Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7027/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, Maraqlı şəxs2 və Maraqlı şəxs1 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyat ünvanına düzəliş edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı Maraqlı şəxs1, İddiaçı, eyni zamanda digər İddiaçı nümayəndəsi Maraqlı şəxs2 iştirakları ilə, İddiaçılar İddiaçı, X1 və Maraqlı şəxs1 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyat ünvanına düzəliş edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı onun və ailə üzvləri – Maraqlı şəxs1 və Maraqlı şəxs2 mülkiyyətində olan ünvan 3 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanı İddiaçı mülkiyyətindədir. Ailə üzvləri Maraqlı şəxs1 və X3 həmin ünvana qeydiyyata düşmüşdür. Lakin, texniki səhv olduğu üçün ünvanlar yanlış yazılmışdır. Bununla bağlı, cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
3. Məhkəmənin 2-1(112)-7027/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçilər Maraqlı şəxs2 Mirzəağa qızı və Maraqlı şəxs1 iş üzrə iddiaçı qismində cəlb edilmələri və ünvan 3 ünvanına qeydiyyat alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə ərizəsi təmin edilmiş, iş üzrə Maraqlı şəxs2 Mirzəağa qızı və Maraqlı şəxs1 inzibati iş üzrə iddiaçı qismində prosessual həmiştirakçı kimi cəlb edilmişlər, İddiaçı “ünvan 3 ünvanınan qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.
4. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı qeydiyyat ünvanının “ünvan 5dan “ünvan 10” ünvanına; Maraqlı şəxs2 qeydiyyat ünvanının “ünvan 5dan “ünvan 10” ünvanına; Maraqlı şəxs1 qeydiyyat ünvanının “ünvan 5dan “ünvan 10” ünvanına düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Maraqlı şəxs1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, eyni zamanda digər İddiaçı nümayəndəsi Maraqlı şəxs2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə məktubla müraciət edərək işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-13-46/2-Ş-55391 nömrəli məktubla imtina edilmişdir.
10. Azərbaycan Respublikası vətəndaşlarının AZE seriyalı, ******** nömrəli, AA ******* nömrəli və AA******* nömrəli şəxsiyyət vəsiqələrinə əsasən İddiaçı, Maraqlı şəxs2 və Maraqlı şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, ev 47, mənzil 274 ünvanında qeydiyyatdadırlar.
11. Bakı şəhər X2 Bürosu tərəfindən ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair iyul 1980-ci il tarixdə X5 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmişdir.
12. İş materiallarında olan xx.xx.1957-ci il tarixdə tərtib edilmiş “Ev dəftəri”nə əsasən ünvan 10 ünvanında Maraqlı şəxs2 və İddiaçı adları qeyd edilmişdir.
13. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 7874563, ******* və ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışlara əsasən Maraqlı şəxs1, İddiaçı və Maraqlı şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, ev 47, mənzil 274 ünvanında qeydiyyatdadırlar.
14. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli “Yaşayı yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən ünvan 9 ünvanında 18..07.1992-ci il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X15, xx.xx.2019-cu il təvəllüdlü X16, xx.xx.1982-ci il təvəlüldlü X4 və xx.xx.1980-ci il təvəllüdlü X6 yaşayış yeri üzrə qeydiyyatdadırlar.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 18/2-16387 nömrəli məktubla bildirilmişdir ki, qeyd edilən ünvan 10 ünvanında qeydiyyatda olan şəxslərə dair məlumatlar məhkəməyə təqdim edilmişdir.
16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13- 46/2-27453/25 nömrəli məktubla bildirilmişdir ki, ünvan 10 ünvanına Maraqlı şəxs2 xx.xx.2005-ci il tarixində, Maraqlı şəxs1 xx.xx.2007-ci il tarixində qeydiyyata alınmışlar. ünvan 11 ünvanına Maraqlı şəxs2 xx.xx.2010-cu il tarixində, Maraqlı şəxs1 xx.xx.2011-ci il tarixində, İddiaçı xx.xx.2005-ci il tarixində qeydiyyata alınmışlar.
17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13- 46/2-19536 nömrəli məktubla bildirilmişdir ki, ünvan 12 ünvanında dəqiq küçə adı olmadığından sistemdə qeydiyyatda olan şəxsləri aşkar etmək imkan xaricindədir.
18. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 16487/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-27041/2025 nömrəli məktublarla bildirilmişdir ki, ünvan 10 (ünvan 13 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
19. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 5-10-3/2- 61-2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı, Maraqlı şəxs2 və Şahbazov X10 rayonu, Binəqədi qəsəbəsi, İ MƏdən, korpus 47, ev 274 ünvanında yerləşən fərdi yaşayış evində daimi pasport qeydiyyatındadırlar. Evin ev dəftəri var.
20. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 653, 654, 655 və 655 nömrəli arayışlara əsasən İddiaçı, Maraqlı şəxs2 və Maraqlı şəxs1 1-ci Mədən, korpus 47, ev 274 ünvanında qeydiyyatdadırlar. Evin səhvən ünvanı ünvan 15i qəsəbəsi, 1-ci Mədən, korpus 47, ev 274-dür.
21. Notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli **********451 nömrəli, xx.xx.2025-ci il tarixli **********52 nömrəli və xx.xx.2025-ci il tarixli **********171 nömrəli ərizələrə əsasən ünvan 9 ünvanında qeydiyyatda olan X8, X4 və X6 qeydiyyatda olduqları ünvan 10 ünvanında yerləşən fərdi yaşayı evinə İddiaçı, Maraqlı şəxs2 və Maraqlı şəxs1 qeydiyyata alınmalarına etiraz etmirlər. ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
23. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
25. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
26. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişlər, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə işdə iştirak edən iddiaçıların izahatlarını dinləyib, iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
28. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhər X2 Bürosu tərəfindən iyul 1980-ci il tarixdə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” texniki pasporta əsasən X7 məxsus olmuşdur. Hazırda həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, uzun illərdir ki, X5 və onun ailə üzvlərinin istifadəsində olmuşdur. Həmin fərdi yaşayış evinə dair tərtib edilmiş ev kitabında iddiaçıların həmin ünvanda qeydiyyatda olmaları və yaşamaları ilə bağlı qeydlər mövcuddur. Bundan əlavə, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlarla da, İddiaçı, Maraqlı şəxs2 və Maraqlı şəxs1 ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaları öz təsdiqini tapmışdır. Lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınan zaman yanlışlığa yol verilərək “ünvan 10” ünvanına qeydiyyata almaları əvəzinə “ünvan 5a qeydiyyata almışlar. Halbuki, işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, iddiaçıların faktiki yaşadıqları ünvan - ünvan 10 olmaqla, mənzil deyil, fərdi yaşayış evidir.
29. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli “Yaşayı yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən müəyyən edilir ki, ünvan 9 ünvanında xx.xx.1992-ci il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X15, xx.xx.2019-cu il təvəllüdlü X16, xx.xx.1982-ci il təvəlüldlü X4 və xx.xx.1980-ci il təvəllüdlü X6 yaşayış yeri üzrə qeydiyyatdadırlar və onlar məhkəməyə notarial qaydada razılıq ərizələri təqdim edərək hazırki iş üzrə iddiaçıların sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata düşmələrinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, hazırda fərdi yaşayış evində qeydiyyatda olan sözügedən şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri iddiaçıların sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün əsasdır.
30. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğundan, eləcə də, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq olduğundan, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımadığından və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bildiyindən, iddiaçıların hazırda faktiki yaşadıqları ünvan 10 ünvanına qeydiyyata alınmalarından imtina edilmələri nəticəsində, onların yaşayış yeri üzrə qeydiyyata alınmaları, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Buna görə də, onlar qeydiyyata alınmadan imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlıdırlar.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci bəndinin 2-ci yarımbəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.
33. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
34. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
35. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
36. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
38. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı, X1 və Maraqlı şəxs1 qeydiyyat ünvanlarının “ünvan 5dan “ünvan 10” ünvanına düzəliş edilməsi öhdəliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva