Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7057/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə zamanı döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, iddiaçı N992-ci ilin yanvar ayından Göygöl özünümüdafiə batalyonunda bir sıra döyüşlərdə, həmin ilin mart ayının 3-dən isə Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmət etməklə Vətənin ərazi bütövlüyü uğrunda keçmiş Ağdərə rayonu ərazisində aparılan bir sıra döyüşlərdə iştirak etmişdir. N992-ci ilin noyabr ayında həmin hərbi hissə ləğv edilmiş və iddiaçı həmin rayon ərazisində yerləşən N saylı hərbi hissəyə keçirilmişdir. Daha sonralar isə iddiaçı Göygöl rayonu Hacıkənd qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Xidmət etdiyi vaxt ərzində iddiaçı dəfələrlə döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının qardaşı Qiyas Rzayev N994-cü ilin may ayında torpaqların ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə qəhrəmancasına həlak olduğundan iddiaçı dəfndə iştirak etmiş və bundan bir neçə gün sonra isə müharibə atəşkəslə əlaqədar dayandırıldığından hərbi xidmətdən tərxis olunsa da, iddiaçı indiyə kimi müharibə veteranı və vəsiqəsi ala bilməmişdir. İddiaçının rəsmi müraciətinə əsasən cavabdehin xx.xx.20N7-cı il tarixli məktubunda arxiv arayışına əsasən şəxsi heyətin siyahısından çıxarılmağını təsdiq edən sənəd olmadığından iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. Cavabdeh orqanın Mərkəzi Arxivindən daxil olmuş N saylı hərbi hissə komandirinin N və N saylı əmrlərindən çıxarışlardan da görünür ki, iddiaçı həqiqətən də göstərilən hərbi hissədə xidmət etmişdir. Lakin iddiaçıya məlum olmayan səbəbdən iddiaçının şəxsi heyətin siyahısından çıxarılmasını təsdiq edən sənəd cavabdeh orqanın Mərkəzi Arxivində müəyyən edilməmişdir. Əgər iddiaçı qanunauyğun surətdə tərxis olunmasaydı və ya xidmət yerini özbaşına tərk etsəydi hərbi hissə hüquq mühafizə orqanlarına müraciət edərdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.20N7-ci il tarixli məktubunda qeyd olunur: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxıl olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N6-cı ıl tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Arxiv arayışına əsasən şəxsi heyətin siyahısından çıxarılmağınızı təsdiq edən sənəd olmadığından Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2N saylı məktubunun təsdiq edilmiş surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N5N nömrəli əmrində (əsas: səh-2N, sıra-5, əmrdə atasının adı yazılmamışdır) İddiaçı 4cü bölükdən N-ci bölüyə dəyişdirilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 3 nömrəli əmrilə (əsas: səh-7, sıra-74) İddiaçı xx.xx.N992-ci il tarixdən əmrə salınaraq N-ci bölükdə atıcı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 56 nömrəli əmrində (əsas: səh-3, sıra-N55, əmrdə atasının adı tam yazılmamışdır) 2-ci MSR-da tağım komandirinin müavini vəzifəsində İddiaçı A. oğlunun adı qeyd olunmuşdur. Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin N avqust N992 - dekabr N992-ci il, mart-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il, N nömrəli hərbi hissə komandirinin N avqust N992-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissələrin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin 8-ci abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona «Müharibə Veteranı» adı və vəsiqəsinin verilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadı. Bundan başqa, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da iş materialları ilə öz təsdiqini tapmadı. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, eləcə də hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması təsdiq olunmadığından, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7057/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7057/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver