Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7044/2025 21.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2015-ci il tarixdə gömrük orqanlarında xidmətə qəbul olunmuş və həmin tarixdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində skanlaşdırma şöbəsində, 2018-ci ilin iyul ayından skanlaşdırma və TNV-in tətbiqi şöbəsində, 2023-cü ilin iyul ayından “Logistika Mərkəzi” gömrük postunun inspektoru vəzifəsində xidmət etmişdir. İddiaçı 8.01.2025-ci il tarixində cavabdehə ərizə ilə müraciət edərək 8.01.2025-ci il tarixindən gömrük orqanlarında xidmətinə xitam verilməsini xahiş etmişdir. Cavabdehin 8.01.2025-ci il tarixli, 3-33/005Ş nömrəli Xidmətə xitam verilməsi haqqında Əmri ilə “Gömrük Orqanlarında Xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmtkeçməsinə xitam verilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 3- 33/005Ş saylı, xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və işdən çıxarılma ilə bağlı məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi azaldılmışdır). İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1987-ci il təvəllüdlü olmaqla Azərbaycan Kooperasiya Universiteti Gömrük işinin təşkili fakültəsini 2009-cu il tarixdə bitirmişdir. Azərbaycan Dövlət İqtisad Univeristetinin “Gömrük ekspertizası’' magistr pilləsini 2011-ci il tarixində bitirmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cti il tarixədək AR FHN Mülki-Miidafiə Qoşunları, kiçik-çavuş rütbəsi, surücü-manqa komandiri vəzifəsində hərbi xidmət etmişdir. 2015-ci ilin may ayından - oktyabr ayınadək AR FHN-də “Sənayədə işlərin təhlükəsiz görünməsi və dağ-mədən nəzarəti” Dövlət Agentliyinin "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” elmi-tədqiqat institutunda - kiçik elmi işçi vəzifəsində çalışmışdır. Həmin ilin sentyabr ayında imtahan verib, müsabiqədən keçib. xx.xx.2015-ci il tarixdə Gömrük orqanlarında xidmətə qəbul olmuşdur. Həmin tarixdə "Hava Nəqliyyatında Baş Gömrük İdarəsində” skanlaşdırma şöbəsində inspektor vəzifəsində, iyul 2018-ci il tarixində skanlaşdırma və TNV-in tətbiqi şöbəsində inspektor, iyul 2023-cü il tarixində “Logistika Mərkəzi” gömrük postunun inspektoru vəzifəsində çalışmışdır. Oktyabr 2023-cü il tarixində xidməti zərurətlə əlaqədar daxili əmrlə skanlaşdırma şöbəsinə təhkim olunduqdan sonra “töhmət” almışdır. Sonra ərizəsində göstərdiyi məsələ ilə əlaqədar işlərə son qoymuşdur və 2024-ci il aprel ayında sonuncu xəbərdarlıqla “şiddətli töhmət” almışdır. Ondan sonra ümumiyyətlə heç bir pozuntusu olmayıb. Şiddətli töhmət verilənə qədər olan eyni hadisəyə görə barəsində edilmiş şikayətlə bağlı 8.01.2025-ci ildə DGK-ya çağırılıb ona təsir göstərilib və könüllü işdən çıxmağına dair ərizə yazmışdır. Bundan sonra “qulluqla bir araya sığmayan” hərəkətə yol vermədiyindən, vəzifə öhdəliyinin icrası ilə bağı hər hansı bir nöqsanı olmadığından qərara gəlmiş ki, verdiyi ərizəni geri götürsün. Ona görə də, işdən çıxma barəsində könüllü ərizə verdikdən 3 gün sonra DGK-nə teleqram vuraraq, verdiyi ərizəni geri götürdüyünü, verdiyi ərizənin etibarsız sayılmasını və işinə bərpa edilməyini xahiş etmişdir. Nəticədə əmlakını və işini ititrməklə zərər çəkmişdir. İşin mahiyyəti ondan ibarət olmuşdur ki, mülkiyyətində 2 ədəd "toyota prius” markalı avtomobil olub. Həmin avtomobillərdən birini baş etibarnamə ilə faktiki “nisyə alqı-satqı" qaydasında Hafis və Məhəmməd adlı şəxslərə satmışdır. Hissə-hissə ödəniş edilməklə ayda 800 manat ödənilməsinə razılaşmışlar. Lakin qalıq 6.000 manat ödənilmədi o pulunu tələb edəndə Hafiz onun barəsində DGK-nə şikayət etdi. Şikayət araşdırılması üçün Komitə tərəfindən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərildi. KQMBİ-də araşdırma zamanı Hafizin qazi olduğu məlum oldu və o avtomobilindən qazinin xeyrinə imtina etmiş və ödənilməmiş qalan 6000 manat borcu da silmişdir. Beləliklə, avtomobili əlindən çıxmış və əlavə olaraq, həmin avtomobil məsələsinə görə 2024-cü ilin aprel ayında iş yerindən “şiddətli töhmət" cəzası da almışdır. O birinci avtomobilə dair Hafizə baş etibarnamə verəndə, eyni məqsədlə ikinci avtomobilə dair də baş etibarnamə vermişdir. İlkin ödəniş kimi ona cəmi 1000 manat pul verilmişdi. KQMBİ-də araşdırma zamanı avtomobilin birini Hafizə demək olar ki, “bağışlayanda" razılıq oldu ki, ikinci avtomobilə dair verdiyi etibarnamə ləğv ediləcək və avtomobil ona qaytarılacaq. Hafiz və Məhəmməd bu razılığa əməl etmədiklərinə görə o avtomobilə dair verdiyi etibarnaməni ləğv etdirib, polis vasitəsilə avtomobilini duracağa yerləşdirirdi. Sonradan bildi ki, Hafiz və Məhəmməd ikinci avtomobilii Emil adlı şəxsin vasitəsilə Nicat adlı şəxsə etibarnamə vermək yolu ilə faktiki satıb pulunu da ələ keçiriblərmiş. O, Hafizə inanıb onun sözü ilə guya öz adamları olan, tanımadığı Emil adlı şəxsə baş etibarnamə vermişdir. Onun əli ilə avtomobil Nicat adlı şəxsə satılıb və pulu alınsa da ona ödəniş edilməmişdir. O avtomobilini polis vasitəsilə geri aldıqdan sonra, Hafiz özünün şikayət etdiyi qaydada Emilin də adından onun barəsində böhtan xarakterli şikayət əizəsi ilə DGK-nə müraciət etmiş və şikayət yenə araşdırılması üçün Komitə tərəfindən KQMBİ-nə göndərilmiş və araşdırma nəticəsinə onun təqsirsiz olduğu müəyyən edilsə də, istintaq orqanı DGK-nə bu məsələnin İdarədə müzakirə edilməsi üçün təqdimat göndərmişdir. Bununla bağlı qeyd etdiyi kimi işə dəvət edilmişdir, KQMBİ-dən təqdimat daxil olduğu, ya könüllü ərizə vermək, ya da “qulluğa uyğunsıız fəaliyyət göstərinə" əsası ilə işdən çıxarılacağı bildirildi. Onun düşünmək üçün vaxtı olmadığından və əvvəlki "şiddətli töhmət" tənbehi aldığından indi də işdən çıxarılacağının real olacağı həyəcanından “könüllü olaraq işdən çıxması barədə" 8.01.2025-ci il tarixdə ərizə vermişdir. Onu da qeyd edir ki, bütün olanlar-yəni onun avtomobil satmağı ila əlaqədar məsələ və araşdırma 2023-cii ildə olmuşdur. 2024-cü ilin aprel ayında ona bu məsələyə görə “şiddətli töhmət" verilmişdir. 2025-ci ilin yanvar ayında isə 2 il əvvəl olmuş və tənbeh aldığı “hadisə" ilə əlaqədar "işdən çıxarılmışdır" (könüllü işdən çıxma haqqında öz ərizəsindən imtina etmişdir) Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz hallarında da göründüyü kimi, iddiaçı xx.xx.2025-ci il tarixində Komitəyə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixindən gömrük orqanlarında xidmətinə xitam verilməsini xahiş etmişdir. İddiaçının qeyd edilən müraciəti nəzərə alınaraq Komitənin xx.xx.2025-ci il tarixli 3-33/005Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xx.xx.2025-ci il tarixdən öz təşəbbüsü ilə xitam verilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia növü ilə bağlı işlər üzrə qanunvericilik vətəndaşa inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması ilə bağlı, eləcə də işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və s. barədə müraciət etmək hüququ vermişdir ki, bu tələbə inzibati aktın mübahisələndirilməsi zamanı baxılması mümkündür. Eyni zamanda, prosessual qənaət prinsipləri baxımından da həmin formada tələbin qoyulması məqsədəuyğundur. İddiaçı xx.xx.2025-ci il tarixli əmrin mübahisələndirilməsi üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı xx.xx.2015-ci il tarixdə gömrük orqanlarında xidmətə qəbul olunmuş və cavabdehin 8.01.2025-ci il tarixli əmri ilə “Gömrük Orqanlarında Xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən xidmətkeçməsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas iddiaçının öz ərizəsi olmuşdur. İddiaçı hesab edir ki, xidmətkeçməsinə xitam verilməsi barədə ərizə onun iradəsinə uyğun deyil. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Dövlət Gömrük Komitəsinin 24 noyabr 2023-cü il tarixli 1000/1412Ş nömrəli əmri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 3 noyabr 2023-cü il tarixli 3-33/3-2-000001/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X26”nin 25.1.2-ci yarımbəndinin tələbini pozduğuna görə iddiaçıya töhmət elan edilmişdir. Dövlət Gömrük Komitəsininxx.xx.2024-cü il tarixli, 3-33/4265 nömrəli əmri ilə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi haqqında X1 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 17 yanvar 2024-cü il tarixli 3-33/1-C-000505/1-10/2024 qeydiyyat nömrəsi ilə daxil olmuş müraciətinə baxılmasının nəticəsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 27 mart 2024-cü il tarixli 3-33/1-012171/2024 qeydiyyat nömrəsi ilə daxil olmuş 15 mart 2024-cü il tarixli 0-2-2/2/2-1447/2024 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçı xidmətdənkənar vaxtda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinin və "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 16-cı maddəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək xidməti intizam qaydalarının tələblərini təkrarən və kobud şəkildə pozmuşdur. Əmr ilə Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununun və "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin tələblərinə əməl etməyərək xidməti intizam qaydalarının tələbini təkrarən və kobud şəkildə pozduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. X12 X17 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının xx.xx.1999-cu il 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi barəsində intizam tənbehlərindən biri tətbiq oluna bilər. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktubunun icrasının təmin olunması məqsədilə İddiaçı sözügedən Əsasnamənin 69-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən biri verilməlidir. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini – Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Rəsinin cavabdeh Komitənin sədr müavini gömrük xidməti general-mayoru cənab Natiq Şirvanova göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika Mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı qanunsuz hərəkətləri haqqında X10 müraciəti əsasında Komitədə toplanmış material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə daxil olaraq araşdırma aparılmışdır. Araşdırma zamanı cinayət tərkibli əməlin törədilməsi faktı müəyyən edilməmiş, eyni zamanda İddiaçı dövlət orqanlarının nüfuzuna xələl gətirən və vəzifəli şəxs kimi qanunla qadağan edilən fəaliyyətlə məşğul olması təsdiq olunmuşdur. Belə ki, İddiaçı öz adına olan avtomobili X5 taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə vermiş, daha sonra isə avtomobili möhlətlə ödənilməsi şərtilə ona satmış və aralarında borc müqaviləsi bağlanmışdır. Bir müddət sonra M.Yusibov tərəfindən avtomobil İddiaçıla razılaşdırılmaqla X13 nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə əsasında satılmışdır. Lakin, M.Yusibov tərəfindən borc müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi, bu səbəbdən İddiaçı tərəfindən Emil Hüseynova verilmiş etibarnamənin ləğv olunaraq avtomobilin geri alınması göstərilən şikayətin verilməsinə səbəb olmuşdur. Nəzərə çatdırılır ki, əvvəllər də İddiaçı eyni xarakterli qanunsuz hərəkətləri ilə bağlı Baş İdarədə araşdırma aparılmaqla Dövlət Gömrük Komitəsinə təqdimat göndərilmişdir. Gömrük orqanlarının əməkdaşları tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinin tələbləri pozularaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin icra olunması və bu sahədə nəzarətin artırılması, pozuntuya yol vermiş şəxslərin fərdi qaydada cəzalandırılması təcrübəsinin daha geniş tətbiq olunması zəruri hesab edilir. Odur ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini rəhbər tutaraq, göstərilən məsələlərin aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə edilərək, oxşar qanun pozuntularının törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi və bu barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsinə dair göstəriş verməyiniz xahiş olunur.” Daxili Təhlükəsizlik İdarəsi rəisinin müavini Fuad Qasımov tərəfindən Hüquqi Təminat İdarəsinin rəisinin müavini Turan Həsənliyə göndərilmiş xx.xx.2024-cü il tarixli Xidməti qeydə əsasən, Dövlət Gömrük Komitəsinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktuba X7 İdarəsi tərəfindən baxılmışdır. Sözügedən məktubda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı dövlət orqanlarının nüfuzuna xələl gətirən və vəzifəli şəxs kimi qanunla qadağan edilən fəaliyyətlə məşğul olmasının təsdiq edildiyi bildirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qsrşı Mübarizə Baş İdarəsinin sözügedən məktubunda qeyd edilmiş gömrük orqanı əməkdaşı İddiaçı yol verdiyi pozuntuların sonuncunun “Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə müvafiq olaraq gömrük orqanlarından xaric edilməsinə əsas olub-olmadığına dair müvafiq rəyin tərəfinizdən 3 iş günü ərzində Daxili Təhlükəsizlik İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Hüquqi Təminat İdarəsinin rəisinin müavini Turan Həsənli tərəfindən Daxili Təhlükəsizlik İdarəsi rəisinin müavini Fuad Qasımova göndərilmiş xx.xx.2024-cü il tarixli Xidməti qeydə əsasən, Xidməti qeyddə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktubda gömrük orqanı əməkdaşı İddiaçı yol verdiyi pozuntula ın sonuncunun “Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə müvafiq olaraq gömrük orqanlarından xaric edilməsinə əsas olub-olmadığına dair müvafiq rəyin Daxili Təhlükəsizlik İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 16-cı maddəsinə əsasən gömrük crqanlarnın vəzifəli şəxslərinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə ixtiyarı yoxdur. Həmçinin, Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ’’Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) gömrük orqanlarından xaric oluna bilər. Bundan başqa Əsasnamənin 69-1ci maddəsinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. “Korrupsiya qarşı mübarizə haqqında” Azərbaycan Respubublikasının Qanunun 9.3.3-cü maddəsinə görə bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktubunda qeyd olunan xüsusatlara dair xx.xx.2025-ci il tarixli arayışa əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı sahibi olduğu “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vətəndaş X6 taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verdiyi, daha sonra isə həmin nəqliyyat vasitəsini möhlətlə ödənilməsi şərti ilə sonuncuya satdığı, bununla bağlı aralarında borc müqaviləsinin bağlanıldığı, bir müddət sonra Məhəmməd Yusibovun sözügedən nəqliyyat vasitəsini İddiaçı razılığı ilə X2a “nəqliyyata sərəncam” etibarnaməsi əsasında satdığı, X22 Hüseynovla bağladığı borc müqaviləsinə əsasən üzərinə düşdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən sonuncunun “nəqliyyata sərəncam” etibarnaməsini ləğv edərək “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Emil Hüseynovdan geri aldığı bildirilmişdir. verilmiş “nəqliyyata sərəncam” etibarnaməsini ləğv etdikdə Nicat Əliyevin onunla telefon vasitəsilə əlaqə saxlayaraq etibarnamənin hansı səbəbdən ləğv edilməsi barədə məlumat almaq istəyərkən, onun bu haldan məlumatsız olduğunu bildirdiyini, bir müddət sonra “nəqliyyata sərəncam” etibarnaməsinin İddiaçı tərəfindən ləğv edildiyinin və sözügedən nəqliyyat vasitəsinin sonuncu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi vasitəsilə axtarışa verildiyinin məlum olduğunu, İddiaçıla, Məhəmməd Yusibovla və Nicat Əliyevlə görüş təyin edərək məsələyə aydınlıq gətirməyə cəhd etməyinə baxmayaraq İddiaçı görüşdən yayınaraq “mən heç kimlə görüşmək istəmirəm, gedirəm cərimə meydançasından maşını götürməyə” ifadəsini işlətdiyini bildirmişdir. Emil Hüseynov həmçinin müraciətlərində İddiaçı qeyd etdiyi “avtomobil rəsmiləşməyibsə, mənim adımadırsa nə istəyirəm edə bilərəm” ifadəsini işlətdiyini və özünü dövlət məmuru kimi təqdim edərək qanunların onun istəyi ilə işləyəcəyini əks etdirən iddiaları sübut edə biləcək məlumatları xidməti araşdırmaya təqdim edə bilməyəcəyini İddiaçıla birbaşa əlaqəsinin olmaması ilə əsaslandırmış və sonuncunun həmin ifadələri Nicat Əliyevlə görüş zamanı söylədiyini bildirmişdir. Emil Hüseynov izahatın sonunda İddiaçı şəxsən tanımadığını və onunla şəxsi əlaqəsinin olmadığını vurğulamışdır. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı xidməti araşdırmaya verdiyi izahatda X2u tanımadığını, ona heç bir nəqliyyat vasitəsini satmadığını, öz adına rəsmiləşdirilmiş “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şifahi razılaşmaya əsasən 2023-cü ilin iyun ayında 1000 Azərbaycan manatı ilkin ödəniş və hər ay 750 Azərbaycan manatı ödəmək müqabilində vətəndaş X6 verdiyini, sonuncunun onu aldadaraq qeyd olunan nəqliyyat vasitəsini pula ehtiyacı olması səbəbindən “nəqliyyata sərəncam” etibarnaməsinə əsasən Emil Hüseynova verməyini xahiş etdiyini, Məhəmməd Yusibovun sözügedən nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş aylıq 750 Azərbaycan manatı ödənişi öz öhdəliyinə götürəcəyini bildirdiyini, Emil Hüseynovu əvvəlcədən tanımadığını, “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “nəqliyyata sərəncam” etibarnaməsinə əsasən “Mobil notariat” tətbiqi üzərindən Emil Hüseynova verdikdən sonra Məhəmməd Yusibovun borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyini və telefon zənglərinə cavab verməkdən yayındığını, bu halları nəzərə alaraq Məhəmməd Yusibovun yaşadığı ünvanı şəxsi əlaqələri ilə müəyyənləşdirərək sonuncunun atası Fəxrəddin Yusibovla görüşərək qeyd olunanları müzakirə etdiyini, nəticədə Məhəmməd Yusibovla borc müqaviləsi bağlayaraq ödənişi etməyəcəyi təqdirdə nəqliyyat vasitəsini sonuncudan geri alacağını ona bildirdiyini, Məhəmməd Yusibovun irəli sürülmüş şərtlərlə razılaşmasına baxmayaraq təkrarən aylıq ödənişi etməkdən yayınması səbəbindən 2024-cü ilin mart ayında sonuncu ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ödənişləri etməməsini səbəb gətirərək “nəqliyyata sərəncam” etibarnaməsini ləğv edəcəyi barədə ona məlumat verdiyini, razılıq əldə etdikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət etməklə “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini axtarışa verdiyini bildirmişdir. Emil Hüseynov həmçinin Daxili İşlər Nazirliyinin “102” xidməti- zəng mərkəzinə müraciət etdiyi gündən təxminən 1 ay sonra sözügedən Nazirliyin əməkdaşının onunla telefon vasitəsilə əlaqə saxlayaraq qeyd olunan nəqliyyat vasitəsinin tapılaraq cərimə meydançasına aparılması barədə məlumat verdiyini, Komitəyə ünvanlanmış müraciətlərdə X23 Yusibovun arasında aparılan danışıqlarla bağlı qeyd olunan xüsusatlardan məlumatsız olması səbəbindən bu barədə verilən suallara cavab verə bilməyəcəyini, Emil Hüseynovu əvvəlcədən tanımamasını səbəb gətirərək sonuncuya Məhəmməd Yusibovun borcu barədə məlumat verməyinin mümkünsüz olduğunu, məktublarda qeyd edilən “avtomobil rəsmiləşməyibsə, mənim adımadırsa nə istəyirəm edə bilərəm” ifadəsi ilə, eləcə də özünü dövlət məmuru kimi təqdim edərək qanunların onun istəyi ilə işləyəcəyini əks etdirən iddialarla bağlı xüsusatların həqiqəti əks etdirmədiyini və böhtan xarakterli olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə X2un 26 avqust 2024-cü il tarixli 3-33/1-H-006489/1-10/2024 və 28 avqust 2024-cü il tarixli 3-33/1- H-006569/2-10/2024 qeydiyyat nömrələn ilə daxil olmuş eyniməzmunlu müraciətləri əsasında X7 İdarəsində toplanmış material aidiyyəti üzrə baxılması və təqsirkar şəxs və ya şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün 6 sentyabr 2024-cü il tarixli 3-33/2- 013052/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş, nəticəsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə məlumat verilməsi xahiş edilmiş, sözügedən Baş İdarədən Komitəyə 14 noyabr 2024-cü il tarixli 3-33/1- 048903/2024 qeydiyyat nömrəsi ilə daxil olmuş 11 noyabr 2024-cü il tarixli 2-2-022/2- 142552/2024 nömrəli məktubda aparılmış araşdırma zamanı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı tərəfindən cinayət tərkibli əməlin törədilməsi faktının müəyyən edilmədiyi, eyni zamanda sonuncunun dövlət orqanlarının nüfuzuna xələl gətirən və vəzifəli şəxs kimi qanunla qadağan edilən fəaliyyətlə məşğul olmasının təsdiq edildiyi, İddiaçı öz adına olan nəqliyyat vasitəsini X6 taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə verdiyi, daha sonra isə nəqliyyat vasitəsini möhlətlə ödənilməsi şərtilə ona satdığı, aralarında müvafiq borc müqaviləsinin bağlanıldığı, bir müddət sonra Məhəmməd Yusibov tərəfindən nəqliyyat vasitəsinin İddiaçıla razılaşdırmaqla X15 “nəqliyyata sərəncam” etibarnaməsinə əsasən satıldığı, Məhəmməd Yusibovun borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməməsinin İddiaçı tərəfindən Emil Hüseynova verilmiş etibarnamənin ləğv olunaraq nəqliyyat vasitəsinin geri alınmasına səbəb olduğu, gömrük orqanı əməkdaşları tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinin tələbləri pozularaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin icra olunması və bu sahədə nəzarətin artırılması, pozuntuya yol vermiş şəxslərin fərdi qaydada cəzalandırılması təcrübəsinin daha geniş tətbiq olunmasının zəruri hesab edildiyi qeyd edilmiş, habelə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi rəhbər tutularaq, göstərilən məsələlərin aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə edilərək, oxşar qanun pozuntularının törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi və bu barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsi bildirilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktubu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələblərini rəhbər tutaraq korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə sözügedən məktubda göstərilən məsələlərin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə edilərək zəruri tədbirlərin görülməsi və nəticəsi barədə X7 İdarəsinə məlumat verilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə 20 noyabr 2024-cü il tarixli 3-33/2-017510/2024 nömrəli məktubla müraciət olunmuş, Komitəyə 27 noyabr 2024-cü il tarixli 3-33/1-051548/2024 qeydiyyat nömrəsi ilə daxil olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 27 noyabr 2024-cü il tarixli 3-33- 3100/2-004814/2024 nömrəli məktubunda həmin Baş İdarənin Skanlaşdırma və Sərnişin X2 xidməti araşdırmaya verdiyi izahatda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı İddiaçı şəxsən tanımadığını, heç bir halda onunla görüşmədiyini, müraciətlərdə qeyd edilən “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vətəndaş X4 vasitəçiliyi ilə 20 iyun 2023-cü il tarixində İddiaçı aldığını, 20 iyun 2023-cü il tarixində Məhəmməd Yusibovun mobil telefon vasitəsilə İddiaçıla əlaqə saxlayaraq “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq fikrinə gəldiyini bildirdikdə İddiaçı sözügedən nəqliyyat vasitəsini 12000 Azərbaycan manatı məbləğinə satacağını söylədiyini, razılıq əldə etdikdən sonra sonuncunun “Mobil notariat” tətbiqi üzərindən ona “nəqliyyata sərəncam” etibarnaməsini verdiyini, sözügedən nəqliyyat vasitəsini bir müddət idarə etdikdən sonra 2023-cü ilin dekabr ayında 14500 Azərbaycan manatı məbləğinə “nəqliyyata sərəncam” etibarnaməsinə əsasən Nicat Əliyevə satdığını, 2024-cü ilin mart ayında İddiaçı səbəbsiz olaraq “Toyota Prius” markalı 77BG194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə şöbələrinin şəxsi heyəti ilə 21 noyabr 2024-cü il tarixində iclas keçirilərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sözügedən məktubunda qeyd olunanların müzakirə olunduğu, əməkdaşlara müvafiq tapşırıqlar verildiyi qeyd edilmiş və bu barədə iclas protokolu araşdırmaya təqdim olunmuşdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktubunda göstərilən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı yol verdiyi pozuntuların sonuncunun “Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə müvafiq olaraq gömrük orqanlarından xaric edilməsinə əsas olub-olmadığına dair müvafiq rəyin verilməsi məqsədilə Hüquqi Təminat İdarəsinə 24 dekabr 2024-cü il tarixli 3-33/210/055824 nömrəli xidməti qeyd göndərilmiş, sözügedən İdarədən daxil olmuş 25 dekabr 2024-cü il tarixli 3- 33/220/055970 nömrəli xidməti qeyddə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 16-cı maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə ixtiyarının olmadığı, həmçinin həmin Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ’’Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) gömrük orqanlarından xaric oluna bildiyi, bundan əlavə Əsasnamənin 69-1 -ci maddəsinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilməsi və “Korrupsiya qarşı mübarizə haqqında” Azərbaycan Respubublikasının Qanunun 9.3.3-cü maddəsinə görə bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılması qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sözügedən məktubunda göstərilən xüsusatların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə müvafiq olaraq gömrük orqanlarından xaric edilməsinə əsas olub-olmadığına dair müvafiq rəyin verilməsi məqsədilə Azərbaycan Gömrük İşçiləri X8 27 dekabr 2024-cü il tarixli 3-33/2-019822/2024 nömrəli məktub göndərilmiş, sözügedən Birlikdən daxil olmuş 29 dekabr 2024-cü il tarixli 3-33/1-057116/2024 nömrəli məktubda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi barəsində intizam tənbehlərindən birinin tətbiq oluna bilməsi və İddiaçı sözügedən Əsasnamənin 69-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birinin verilməli olduğu qeyd edilmişdir. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 16-cı maddəsinin 1-ci bəndinə əsasən gömrük orqanı əməkdaşının sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa ixtiyarı yoxdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 8 dekabr 2023-cü il tarixli 3-33/3-2-000325/2023 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarının nümunəvi daxili intizam Qaydaları”nın 6.2.1-ci yarımbəndinə əsasən "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 16-cı maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsi və həmin əsasnamənin 44-cü madddəsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsi xidməti intizamın kobud surətdə pozulmasına aiddir. Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununun 9.3.3-cü maddəsinin və "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 16-cı maddəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək xidməti intizamı təkrarən və kobud şəkildə pozduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı Dövlət Gömrük Komitəsinin 19 aprel 2024-cü il tarixli 3-33/426Ş nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Müəyyən edilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı xidmətdənkənar vaxtda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununun 9.3.3-cü maddəsinin və "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 16-cı maddəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək xidməti intizamı pozmuşdur. Araşdırma zamanı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı xidmətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 8 yanvar 2025-ci il tarixli 3- 33/005Ş nömrəli əmri ilə həmin tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə xitam verildiyindən onun barəsində müvafiq tədbir görülməsi mümkün olmamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 məktubu əsasında aparılan xidməti araşdırmaya xitam verilsin. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı xidmətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 8 yanvar 2025-ci il tarixli 3-33/005Ş nömrəli əmri ilə həmin tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə xitam verildiyi nəzərə alınsın. X7 İdarəsi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 noyabr 2024-cü il tarixli 2-2-022/2-142552/2024 nömrəli məktubunun cavablandırılması təmin edilsin. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Baş prokuroru yanənda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri cənab Nazim Rəcəbova göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 11 noyabr 2024-cü il tarixli 2-2-022/2- 142552/2024 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı tərəfindən yol verilmiş qanun pozuntularının nəticəsindən yaranan şəraitin aradan qaldırılması, habelə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələblərini rəhbər tutaraq korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə sözügedən məktubda göstərilən məsələlərin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə edilərək zəruri tədbirlərin görülməsi və nəticəsi barədə X7 İdarəsinə məlumat verilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə 20 noyabr 2024-cü il tarixli 3-33/2- 017510/2024 nömrəli məktubla müraciət olunmuş, Komitəyə 27 noyabr 2024-cü il tarixli 3- 33/1-051548/2024 qeydiyyat nömrəsi ilə daxil olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 27 noyabr 2024-cü il tarixli 3-33-3100/2-004814/2024 nömrəli məktubunda həmin Baş İdarənin Skanlaşdırma və Sərnişin şöbələrinin şəxsi heyəti ilə 21 noyabr 2024cü il tarixində iclas keçirilərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sözügedən məktubunda qeyd olunan xüsusatların müzakirə olunduğu və əməkdaşlara müvafiq tapşırıqlar verildiyi qeyd edilmişdir. Həmçinin araşdırma zamanı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika mərkəzi” gömrük postunun inspektoru, gömrük xidməti kapitanı İddiaçı xidmətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq əmri ilə 8 yanvar 2025-ci il tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə xitam verildiyindən onun barəsində müvafiq tədbir görülməsi mümkün olmamışdır. İş materillarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının barəsində cavabdeh orqana fiziki şəxslərin şikayət ərizəsi daxil olmuş, həmin şikayət ərizələri əsasında xidməri araşdırma başlanılmış və xidməti araşdırma nəticəsində materiallar araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokorurluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin İdarə tərəfindən iddiaçının əməlində cinayət təkibinin olmaması müəyyən edilmiş, lakin “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinin tələbləri pozulduğundan, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin icra olunması və bu sahədə nəzarətin artırılması, pozuntuya yol vermiş şəxslərin fərdi qaydada cəzalandırılması təcrübəsinin daha geniş tətbiq olunması zəruri hesab edilmiş və iddiaçının barəsində araşdırma aparılması üçün cavabdehə təqdimat göndərilmişdir. Araşdırma nəticəsində cavabdehin 24 noyabr 2023-cü il tarixli 1000/1412Ş nömrəli əmri iddiaçıya töhmət, xx.xx.2024-cü il tarixli, 3-33/4265 nömrəli əmri ilə isə şiddətli töhmət intizam tənbeh tədbiri tədbiq edilmişdir. Bundan sonra iddiaçı 8.01.2025-ci il tarixdə ərizə yazaraq həmin tarixdən xidmətkeçməsinə xitam verilməsini xahiş etmiş və həmin tarixli əmrlə iddiaçının xidmətkeçməsinə xitam verilmişdir. Həmin əmrdən sonra iddiaçının öz arzusu ilə xidmətkeçməsinə xitam verilməsi əsas götürülərək barəsində aparılmış araşdırmaya xitam verilmişdir. İddiaçının dəlili ondan ibarətdir ki, yazdığı ərizə onun iradəsinə uyğun deyil. Məhkəm iddiaçının dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçı ali (bakalavr və magistr) təhsilli olmaqla, yazdığı ərizənin mahiyyətini və hüquqi nəticələrini dərk edcək yaşdadır. Bundan başqa iddiaçı barəsində xidməti araşdırma aparıldığını, həmin araşdırma ilə bağlı əvvəllər iki dəfə intizam tənbehi verildiyini, həmin əmrlərin mübahisələndirilməməklə qüvvədə olmasını, araşdırma davam edəcəyi təqdirdə növbəti tənbeh tədbirinin vəzifədən azad etmə, gömrük orqanlarından xaric etmə olmasının istisna edilməyəciyini bildiyindən öz arzusuna əsasən tutduğu vəzifəsən azad edilməsi barədə ərizə mövcud vəziyyətdə onun iradəsinə və hüquqi marağına uyğun olmuşdur. “Gömrük Orqanlarında Xidmət haqqında Əsasnamə”: Maddə 69. Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır: ... 9.3.3. bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq; ... İddiaçı ərizə yazaraq öz arzusuna əsasən xidmətkeçməsinə xitam verilməsini xahiş etmiş, xahişi nəzərə alınaraq cavabdehin əmri ilə “Gömrük Orqanlarında Xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən xidmətkeçməsinə xitam verilmiş, həmin əmrdən sonra isə barəsində aparılmış xidməti araşdırmaya da xitam verilmişdir. “Gömrük Orqanlarında Xidmət haqqında Əsasnamə”nin
120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; … Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov