Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-706/2023 01.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə 01 mart 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7724 nömrəli qərarı ilə İddiaçı oğluna 50890,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********997000 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “cavabdeh qismində Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi göstərilməklə, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********7724 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edəsiniz.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdehlər sırasından xaric edilmiş, iddia tələbinin “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********7724 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edəsiniz.” kimi göstərilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərmişdir. 01 yanvar 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan dövr üçün tərəfindən 657091,27 manat dəyərində müxtəlif mallar idxal olunmuş, elektron qaimə əsasında 159248,60 manat dəyərində mal alınmış, ümumilikdə alınmış malların dəyəri 816339,87 manat olmuşdur. Göstərilən dövr ərzində yəni, 2020-ci ildə elektron qaimə ilə 360852,80 manat dəyərində kassa ilə (pərakəndə qaydada) 45236,67 manat dəyərində cəmi 406089,47 manat dəyərində və xx.xx.2021-ci il tarixə kimi elektron qaimə ilə 305382,52 manat dəyərində kassa ilə (pərakəndə qaydada) 69605.68 manat dəyərində cəmi 374988,20 manat dəyərində Yekun olaraq 781077,67 manat dəyərində mal satılmışdır. Satılmış malların dövriyyəsi ƏDV bəyannamələrində (dəqiqləşdirilmiş və kameral qaydada işlənmiş məbləğlər nəzərə alınmaqla) öz əksini tapmışdır. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı aktiv 3 obyektləri olduğu görünür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********3683, **********3691 və **********9781 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarları ilə fiziki şəxs İddiaçı (VÖEN: **********) məxsus obyektlərdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (10.11 2021-ci il tarixi daxil) operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 13:40-da Baş idarə tərəfindən İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 133, Riyad T/M ünvanında yerləşən anbarda (kodu 31001) Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq eqaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 508907,8 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 005844 nömrəli akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 005844 nömrəli akt İddiaçı təqdim edilsə də, o aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Eyni zamanda İddiaçı İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə xx.xx.2021-ci il tarixində təqdim etdiyi arayışda qeyd etmişdir ki, “Mallar üzərinə 1% ticarət əlavəsi Qoyulmaqla topdansatış Qaydasında digər vergi ödəyicilərinə satılır”. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7724 nömrəli qərarı ilə İddiaçı 50890,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Fərdi sahibkar İddiaçı mal qalığı və vergi ödəyicisinin təsərrüfat fəaliyyəti üzrə araşdırmalar aparılarkən onun tərəfindən 2019-cu il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində ilin sonuna mal qalığının olmaması, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan hesabat dövründə elektron qaimə-fakturalar əsasında 159248,6 manat mal aldığı, 657091,27 manat dəyərində mal (su motoru, hamam otağı ləvazimatları, əl alətlərinin hissələri, təzyiq klapanı, rozetka, oyuncaq, qapı tutacağı və s.) idxal etdiyi, 389332,47 manat dəyərində malları (ƏDV-siz və ticarət əlavəsiz) elektron qaimə-faktura üzrə satdığı aşkar edilmişdir. Operativ vergi nəzarəti zamanı faktiki mal qalığının olmadığı, 427007,72 manat dəyərində malların əskik gəldiyi, əskik gələn mallara 1 % ticarət əlavəsi və 18 % əlavə dəyər vergisi əlavə olunmaqla 508907,8 manat dəyərində malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinin aşkar edilərək, yol verilmiş vergi qanunvericiliyinin pozuntusu əsasında Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 50890,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə İddiaçı tərəfindən 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər təqdim edilən ƏDV bəyannamələrində 374800,2 manat satışı topdansatış fəaliyyəti üzrə göstərilmişdir. (topdansatış fəaliyyəti üzrə 2020-ci il avqust ayında 74268,81 manat, sentyabr ayında 69384,32 manat, oktyabr ayında 65594,95 manat, noyabr ayında 95260,25 manat, dekabr ayında 9754,47 manat, 2021-ci ilin aprel ayında 28164,41 manat, sentyabr ayında 32322,00 manat). Həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 133, Riyad T/M ünvanında yerləşən anbar üzrə yoxlamanın əhatə etdiyi dövrdə fəaliyyət növü “İxtisaslaşdırılmamış topdansatış” olmuşdur ki, bu fəaliyyət növü də pərakəndə satış fəaliyyət növünə uyğun gəlmir. Eyni zamanda iddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2021-ci il tarixli **********122100 nömrəli “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” haqqında ərizəsi əsasında vergi ödəyicisinin təsərrüfat obyekti 46901 kod altında “İxtisaslaşdırılmamış topdansatış” kimi qeydiyyata alınmışdır. Sözügedən obyektdə nəzarət-kassa aparatı mövcud olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı, iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3683 nömrəli qərar ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 133, Riyad T/M ünvanda yerləşən İddiaçı məxsus anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211662745 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Mcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunmuşdur; DVX seriyalı 005844 nömrəli, 18 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 12 oktyabr 2021-ci il tarixli **********3683 №-li qərarına əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 133 Riyad T/M ünvanda anbarda xx.xx.2021-ci il tarixdə saat 13:40 radələrində İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il saat 16:05-ə E-qaimə ilə alınmış (159248,60 manat) və gömrük bəyannaməsi əsasında idxal olunmuş (657091,27 manat) cəmi dəyəri 816339,87 manat olan mallardan 427007,72 manat dəyərində olan malları e-qaimə təqdim etməli olduğu halda e-qaimə təqdim etmədən üzərinə 1 % ticarət əlavəsi və 18 % əlavə dəyər vergisi tətbiq etməklə 508907,8 manata digər vergi ödəyicilərinə satılması faktı aşkar olundu. Dövr ərzində 409030,25 manat (ticarət əlavəsi+ƏDV) dəyərində e-qaimə təqdim edilmişdir; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7724 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 50890,78 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 50890,78 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır; Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; ... 50.1. operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. ... 50.2. operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4. operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 50.6. operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir; 58.8. səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: ... 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. ... 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır; 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”: 1.3.1. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları: 2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. topdansatış – şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti; 2.1.2 pərakəndə satış – bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti; … 5.1. Topdansatış ticarət obyektlərindən mallar hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müqavilələr əsasında satılır. Topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. … Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Mübahisənin müəyyən edilmiş hallarından görünür ki, Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarla İddiaçı sahibkarlıq fəaliyyətini göstərdiyi obyektdə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsinin nəticəsi olaraq 18 oktyabr 2021-ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd edilənlərə əsasən, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan hesabat dövründə elektron qaimə-fakturalar əsasında 159248,6 manat mal aldığı, 657091,27 manat dəyərində mal (su motoru, hamam otağı ləvazimatları, əl alətlərinin hissələri, təzyiq klapanı, rozetka, oyuncaq, qapı tutacağı və s.) idxal etdiyi, 389332,47 manat dəyərində malları (ƏDV-siz və ticarət əlavəsiz) elektron qaimə-faktura üzrə satdığı aşkar edilmişdir. Operativ vergi nəzarəti zamanı faktiki mal qalığının olmadığı, 427007,72 manat dəyərində malların əskik gəldiyi, əskik gələn mallara 1 % ticarət əlavəsi və 18 % əlavə dəyər vergisi əlavə olunmaqla 508907,8 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinin aşkar edilərək, yol verilmiş vergi qanunvericiliyinin pozuntusu əsasında Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 50890,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan sənədlərdən və iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalardan (EBAN 943651, EBAN 944572, EBAN 882093, EBAS 75836, EBAR 121758, EBAR 121787, EBBH 828728, EBAQ 190966, EBAT 874065, EBAP 759666, EBAP 759075, EBAS 755980) görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan hesabat dövründə 393225,8 manat (1 % ticarət əlavəsi ilə birlikdə) mal satmışdır. İddiaçının fəaliyyət növünün “İxtisaslaşdırılmamış topdansatış” olması və sözügedən obyektdə faktiki mal qalığının olmaması nəzərə alındıqda, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan hesabat dövründə elektron qaimə-fakturalar əsasında aldığı (159248,6 manat) və idxal etdiyi (657091,27 manat ) mallardan təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 393225,8 manat (1 % ticarət əlavəsi ilə birlikdə) satılan malı çıxdıqda, 427007,72 manat (ƏDV-siz və ticarət əlavəsiz) dəyərində malların əskik gəldiyi müəyyən olunur. Belə olan halda, vergi orqanı tərəfindən əskik gələn mallara 1 % ticarət əlavəsi və 18 % əlavə dəyər vergisi əlavə olunmaqla 508907,8 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi nəticəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 50890,78 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-706/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-706/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver