Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7025/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi ilə, İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” X1rşı “soyadın dəyişdirilməsi və yeni şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” X1rşı ərizə ilə məhkəməyə müraciət edərək, soyadının “Babazadə"dən “Rüstəmova"ya dəyişdirilməsi, əvvəllər verilmiş şəhadətnamənin ləğv edilməsi və onun əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamənin verilməsi vəzifəsinin 2 saylı Bakı “ASAN xidmət” X4 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Samux rayonunda anadan olmuşdur. 23.12.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” X4 müraciət edərək soyadının “Rüstəmova”-dan “Babazadə”-yə dəyişdirilməsini xahiş etmiş, soyadı “Rüstəmova”-dan “Babazadə”-yə dəyişdirilmiş və ona 06.01.2021-ci il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin bugünədək şəxsiyyət vəsiqəsi almadığı üçün soyadı “Rüstəmova" kimi qeyd olunub. Soyadının dəyişdirilməsi müəyyən problemlər yaratdığına görə 2 saylı Bakı “ASAN xidmət” X4 müraciət edərək, ilkin vəziyyətə qayıdaraq soyadının “Babazadə”dən “Rüstəmova”ya dəyişdirilməsini xahiş etmişdir. Lakin 2 saylı Bakı “ASAN xidmət” X6 müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, 2 saylı Bakı “ASAN xidmət” X3 imtinası qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada iddiaçıya məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı 13.08.2021-ci il tarixli, 05/Q-1218 nömrəli məktubunda iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materialına əlavə olunmuş 2 saylı Bakı “ASAN xidmət” X6 tərəfindən verilmiş 23 dekabr 2020-ci il tarixli, AZ-İ 029589 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı soyadı “Rüstəmova”-dan “Babazadə”-yə dəyişdirilmiş, bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 23.12.2020-ci il tarixdə 116 nömrəsi ilə qeyd edilmişdir. 06.01.2021-ci il tarixdə verilmiş AZ-İV 478027 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 xx.xx.1985-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 01.06.1985-ci il tarixdə 64 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq 2 saylı Bakı “ASAN xidmət” X6 tərəfindən 05Q- 111/58 nömrəli, 28.07.2021-ci il tarixli məktubla göndərilmiş İddiaçı adın, ata adının və soyadın dəyişməsi üçün əsas olmuş sənədlər aşağıdakılardan ibarət olmuşdur: -01.06.1985-ci il tarixdə verilmiş Xİ-ЖГ 271504 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 01.06.1985-ci il tarixdə 64 nömrəsi ilə qeyd edilmişdir. -20.09.2011-ci il tarixli AZ-İ 130689 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X8 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 20.09.2011-ci il tarixdə 235 nömrəsi ilə qeyd edilmişdir. -İddiaçı 25 sentyabr 2020-ci il tarixdə soyadının “Rüstəmova”-dan “Babazadə”-yə dəyişdirilməsi ilə bağlı ərizə ilə 2 saylı Bakı “ASAN xidmət” X4 müraciət etmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 15 noyabr 2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” X4 ünvanladığı rəydə qeyd olunmuşdur ki, "Azərbaycan Respublikası vətəndaşlarının adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları haqqında vəsatətin baxılması” barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarının 6-cı bəndinə uyğun olaraq vətəndaş İddiaçı soyadının dəyişdirilməsi haqqında 2 saylı Bakı “ASAN xidmət" X2 daxil olmuş sənədlərə İdarədə baxılmışdır. Yoxlama zamanı vətəndaş İddiaçı barəsində RPİ-də heç bir təqsirləndirici material aşkar edilməmişdir. -2 saylı Bakı “ASAN xidmət” X3 soyadın dəyişdirilməsi haqqında 23.11.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, İddiaçı öz istəyi ilə soyadının “Rüstəmova”-dan “Babazadə”-yə dəyişdirilməsinə 2 saylı Bakı “ASAN xidmət” X6 tərəfindən icazə verilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 25 may 2021-ci il tarixli, 05Q/663-75 nömrəli məktubdan görünür ki, iddiaçının 23.12.2020-ci il tarixli 116 nömrə ilə qeydiyyata alınmış soyadın, adın və ata adının dəyidirilməsi haqqında akt qeydinin ləğv edilərək yenidən əvvəlki soyadına qayıtma istəyi ilə bağlı 25.05.2021-ci il tarixli müraciət ərizəsinə baxılmışdır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş əsas müddəaların 23-cü bəndinin tələbinə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir”. Bundan əlavə, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarının 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının yenidən soyadınını “Babazadə”dən “Rüsyəmova”ya dəyişdirilməsi və ya 23.12.2020-ci il tarixli 116 nömrə ilə qeydiyyata alınmış soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin cavabdeh tərəfindən ləğv edilməsi mümkün deyildir. Soyadın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Beləliklə işin hallarından görünür ki, iddiaçının əvvəllər adı, soyadı və ata adı İddiaçı olmuş, daha sonra soyadını Rüstəmova-dan Babazadə-yə dəyişdirmiş, bu barədə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 23.12.2020-ci il tarixdə 116 nömrəsi ilə qeyd edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı növbəti dəfə soyadının əvvəlki soyada dəyişdirilməsini tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və iddianın qanunla müəyyən olunmuş müddət daxilində təqdim edilməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdehin 25.05.2021-ci il tarixli imtina cavabını aldıqdan sonra 31.05.2021-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi qanunvericilik ad və soyadın təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İşin hallarından müəyyən olunur ki, iddiaçı soyadının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqdan artıq bir dəfə istifadə etmişdir. Soyadının növbəti dəfə dəyişdirilməsi isə yalnız yuxarıda sadalanan Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş konkret hallardan birinin olduğu halda mümkün hesab edilə bilər ki, hazırkı iş üzrə ididiaçıya münasibətdə həmin hallar mövcud deyildir. Belə olan halda iddiaçının soyadının dəyişdirilməsi barədə müraciətin təmin edilməsindən cavabdeh imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” X1rşı “soyadın dəyişdirilməsi və yeni şəhadətnamənin verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” X1rşı “soyadın dəyişdirilməsi və yeni şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7025/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7025/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver