Məhkəmə qərarları › İş №2-1(112)-705/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-705/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-705/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu R.Teymurov 64 ünvanında qanuni istifadəsində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq mülkiyyətinə verilməsi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin rəsmiləşdirilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Rizvan Teymurov 64 saylı fərdi yaşayış evində 1953-cü ildən bu günədək qeydiyyatdadır və yaşayır. 8-ci km qəsəbəsi, 1953-1955-ci illərdə 42 saylı, sonra 48 saylı yaşayış evi, 60-cı illərdən Okrujnaya 48, Paruşina 48, Rizvan Teymurov 48 və sonda isə dəyişilərək Rizvan Teymurov 64 olan fərdi yaşayış evinin atası X3 məxsus olduğunu təsdiq edən 1958-ci il tarixli “Azneftproyekt” tərəfindən hazırlanmış və imzalanmış sənəd təqdim olunur. Nizami rayon İcra Hakimiyyətinin 14 mart 2002-ci il sərəncamına və sərəncamına əlavə olan Nizami RİH LSB 01/23 EL saylı evin və həyətyanı torpaq sahəsinin layihə sənədinə uyğun olaraq fərdi yaşayış evi 2002-ci ildə özəlləşdirilmişdir. Bakı şəhər İcra Hakiyyətinin Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlanın qeydiyyatı İdarəsi tərəfindən ÖM123881 nömrəli 16.11.2002-ci il tarixli Qeydiyyat vəsiqəsi və evin N 881 01.11.2002-ci il texniki pasportu təqdim olunmuşdur. Nizami rayon Bələdiyyəsi yaradılandan bu günədək Əmlak və Torpaq vergisi ödənilmişdir. 2019-cu ildə Qeydiyyat vəsiqəsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən dəyişdirilərək fərdi yaşayış evi üçün ********** saylı 11.07.2019-cu il tarixli Çıxarış ilə əvəz edilmişdir. Fərdi yaşayış evi üçün Reyestr nömrəsi: **********0610301 10.07.2019-cu il tarixli texniki pasport tərtib olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.10.2019-cu il tarixli (SS632760622AZ) məktubla müraciət edərək, qanuni istifadəsində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakı şəhəri 24 dekabr 1999-cu il tarixli 237 nömrəli Sərəncamına uyğun olaraq özəlləşdirilməsini, mülkiyyətinə verilməsini müvafiq qaydada qeydiyyata alınmasını xahiş etmişdir. **********48 nömrəli 05.12.2019-cu il tarixli cavab məktubu ilə cavabdeh “Daşınmaz əmlakın dövlət reestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmana uyğun olaraq müvafiq sənədlərin təqdim olunması vurğulanmışdır. 27.12.2019-cu il tarixində təkrar olaraq 1 saylı Bakı şəhər Ərazi İdarəsinə elektron poçt ilə müraciət edərək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 dekabr 1999-cu il tarixli 237 nömrəli Sərəncamına müvafiq hərəkət etməyi xahiş olunmuşdur. 55 gündən çox keçməsinə baxmayaraq 1 saylı Bakı şəhər Ərazi İdarəsi hərəkətsizlik göstərərək, məsələnin həll olunması məqsədilə müvafiq addımlar atmamış, kargüzarlıq haqqında qanuna əməl olunmamış və cavab verməkdən yayınmışlar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq olunmuş siyahıda nəzərdə tutulmuş hüquqverici sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı, yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi daşıyır. Belə ki, 1953-cü ildən iddiaçının evi özəlləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qaydada qeydiyyata alınmış və fərdi yaşayış evinin çıxarışı təqdim olunmuşdur. Fərdi yaşayış evinin yaşayış sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Hüquqlann dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün təsvirlərinin təsdiq edilməsi” barədə 553 nömrəli 17 iyun 2015-ci il Fərmanına uyğun olaraq verilmiş çıxarışa müvafiq torpaq sahəsinin planı və ölçüsü təqdim olunmalıdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********18 saylı, 16.03.2020-cu il tarixli etirazında bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Teymurov 64 ünvanında qanuni istifadəsində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq mülkiyyətinə verilməsi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçının ünvan 4 ünvanında yerləşən 48 saylı fərdi yaşayış evinin və istifadəsində olan torpaq sahəsinin vahid əmlak kimi sənədləşdirilməsi ilə bağlı ********** nömrəli, 22.10.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəsinə İdarədə baxılmışdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası idarə tərəfindən mümkün olmamış və ərizəçiyə 05.02.2019-cu il tarixli, **********48 saylı cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 350 kv.metr torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. İnzibati işdə olan Bakı şəhər icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 123881 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4ndə yerləşən 48 saylı evin 84.3 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1246 saylı reyestr kitabının 187172-ci səhifəsində 16.11.2002-cı il tarixdə qeydiyyat aparılmışdır. İnzibati işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 10.07.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Rizvan Teymurov 48 (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Rizvan Teymurov 64 saylı) ünvanında yerləşən fərdi yaşayış evi **********06-10301 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İnzibati işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Rizvan Teymurov 48 (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Rizvan Teymurov 64 saylı) ünvanında yerləşən fərdi ev üzərində İddiaçı mülkiyyət hüququ 11.07.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İnzibati işdə olan Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 14 mart 2002-ci il tarixli sərəncamından görünür ki, iddiaçının müraciəti əsasında Teymurov küçəsi 48 ünvandakı fin tipli evində mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə əlavə olaraq tikililərin rəsmiləşdirilməsi mümkün hesab edilərək texniki pasportun verilməsi müvafiq orqanlara həvalə edilmişdir. İnzibati işdə olan 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 21.02.2019-ci il tarixli 2- 1(82)-518/2019 saylı qərarından görünür ki, İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən evin qeydiyyat vəsiqəsinin çıxarışla əvəz edilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İnzibati işdə olan Azərbaycan Respublikası Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 120 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 16.11.2002-ci il tarixli 388 saylı arayışından görünür ki, İddiaçı Ağakərim oğlu R.Teymurov ev 48 ünvanında 14.03.1974-cü il tarixdən qeydiyyatdadır. İnzibati işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin ünvan 7 ünvanlanmış məktubundan görünür ki, Azərbaycan SSR “Neftximprom” İdarəsinin arxiv sənədləri Dövlət Arxinin Bakı filialına təhvil verilməmişdir. İnzibati işdə olan Azərbaycan SSR Neft Sənaye Nazirliyinin “Azneftproyekt” layihə Kontoru tərəfindən tərtib edilmiş sənəddən görünür ki, Ehtibarov Ağaya məxsus 8-ci km. 48 saylı mənzilə qaz xətti çəkilmişdir. İnzibati işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.11.2020-ci il tarixli **********32 saylı məktubundan görünür ki, tədqiq olunan obyektdə idarənin mühəndis-inventarlaşdırıcısı tərəfindən texniki baxış keçirilmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinin yerləşdiyi (istifadə olan) torpaq sahəsi yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir. İnzibati işdə olan Heydər Əliyev adına X8 16 fevral 2021-ci il tarixli SOCAR**********30490075X00023 saylı məktubundan görünür ki, Azərbaycan SSR Neft- Kimya Sənayesi Nazirliyinin 07.08.1987-ci il tarixli, 174 nömrəli qərarının, həmin qərarda adı çəklilən 25.09.1986-cı il tarixli, ******* nömrəli orderin, eləcə də qərarda adı çəkilən Bakı şəhəri, Paruşina küçəsində yerləşən 48 nömrəli, fin tipli evə dair sənədlər NEZ-də aşkarlanmamışdır. NEZ-in tabeliyində olmuş Mənzil İstismar Sahələri istifadələrində olan mənzil fondları ilə birgə aidiyyəti üzrə icra hakimiyyətlərinin tabeliyindəki Mənzil Kommunal Təsərrüfatı Birliklərinin tabeliyinə keçmişdir. Qeyd edilən ünvanla bağlı aidiyyəti üzrə Nizami rayon İcra Hakimiyyətinə müraciət etmək məqəsədəuyğun hesab edilmişdir. İş materiallarında olan “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu R.Teymurov 64 ünvanında yerləşən İddiaçı torpaq sahəsinin və fərdi yaşayış evinin döngə nöqtələrinin, koordinatlarının, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, texniki pasportla faktiki sahə arasında konfiqurasiya və sahə fərqi yoxdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayonu Rizvan Teymurov küçəsi 48-də yerləşən İddiaçı oğlna məxsus fərdi yaşayış evinin eskiz layihəsindən görünür ki, həmin evin layihəsi Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin layihə-smeta bürosu tərəfindən təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş (30 oktyabr 2015-ci il 664 nömrəli Fərmanla olunmuş dəyişikliklərlə birlikdə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İddiaçının tələbinin əsaslandığı hallara görə, müvafiq sənədləri cavabdehə təqdim etməklə ona məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən mülkiyyət hüququnun qeydə alınması barədə ərizənin icra edilməsinin qeyri-mümkünlüyünün əsası barədə bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi və həyətyanı torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan SSR Neft-Kimya Sənayesi Nazirliyinin Mənzil-İstismar İdarəsinin 07.08.1987-ci il tarixli, 174 nömrəli qərarı əsasında Bakı şəhəri, Paruşina küçəsində yerləşən 48 nömrəli (hazırda yeni ünvanla ünvan 10n şəxsi-hesab vərəqi atasına 25.09.1986-cı il tarixli, 228519 nömrəli order əsasında yeni mənzil verildiyi üçün iddiaçının adına dəyişdirilmiş, sonradan Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 14 mart 2002-ci il tarixli sərəncamı ilə iddiaçının müraciəti əsasında Teymurov küçəsi 48 ünvandakı fin tipli evində mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə texniki sənədlərdə 12 kv.m olan yaşayış sahəsinə əlavə tikililər artırılmaqla ümumi sahəsi 89.5 kv.m-ə çatdırılmış əlavə tikililərin rəsmiləşdirilməsi mümkün hesab edilərək texniki pasportun verilməsi müvafiq orqanlara həvalə edilmiş, həmin artırılmış sahə ilə mənzilə dair 881 reyestr nömrəli 01.11.2002-ci il tarixli texniki pasport tərtib edilmiş, Bakı şəhər icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 123881 saylı qeydiyyat vəsiqəsi ilə ünvan 4ndə yerləşən 48 saylı evin 84.3 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı mənzili 16.11.2002-cı il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş, 2 saylı Bakı İnzibatilqtisadi Məhkəməsinin 21.02.2019-ci il tarixli 2-1(82)-518/2019 saylı qərarı ilə iddiaçının iddiası təmin edilərək evin qeydiyyat vəsiqəsinin çıxarışla əvəz edilməsi vəzifəsi DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş və həmin qərar əsasında ********* qeydiyyat nömrəli çıxarışla Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Rizvan Teymurov 48 (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Rizvan Teymurov 64 saylı) ünvanında yerləşən fərdi ev üzərində iddiaçı mülkiyyət hüququ 11.07.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş hər hansı bir əsasa istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə tərəfindən də hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının bildirdiyi faktiki halları isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmir. İddiaçının uzun müddət ərzində həmin evdə yaşaması, ailə üzvləri ilə birgə pasport qeydiyyatına alınmaları və kommunal xidmətlərin onların adına göstərilməsi də iddiaçının tələbini təmin etməyə imkan vermir. Çünki yuxarıda da qeyd olunduğu kimi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması həmin faktiki hallara əsasən deyil, yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan birinin mövcudluğunda aparıla bilər. Belə olan halda iddiaçı tələb etdiyi torpaq sahəsinə dair qanuni hüququn sahibi kimi tanına bilməz və bununla da həmin hüququnun reyestrdə qeydə alınmasını tələb edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının torpaq sahəsi üzərindəki hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu R.Teymurov 64 ünvanında “qanuni istifadəsində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq mülkiyyətinə verilməsi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin rəsmiləşdirilməsi” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə R A R A A L D İ: İddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 12 Sədrlik edən MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar