Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7033/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi olan iş stajı nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, ona 65 yaşının tamam olduğu, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08 iyul 2021-ci il tarixdə 65 yaşı tamam olduqdan sonra yaşa görə əmək pensiyası almaq üçün DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh orqanın ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda ona bildirilmişdir ki, onun sığorta stajı ümumilikdə 22 il 04 ay 27 gün təşkil edir və bu da qanunvericilikdə tələb olunan 25 il müddətdən azdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli, BA-03236- 2021 nömrəli arayışına və ona əlavə olunan sənədlərin surətlərinə əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında “X10” MMM və onun orada əmək haqqı almağı barədə məlumat olmadığına görə əmək kitabçasının surətində qeyd olunan xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. O, xx.xx.1997-ci il tarxdə Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 93/99 ünvanında VÖEN nömrəsi ********* olan "xxxx" MMC adlı şirkət yaradaraq, orada çalışmağa başlamışdır. Hər ay vaxtı-vaxtında AR Vergilər İdarəsinə və Dövlət Sosial Müdafiə Fonduna hesabat verib sosial ödənişlər edirdi. "xxxx" MMC şirkətinin 1998-2001-d illəri əhatə edən bütün sənədlərini 28 fevral 2001-d il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil vermişdir. xx.xx.2005-a il tarixdə "xxxx" MMC şirkətinin adını və ünvanını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 67 nömrəli şəhadətnamə ilə dəyişərək, “X10” MMM olaraq qeydiyyatdan keçirmişdir. 16 fevral 2006-cı il tarixdə Bakı şəhər 9 nömrəli Dövlət Notariat Kontorunda ona məxsus olan “X10” MMM-nin ona adi 100 faiz payını X4 vermişdir. Lakin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilən cavab məktubunda onun və "xxxx" MMC barəsində məlumat olmadığı bildirilmişdir. Cavabdeh orqanın ona yaşa görə əmək pensiyasının verilməsindən imtinasını əsassız hesab edir. Çünki "xxxx" MMC-nin sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilməsi barədə əlində rəsmi sənədlər var. Belə olan halda Dövlət Arxivinin Bakı filialında sənədlərin itməsinə görə o, məsuliyyət daşımır. Onun iş stajını təsdiq edən əmək kitabçası var. Əmək kitabçasında isə xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi "xxxx" MMC və “X10” MMC-də işləməyi barədə məlumat var. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında aşağıda qeyd edilən xüsusatlarda imtina edilmişdir: İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyət dövrü, o cümlədən xx.xx.1977-xx.xx.1979-cu illər ərzində hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sosial sığorta stajı 22 il 04 ay 27 gün təşkil edir və bu qanunvericiliklə, tələb edilən müddətdən (25 il) azdır. İddiaçı xx.xx.2006 - xx.xx.2018-ci illər əzində fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmışdır. AR Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli BA-03236-2021 nömrəli arayışının və ona əlavə edilən sənədlərin surətlərinə əsasən “X18” MMC və onun əmək haqqı almağı barədə məlumat olmadığı üçün əmək kitabçasının surətində qeyd edilən xx.xx.1997-xx.xx.2006-cı illərin sosial sığorta stajına daxil edilməsi Qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təmini imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı yaşa görə əmək pensiyası hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçı Ə.M.Məmmədovun həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İddiaçı xx.xx.1973 xx.xx.1982-ci illər ərzində təhsil aldığı dövr; İddiaçı xx.xx.1977 - 02.11,1979-cu iilər ərzində hərbi xidmətdə olduğu dövr; İddiaçı əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlər. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş ‘‘Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Sözügedən Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ" bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İşin mübahisələndirilməyən birinci halı İddiaçı təhsil aldığı dövrlərdir. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus 027425 №H diploma müvafiq olaraq onun xx.xx.1973 - xx.xx.1982-ci illər ərzində təhsil aldığı qeyd edilmişdir. İşin mübahisələndirilməyən ikinci halı İddiaçı hərbi xidmətdə olduğu dövrdür. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus ******* №li hərbi biletinə müvafiq olaraq onun xx.xx.1977-xx.xx.1979-cu illər ərzində hərbi xidmətdə olduğu qeyd edilmişdir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alman vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yemdən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İşin mübahisələndirilməyən üçüncü halı İddiaçı əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlərdir. Beləliklə, ümumilikdə İddiaçı mübahisələndirilməyən sosial sığorta stajını 22 il 04 ay 27 gün təşkil edir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə’nin 2.3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İşin mübahisələndirilən hallan aşağıdakılardan ibarətdir: - İddiaçı xx.xx.1997 - xx.xx.2006-cı illər ərzində “X11” MMC-də işlədiyi dövrlər. İddiaçı mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 08 il 03 ay 10 gündür. AR Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli BA-03236-2021 nömrəli arayışının və ona əlavə edilən sənədlərin surətlərinə əsasən “X11” MMC və İddiaçı əmək haqqı almağı barədə məlumat olmadığı üçün əmək kitabçasının surətində qeyd edilən xx.xx.1997 - xx.xx.2006-cı illərin sosial sığorta stajına daxil edilməsi Qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. Arxivdə İddiaçı əmək haqqı cədvəlləri aşkar edilmədiyindən belə olan halda iddiaçının sözügedən müəssisədə işləməsi faktı şübhə doğurur. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki halları nəzərə alınaraq hesab olunur ki, İddiaçı sözügedən müəssisədə - “X11” MMC-də işlədiyi xx.xx.1997-xx.xx.2006-cı illər ərzində ona əmək haqqı ödənilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və iddiaçı A,İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - iddiaçıya məxsus AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, xx.xx.1956-cı ildə Biləsuvar rayonunda doğulmuş İddiaçı Bakı şəhəri Yasamal rayonunda qeydiyyatdadır. - НЗ ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - ИВ seriyalı 027425 №-li diplomun surətindən görünür ki, İddiaçı 1973-cü ildə Politexnik İnstitutuna daxil olmuş və 1982-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunda tikintinin iqtisadiyyatı və təşkili ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1982-ci il 16 iyun tarixli qərarı ilə ona iqtisadçı-mühəndis ixtisası verilmişdir. - İddiaçıya məxsus 02 oktyabr 1980-ci il tarixli ИT-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı Aydın oğlu X12 Su Tikinti İdarəsində X1 xx.xx.1980-cı ildə Ştat cədvəlinə uyğun olaraq böyük iqtisadçı vəzifəsinə təyin edilmişdir (Əmr № 25, xx.xx.1980-ci il); xx.xx.1982ci ildə həmin vəzifədən azad olmuşdur (Əmr № 154, xx.xx.1982-ci il); xx.xx.1983-cü ildə “Azqaztikintiquraşdırma” trestiinin Lənkəran 4 №-li Tikinti montaj idarəsinə Puşkin rayonu “Oktyabr” və “Komsomol” kolxoz sahələrində usta vəzifəsinə təyin olunmuşdur (Əmr № 10 ok, xx.xx.1983-cü il); xx.xx.1986-cı ildə “Azqaztikintiquraşdırma” trestinə keçirilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunmuşdur (Əmr № 169, xx.xx.1986-ci il); xx.xx.1986-cı ildə “Azqaztikintiquraşdırma” tresti 4 №-li Tikintiquraşdırma idarəsində köçürülmə yolu ilə baş qaynaqçı vəzifəsinə təyin olunmuşdur (Əmr № 122/k xx.xx.1986-ci il); xx.xx.1987-ci ildə köçürülmə yolu ilə “Azqaztikintiquraşdırma” trestinin 5 №-li Təmir Tikinti sahəsində qaz cihazlarının dəyişdirilməsi üzrə sahə rəsisi vəzifəsinə keçirilmişdir. (Əmr № 17/k xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə “Azqaztikintiquraşdırma” trestinin 5 №-li Təmir Tikinti sahəsində böyük mühəndis (baş mühəndis hüququnda) vəzifəsinə keçirilmişdir (əmr № 64k xx.xx.1987-ci il); xx.xx.1988-ci ildə Bakı şəhəri Qaz İstehsalat İdarəsinə köçürülməsi qaydasında tutduğu vəzifədən azad olunmuşdur (Əmr № 80/k, xx.xx.1987-ci il); xx.xx.1988-ci ildə Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsinin əmri ilə “Azqaztikintiquraşdırma” trestinin 5 №-li Təmir Tikinti sahəsindən köçürülmə yolu Bakı şəhəri Qaz İstehsalat İdarəsinə böyük mühəndis vəzifəsinə təyin olunmuşdur (Əmr № 449/k, xx.xx.1987-ci il); xx.xx.1988-ci ildə “Azqaztikintiquraşdırma” trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə köçürüldüyü üçün azad olunmuşdur (Əmr № 15/k, xx.xx.1988-ci il); xx.xx.1988-ci ildə “Azqaztikintiquraşdırma” trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 31/p, xx.xx.1988ci il); xx.xx.1988-ci ildə Maye qazın istehsalı və satışı üzrə İstehsalat Birliyinə köçürüldüyünə görə vəzifəsindən azad olunmuşdur (Əmr № 66/p, xx.xx.1988-ci il); xx.xx.1988-ci ildə Tikinti Qraşdırma İdarəsində usta vəzifəsinə qəbul olunmuşdur (Əmr № Ok-33, xx.xx.1988-ci il); xx.xx.1988-ci ildə X7 İdarəsinə rəis vəzifəsinə keçirilmişdir (Əmr № Ok 104, xx.xx.1988-ci il); xx.xx.1989-cu ildə Azərbaycan SSR Dövlət Yanacaq Komitəsinin Maye Qazın qəbulu, nəqli və göndərilməsi İstehsalat Birliyinə köçürüldüyü üçün vəzifəsindən azad olunmuşdur (Əmr № ok-34, xx.xx.1989-cu il);xx.xx.1989-cu ildə Azərbaycan SSR Dövlət Yanacaq Komitəsinin Maye Qazın qəbulu, nəqli və göndərilməsi X2 X6 müvəqqəti icrasçı rəisi təyin olunmuşdur (Əmr № 28k, xx.xx.1989-cu il); xx.xx.1990cı ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 24/k, xx.xx.1990-ci il); xx.xx.1990-cı ildə Dövlət İmtahan Komitəsi “İnşaatçı” Kooperativində baş təchizatçı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 17-k, xx.xx.1990-cı il); xx.xx.1991-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 33/k, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə Təsərrüfatlararası layihəmənzil-tikinti birliyi Material-texniki-təchizat idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur (Əmr № 40/k xx.xx.1991-ci il); xx.xx.1993-cü ildə tutduğu vəzifədən azad olunmuşdur (Əmr № 36k/93, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə Təsərrüfatlararası layihə-mənziltikinti birliyinin Maddi texniki təchizat idarəsinə rəis vəzifəsinə təyin olunmuşdur (Əmr № 02k, xx.xx.1993-cü il); xx.xx.1994-cü ildə tutduğu vəzifədən azad olunmuşdur (Əmr № 22/k, xx.xx.1994-cü il); xx.xx.1994-cü ildə “Laura” firmasının direktoru vəzifəsinə təyin olunmuşdur (Əmr № 01k-1,0.04.1994-cu il); xx.xx.1995-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 06/k, xx.xx.1995-ci il); xx.xx.1995-ci ildə “Azərbalıq” Dövlət Konserni “Balıqartırma” İdarəsi 12-ci rayon (Xaçmaz) balıq mühafizə müfəttişliyinə kiçik dövlət müfəttişi vəzifəsinə təyin olunmuşdur (Əmr № 37k, xx.xx.1995-ci il); xx.xx.1995-ci ildə öz ştat vahidi ilə Cənub əməliyyat müfəttişliyinə keçirilmişdir (Əmr № 58 k, xx.xx.1995-ci il); xx.xx.1995-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 59 k, xx.xx.1995-ci il); xx.xx.1995-ci ildə “Azərbalıq” X16 Əməliyyat müfəttişliyinə böyük dövlət müfəttişi vəzifəsinə təyin edilmişdir (Əmr № 167, xx.xx.1995-ci il); xx.xx.1996-cı ildə vəzifəsindən azad edilmişdir (Əmr № 313, xx.xx.1996-cı il); xx.xx.1997-ci ildə "xxxx" LTD məhdud məsuliyyətli müəssisəsi “X13” MMM Baş direktor vəzifəsinə təyin olunmuşdur (Əmr № 01, xx.xx.1997-ci il) xx.xx.2006-cı ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 227, xx.xx.2006-cı il). Azərbaycan Respublikası Vergilər Nazirliyi İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələri ilə iş üzrə Departament tərəfindən 27 fevral 2002-ci il tarixdə verilmiş “Vergi uçotu barədə” VU seriyalı 004702 №li arayışdan görünür ki, "xxxx" LTD MMM ********* VÖEN-lə (rəhbəri İddiaçı) vergi ödəyicisi kimi Xətai rayonu üzrə Vergilər İdarəsində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş Dövlət qeydiyyatı haqqında şəhadətnamənin (№ 67) notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, “X13” MMM ******* eyniləşdirmə kodu ilə xx.xx.1997-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır. "xxxx" LTD məhdud məsuliyyətli müəssisəsi və Azərbaycan Respublikasının Dövlət Elm və X9 tərəfindən təsdiq olunmuş (müvafiq olaraq müəssisənin və arxivin direktorlarının imza və möhürləri ilə) "xxxx" LTD MMC tərəfindən 1998-1999 və 2000-ci il 1-ci rübü üçün və 2000-2001-ci illər üzrə müvəqqəti mühafizə olunmaq məqsədilə Azərbaycan Respublika Dövlət Arxivinə təhvil verilmiş arxiv sənədlərininə dair tərtib olunmuş siyahıdan görünür ki, müəssisə tərəfindən digər sənədlərlə yanaşı əmək haqqının ödəmə və hesablama sənədləri mühafizə üçün arxivə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 16 iyul 2021-ci il tarixdə verilmiş BA-03236-2021 nömrəli məktubda qeyd olunmuşdur ki, Xətai rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 1996-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin Həmin sənədlərdə vətəndaş İddiaçı və ya "xxxx" LTD MMC barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikasıın Dövlət Elm və X9 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli EA-00037-2021 №-li məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC-yə aid sənədlər Azərbaycan Respublikası Dövlət Elm və X5 mövcud olmadığı üçün sənədlərin surətini vermək imkan xaricindədir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 saylı məktubda bildirilmişdir ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 22 il 4 ay 27 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 22 il 4 ay 27 gün sığorta stajına uyğun olaraq 17076,71 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli № BA- 03236-2021 nömrəli arayışının və ona əlavə olunan sənədlərin surətlərinə əsasən “X10” MMC və onun orada əmək haqqı almağı barədə məlumat olmadığına görə əmək kitabçasının surətində qeyd olunan xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sığorta stajını təsdiq edən əlavə sənəd təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri zərurət olduğu halda araşdırıla bilər. "Sosial müavinətlər haqqında" Azerbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən emək qabiliyyəti olmayan şəxsin emək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət teyin edilmişdir. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasında qeyd olunsa da həmin illərə münasibətdə cavabdeh tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar, təhsil (xx.xx.1973-xx.xx.1977; xx.xx.1979-xx.xx.1980 üst-üstə düşən hərbi xidmətdə olduğu və işlədiyi dövrlər nəzərə alınmaqla) və hərbi xidmət dövrü nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (65 yaş) xx.xx.2021-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqındaişə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatındam keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıxx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7033/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7033/2022
17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver