Məhkəmə qərarları › İş №2-1(112)-7041/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7041/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7041/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul olunmağı haqqında sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 11.10.2013-cü il tarixdən 30.07.2018-ci il tarixədək AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, hərbi xidmət dövrü xidməti vəzifələrini icra edərkən 02.06.2014-cü il tarixdə güllə yarası almış və bununla əlaqədar 30.07.2018-ci il tarixədək müalicədə olmuşdur. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1283 №-li, 11.07.2018-ci il tarixli qərarı ilə hərbi xidmətə yararsız sayılaraq istefaya buraxılmışdır.Tibbi Sosial Ekspert Komissiyasının 08.10.2018-ci il tarixli müayinə aktına əsasən ona müddətsiz olaraq 1-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəbi "Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik ” ifadəsi ilə göstərilmişdir. Ona 1-ci qrup əlilik dərəcəsi təyin edildikdən sonra müraciətinə əsasən qeydiyyatda olduğu Lerik rayon İcra Başçısının 26.07.2019-cu il tarixli 161 №-li sərəncamı ilə mənzil növbəsinə qeydiyyata götürülmüşdür. Lerik rayon İcra Hakimiyyəti Başçısının 21.04.2021-ci il tarixli, 69 №-li sərəncamı ilə yaşayış yerini dəyişdiyinə görə mənzil növbəsindən çıxarılmışdır. O, Lerik rayonunda daimi yaşayış yeri olmadığı üçün 2021-ci ilin aprel ayında yaşadığı Lerik rayonu, Lərmərud kəndinin qeydiyyatından çıxaraq əmisi X1 yaşadığı ünvan 1 ünvanına pasport qeydiyyatına düşmüşdür. O həmçinin Səfərbərlik və HXÇ üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsində ərizə ilə müraciət etmiş, lakin müraciətinə M-168-068 №-li, 17.05.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibət məktubunda qeyd edilmişdir ki, “Hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar ” 1-ci qrup əlil İddiaçı 26.07.2019-cu ildə qeydiyyatda olduğu Lerik rayon İcra Hakimiyyətində mənzil növbəsinə alınmışdır. 2021-ci ilin aprel ayında isə ünvan 2andarov küçəsi 68, 155 saylı mənzil ünvanına qeydiyyata alınmışdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vətəndaşların yaşayış yerləri üzrə olan mənzil növbəsi Respublikanın hər hansı bir bölgəsindən Bakı şəhərinə köçürülməsi nəzərdə tutulmamışdır və bununla bağlı vətəndaşa məktubla cavab verilmişdir . İş üzrə şifahi məhkəmə baxış iclası 21 sentyabr 2021-ci il tarixə təyin edilmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş iddiaçının izahatını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: -AA2325670 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında qeydiyyatdadır . -181301 saylı 17.10.2018-cu il tarixdə verilmiş əlillik vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı İ qrup əlil olmuşdur. -Lerik rayon İcra Hakimiyyəti Başçısının 161 saylı 26 iyul 2019-cu il tarixli sərəncamından görünür ki, İddiaçı 1-ci qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. - Lerik rayon İcra Hakimiyyəti Başçısının 3/205 saylı 30 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan respublikasının Mənzil Məcəlləsinin 55.1.3-cü maddəsinə əsaslanaraq rayon icra hakimiyyəti başçısının 21 aprel 2021-ci il tarixli, 69 nömrəli sərəncamı ilə İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı 1-ci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində güzəştli mənzil uçotundan çıxarılmışdır. - Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş № 14-168-068 nömrəli, 17.05.2021ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vətəndaşların yaşayış yerləri üzrə olan mənzil növbəsi Respublikanın hər hansı bir bölgəsindən Bakı şəhərinə köçürülməsi nəzərdə tutulmadığından müraciəti üzrə xahişinin yerinə yetirilməsinin mümkün olmadığı bildirilmişdir. - Lerik rayon İcra Hakimiyyəti Başçısının Nügü ərazi üzrə Nümayəndəliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayon 25 saylı Cəbrayıl məktəbinə təqdim edilmək üçün verilmiş arayışdan aydın olur ki, İddiaçı 12.09.2005-ci ilə qədər Lerik rayonunun Lərmənd kəndində yaşamış, Lərmənd kəndi orta məktəbində təhsil almışdır. - İş materiallarına əlavə edilmiş tam orta təhsil haqqında atestatın surətindən görünür ki, İddiaçı 2012-ci ildə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Cəbrayıl 25 saylı məktəbini bitirmişdir. - Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.09.2021-ci il tarixli 1638 saylı arayışdan görünür ki, İddiaçı 2005-ci ildən Balaxanı qəsəbəsi, M.Muxtarov küçəsində yerləşən mənzildə qeydiyyatsız yaşayır. Məhkəmə sorğusuna cavab olaraq Xətai rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş 18.06.2021-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 1-ci qrup əlil kimi İddiaçı 26.07.2019cu ildə qeydiyyatda olduğu Lerik rayon İcra Hakimiyyətində mənzil növbəsinə alınmışdır. 2021-ci ilin aprel ayında ünvan 3andarov küçəsi 68, mənzil 155 saylı mənzil ünvanına qeydiyyata alınmışdır. İşin mübahisələndirilməyən halları-iddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı İ qrup əlil olması, hazırda ünvan 1 ünvanında qeydiyyatda olması, iddiaçının və ailə üzvlərinin mülkiyyətində daşınmaz əmlakın olmamasıdır. İşin mübahisələndirilən halları- “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 1-ci qrup əlil kimi İddiaçı 26.07.2019-cu ildə qeydiyyatda olduğu Lerik rayon İcra Hakimiyyətində mənzil növbəsinə alınmasından sonra 2021-ci ilin aprel ayında ünvan 3andarov küçəsi 68, mənzil 155 saylı mənzil ünvanına qeydiyyata alınması ilə bağlıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən - Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. - Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər ailədə adambaşına 9 kvm və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə görə Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 26.08.1994-cü il tarixli 193 nömrəli Fərmanının 6-cı bəndində Respublika şəhər və rayon icra hakimiyyətlərinin başçılarına Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin mənzil-məişət problemlərinin təcili həll edilməsi tapşırılmışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X2 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan SSR Nazirlər Sovetinin 14.10.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsi mənzilistismar hissələri vasitəsilə həyata keçirilir. SSRİ Silahlı Qüvvələrinin fəhlə və qulluqçuları mənzil-şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar uçotuna ümumi əsaslarla götürülürlər. Qaydaların 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Qaydaların 5-ci bəndinə görə aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçmüş vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılır: zirzəmilər, yarımzirzəmilər, baraklar, əsaslı təmir edilməli olmayan avariyalı və çox köhnə evlər, hüdudları rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarları ilə müəyyənləşdirilən neft mədənləri ərazisində və havası qazlı zonada yerləşən evlər, sanitariya nəzarəti və ya dövlət tikinti-arxitektura nəzarəti orqanlarının rəyinə görə, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılmış digər yaşayış sahələri; d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə; e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar; c) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr – əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə; z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar. Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün, habelə vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə və SSRİnin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslər, vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi partizanları, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslər üçün, eyni müəssisədə, idarədə, təşkilatda azı 15 il, əmək şəraiti zərərli olan işlərdə isə azı 10 il işləmiş və vicdanla işləməkdə olan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına onların aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. Vətəndaşlar SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan başqa əsaslara görə də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan sayıla bilərlər. Qaydaların 6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın (Qaydalar XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiayasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmişdir) 4cü bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır. Qaydaların 7.1-ci bəndinə görə Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. İş üzrə araşdırma zamanı müəyyən edildi ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, cavabdeh İddiaçı 26.07.2019-cu ildə qeydiyyatda olduğu Lerik rayon İcra Hakimiyyətində mənzil növbəsinə alındığını, 2021-ci ilin aprel ayında isə ünvan 2andarov küçəsi 68, 155 saylı mənzil ünvanına qeydiyyata alındığını qeyd edərək, iddiaya etiraz edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı 2005-ci il tarixdən qeydiyyatsız Bakı şəhərində yaşamış, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Cəbrayıl 25 saylı məktəbində təhsil almış, 2012-ci ildə həmin məktəbi bitirmişdir. 11.10.2013-cü il tarixdən 30.07.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmət dövründə yaralanmış və hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlil olmuşdur. Lerik Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2021-ci il tarixli, 69 nömrəli sərəncamı ilə İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı 1-ci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində güzəştli mənzil uçotundan çıxarılmışdır. Hazırda isə ünvan 2andarov küçəsi 68, 155 saylı mənzil ünvanında qeydiyyatdadır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə araşdırması ilə təsdiq olunur ki, tələbi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3), mövcud qanunvericiliyin cavabdehə səlahiyyət verən normalarının dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirilməsi ilə bağlı 1-ci dərəcə əlil kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar