Məhkəmə qərarları › İş №2-1(112)-7034/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7034/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7034/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X1 oglunun katibliyi İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 oglunun iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “iş fəaliyyətinin bərpa edilməsi və 2022-ci ilin yanvar ayının maaşın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1ə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masazır 4 nömrəli ümumi təhsil tam orta məktəbin TTİ üzrə direktor müavini vəzifəsində işləməklə ixtisası üzrə cografiya fənni üzrə tədris etmək fəaliyətinin bərpa edilməsi və 2022-ci ilin yanvar ayın maaşın ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Masazır 4 nömrəli ümumi təhsil tam orta məktəbin TTİ üzrə direktor müavini vəzifəsində işləməklə ixtisası üzrə cografiya fənni üzrə 01 mart 2019-cu il tarixdən tədris etmiş, xx.xx.2021-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar 14 təqvim günü müddətinə məzuniyyət verilməsi haqqında direktor əvəzi E.Qurbanova müraciət etmiş, ərizəyə rədd cavabı aldığda iddiaçı xx.xx.2021-ci il tarixindən dərs saatları saxlanılmaq şərti ilə TTİ üzrə direktor müavini vəzifəsindən azad olunması haqqında xx.xx.2021-ci il tarixdə ərizə ilə direktor əvəzi E.Qurbanova müraciət etmək məcburiyyətində qalmış, direktor əvəzi E.Qurbanov xx.xx.2021-ci il tarixli ərizədə göstərilən xahişi araşdırmadan və münasibət bildirmədən, dərs saatları saxlanılmaqla direktov müavini vəzifəsindən azad edilməsi şərtinə məhəl vermədən, Abşeron Rayon Təhsil Şöbəsi ilə iddiaçı arasında bağlanmış müddətsiz əmək müqaviləsinə birtərəfli qaydada xitam vermiş və iddiaçını xx.xx.2021-ci il tarixdən həm TTİ üzrə direktor müavini vəzifəsindən, həm də müəllim kimi fəaliyyətini davam etməsindən azad etmişdir. Qanunvericiliyin və əmək müqaviləsinin 9.2; 9.3 və 10.1 maddələrinin tələblərini kobudcasına pozularaq ərizə verilən və əmr qəbul edilən tarixdən bir ay keçdikdən sonra iddiaçıya bildirilmişdir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən o, xx.xx.2021-ci il tarixdən işdən tam azad edilmişdir. İşdən azad olması barədə xəbəri olmadığından iddiaçı yanvarın 30-na kimi həm TTİ üzrə direktor müavini kimi, həm də ixtisası üzrə müəllim kimi əmək fəaliyyətini davam edərək dərslərin keçirilməsi barədə sinif jurnallarında qeydiyyat aparmışdır. Əlavə olaraq məlum edir ki, direktor əvəzi E.Qurbanov tərəfindən eyni tarixlə həm əmək müqaviləsinə xitam verilmiş, həm vəzifədən azad edilməsi barədə əmr imzalanmış, həm də münasibət bildirilməsi üçün Abşeron Rayon Təhsil Şöbəsinə təqdimat göndərilmişdir. Abşeron Rayon Təhsil Şöbəsi isə obyektiv münasibətini bildirmək əvəzinə direktor əvəzi E.Qurbanovun təqdimatını araşdırmadan xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının qanunsuz olaraq vəzifədən azad edilməsinə qiymət verməmiş, ancaq təhsil müəssisələrinə müəllimlərin işə qəbul qaydalarını izah etməklə kifayətlənmişdir. İddiaçının işdən qanunsuz azad edilməsinin araşdırılıb işə bərpa edilməsinə dair B-1921 nömrəli, 07 fevral 2022-ci il tarixli müraciətinə Təhsil Nazirliyindən aldığı xx.xx.2022-ci il tarixli, B-1921/10-24 nömrəli məktubda mahiyyəti üzrə deyil, formal xarakter daşıyan cavab verilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iddiaçıya İPM-in 13-cü maddəsinin tələbinə əsasən hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilərək əsl cavabdehə qarşı ümumi yurisdisiyalı məhkəmədə əmrin mübahisələndirmək hüququnun oldugu izah edilsə də, iddiaçı iddia tələbinin məzmununu dəqiqləşdirmədən Cavabdehnə qarşı iddiaya baxılmasını xahiş etdiyindən, hazırki cavabdehə qarşı irəli sürülmüş iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın məzmununa uygun izahat verərək mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, müəllim olaraq fəaliyyətini davam etdirmək barədə iddiaçının 07 fevral 2022-ci il tarixli, B- 1921 nömrəli müraciətinə Azərbaycan Respublikası Təhsil Nazirliyində baxılmışdır. Bildirilmişdir ki, mövcud qaydalara əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin bütün mərhələlərindən uğurla keçən namizədlər ümumi təhsil müəssisələrinə ixtisasları üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllim təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun bu Qərarına uyğun olaraq, Təhsil Nazirliyinin bu tələb üzrə hər hansı cavabdehliyi mövcud deyil. Digər tərəfdən qanunvericiliyin tələbinə görə, iddianın əsaslı hesab edilməsi üçün iddiaçı ilə inzibati orqan arasında inzibati mübahisənin olması əsas şərtlərdən biridir. Hazırkı iş üzrə mübahisədən göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında hər hansı bir münasibət mövcud olmamışdır. Odur ki, iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Konkret halda da məhz, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. İşin hallarından müəyyən olunur ki, iddiaçının tələbi mahiyyət etibarı ilə onun ümumi təhsil orta məktəbdə direktor müavini vəzifəsindən azad edilməsi barədə əmrin ləgvi və işə bərpa edilməsindən ibarətdir, lakin iddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh göstərərək onun hərəkətlərini mübahisələndirmiş və bu vəzifənin cavabdehin üzərinə qoyulmasını tələb edir. Əmək Məcəlləsinin 287-ci maddəsində verilən anlayışa görə, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı fərdi əmək mübahisələri sayılır. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Göründüyü kimi, qeyd olunan mübahisə xüsusi hüquq sahəsinə aid məsələdir və əmək qanunvericilik normaları ilə tənzimlənir. Məhkəmə iddiaçıya izah edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan çıxış edir. Məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. Beləliklə də, məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaya cavab verməli orqan olmadığından iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə iddiaçı tərəfə izah edilir ki, iddia tələbində qaldırdığı əmək münasibətlərindən yaranan məsələlər barəsində mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə qarşısında iddia qaldırmaq hüququndan istifadə edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3KİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar