Məhkəmə qərarları › İş №2-1(112)-7069/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7069/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7069/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası informasiya texnologiyaları, "xxxx" MMC-də işləyir) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı rəyin tərtib edilməsi öhdəliyinin qoyulması tələbi barədə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində Cavabdehnə qarşı iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********51 reyestr nömrəli 0,06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasından “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsinə dair zəruri olan “torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə” rəyin tərtib edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci ildə alqı-satqı müqaviləsi bağlayaraq ailəsi ilə birlikdə yaşamaq üçün ev tikmək niyyətilə torpaq sahəsi almışdır.Torpaq sahəsini aldıqda orada bir neçə tikili villa, fərdi yaşayış evləri var idi və satıcı bildirmişdir ki, bu massiv sırf yaşayış evləri üçün nəzərdə tutulmuşdur.Torpağa dair çıxarış alanda isə təyinat qrafasında “digər təyinatlı torpaqlar” yazılması iddiaçıda inam yaratmışdır ki, həqiqətən də satıcı doğru deyil və bu massivdə artıq iddiaçıdan əvvəl də bir neçə ailə villa və evlər tikərək yaşayır. Sonradan isə həmin torpaq sahəsində evin tikintisinə başlamaq istədikdə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evinin inşasına icazə verilmədi. Bildirildi ki, fərdi yaşayış evinin tikintisi üçün ilk əvvəl torpağın kateqoriyası dəyişdirilməlidir. İddiaçı torpağın kateqoriyasının dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırdıqda ona cavabdehin torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə rəyini digər sənədlərlə yanaşı təqdim edildikdə məsələ ilə bağlı cavab veriləcəyi bildirildi.İddiaçı bu məqsədlə cavabdehə müraciət etdikdə cavabdeh həmin rəyin verilməsindən imtina etdi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə tərəfindən verilmiş sərəncama əsasən Cavabdeh iddia tələbinə dair etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi prosedurları çərçivəsində Komitə tərəfindən rəyin verilməsi nəzərdə tutulmur.Cavabdeh göstərilənlərə əsasən iddiaçının iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edən sübut qismində iddiaçının şəxsiyyət vəsiqəsinin surəti,daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpağın plan və ölçüsü,iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığı, torpağın təyinatının dəyişdirilməsi haqqında ərizəsi,cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubu, həmin Nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin xx.xx.2021-ci il tarixli məktubu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubu, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubu təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsi haqqında məlumatın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli məktubu, xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı mülkiyyətində olan ünvan ünvanda yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı arxiv qovluğunda saxlanılan sənədlərin təqdiq edilmiş surətləri təqdim edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubla Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin başçısının aparatının xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli məktubları (əslləri), Bakı şəhər İcra Hakimiyyətinin Başçısının İ müavininin xx.xx.2020-ci il tarixli məktubu (əsli) məhkəməyə təqdim edilmişdir. Habelə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubla iddiaçının şəxsiyyət vəsiqəsinin, hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətləri, cavabdehin xx.xx.2021ci il tarixli, xx.xx.2022-ci il tarixli məktublarının əslləri, Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli məktubunun əsli, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunun əsli, xx.xx.2021-ci il tarixli məktubunun kserosurəti, torpaq sahəsinin plan və ölçüsünün notariat qaydasında təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edilən sənədlərdən müəyyən etmişdir ki, ünvan iddiaçının xüsusi mülkiyyətindədir, həmin torpaq sahəsinin təyinatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlardır, iddiaçı həmin torpaq sahəsində fərdi yaşayş evinin inşası üçün müraciət etdikdə həmin torpaq sahəsinin təyinatı yaşayış məntəqəsi üçün olmadığına görə imtina cavabı verildiyinə görə iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edərək mülkiyyətində olan torpaq sahəsinin kateqoriyasının “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, habelə cavabdehə müraciət edərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi üçün torpağın təyinatının dəyişdirilməsinə dair rəy verilməsini xahiş etsə də cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir, hazırda iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********51 reyestr nömrəli 0,06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpqlar” kateqoriyasından “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsinə dair zəruri olan “torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə” rəyin tərtib edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə İddiaçı iddiası ilə bağlı aşağda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi və nizama salınması məqsədi ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları;3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr;3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən qaldırılmış vəsatətlərə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. dövlət mülkiyyətində olan torpaqlar üzrə:3.2.1.1. aidiyyəti yerli icra hakimiyyəti orqanının torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin məqsədəmüvafiqliyi barədə qərarından çıxarış; 3.2.1.2. torpaq sahəsinin ölçüsündən asılı olaraq, əyani surətdə qavranılması nəzərə alınmaqla müvafiq miqyasda tərtib olunmuş situasiya planı və ya sərhədləri daxilində mövcud və yerləşdirilməsi nəzərdə tutulan tikililər olduğu halda, layihələndirilən ərazinin baş planı (xətti qurğularda isə onların istiqamətinin uzununa profilli en kəsiyi); 3.2.1.3. mənafeyinə toxunulan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəyləri (əsli); 3.2.1.4. neft və qaz istisna olmaqla, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin məqsədəuyğunluğu haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, habelə sifarişçinin vəsaiti hesabına hazırlanmış torpaqların rekultivasiyası layihəsi;3.2.1.5. torpaqların istifadəsi ilə bağlı fəaliyyətin dövlət ekoloji ekspertizasının müsbət rəyi; 3.2.1.6. torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; Həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən bu Qaydaların 3.2.1-ci yarımbəndində göstərilənlərdən əlavə (dövlət mülkiyyətində olan torpaqlara aid hissələr istisna olunmaqla), bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə əlavə olaraq torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə təkliflərin müzakirəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 792 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X1”nə uyğun tərtib edilmiş bələdiyyə iclasının protokolundan çıxarış; Həmin Qaydaların 3.2.3-cü bəndinə əsasən bu Qaydaların 3.2.1-ci yarımbəndində göstərilənlərdən əlavə (dövlət mülkiyyətində olan torpaqlara aid hissələr istisna olunmaqla), xüsusi mülkiyyətdə olan torpaqlar üzrə əlavə olaraq mülkiyyətçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti (vəsatət torpaq mülkiyyətçisinin adından başqa şəxs tərəfindən qaldırıldıqda, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti) və mülkiyyətçi hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi və etibarnamənin surətləri; Həmin Qaydaların 3.2.4-cü bəndinə əsasən bütün əsaslar və mülkiyyət növləri üzrə torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə vurulacaq ziyanın, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin ödənilməsi, habelə kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsində obyektin layihələndirilməsi müddətində mənafeyinə toxunulan hüquqi və fiziki şəxslərin tikinti ilə bağlı qoyduqları tələblərin yerinə yetirilməsi barədə xeyrinə torpaq sahəsi əldə edənin notariat qaydada təsdiq edilmiş zəmanət məktubu. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəsatətlərə baxılaraq, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair təklifin sənədlər əsasında araşdırılması və yerquruluşu işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıq verilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh haqqında Əsasnamənin 9.7-ci bəndinə əsasən fəaliyyət istiqamətlərinə uyğun digər rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqat işləri aparmaq və müvafiq təkliflər vermək cavabdehin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən rəyin verilməsi cavabdehin diskression səlahiyyətidir, qeyd edilən məsələlər cavabdehin ona verilmiş hüquq çərçivəsində diskression səlahiyyətlərindən istifadə edərək qəbul etdiyi qərar qəbul edilməsi ilə həll olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz:73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə;73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Məhkəmədə işə baxılan zaman cavabdeh tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********51 reyestr nömrəli 0,06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasından “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsinə dair zəruri olan “torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə” rəyin tərtib edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34, 68-ci, 69cu,85-ci, 110-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020ci il tarixli, **********51 reyestr nömrəli 0,06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasından “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsinə dair zəruri olan “torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə” rəyin tərtib edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar