xəzər rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və hərbi hissəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Ağdam istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə Müdafiə nazirinin xx.xx.2021-ci il il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdən isə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kimi xidmətini N saylı hərbi hissədə davam etdirmişdir. Müdafiə nazirinin müavini-Hərbi X2 xx.xx.2022-ci il tarixli 08əç nömrəli əmrinə əsasən “Hərbi vəzifə və Hərbi Xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılıb və qeydiyyata durmaq üçün SHXÇDX-nın Xəzər rayon İdarəsinə göndərilmişdir. Belə ki, xidmətini davam etdirən zaman o, hərbi hospitala narkoloji müayinəyə göndərilmiş və daha sonra narkotik vasitələrdən istifadə etdiyi barədə məlumat verilərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək məzuniyyətdə olmuşdur. Məzuniyyətdə olan vaxt barəsində ehtiyata buraxılmaq barədə əmr verilmişdir. xx.xx.2022-ci il tarixdə Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində müayinədən keçmişdir. Ərizəsinə əlavə olanan həmin müəssisənin 719 nömrəli aktından görünür ki, onda hər hansı narkotik vasitədən istifadə aşkar olunmamışdır. Onun “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmağının heç bir əsası olmamışdır və buna əsas ola biləcək heç bir intizam pozuntusuna da yol verilməmişdir. O, xidmət müddəti ərzində heç bir intizam cəzası almadığı, intizam pozuntusuna yol vermədiyi halda komandanlığın yanlış qərarı nəticəsində layiq olmadığı “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsı Müdafiə Nazirliyi tərəfindən İPM-nin 47-ci maddəsinə uyğun qaydada məhkəməyə təqdim olunmuş iddiaya dair etirazda göstərilmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı 9 okyabr 2021-ci il tarixdə Hərbi Hava Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin 15-ci radiolokasiya bölüyünün radiolokasiya stansiyasının operatoru vəzifəsinə təyin olunmuşdur. Xidmət müddəti ərzində əsgər İddiaçı özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhtəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. xx.xx.2022-ci il tarixdə bölmə komandiri hərbi hissə komandirinə raportla müraciət edərək İddiaçı şərəf məhkəməsində dinlənilməsinə dair raportla hərbi hissə komandirinə məruzə etmişdir. Təqdimatında İddiaçı xidmətə özünü nizam intizamsız bir hərbi qulluqçu kimi göstərilmişdir. İxtisasına uyğun bilik və hazırlıq səyyəsinin qeyri kafi, işinə tənqidi və yaradıcılıqla yanaşma qabilliyyətinə malik deyil. Xidməti vəzifə borcunun icrasına laqeyd yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Səliqəsizdir, dözümsüzdür, ünsiyyət bacarığına malik deyil. 18-25 yanvar 2022-ci il tarixlərdə əsgər İddiaçı qan və sidik nümunələri Məhkəmə Tibbi Ekspertiza və X3 təqdim olunmuşdur. Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş 23/k nömrəli akta əsasən məhkəmə-kimyəvi tədqiqatı zamanı əsgər İddiaçı sidik nümunələrinin tərkibində Fenilakilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan metamfematin adlı psixotrop maddə aşkar olunmuşdur. Aşkar olunmuş bu maddə dövriyyəsi qadağan olunmuş psixotrop maddələr siyahısına daxildir. Faktla bağlı olaraq bölmə komandiri mayor Fəqan Nəqiyevin raportuna əsasən əsgər İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğ əməllərə görə 31 yanvar 2022-ci il tarixdə “Müddətdən artıq hərbi qulluqçuların şərəf məhkəməsinə” çıxarılmışdır. Şərəf məhkəməsinin qərarına əsasən xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının 10 fevral 2022-ci il tarixli 08 ƏÇ nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskresion səlahiyyətə sahibdir. Bütun göstərilənləri nəzəra alaraq Müdafiə nazirliyin Hərbi Hava Qüvvələri komandanının əmrinin ləğv edilərək, iddiaçı vətəndaş İddiaçı xidmətə bərpası mümkün deyil. xx.xx.2022-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiаçı İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddia tələbinə dair yazılı etirazda göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Cavabdehin mübahisəli əmri 1) inzibati orqan (Müdafiə Nazirliyi) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasını) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs (hərbi qulluqçu olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (iddiaçının xidmətinə xitam verən) əmr formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan "İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımından; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik) 2.inzibati aktın qüvvədə olan hüquqauyğun olması. İnizbati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddia mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı - Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı barəsində cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsı Müdafiə Nazirliyi tərəfindən verilmiş ehtiyata buraxılması barədə əmri məhkəməyə iddia vermək yolu ilə mübahisələndirmiş, qeyd olunan iddia ərizəsi iddiaçı tərəfindən imzalanmışdır. Mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X2 xx.xx.2022-ci il tarixli 08əç №-li əmrindən iddiaçının xx.xx.2022-ci il tarixli hazırki iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə məhkəməyə daxil olmuşdur. İddia əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki; İddiaçı xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuşdur (Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surəti). AR SHXÇDX-nin Bakı şəhər Xəzər rayon idarəsi tərəfindən verilmiş SX seriyalı ******* №-li hərbi biletdə (surət) olan qeydlərdən görünür ki, İddiaçı hərbi xidmətə yararlı sayılaraq, 03 aprel 2019-cu il tarixdə hərbi xidmətə yararlı sayılaraq, hərbi hissəyə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 90 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXŞDX-nin Xəzər rayon idarəsinə göndərilmişdir. AR Müdafiə nazirinin müavini HHQK-nın 10 fevral 2022-ci il 08 əç №-li əmri ilə (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə)) həqiqi hərbi xdmətdən ehtiyata buraxılmış və SHXŞDX-nin Xəzər rayon idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2717 nömrəli sərəncamı ilə İddiaçı “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (Azərbaycan Respublikası Medalının vəsiqəsi № İ-5669). “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi aktı”na əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə eksperss-test üsulunun nəticəsinə müvafiq olaraq müayinə zamanı sidiyində narkotik maddə aşkar edilmişdir (719 №-li akt). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin N nömrəli hərbi hissənin komandiri vəzifəsini m.i.e mayor Daur Nurməhəmmədovun xx.xx.2022-ci il tarixli 171 nömrəli təliqəsinə əsasən aparılmış məhkəmə kimyəvi tədqiqata əsasən İddiaçı götürülmüş sidik nümunəsinin Kütlə spektrometriyalı qaz xromatoqrafiya və sidik nümunəsinin İmmunofermentativ xətli test metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq, Məhkəmə-kimyəvi tədqiqat nəticəsində (kütlə spektrometriyalı qaz xromatoqrafiya və sidik nümunəsinin “Drug analizi test cards 5 parametrs” İmmunofermentativ xətli metodu ilə tədqiqatı) sidik nümunəsinin tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan Metamfetamin adlı psixotrop maddə aşkar olunması, aşkarlanan maddə dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olması barədə rəy verilmişdir (maddi sübutların tədqiqatı barədə 23/k №-li akt). 15-ci radiolokasiya bölük komandiri xx.xx.2022-ci il tarixli raportla N nömrəli hərbi hissənin komandirinə müraciət edərək, 15-ci radiolokasiya bölüyünün P-18MA radiolokasiya stansiyasının operatoru MAHHXHQ-əsgər İddiaçı narkotik vasitələrdən istifadə etdiyi üçün şərəf məhkəməsinə çıxarılmasını xahiş etmişdir. N nömrəli hərbi hissəsinin MAHHXHQ şərəf məhkəməsinin iclasındakı dinləmədə müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissənin 15-ci radiolokasiya bölüyünün P-18MA radiolokasiya stansiyasının operatoru müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı çıxışında bildirmişdir ki, işə düzələndən istifadə etməmişdir, müharibə vaxtı istifadə etmişdir (31 yanvar 2022-ci il tarixli 2 №-li protokolundan çıxarış). N nömrəli hərbi hissə komandiri tərəfindən əsgər İddiaçı ilə aparılmış birinci və ikinci söhbətdə əsgər İddiaçı ehtiyata buraxılmaq istəmədiyini, xidmətini davam etdirmək istədiyini bildirmişdir (söhbət vərəqəsi). N nömrəli hərbi hissə komandirinin təqdimatı ilə xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, N nömrəli hərbi hissə, 15-ci radiolokasiya bölüyünün radiolokasiya stansiyasının (P-18MA) operatoru İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məqsədəmüvafiq hesab edilmişdir (təqdimat). N nömrəli hərbi hissənin MAHHXHQ şərəf məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə Cavabdeh Məhkəmə Tibbi Ekspertiza və X4nin 23k nömrəli aktına əsasən N nömrəli hərbi hissənin 15-ci radiolakasiya bölüyünün P-18MA radiolokasiya stansiyasının operatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı narkotik maddə olan “Metamfetamin” adlı psixotrop maddə qəbul etdiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılması qərara alınmışdır (qərardan çıxarış). Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri Komandanının 10 fevral 2022-ci il 08 əç №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, müddətdən artıq həqiqi hərb xidmət hərbi qulluqçusu 984-cü əlahiddə radiotexniki taborunun (N nömrəli hərbi hissə) 15-ci radiolakasiya bölüyünün radiolakasiya stansiyasının (P-8MA) operatoru əsgər İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir (əmrdən çıxarış). Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 3-cü bəndində göstərilmişdir ki, hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Nizamnamənin 5-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qayda-qanunun saxlanmasında onlara yardım göstərməli, əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ 6 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsində qeyd olunub ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156- 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Əsasnamənin 156-cı maddəsinin “e” bəndində qeyd olunub ki, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılırlar. Əsasnamənin 162-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin tələblərini pozduğu üçün cavabdeh inzibati orqan tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olunmuş, cavabdeh tərəfindən bu barədə müvafiq inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 79 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar