Məhkəmə qərarları › İş №2-1(112)-7053/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7053/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7053/2024 20.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 7-ci mərtəbə, 5 №li, üç otaqlı olan mənzilə görə mən, İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və xx.xx.2024-cü il tarixində qəbul edilmiş, **********041800 saylı imtina qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə İddiaçı arasında 0515 saylı Payçı müqaviləsi bağlanmışdır. Həmin Payçı müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 7-ci mərtəbə, 5 №li, üç otaqlı olan mənzili almış və bu mənzilə görə ƏDV daxil 175 000 (bir yüz yetmiş beş min) manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir. Daha sonra "xxxx" MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra “Cavabdeh”) “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X11nin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair elektron ərizə ilə xx.xx.2024-cü il tarixində cavabdehə müraciət etdim. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********041800 saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X11nin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X11nin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra”Qayda”) 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) Satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda Cavabdeh özü də təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. İddiaçı hesab edir ki, bu tamamilə əsassız qərardır. Çünki iddiaçı tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanaraq MTK-ya ödəniş edilmiş, MTK da ƏDV məbləğini ödəmiş, vergiyə orqanına hesabat təqdim etmişdir. İddiaçı bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə ərizə ilə cavablandırılmışdır. Bununla da tam təsdiq olunur ki, iddiaçı tərəfimdən MTK-nın cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Qanunvericiliklə tətbiq olunan güzəştə əsasən ƏDV-nin 30%-i güzəşt olaraq geri qaytarılır, yəni 26 694,91 (iyirmi altı min altı yüz doxsan dörd) manat 91 qəpik məbləğin 30%-i 8 008,77 (səkkiz min səkkiz) manat 77 qəpik iddiaçıya geri qaytarılmalı olduğu halda hal-hazıradək Cavabdeh tərəfindən ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsindən imtina edilmişdir.

3. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş X11nin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmçinin, alğı-satqı müqaviləsi iddiaçının adına olsa da, bank mədaxil qəbzlərində isə X5 adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X11nin qaytarılması Şərtləri və Qaydalarının 5.1 ci maddəsinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-İ və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). Qeyd olunan müddəalardan da görüldüyü kimi, iddiaçının qeyd etdiyi ödəniş forması qaydalarda nəzərdə tutulmamışdır.

4. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, ödəniş xx.xx.2023-cü il tarixdə başa çatmışdır, yanvar 2024-cü tarixində müraciət edilmişdir.

5. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçı mənzilin tam dəyərini və ƏDV məbləğini satıcının bank hesabına ödəmişdir. Həmçinin alqı-satqı müqaviləsi iddiaçının adına olsa da, bank mədaxil qəbzlərində başqa şəxsin adı qeyd olunmuşdur.

II. İddianın növü və mümkünlüyü

6. X3 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Odur ki, iddianın növü öhdəliyin icrası növündə iddiadır.

8. İddia mümkündür.

III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

9. Məhkəməin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********041800 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə X11nin qaytarılmasından imtina edilməsi haqqında“ Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş X11nin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-li) ödəniş tapşırığı ilə banka ödənildiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlər nəzərə alınaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrini rəhbər tutaraq İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır.

11. 30 sentyabr 2022-ci il tarixli, 0515 №-li Payçı Müqaviləsinə əsasən: 1.1. “MTK” ("xxxx" Mənzil Tikinti Kooperativi) pay qismində çıxış edən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 7-ci mərtəbə, 5 №-li, 3 otaqlı mənzili tikib və “Payçı”-nın (İddiaçı) mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2. “Payçı” (İddiaçın)bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 7-ci mərtəbə, 5 №-li, 3 otaqlı mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ("xxxx" Mənzil Tikinti Kooperativinə) ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür.

12. "xxxx" MTK tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X11nin qaytarılması Şərtləri və Qaydasıma dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq, Kooperativə ödənilən ƏDV daxil 175 000 (bir yüz yetmiş beş min) manat məbləğin 26.694,91 (iyirmi altı min altı yüz doxsan dörd) manat 91 qəpik 18% ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir.

13. İddiaçı tərəfindən "xxxx" MTK-ya müxtəlif tarixlərdə ödənişlərin həyata keçirilməsini təsdiqləyən mədaxil qəzləri məhkəməyə təqdim edilmişdir.

14. Sentyabr 2022-ci il tarixdən – Dekabr 2023-cü il tarixədək olan dövr üzrə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş X11 Bəyannamələri iş materiallarına əlavə olunmuşdur.

15. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən izahda (ərizədə) qeyd edilmişdir ki, İddiaçı "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli 0515 saylı Payçı müqaviləsi rəsmiləşdirib, 105,56 kv.m mənzilin alışı üçün ƏDV daxil 175.000,00 (bir yüz yetmiş beş min) manat ödənilməsini öhdəlik olaraq qəbul etmişdir. Müqavilə bağlanan tarixdə xx.xx.2022-ci il tarixində müqavilə dəyərinin təxminən 86%-i, 150.000,00 (bir yüz əlli min) manat dərhal ilkin ödəniş olaraq, İddiaçı tərəfindən, sonrakı 25.000,00 (iyirmi beş min) manat hissəvi ödəniş isə İddiaçı əri X8 tərəfindən ödəniş edilsə də, hər bir ödənişə dair mədaxil qəbzlərinin ödəniş təyinatlarında İddiaçı adından ödəniş edildiyi açıq aydın öz təsdiqini tapmışdır. Bütün mədaxil qəbzləri iddia ərizəsinə qoşma olaraq əlavə edilmişdir. X1 Aytəkin Namiq qızının əridir və onlar birgəyaşayış və birgə təsərrüfatda öz ailə büdcələrini birgə idarə edirlər. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinə dair müddəalar aşağıdakı qaydada tənzimlənir: Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s.kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Qeyd olunanlara əsasən daşınmaz əmlakın alqı-satqısı zamanı tətbiq edilən ƏDV yekun məbləğinin 30% güzəşt məbləği pulla ifadə olunur və bu güzəşt əsaslı ödəniləcək pul vəsaitləri Ələsgərovların hər birinin birgə mülkiyyəti hesab olunur. Bu əsasda inzibati icraat zamanı formal tələblərə əmək olunmamasına və ya lazımi qaydada əməl olunmamasına istinad edilərək, vətəndaşın haqqının ödənilməməsi və ya hər hansı bir şəkildə verilməyərək, məhdudlaşdırılması ilə inzibati orqanlar tərəfindən qərarların verilməsi yolverilməzdir.

16. AZ-İ 223775 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X8 və X2 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Ələsgərova” soyadı verilmişdir.

İV. Məhkəmənin mövqeyi

17. Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

18. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən X11 (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

20. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X11nin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

21. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi və mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olaraq yaşayış sahəsinə görə ödənişin müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürülməsi qeyd olunmuşdur.

22. İşin faktiki hallarına və qanunvericilik normalarının təhlilinə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı payçı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş X11nin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan mədaxil qəbzləri ilə sübut olunur) və tələb olunan müddətdə X11nin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət etmişdir. Belə ki, İddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri xx.xx.2023-cü il tarixdə başa çatmış (iş materiallarında olan mədaxil qəbzləri ilə sübut olunur) və xx.xx.2024-cü tarixdə vergi orqanına müraciət edilmişdir.

23. Qanunvericilikdə nəzərdə tutulan 90 gün müddətində portalda qeydiyyatdan keçərək elektron kabinetin yaradılmasına münasibətdə iddiaçının nümayəndəri qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MTK ilə alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdən Azərbaycan Beynəlxalq Bankının baş ofisindəki (Müştəri Xidmətləri Departamenti) və Binəqədi filialındakı hesabdan MTK-nın hesabına pul köçürülmüşdür və yaşayış sahəsi ilə bağlı ödəniş tam xx.xx.2023-cü il tarixdə başa çatmışdır.

24. Məhkəmə nəzərə alır ki, fiziki şəxslər tərəfindən bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair analoji işlər üzrə mübahisələrdə üçüncü şəxs "xxxx" MTK tərəfindən 2022-ci ilin noyabr ayından 2023-cü ilin aprel ayına kimi elektron sistemdə problem olduğu, yaranmış nasazlıqla əlaqədar MTK tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət olunduğu qeyd edilmiş və bu halı təsdiqləyən digər şəxslər tərəfindən elektron qaimənin tələb olunması ilə bağlı "xxxx" MTK-ya ünvanlanan ərizələr məhkəməyə təqdim edilmişdir (cavabdeh tərəfindən ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmadığı bildirilsə də).

25. Məhkəmənin hazırki iş üzrə mövqeyi eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1498/2024 nömrəli Qərarına da əsaslanır.

26. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1498/2024 nömrəli Qərarı hazırki mübahisə üzrə işlə analoji xarakterlidir: eyni tələb (fiziki şəxslər tərəfindən bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması), eyni imtina səbəbi (yaşayış sahəsinə görə ödənişin müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi).

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1498/2024 nömrəli Qərarında qeyd olunmuşdur: “41. ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər).

42. Apellyasiya məhkəməsi, iddiaçı 2022-ci ilin iyul, sentyabr, oktyabr və dekabr aylarında ödəniş edən zaman, Dövlət Vergi Xidmətinin, o cümlədən cavabdehin portal yaratmasını və istifadəyə verməsini, ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsini, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə etməsini araşdırmamışdır.

43. Apellyasiya instansiyası məhkəməsi həmçinin portalın istifadəyə verilməsindən, habelə onun aktiv olmasından asılı olaraq, Vergi Məcəlləsinin 165.6-ci maddəsinin, 2022ci il 25 may tarixli 1693 nömrəli Fərmanın və Fərmanla təsdiq edilmiş ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə uyğun olaraq portal istifadəyə verildikdən sonra iddiaçının ƏDV məbləğini satıcının (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin) ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanı olmasını, ƏDV məbləğini ƏDV-nin depozit hesabına ayrıca ödəməsinə mane olan halların baş verməsini araşdırıb müəyyən etməmişdir. Bəhs edilən hallar mübahisənin düzgün həlli üçün əhəmiyyət daşıyır”.

28. Qeyd edilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim etməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqların həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir.

29. Məhkəmə nəzərə alır ki, İddiaçı "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli 0515 saylı Payçı müqaviləsinə əsasən 105,56 kv.m mənzilin alışı üçün ƏDV daxil 175.000,00 (bir yüz yetmiş beş min) manat müqavilə dəyərinin böyük bir hissəsini, yəni 150.000,00 (bir yüz əlli min) manat dərhal ilkin ödəniş olaraq həmin tarixdə, qalan hissəsini nağdsız qaydada isə xx.xx.2023-cü il tarixədək ödəyərək mənzilə görə ödənişi başa çatdırmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh 2022-ci ilin sentyabrında ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsini, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə etməsinə dair hər hansı sübut təqdim etməmişdir. Belə olan təqdirdə, qeyd edilən dövrdə ödənişin böyük hissəsinə görə elektron qaimə tərtib edilməsinin mümkünsüzlüyü məhkəmədə hər hansı şübhə döğurmur. Ödəniş xx.xx.2023-cü il tarixdə başa çatdığından və müqavilə bağlanan zaman (mənzilə görə ödənişin böyük hissəsinə görə ödənişin həyata keçirildiyi xx.xx.2022-ci il tarixdə) elektron qaimə-faktura təqdim edilməsi mümkün olmadığından onun sonradan tərtib edilməsi də imkanı da istisna olunur.

30. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş X11nin qaytarılması Şərtləri və Qaydası”nın 5.4-cü bəndinə əsasən alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur.

31. Məhkəmə həm də nəzərə alır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə hər hansı məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlanma və çatızmazlıqların aradan qaldırılması hüququndan da məhrum olmuşdur.

32. Cavabdeh imtinanın digər dəlili olaraq bildirmişdir ki, alğı-satqı müqaviləsi İddiaçı adına olsa da, bank mədaxil qəbzlərində isə X5 adı qeyd olunmuşdur.

33. Məhkəmə bununla bağlı qeyd edir ki, AZ-İ 223775 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X8 iddiaçı Ələsgərova (Əbdülrəhimova) Aytəkin Namiq qızının əridir və ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən). Eyni zamanda bəzi tarixlərdə yaşayış sahəsi ilə bağlı ödəniş X8 tərəfindən həyata keçirilsə də, hər bir ödənişə dair mədaxil qəbzlərinin ödəniş təyinatlarında İddiaçı adından ödəniş edildiyi əks olunmuşdur.

34. Təqdim edilən bank sənədlərinə əsasən mənzilə görə nağdsız ödəniş iddiaçının Azərbaycan Beynəlxalq Bankı ASC hesabından həyata keçirilmişdir, odur ki, müvəkkil bank da məhz qeyd edilən bankdır.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 3 ünvanında “AVANT PARK” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 7ci mərtəbə yerləşən 5 saylı mənzilinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı ASC) ötürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar