Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-705/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndələri X7 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin verilməsi” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (bundan sonra mətndə Əqli Mülkiyyət Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMA-nın Apellyasiya şurasının 27 oktyabr 2023-ci il tarixdə alınmış, Apellyasiya şurasının 12 sentyabr 2023-cü il tarixli A96/23 №li qərarının ləğvi və İddiaçı MMC (ünvan: AZ1135, ünvan 1 62A,) tərəfindən verilmiş 2022 04201 saylı xx.xx.2022-ci il tarixli ərizə ilə 29-cu sinif “Kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyvə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər” 30-cu sinif - Makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran[ədviyyat]; tomat sousu; qida sodası(qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu”; 35-ci sinif - Məhsulların nümayişi; ticarət (pərakəndə, topdansatış) müəssisələrin idarə edilməsi; nümunələrin yayılması; üçüncü şəxslər üçün satış təşviqi; malların - Kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyvə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər; makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fıpdi-qı; bulka; istiot; zəfəran [ədviyyat]; tomat sousu; qida sodası (qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu ticarətinin (pərakəndə, topdansatış) təşkili; malların pərakəndə satış və topdansatış üçün təqdimatı; üçüncü tərəflər üçün təchizat xidmətləri; [sahibkarlara mal (əmtəələrin) və xidmət alınmasının təşkili]; 39-cu sinif - Kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyvə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər; makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran[ədviyyat]; tomat sousu; qida sodasıfqida məhsulu üçün natriy biokarbonat), kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu məhsullarının nəqli, qablaşdırılması və saxlanılması əmtəə və xidmətlər üzrə verilmiş “Sehirli dad + şəkil” əmtəə nişanının qeydiyyata alınması barədə öhdəliyinin cavabdeh AR ƏMA-nın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022 04201 saylı xx.xx.2022-ci il tarixli ərizə ilə 29, 30, 35 və 39-cu sinif əmtəə və xidmətləri üzrə verilmiş “Sehırlı dad + şəkil” əmtəə nişanının qeydiyyata almaqdan imtina edilməsi haqqında Patent və X4 Mərkəzinin 2023-cü il 01 iyun tarixli 17 №li Protokolla təsdiq edilmiş qərarına qarşı verilmiş əsaslandırılmış etiraz AR ƏMA-nın Apellyasiya şurasının № A96/23, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. “Cavabdeh” 2022 04201 (ilkinlik xx.xx.2022-ci il) ərizə üzrə qərar verərkən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 1-ci, 4-cü maddələrinin və 5-ci maddəsinin “c” bəndindən və “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” 4-cü maddəsindən irəli gələn əsasların düzgün töhsiv etməyərək səhv tətbiq etmiş, səhv nəticəyə gəlmiş təqdim edilmiş sübutları əsassız və qanunsuz olaraq nəzərə almadığını nəzərə alaraq A96/23 №li, 12 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi iddia tələbləri təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Patent və X4 Mərkəzinin elektron Pənah sistemindən çıxarılmış təqdim edilmiş sənədlərdən görünür ki: 1. 2022 04201 saylı xx.xx.2022-ci il tarixli ərizə verilərkən “Sehırlı dad + şəkil” əmtəə nişanı – “Düzbucaqlı təsviri üzərində xüsusi traektoriya üzrə hərəkət edən stilləşdirilmiş uçan aparat təsvirindən və onun fonunda, latın qrafikası ilə, xüsusi şriftlə, birinci "S" hərfi böyük, qalan həfləri isə kiçik hərflərlə verilmiş, heç bir məna kəsb etməyən "Sehırlı" ixtira edilmiş sözdən və “Dad” sözündən yaranmış "xxxx" ifadəsindən, iddiaçının firma adından ibarət kombinə edilmiş əmtəə nişanı"- kimi təsvir edilmişdir. 2. Patent və X4 Mərkəzi xx.xx.2022-ci il tarixli bildirişlə, Sehırlı dad+şəkil" əmtəə nişanında (ı hərfi i) “Sehirli kimi” səhv oxunmaqla (qəbul edilməklə) rədd bildirişi verilmişdir. 3. Tərəflərindən xx.xx.2022-ci il tarixli bildirişə xx.xx.2023-cü il tarixdə cavab verilmişdir. 4. Patent və X4 Mərkəzi xx.xx.2023-cü il tarixli bildirişlə, tərəflərindən xx.xx.2022-ci il tarixli bildirişə xx.xx.2023-cü tarixdə verilmiş cavab qismən 29,30 və 35 siniflər üzrə təmin edilmiş, “Sehırlı dad +şəkil” əmtəə nişanı düzgün Sehırlı kimi oxunmaqla (qəbul edilməklə) yalnız 39-cu sinif üzrə 2022 04141 saylı Sehirli Dad nişanı qarşı qoyulmaqla rədd bildiriş verilmişdir. 5. Pənah sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan göründüyü kimi, tərəflərindən xx.xx.2023-cü il tarixli bildirişə cavab verilmişdir. 6. Patent və X4 Mərkəzinin 2023-cü il 1 iyun tarixli 17 №li Protokolla təsdiq edilmiş “Əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında Qərardan” göründüyü kimi, tərəflərindən təqdim edilmiş sübut və dəlilləri nəzərə almadan, əsaslandırılmadan Sehırlı dad +şəkil” əmtəə nişanını qanunsuz olaraq "xxxx" (Sehirli Dad) sözdən ibarət nişan kimi qiymətləndirilmişdir. 7. İddiaçı İN yanında DVX, MGBİ Hüquqi şəxlərinin dövlət qeydiyyatı idarəsinin reestrindən VÖEN **********, xx.xx.2021-ci il tarixli **********383700 nömrəli çıxarışı təqdim edir və bildirir ki, İddiaçı MMC-nin -nin təsisçisi və direktoru X11 Hüseynov, sahibkar fiziki şəxs kimi onun tərəfindən uzun müddət istifadə edilən və № 2018 01490 saylı ərizə ilə verilmiş” - Əsl sehirli dad+şəkil”- əmtəə nişanının 29, 30 və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyata alınmasının rədd edilməsi ilə “Əsl sehirli dad” ifadəsinin fərqlənmə qabiliyyətinin olmaması ilə razılaşmış bu yeni şirkətin adını bu səbəbdən "xxxx" MMC adlandırmışdır. İddiaçı bildirir ki, “Sehırlı” sözü onun tərəfindən “Se”-Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti-nə əsasən “üç” və “hırlı” Azərbaycan dilinin izahlı lüğətində hır - (Kürdəmir) hünər sözlərinin birgə yazılışı ilə yaradılmış, ixtira edilmiş sözdür. İddiayçıya görə “Sehırlı” sözü onun tərəfindən yaradılmış, ixtira edilmiş və məcburi “üç qat hünər” mənasını verir. “Sehırlı” azərbaycan ədəbi dilində ayrılıqa heç bir məna verməyən sözdür. Yəni, “Sehırlı” sözü fərqləndirmə qabiliyyətli sözdür. Lakin, Apellyasiya şurası iddiaçının bu dəlillərini qəbul etmir, hüquqi qiymət verərkən qərarda qöstərir: “Apellyasiya şurası əmtəə nişanını təhlil edib müəyyən etdi ki, "xxxx" qara rəngdə qalın şriftlə yazılmış "xxxx" söz birləşməsindən, sol kənarında ovalvari bir tərəfli, bir tərəfli tünd qara rəngdə aypara və ulduz təsviri, içəri hissəsində qara rəngdə ovalvari işarə olan kombinə edilmiş əmtəə nişanıdır. Apellyasiya şurası qeyd edir ki, "xxxx" söz birləşməsi onun tərkibindəki sözlər müəyyən növ qida məhsulları (əmtəələri) üçün ümumişlək xarakterlidir və xoşagələn, cəlbedici mənasında tez-tez və geniş şəkildə istifadə edilir. Buna görə də fərqlənmə qabiliyyətinə malik deyil". "Sehırlı" və "Sehiriı" sözləri fərqli səslənir, görünüşcə də fərqlidirlər və mənaca da fərqlidirlər. Belə ki, bu sözlərdə istifadə edilən fərqli "ı" - qalın sait olmaqla, "i" isə incə sait olmaqla səslənmə üzrə fərqlidirlər, "ı" hərfinin üzərində nöqtə olmaması, "i" isə üzərində nöqtə olması ilə qrafiki fərqli elementlərlə fərqlidirlər, bu sözlər mənaca da fərqlidirdirlər. Beləliklə, Apellyasiya şurası "Sehırlı" və "Sehiriı" sözlərini eyniləşdiməklə səhv edir, səhv nəticəyə gəlir və nəticə etibarı ilə səhv qərar verir. "xxxx" ifadəsi eyni adlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin firma adının əsas fərqləndirici hissəsidir. Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Apellyasiya şurasının Azərbaycan Respublikası "Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında" Qanunun 5-ci maddəsinin "c" bəndinə və "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının 4-cü maddəsinin b) bəndi nə- əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar" ın əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir" istinadı əsassızdır: Belə ki, "Sehırlı" söz işarəsi firma adının fərqləndirici elementidir; nişanı "Düzbucaqlı təsviri üzərində xüsusi traektoriya üzrə hərəkət edən stilləşdirilmiş uçan aparat təsvirindən ibarət orijinal təsviri hissəyə malikdir, "əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, göstərmir"; Düzbucaqlı təsviri üzərində xüsusi traektoriya üzrə hərəkət edən stilləşdirilmiş uçan aparat təsviri-"X8 X2 (Vyana Təsnifatı) 18.5.10 Kosmiki raket və kapsulalar, süni peyklər"-əsasən fərqlənmə qabiliyyətlidir. "Sehırlı" söz işarəsi -iddiaçı tərəfindən ixtira edilmiş söz olmaqla, əsas amillərlə yüksək fərqlənmə qabiliyyətinə malikdir"- Apellyasiya şurası bu sözün "qida məhsulları (əmtəələri) üçün ümum işlək xarakterli" olması barədə səhv qiymət verir. Apellyasiya şurası öz qərarını əsaslandırmaq üçün istifadə etdiyi - "Sehırlı" söz işarəsinin ... xoşagələn, cəlbedici mənasında tez-tez və geniş şəkildə istifadə edilir" göstərsə heç bir sübut, dəlillə əsaslandırmamışdır; "Sehırlı" söz işarəsi- iddiaçı tərəfindən ixtira edilmiş söz olmaqla, əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini vəs sairə "Əmtəə nişanlarının qeydə alınması barədə "İddia sənədinin verilməsi və ekspertizası Qaydalarının" 4-cü maddəsinin b) bəndidə göstərilən kriteriyaların hər hansı birinə uyğun- göstərən nişan deyildir. Azərbaycan dilinin qrammatikasına görə "Qaydalar Sifət – Əlamət və Keyfiyyət Bildirən sözlər -Varlığın (əşyanın) əlamətini və ya keyfiyyətini bildirən sözə sifət deyilir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir. Əlamət dedikdə gözlə görünən, yəni zahiri xüsusiyyətlər nəzərdə tutulur. Varlığın gözlə görünməyən daxili xüsusiyyətləri isə keyfiyyət adlanır", "Sehırlı" eləcədə "xxxx" söz işarəsi, necə? nə cür? hansı? Suallarına cavab vermir. Yəni, "Sehırlı" eləcədə "xxxx" söz işarəsi bütövlükdə səslənməklə, keyfiyyət göstəricisi deyildir; Apellyasiya şurası, hətta "xxxx" söz birləşməsi onun tərkibindəki sözlər müəyyən növ qida məhsulları (əmtəələri) üçün ümumişlək xarakterlidir və xoşagələn, cəlbedici mənasında tez-tez və geniş şəkildə istifadə edilir. Buna görə də fərqlənmə qabiliyyətinə malik deyil" kimi hüquqi qiymət verməklə, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun (maddə 12 Bərabərlik prinsipi "12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır") tələblərini pozur. Belə ki tərkibində "QƏDİM DAD", "Sevimli DAD"; "FAVORİT DAD" və saidə "DAD" sözü olan ibarət onlarla nişanlar disklamasiya ilə digər hüquqi və fiziki şəxslərin adına qeydiyyatdadır. Məsələn: № 2019 0105 "QƏDİM DAD+şəkil", 2021 0706 -"Sevimli Dad" və hətta "Seimli Dad"- ifadəsinin ingilis dilindən tərcüməsi "favorit dad"- 2021 1773-"FAVORİT DAD"; və sairə disklamasiya ilə əmtəə nişanı kimi mühafizə olunurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Əqli Mülkiyyət Agentliyinin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Əqli Mülkiyyət Agentliyinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 2022-ci il 28 noyabr tarixində 2022 04201 nömrəli iddia sənədi üzrə əmtəə nişanının ƏXBT-nin 29-cu sinif (“kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyyə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər”), 30-cu sinif (“makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran[ədviyyat]; tomat sousu; qida sodası(qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu”), 35-ci sinif (“məhsulların nümayişi; ticarət (pərakəndə, topdansatış) müəssisələrin idarə edilməsi; nümunələrin yayılması; üçüncü şəxslər üçün satış təşviqi; malların - kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyvə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər; makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran[ədviyyat]; tomat sousu; qida sodası(qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu ticarətinin (pərakəndə, topdansatış) təşkili; malların pərakəndə satış və topdansatış üçün təqdimatı; üçüncü tərəflər üçün təchizat xidmətləri; [sahibkarlara mal (əmtəələrin) və xidmət alınmasının təşkili]”) və 39-cu sinif (“kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyvə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər; makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran [ədviyyat]; tomat sousu; qida sodası(qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu məhsullarının nəqli, qablaşdırılması və saxlanılması") əmtəələri üzrə qeydiyyata alınması üçün ” iddia olunan Agentliyin tabeliyində olan Patent və X4 Mərkəzinə (bundan sonra - Ekspertiza Mərkəzi) müraciət etmişdir. X5 Şurasının 2023-cü il 1 iyun tarixli 17 №-li Protokolu ilə təsdiq edilmiş 2022 04201 nömrəli iddia sənədi üzrə əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsinə dair qərarında “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinin “c” bəndinə (əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanların qeydə alınmasına yol verilmir) istinad etmişdir. İddiaçı etirazla Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına (bundan sonra - Apellyasiya şurası) müraciət etmişdir. Apellyasiya Şurasının 2023-cü il 12 sentyabr tarixli A96/23 nömrəli qərarı ilə, Ekspertiza Mərkəzinin həmin qərarından "xxxx" MMC tərəfindən verilmiş etiraz əsassız hesab olunmuş və təmin edilməmişdir. Əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsaslarından biri olan Qanunun 5-ci maddəsinin “c” bəndində qeyd edilən əsas “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın (bundan sonra - Qaydalar) 4-cü bəndinin “b” yarımbəndində geniş şəkildə açıqlanmışdır. Həmin yarımbəndə əsasən əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı Qanunun 5-ci maddəsinin “c” bəndində nəzərdə tutulan əsasın ehtiva etdiyi elementlərdir. 2022 04201 Nişan ağ rəngli fon üzərində, qara rəngdə, latın əlifbası ilə, qalın şriftlə yazılmış "xxxx" sözlərindən ibarətdir; Nişanın sol kənarında ovalvari, bir tərəfli tünd qara rəngdə aypara və ulduz təsviri, içəri hissəsində qara rəngdə ovalvari işarə olan kombinə edilmiş üzərində verilmişdir. "xxxx" söz birləşməsi onun tərkibindəki sözlər müəyyən növ qida məhsulları (əmtəələri) üçün ümumişlək xarakterlidir və xoşagələn, cəlbedici mənasında tez-tez və geniş şəkildə istifadə edilir. Əmtəə nişanının təyinatına uyğun olaraq əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Əmtəə nişanlarının qeydiyyata alınması zamanı müvafiq maddi normaların tətbiqi və üçüncü şəxslərin hüquq və azadlıqlarının, qanuni mənafelərinin təmin edilməsi mütləqdir. Nəzərə alınmalıdır ki, nişanın əmtəəyə münasibətdə təsviri xarakter daşıması abstrakt formada deyil, iddia sənədində göstərilən əmtəələrə münasibətdə müəyyən edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən onu da bildiririk ki, nişanın qeydiyyata alınması barədə müvafiq normalara uyğunluq məsələsi araşdırılarkən, əlamətlər və meyarlar bütün istehlakçıların və üçüncü şəxlərin hüquqlarının məhdudlaşdırılmaması çərçivəsində müəyyən edilməlidir. Belə olan halda qeyd etməyi zəruri hesab edirlər ki, iddia olunan əmtəə nişanında təyinatını, xüsusiyyətini, növünü ifadə edir və təsviredicidir. Beləliklə, iddia olunan nişan fərqlənmə qabiliyyətinə malik deyil. Digər tərəfdən əmtəə nişanına verilən "xxxx" söz birləşməsi nişanın təsvirinin istehlakçının diqqətini cəlb edən hissəsində yerləşir, əmtəənin digər eynicinsli əmtəələrdən üstün olduğuna çağırış kimi başa düşülür. "xxxx" söz birləşməsi mühafizə oluna bilməyən elementdir və əmtəə nişanının təsvirində əsas mövqeni tutur. Eyni zamanda əmtəənin keyfiyyətinin göstəricisi kimi aydın şəkildə nəzərə çarpır, iddia olunan əmtəələrin xüsusiyyətinə göstəriş olmaqla onu tərifləyir. İddiaçının əmtəə nişanında “Sehırlı” sözünün uydurma olmaqla iddiaçı tərəfindən yaradılması barədə dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, irəli sürülən dəlil hüquqi və faktiki əsası olmayan, iddiaçıya məxsus mülahizə kimi qiymətləndirilməlidir. Burada istehlakçı tərəfindən nişanın necə qavranılması məsələsi xüsusi əhəmiyyət daşıyır. Qəbul edilməli olan haldır ki, orta istehlakçı qeyd olunan sözü uydurma söz kimi nəzərə almayacaq və qəbul etməyəcəkdir. İddiaçının qeydiyyata alınmış “QƏDİM DAD”, “Sevimli DAD”, “Favorit DAD” və s. kimi digər əmtəə nişanlarına dair irəli sürdüyü dəlillərə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, hər bir nişan üzrə ekspertiza ayrılıqda aparılır. Həmin əmtəə nişanların fərqləndirici təsviri əmtəə nişanında element kimi müəyyən edildiyi iddiaçı tərəfindən nəzərə alınmamışdır. Odur ki, bu irəli sürülən dəlillər də Apellyasiya Şurasının mübahisələndirilən qərarının və iddia edilən əmtəə nişanının qeydiyyatı üçün əsas hesab oluna bilməz. Əgər iddiaçı həmin əmtəə nişanlarının fərqlənmə qabiliyyətinə malik olmadığını düşünürsə həmin nişanların qeydiyyatının etibarsız hesab edilməsi barədə tələblə, dövlət rüsumu ödəmək şərti ilə və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə istinad edərək Apellyasiya şurasına müraciət edə bilər. Bu dəlillər isə iddia edilən nişanının qeydiyyata alınması üçün əsas kimi qəbul edilə bilməz və mülahizə xarakteri daşıyır. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı MMC-nin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndələri X7 və X3 məhkəmə iclasında verdiklərii izahatlarında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə, mübahisələndirilən inzibati aktın (qərarın) təqdim olunduğu vaxtdan 03 ay müddətində yəni, xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: "xxxx" MMC 2022-ci il 28 noyabr 2022-ci il tarixdə Əqli Mülkiyyət Agentliyinə müraciət edərək, 2022 04201 nömrəli iddia sənədi üzrə əmtəə nişanının ƏXBT-nin 29-cu sinif (“kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyyə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər”), 30-cu sinif (“makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran[ədviyyat]; tomat sousu; qida sodası(qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu”), 35-ci sinif (“məhsulların nümayişi; ticarət (pərakəndə, topdansatış) müəssisələrin idarə edilməsi; nümunələrin yayılması; üçüncü şəxslər üçün satış təşviqi; malların - kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyvə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər; makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran[ədviyyat]; tomat sousu; qida sodası(qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu ticarətinin (pərakəndə, topdansatış) təşkili; malların pərakəndə satış və topdansatış üçün təqdimatı; üçüncü tərəflər üçün təchizat xidmətləri; [sahibkarlara mal (əmtəələrin) və xidmət alınmasının təşkili]”) və 39-cu sinif (“kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyvə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər; makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran [ədviyyat]; tomat sousu; qida sodası(qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu məhsullarının nəqli, qablaşdırılması və saxlanılması”) əmtəələri üzrə qeydiyyata alınmasını xahiş etmişdir. “Patent və X10” publik hüququ şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Əmtəə nişanın qeydiyyata alınmasının rədd edilməsi haqqında” bildirişdə göstərilmişdir ki, 2022 04201 №-li iddia sənədinin ekspertizası nəticəsində müəyyən olunmuşdur ki , iddia edilən nişan əmtəə nişanı kimi qeydə alına bilməz. Belə ki, Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Qanunun 5-ci maddəsinin “c” bəndinə əsasən “əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar” ın əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir. “Sehirli” və “dad” söz işarələri ümumişlək ifadələr olduğu üçün bu sinif üzrə qeydiyyata alınmış bir çox nişanların tərkibində mühafizəsiz element hesab olunaraq hüquqi mühafizə edilməmişdir. İddiaçı nişanında mühafizə olunmayan elementlər əmtəə nişanının təsvirində əsas mövqe tutur, əmtəənin digər eynicinsli əmtəələrdən üstün olduğuna çağırış kimi başa düşülür və əmtəənin keyfiyyətinin göstəricisi kimi aydın şəkildə nəzərə çarpır. Bundan əlavə, nişan heç bir orijinal təsviri hissəyə malik deyildir. Belə olan halda nişan əsas amillərlə fərqlənmə qabiliyyətinə malik hesab edilmir və bir sahibkarın əmtəələrini digər sahibkarın əmtəələrindən fərqləndirmək qabiliyyəti funksiyası itirilmiş olur. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X4 Mərkəzinin “Əmtəə nişanın qeydiyyata alınmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli bildirişində göstərilmişdir ki, 2022 04201 №-li iddia sənədi 29,30,35,39-cu sinif əmtəə və xidmətləri üzrə iddia edilmişdir. Nişanın ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, iddia edilən əmtəə nişanı 39-cu sinif xidmətləri üzrə qeydiyyata alına bilməz. Belə ki, ekspertiza zamanı ƏXBT-nin 39-cu sinifi üzrə Azərbaycan Respublikasında daha əvvəl ilkinliyə malik əmtəə nişanı aşkar edilmişdir. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X4 Mərkəzinin xx.xx.2023-cü il tarixli, 17 №-li protokolu ilə təsdiq edilmiş “Əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında” Qərarından göstərilmişdir ki, ekspertizanın nəticəsinə uyğun olaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “c” bəndinə əsasən əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir. Bu səbəbdən iddia olunan "xxxx" əmtəə nişanının əmtəə və xidmətlərin Beynəlxalq təsnifatının (ƏXBT) 29,30,35,39-cu sinifləri üzrə qeydiyyata alınmasından imtina edilir. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin xx.xx.2023-cü il tarixli dərkənarı ilə təsdiq edilmiş Əqli Mülkiyyət Agentliyinin Sənayə Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli, A96/23 №-li qərarı ilə İddiaçı MMC-yə məxsus (2022 04201 nömrəli iddia sənədi) əmtəə nişanının 29,30,35,39-cu sinif əmtəələri və xidmətləri qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X4 Mərkəzinin 01,06.2023-cü il tarixli qərarından iddiaçı (ərizəçi) İddiaçı MMC-nin nümayəndəsi, patent müvəkkili M.Y.Qurbanov tərəfindən Apellyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab edilməsi və təmin edilməməsi qərara alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: Maddə 1. əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); ... Maddə 3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə 6. Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmışsertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr ... Maddə 10. Əmtəə nişanının ilkinliyi Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi) ... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. Maddə 25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. ... Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Maddə 29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. .... Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: ... əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. ... Maddə 31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: .... bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”:
3. Mühafizə qabiliyyətinin meyarları Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir ...
29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması
29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. 29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. 29.7.1. Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə). 29.7.2. Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. 29.7.3. Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər. 29.8.1. Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə. 29.8.2. Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır.
MƏHKƏMƏNİN MÖVQEYİ
İlkin olaraq qeyd edilməlidir ki, Sənaye mülkiyyətinin qorunması üzrə Paris Konvensiyasının 10-cu (Haqsız rəqabət) maddəsində göstərilir ki, üzv dövlətlər İttifaqda iştirak edən dövlətlərin vətəndaşlarını haqsız rəqabətdən effektiv mühafizə etməyə borcludurlar. Haqsız rəqabət aktı sənaye və ticarət fəaliyyətində istənilən vicdanlı qaydalara zidd rəqabət aktı sayılır. Xüsusilə qadağan etmək lazımdır: rəqibin müəssisəsinin, məhsulunun və ya sənaye və ticarət fəaliyyətinin hər hansı qaydada qarışdıra bilməsinə (istehlakçını çaşdıra bilməsinə) səbəb olan bütün hərəkətlər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində «f» bəndinə əsasən, əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının, əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir. Qanunun 6-cı maddəsinin ç) bəndinə əsasən əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları əmtəə nişanını qeydə almaqdan imtina edilməsi üçün əsasdır. Sənaye mülkiyyətinin qorunması üzrə Paris Konvensiyasının 6 (septies) maddəsinin tələblərinə uyğun olaraq adıçəkilən Qanunun 29-cu maddəsinin ikinci abzasında göstərilmişdir ki, əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin qorunması üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilə bilər. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. Eyni zamanda, nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından, “Ədəbi və bədii əsərlər” termini, ifadə üsul və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur və tətbiqi sənət əsərlərini əhatə edir. Həmin normaların tələbinə əsasən bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Məhkəmə cavabdehin qərar qəbul edərkən əsaslandığı belə bir qiymətləndirmə ilə də razılaşaraq qeyd edir ki, əmtəə nişanının əsas məqsədi bir sahibkarın əmtəəsini və ya göstərdiyi xidməti digər sahibkarın əmtəəsindən və ya göstərdiyi xidmətdən fərqləndirməkdən ibarətdir. Bu zaman əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Bu fərqliliyinin müəyyən edilməsi üçün əmtəə nişanları müqayisə edilərkən iki əmtəə nişanının qarışdırılması, çaşqınlıq yaratması ehtimalının qiymətləndirilməsi bir neçə amilin təhlilini nəzərdə tutur: 1) işarələr arasında oxşarlıq; 2) mallar/xidmətlər arasında oxşarlıq; 3) əvvəlki nişanın fərqliliyi (bu amili yenidən ikiyə bölmək olar: markanın xas xüsusiyyəti və onun nüfuzu). İki əmtəə nişanı arasında çaşqınlıq ehtimalının qiymətləndirilməsi çoxsaylı elementlərin nəzərə alınmasını tələb edir və qiymətləndirmə orta istehlakçının mövqeyi nəzərə alınmaqla aparılmalıdır. Orta istehlakçı adətən nişanı bütövlükdə qavradığından və onun müxtəlif təfərrüatlarını təhlil etmədiyindən, sözügedən nişanın şifahi, vizual və konseptual oxşarlığı kombinasiyanın bütün komponentlər nəzərə alınmaqla əlaqəli şəkildə vahid bir bütün olaraq qiymətləndirilməli, əmtəə nişanın verdiyi ümumi təəssürat nəzərə alınmalıdır. Belə ki, orta istehlakçı nadir hallarda müxtəlif nişanlar arasında birbaşa müqayisə etmək şansına malikdir, adətən o nişanın mənbəyini müəyyən edə bilmir və bu zaman vahid kombinasiya kimi nişanın yaratdığı ilk təəssürat həlledici əhəmiyyətə malik olur. Buna görə də qanunverici əmtəə nişanının həmcins olması müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlərın nəzərə alınmasını təsbit etmişdir. O da qeyd edilməlidir ki, müqayisə edilən əmtəə nişanları daha az oxşarlıq dərəcəsinə malik olsa belə, əgər əmtəə nişanın biri geniş tanınmaqla bazarda xüsusi nüfuza, üstün mövqeyə malikdirsə, bu hal özlüyündə çaqşınlıq yaratmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Müxtəlif istehsalçılar tərəfindən fərqli əmtəələrin istehsal edilməsi və ya xidmətlərin göstərilməsi əmtəə nişanını digər sahibkarın əmtəə nişanından fərqləndirən əsas amillərdən biridir. Qanunvericiliyin tələbinə əsasən eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanların əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir. Bu səbəbdən əmtəə nişanlarının qarışdırılacaq dərəcədə oxşar olub olmaması müəyyən edilərkən ilk olaraq həmin əmtəə nişanları adı altında eyni və ya həmcins əmtəələrin istehsal edilib edilməməsi, əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi nəzərə alınmalı, həmçinin əlamətlər və meyarlar bütün növ əmtəələr və ya xidmətlər üzrə qeyri-müəyyən şəkildə deyil, mühafizəsi tələb olunan mal və ya xidmətlərə münasibətdə qiymətləndirilməlidir. İddiaçının qeydə alınmasını tələb etdiyi əmtəə nişanı xidmətlərə aid əvvəl qeydə alınmış əmtəə nişanı ilə oxşarlıq təşkil etməkdədir və bu hal “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin təsiri altına düşür. Bundan başqa, müqayisə olunan həmin əmtəə nişanları söz ifadələri ilə yanaşı fərqli təsvirlərlə əks etdirilir, lakin ümumi görünüşdə də bu fərq kəskin nəzərə çarpmır. Nişanlar müqayisə edilərkən onların qarışdırılacaq dərəcədə oxşar olub olmadığını müəyyən etmək üçün nişanın ayrı-ayrı elementləri deyil, ümumi təsvirin bütöv şəkildə istehlakçıda qavranılması nəzərə alınmalıdır. Hansı ki, müvafiq nişanları müqayisə etdikdə onların bütövlükdə kəskin fərqlənməsi müşahidə olunmur, belə hal isə gələcəkdə istehlakçılarda qavranılma zamanı əmtəə nişanlarının qarışdırılması ehtimallarını atırmış olur. Bu mənada, məhkəmə cavabdehin dəlilləri ilə razılaşır ki, əmtəə nişanlarını müqayisə etdikdə müəyyən olunur ki, onlar müəyyən qrafik fərqlərə malik olmasına baxmayaraq eyni səslənməyə malik söz elementləridir. Müqayisə edilən nişanlar səs (fonetik) baxımından oxşardırlar və bu da istehlakçılarda eyni istehsalçıya (sahibkara) məxsus əmtəələr olduğu təsəvvürü yarada bilər. Məhkəmə həmçinin cavabdehin qərar qəbul edərkən əsaslandığı belə bir qiymətləndirmə ilə də razılaşır ki, iddiaçının qeydə aldırmaq istədiyi əmtəə nişanına dair iddia sənədi gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın üst-üstə düşən hissələrinin xarakteri, bir nişandan digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin bir-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar və istehlakçını xidmətin mənşəyi ilə bağlı yanılda bilər. Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq iş üzrə iddiaçı tərəfindən qeydiyyata alınması iddiası olduğu əmtəə nişanlarının fərqlənmə qabiliyyətinə malik olubolmamasının müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın həyata keçirilməsini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 5/1347 və 4/183 saylı ekspert rəylərindən məlum olur ki, “sehırlı” sözünə iddiaçının özünəməxsus izahı, həmçinin (dad) lekseminin məna tutumunu nəzərə aldıqda İddiaçı əmtəə nişanının adında keyfiyyət əlaməti ifadə olunmuşdur. İddiaçı əmtəə nişanının adında müəyyən növ qida məhsullarının keyfiyyətli olmasına bilavasitə işarə edən məna tutumu təlqin edilir. Azərbaycan dilinin orforafik normalarına uyğun olmayan “SEHİRLİ” sözunun lügət fondundakı “Sehrli” sözü ilə qarışdırılması istehsalçılarda çaşqınlıq yaradan bilən fonetik əlamətlər baxımından mümkündür. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İPM-nin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə etiraz və apellyasiya şurasının həmin qərarında qeyd edilmiş qiymətləndirmə ilə razılaşaraq, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan istehlakçılarda eyni sahibkara məxsus olduğu təsəvvürünün yardılmaması, ümumi görünüşlü təəssüratı cəhətdən qarışdırılmaması kimi qiymətləndirməyə münasibətdə daha çox xüsusi bilik və təcrübəyə malik, səlahiyyətinin əsas qismi həmin halların qiymətləndirilməsi ilə bağlı təşkilatdır. Hazırkı iş üzrə də aparılan qiymətləndirmə zamanı AR İPM-nin 73-cü maddəsinin tələbləri də nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı xüsusi bilik və təcrübəsindən istifadə edilməklə aparılan qiymətləndirmədə hər hansı sui istifadə halı müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, hər hansı fərdi şəxslərin düşüncəsində göstərilən iki əmtəə nişanı arasında oxşarlığın mövcudluğu mövcud ola bilər. Lakin, hazırkı vəziyyətdə fərdi şəxslərin düşüncəsində həmin oxşarlığın mövcud olması, istehlakçılarda eyni sahibkara məxsus olduğu təsəvvürünün yardılmaması, ümumi görünüşlü təəssüratı cəhətdən qarışdırılmaması kimi qiymətləndirməyə dair cavabdehin formalaşdırdığı kriteriya çərçivəsində qiymətləndirmə aparılması üçün zəruridir. Cavabdehin də aparmış olduğu qiymətləndirmə odur ki, hazırkı iş üzrə istehlakçılarda eyni sahibkara məxsus olduğu təsəvvürünün yaradılması, ümumi görünüşlü təəssüratı cəhətdən və əmtəə nişanlarının səslənməsi baxımından qarışdırılması əlamətləri mövcud olması qənaətindədir ki, məhkəmə də həmin mövqe ilə razılaşmaqdadır. Eyni zamanda qeyd olunur ki, əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi, əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi, əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətidir və göstərilən hallara yol verilmir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh İddiaçı MMC-dən 420 (dörd yüz iyirmi) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən 420 (dörd yüz iyirmi) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev