Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7065/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X6 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X6 və X9 işə cəlb edilməklə, üçüncü şəxslər X2 və X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qurbanova (Əmirəliyeva) Elnarə Vəzir qızı ilə 06 fevral 2015-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” Mərkəzində ailə həyatı qurmaqla rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 26.10.2015-ci il tarixdə X9 adlı bir qız uşaqları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan 3 ay sonra anası X7 özünə məxsus ünvan 2 ünvanında yerləşən 138 saylı mənzili 31 oktyabr 2015-ci il tarixdə sataraq əldə olunan 143500 manat pul vəsaitinin 67000 manatını həmin tarixdə ona vermiş, qısa müddətdən sonra həmin məbləğdə 58000 manata öz adına 19 noyabr 2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzili alğı-satqı müqaviləsi əsasında almaqla mülkiyyətinə keçirmişdir. Xasiyyətlərinin alınmaması səbəbindən 23 dekabr 2018-ci il tarixdən rəsmi nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra keçmiş həyat yoldaşı cavabdeh Əmirəliyeva (Qurbanova) Elnarə Vəzir qızı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, keçid 1410, məhəllə 3215, ev 6, 216 saylı mənzili bərabər payda bölünməsi tələbinə dair Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2172/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9837/2019 saylı, 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-2172/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə apellyasiya şikayəti qismən, iddia tələbi isə ünvan 3 ünvanında yerləşən mənzil isə tərəflər arasında bərabər bölünməklə iddia tələbi qismən təmin edilmişdir. Qətnamə digər hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Tərəflərindən verilmiş olan kassasiya şikayəti ilə 2(102)-700/2020-ci il tarixli, 17.10.2020-ci il tarixi qərarı ilə apellyasiya instansiyasının həmin qətnaməsi ləğv edilmiş iş yünidən baxılması üçün sözügedən instansiya məhəkməsinə göndərilmişdir. Yenidən apellyasiya instansiyası məhəkməsində baxılan zaman iddia tələbləri təmin edilmişdir. Qarşı tərəfin həmin qətnamədən vermiş olduğu kassasiya şikayəti təmin edilməmiş, 2(103)-3121//2021 saylı, 07 avqust 2020-ci il tarixli qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Son nəticə etibarı ilə iddiaçının həmin mənzilin bərabər paylarda bölünməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Onun həmin mənzil üzərində mülkiyyət hüququ tanınmışdır. Cavabdehlərin həmin mənzildə qeydiyyatda olması hüquqlarının həayta keçirilməsinə maneə yaradır. Bu əsasla da, o, məcburiyyət qarşısında qalıb, cavabdehə müraciət etmişdir. Cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini rəhbər tutaraq qeydiyyatdan çıxarılma barədə müraciətindən imtina etmişdir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 08.10.2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarının nəticə hissəsində qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən isitadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məəclləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Buradan da, görünür ki, cavabdehin həmin adı çəkilən mənzildə istifadə hüququ yoxdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə 18.05.2021-ci il tarixli, ***-*******21 nömrəli məktubla bildirilmişdir ki, çıxarılacaq qətnamə icraya yönəldikdən sonra tərəflərindən icra olunacaqdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 666/2021 saylı, 25.02.2021-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Qurbanova (Əmirəliyeva) Elnarə Vəzir qızı cavabdeh İddiaçı qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin və **-EO-*** dövlət qeydiyyat nişanlı Mercedes ML” markalı avtomobilin onunla cavabdeh arasında bölünməsi, cavabdeh tərəfindən götürülmüş 19000 manat dəyərində ona məxsus qızılların alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, ilk iddianın rədd edilməsi, ünvan 1 ünvanında yerləşən evə ayrıca onun mülkiyyət hüququnun tanınması, X10 tərəfindən götürülmüş ona məxsus dəyəri 6000 manatdan çox olan qızıl-zinət əşyalarının ona qaytarılması, bankdan götürdükləri borclarının bərabər bölünməsi, ona olan 10000 manat borcun geri qaytarılması, ona ailə yadigarı olaraq anası tərəfindən bağışlanan antik əşya samovarın və krediti onun tərəfindən ödənilən kondisionerin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2172/2019 saylı, 08 may 2019-cu iltarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2172/2119 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi Binəqədi rayonu, 6-cı mkr, keçid 1410, məhəllə 3215, ev 6, mənzil 216-da yerləşən yaşayış sahəsinə bərabər payda Qurbanova (Əmirəliyeva) Elnarə Vəzir qızının və İddiaçı mülkiyyət hüquqları müəyyən edilməsi barədə ilkin iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3121/2020 nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı Qurbanova (Əmirəliyeva) Elnarə Vəzir qızı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-666/2021 saylı, 25.02.2021-ci il tarixli qərarı ilə iddiaçı Qurbanova (Əmirəliyeva) Elnarə Vəzir qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3121/2020 nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli, AZ-İ seriyalı, 382538 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”-nin surətindən görünür ki, İddiaçı ilə X10 arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin 23.07.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2019-cu ilin 10-cu ayının, 25-i günündə, 509 nömrəsi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Əmirəliyeva soyadı verilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 16 mart 2020-ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsinə dair” Qərarının surətindən görünür ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, X5 12.03.2020-ci il tarixdə icraatına daxil olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-417/2020 saylı, 31.01.2020-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi məsələsinə baxaraq, müəyyən etmişdir ki, İddiaçı uşağı, 26 oktyabr 2015-ci il təvəllüdlü X9 ilə ünsiyyətdə olma hüququ təmin edilmiş, İddiaçı uşağı, 26 oktyabr 2015-ci il təvəllüdlü X9 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günü saat 10:00-dan saat 19:00-dək müəyyən edilmişdir. İcra sənədi Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra tələbkar İddiaçı 13.03.2020-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh Əmirəliyeva (Qurbanova) Elnarə Vəzir qızı mülkiyyətində olan ünvan 4 ünvanda pasport qeydiyyatında olsa da, 1 (bir) ildən artıqdır ki, cavabdeh Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsi, 15 saylı ünvanda anasına məxsus evdə yaşayır. Bu səbəbdən tələbkar İddiaçı icra sənədini ərazi aidiyyətı üzrə icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü və 85-ci maddələrinin tələblərini rəhbər tutaraq, Binəqədi Rayon Məhkəməsinin 2(001)-417/2020 saylı, 31.01.2020-ci il tarixli icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 25.11.2015-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********89-05101-093052 reyestr nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, keçid 1410, 3215-ci məhəllə, ev 6 ünvanında yerləşən, ümumi sahəsi 47.26 kv.m olan 216 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan 2 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, İddiaçı 22.01.2016-cı il tarixdən yaşayış yeri üzrə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, keçid 1410, məhəllə 3215, ev 6 ünvanında yerləşən 216 nömrəli mənzildə qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan digər şəxslər – 18.10.1984cü il təvəllüdlü X6, 26.10.2015-ci il təvəllüdlü X9, 28.02.1952-ci il təvəllüdlü X7, 03.04.1953-cü il təvəllüdlü X4r. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 26.05.2021-ci il tarixli, 059- 1Ə545Q nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X6 və X3 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı qeydiyyatdan çıxarılmasını tələb etdiyi X6 ilə 26.10.2015-cii tarixdən 25.10.2019-cu il tarixədək nikahda olmuş, onlar arasında olan rəsmi nikaha 25.10.2019-cu il tarixdə xitam verilmişdir. X6, İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında qeydiyyatda olsa da, həmin mənzildə yaşamır. X6 ilə qeydiyyatdan çıxarılması tələb olunan 26.10.2015-ci il təvəllüdlü X9 isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-2171/2019 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən X2 himayəsinə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə 3-cü şəxs X6 və onun himayəsində olan yetkinlik yaşına çatmayan 26.10.2015-ci il təvəllüdlü X3 mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, həmin şəxslərin mübahisəli ünvanda yaşamaması, bununla da, onların mübahisəli mənzildə formal olaraq qeydiyyatda olması hazırda mülkiyyətçinin hüquqlarını məhdudlaşdırdığından, iddiaçı iş üzrə 3-cü şəxs X2 və onun himayəsində olan X3 mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər Göründüyü kimi, hazırki iş üzrə 3-cü şəxs X2 və onun himayəsində olan X3 mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X2 himayəsində olan 26.10.2015-ci il təvəllüdlü X11 ilə birlikdə ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7065/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7065/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver