Məhkəmə qərarları › İş №2-1(112)-7034/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7034/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7034/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi İddiaçı vəkili “Verdiktum” vəkil bürosunun vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı icraata başlamaq haqqında qərarın icrasının dayandırılması və s.tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsinəiddia ərizəsi ilə müraciət edərək Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin üzərinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4733/2018 saylı, xx xxx 2018-ci il tarixli qərardadına əsasən həmin mülki işə baxılıb yekun qərar qəbul edilənədək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 22/2016 saylı qətnaməsi üzrə "İcraata başlamaq haqqında" Qərarın icrasının dayandırılması, qərarın surətinin ona verilməsi barədə və icra məmurunun qanunsuz hərəkətlərinə hüquqi qiymət verməklə qanuni və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı idda ərizəsində göstərmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-422/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə, iddiaçı "xxxxxxxxxx" QSC-nin cavabdeh "xxxxxxxx" MTK-ya, İddiaçı, X2 X1 və qeyrilərinə qarşı "borcun tutulması" tələbinə dair ilkin iddiası qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsindən narazı qalmış cavabdehlər İddiaçı, X4 və qeyriləri apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 22/2016 saylı, x xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-22/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən xx xxx 2018-ci il tarixdə kasassiya şikayətləri verilmiş, lakin kassasiya şikayətləri təmin edilməmişdir. Qüvvədə olan qətnamə ilə "Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32, 4-cü küçəsində istifadədə olan 0,1071 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 4302,5 kv. m. ümumi, 1223, 8 kv.m. yaşayış, 3078,7 kv.m. yardımçı sahədən 4 mərtəbəli 25 otaqlı 4 saylı fərdi yaşayış evinin boşaldılması" da qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra vərəqi Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra işi Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurovun icraatındadır. Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurov icra işi üzrə "İcraata Başlamaq Haqında" qərar qəbul etmiş və sözügedən qərarı rəsmi olaraq ona verməmişdir. Eyni zamanda İddiaçı X5 qarşı Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32, 4-cü küçəsində istifadədə olan 0,1071 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 4302,5 kv. m. ümumi, 1223, 8 kv.m. yaşayış, 3078,7 kv.m. yardımçı sahədən 4 mərtəbəli 25 otaqlı 4 saylı fərdi yaşayış evinin alqı-salqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin icraatındadır və məhkəmə baxışı davam edir. Növbəti məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə, saat 10:10-a təyin edilmişdir. Həmin mülki iş üzrə o, iddianın təmin tədbiri barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 saylı fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsi qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4733/2018 saylı, xx xxx 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 saylı fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsi cavabdeh və digər şəxslərə qadağan edilmişdir. Həmin qəradad icra edilməsi üçün Bakı şəhər Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra hərəkətləri onun hüquqlarına toxunduğuna görə Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, mülki iş üzrə icraatın davam etdiyi əsaslarla və Sabunçu Rayon Məhkəməsinin 2(008)-4733/2018 saylı, xx xxx 2018-ci il tarixli qərardadına əsasən icraatın dayandırılmasını xahiş etsə də, Səbail rayon İcra və Probasiya Şöbəsi qanunun tələbinə zidd olaraq icra həkətlərini davam etdirir, "İcraata Başlamaq Haqqında" Qərarın sürətini rəsmi olaraq İddiaçı vermədən məcburi icra hərəkətləri aparır. Həmçinin, yazılı müraciətinə heç bir münasibət bildirməmişdir. Onu da qeyd edir ki, hazırda Sabunçu Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə icraat təzələnib iş məhkəmə baxışındadır. İcra məmuru isə ona qəbul etdiyi qərarın surətini vermədən, məhkəmə qərardadını icra etmədən, qərardadın icra edilməsi barədə Sabunçu Rayon Məhkəməsinin məktubunu və onun verdiyi ərizəni nəzərə almadan qanunun tələbinə zidd olaraq məcburi icra hərəkətləri aparır. Bununla əlaqədar o, dəfələrlə icra məmurunun qəbulunda olaraq müraciətlər etsə də, nəticəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddianı müdafiə edərək, iddianın mümkün sayılmaqla, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında oaln; xx.xx.2011-ci ildə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1956-cı ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş İddiaçı ünvan 1 mənzil 31 ünvanında qeydiyyatdadır. Hazırda iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin 2(103)-22/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icrası ilə bağlı Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin qəbul etdiyi "İcraata başlamaq haqqında" Qərarın icrasının dayandırılması və s. tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də X10 Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı icraata başlamaq haqqında qərarın icrasının dayandırılması, qərarın surətinin ona verilməsi və icra məmurunun qanunsuz hərəkətlərinə qiymət verilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar