Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-707/2024 22.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X9 Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X9 Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X9 Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının “X12” Fin Firmasında qaynaqçı peşəsində işlədiyi dövrün güzəştli şərtlərlə pensiya təyinatına imkan verən staj kimi nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən hüququnun yarandığı tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1961-ci il 01 oktyabr təvəllüdlüdür. 20 aprel 1980-ci il tarixdən 17 may 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 1982-ci il 09 iyul tarixdən başlayaraq hazıradək işləyir. xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Bakı Dərin Özüllər Zavodunda yarımavtomat maşınlarda elektrik qaynaqçısı peşəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək isə “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma İdarəsində quraşdırıcı peşəsində işləmişdir. Belə ki, H.Əliyev adına Bakı Dərin Özüllər Zavadonun 27 yanvar 2022-ci il tarixli arayışından göründüyü kimi, bu peşələrdə işlədiyi müddət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın güzəştli şərtlərlə pensiya təyinatı üçün əsas verən staj hesab edilir. "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən tərtib edilmiş 2021-ci il 07 dekabr tarixli arxiv arayışına və adına tərtib edilmiş əmək kitabçasına əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Xəzərdənizneftqazinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək “Xəzərdənizneftqazinşaat” trestinin 4 saylı ixtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6cı dərəcəli elektrik qaynaqçısı peşəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək isə “Xəzərdənizneftqazinşaat” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci maddəsinə (ümumi peşələr) əsasən elektrik qaynaqçısı peşəsi güzəştli şərtlərlə pensiya təyinatı üçün əsas verən staj hesab edilir. Əmək kitabçasında aparılmış qeydlərə əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X12” Fin Firmasında qaynaqçı peşəsində işləmişdir. Hazırda qeyd edilən Firmanın Azərbaycanda fəaliyyəti dayandırıldığından və müvafiq sənədlər Dövlət Arxivinə təhvil verilmədiyindən, müvafiq arayışların əldə edilməsi mümkün deyil. “X12” Fin Firmasında işlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndində (ümumi peşələr) qeyd edilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi ilə eynilik təşkil etdiyindən, bu peşədə işlədiyi müddət də güzəştli şərtlərlə pensiya təyinatı üçün əsas verən staj hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9 1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X9 Filialının 2022-ci il 04 mart tarixli **********5 nömrəli cavab məktubunda, eləcə də sonrakı dövrlərə dair məktublarda onun güzəştli şərtlərlə pensiya təyinatına imkan verən stajının 11 il 04 ay 13 gün olduğu bildirilmiş və bu göstəricinin qanunvericiliklə müəyyən edilmiş həddən, yəni 12 il 6 ayda az olması səbəbindən ona dair güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinaya dair qərar qəbul edilmişdir. Təqdim edilmiş məktublardan göründüyü kimi, onun xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X12” Fin Firmasında qaynaqçı peşəsində işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyinatına imkan verən staj kimi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyənləşdirilir. Həmin Qaydaların 4.1.20-ci bəndinə əsasən isə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyənləşdirilir. Göründüyü kimi, “X12” Fin Firması tərəfindən müvafiq sənədlər Dövlət Arxivinə təhvil verilmədiyindən, tərəfindən xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək həmin şirkətdə qaynaqçı peşəsində işlədiyinə dair müvafiq arayışın əldə edilməsi mümkün olmamışdır ki, nəticədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X9 Filialı tərəfindən pensiya təyinatından imtinaya dair qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən “X12” Fin Firmasında qaynaqçı peşəsində işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyinatına imkan verən staj kimi nəzərə alınmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iş üzrə əlavə məlumatların təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanunun qüvvəyə mindiyi tarixədək qüvvədə olmuş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi iddia ərizəsində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X9 Filialı tərəfindən güzəştli şərtlərlə pensiya təyinatı üçün tələb olunan 12 il 6 ay sosial sığorta stajının hesablanması zamanı xx.xx.2001 -ci il tarixdən “X3 LTD” (sonuncu adı) qaynaqçı kimi işlədiyi dövrün güzəştli şərtlə pensiya təminatına imkan verən müddət kimi qəbul edilmədiyini və nəticədə pensiya təyinatından imtina dair qərar qəbul edildiyini qeyd etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən 25 il sığorta stajı tələbini ödəsə də Xüsusi Şərtlərlə X9 Filialı tərəfindən 60 yaşının tamam olduğu 2021-ci il 01 oktyabr (təvəllüdü: xx.xx.1961-ci il) tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Pensiya təyinatından imtinaya səbəb güzəştli şərtlərlə pensiya təyinatı üçün zəruri olan 12 il 6 ay sığorta stajının toplanmaması olmuşdur. Əmək kitabçasında aparılmış qeydə əsasən xx.xx.2001-ci il tarixdən “X13” şirkətinin Bakı nümayəndəliyində qaynaqçı kimi işə qəbul edilmişdir. Əmək kitabçasındakı xx.xx.2001-ci il tarixli qeydə əsasən “X13” sözləri “CSO X13 LTD” ilə əvəz edilmişdir. Əmək kitabçasında aparılmış xx.xx.2002-ci il tarixli qeydə əsasən “CSO ARO” (CSO X13) və ARDNŞ arasında bağlanılmış Alyans Sazişinin 9.2-ci bəndinə və xx.xx.2002-ci il tarixli Protokola uyğun olaraq müvəqqəti əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasındakı xx.xx.2002-ci il tarixli qeydə əsasən ARDNŞ/CAMOL Alyans Sazişinin 9.1-ci bəndinə və xx.xx.2002-ci il tarixli Alyans Protokoluna uyğun olaraq bağlanmış müvəqqəti əmək müqaviləsi üzrə qaynaqçı peşəsinə işə götürülmüşdür. Əmək kitabçasındakı xx.xx.2003-cü il tarixli qeydə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2003-cü il tarixli 621 saylı şəhadətnaməsinə əsasən “CSO X10 LTD” nümayəndəliyinin adı “X3 LTD” adlandırılmışdır. xx.xx.2003-cü il tarixli qeydə əsasən qaynaq üzrə iş icraçısı, xx.xx.2004-cü il tarixli qeydə əsasən isə supervayzer təyin olunmuşdur. xx.xx.2006-cı il tarixli qeydə əsasən müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006cı il yanvarın 1-dək olan dövrdə müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Pensiya təyinatı üçün Xüsusi Şərtlərlə X9 Filiala ərizə ilə rəsmi müraciət edərkən müvafiq sənədlərlə birlikdə əmək kitabçasının surətini də təqdim etmişdir. Lakin əmək kitabçasına əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrdə qaynaqçı kimi işlədiyi müddət güzəştli şərtlərlə pensiya təminatına imkan verən iş müddəti kimi xeyrinə nəzərə alınmamışdır və nəticə pensiya təyinatından imtina edilmişdir. Əmək kitabçasındakı qeydə əsasən xx.xx.1997-ci il tarixdən (xx.xx.1997ci il tarixli 53/k nömrəli əmrə əsasən) xx.xx.2001 tarixədək “Xəzərdənizneftqazinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.2001-ci il tarixli 10-k nömrəli əmrə əsasən işdən azad edilmişdir. Əmək kitabçasında işdən azad olunma səbəbi kimi “X13” Fin firmasına işləməyə getməyi göstərilmişdir. Bu fakt eyni zamanda "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən tərtib edilmiş 2021-ci il 07 dekabr tarixli Arxiv arayışında (Arayış iddia ərizəsi birlikdə təqdim edilmişdir) da öz əksini tapmışdır. Belə ki, arayışda da işdən çıxma səbəbi kimi “X13” Fin firmasına işləməyə getməyi göstərilmişdir. Əmək kitabçası üzrə məlumatların mötəbərliyini təmin etmək, eləcə də “X3 LTD”də (sonuncu adı) işlədiyi dövrdə həmin sığortaedən (işəgötürən) tərəfindən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə rəsmi məlumatın əldə edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına tərəfindən ərizə ilə müraciət edilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 fevral tarixli 221-İİQ nömrəli Qanununa müvafiq olaraq dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqinə 2006-cı il 01 yanvar tarixindən başlanılmışdır. Məcburi dövlət sosial sığorta sisteminin təbiqinə başlanıldığı 1992-ci ildən 2006-cı ilin 01 yanvar tarixədək olan dövrdə isə fərdi uçot tətbiq edilmədiyindən, həmin dövrdə sığortaedən (işəgötürən) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının hər bir işçi (sığortaolunan) üçün açılmış fərdi şəxsi hesablar üzrə bölgüsü aparılmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 2023-cü il 31 yanvar tarixli 3-17-1/2-H-19184/2023 nömrəli cavab məktubundan göründüyü kimi, “X3 LTD” tərəfindən fərdi uçot sisteminin tətbiq edildiyi dövrdə olmaqla əmək müqaviləsinin bitdiyi tarixədək xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Məktubda təqdim edilmiş məlumata əsasən bu şirkət Nazirliyin Mərkəziləşdirilmiş elektron informasiya sistemində sığorta edən kimi qeydiyyata alınmışdır (VÖEN: **********, SUN (sığortaedənin uçot nömrəsi): **********9). Təqdim edilmiş rəsmi məlumat “X3 LTD”nin həqiqətən fəaliyyət göstərdiyini sübut edir. Ərizədə eyni zamanda həmin şirkətin 2001-2006-cı illərdə sığorta ödənişlərinə dair məlumatların təqdim edilməsinə köməklik göstərilməsi xahiş edilsə də, “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun isə 4.16-cı maddəsi əsas götürülərək həmin məlumatların təqdim edilməsindən imtina edilmişdir. Əmək kitabçasında aparılmış xx.xx.2002-ci il tarixli qeydə əsasən “CSO ARO” (CSO X13) və ARDNŞ arasında bağlanılmış Alyans Sazişinin 9.2-ci bəndinə və xx.xx.2002-ci il tarixli Protokola uyğun olaraq müvəqqəti əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2002-ci il tarixli qeydə əsasən isə ARDNŞ/CAMOL Alyans Sazişinin 9.1-ci bəndinə və xx.xx.2002-ci il tarixli Alyans Protokoluna uyğun olaraq bağlanmış müvəqqəti əmək müqaviləsi üzrə qaynaqçı peşəsinə işə götürülmüşdür. Bu fakt bir daha həmin şirkətin vurğulanan müddətdə fəaliyyət göstərdiyini əyani sübut edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəyə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəyə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X9 Filialı tərəfindən qeyd edilən maddələrin tələblərinə əməl edilməmişdir. Belə ki, Xüsusi Şərtlərlə X9 Filial işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli araşdırılmasını təmin etməmiş, öz təşəbbüsü ilə əlavə sübutların toplanılmasında maraqlı olmamış və nəticədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina dair qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Hətta Xüsusi Şərtlərlə X9 Filialı tərəfindən onun kimi bərabərhüquqlu olan, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına hər hansı sorğu edilməmişdir. Nəzərə almaq lazımdır ki, həm Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı, həm də Xüsusi Şərtlərlə Təyinat üzrə X6 Sosial Müdafiə Fondunun strukturuna daxildir. Beləliklə, yuxarıda qeyd edilən “X3 LTD”nin dövlət qeydiyyatına alınmaqla Azərbaycanda fəaliyyət göstərdiyini, onun həmin şirkətdə işlədiyini əks etdirir. Bu faktların işə baxılarkən nəzərə alınmasını, zərurət yaranacağı hallarda əlavə məlumatların əldə edilməsi üçün soruğuların edilməsində köməklik göstərilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 9.1-ci maddəsinə əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən ilkin olaraq onun işlədiyi sahənin, gördüyü işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın uyğunluğu müəyyənləşdirilir. Qeyd edilən siyahıda öz əksini tapan, güzəştli şərtlərlə pensiya təyinatı zamanı əsas götürülən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndində qeyd edilən “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayış”a əsasən (“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə) əsasən müəyyən edilir. Arayışa (2 nömrəli Əlavəyə) edilmiş “Qeyd”də “dövlət arxivində şəxsin güzəştli pensiya hüququ verən bir neçə iş yeri ilə bağlı məlumatlar bu əlavəyə uyqun formada ayrı-ayrı arayışlarla təqdim edilir” ifadəsi öz əksini tapmışdır. Qeyd olunanlardan görünür ki, müəssisə (təşkilat) ləğv edildiyi halda “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayış" dövlət arxivində sənədin mühafizəsini həyata keçirən orqan tərəfindən verilməlidir. Belə ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxs ləğv edildikdə və ya vəfat etmiş fiziki şəxsin vərəsəsi olmadığı halda, onların arxiv sənədləri üzərində mülkiyyət hüququ dövlətə keçir. Hüquqi şəxs ləğv edildikdə, onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyası özünün və həmin hüquqi şəxsin arxiv sənədlərinin ləğv edilmiş hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına mühafizəyə verilməsini təmin etməlidir. Şəxsin sahib olduğu peşənin, işlədiyi sahənin xüsusiyyətləri, ağırlıq dərəcəsi, eləcə də həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın hansı bəndinə (yarımbəndinə) və (və ya) hansı vəzifə koduna uyğun olmasının müəyyənləşdirilməsi Milli Arxiv Fondunun səlahiyyətləri xaricindədir. Pensiya təminatında tələblərin yuxarıda göstərilən qaydada müəyyənləşdirilməsi mövcud şəraitdə, ondan asılı olmayan səbəblərdən pensiya ilə təmin olunmaq hüququndan məhrum olmağına zəmin yaradır. "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən tərtib edilmiş 2021-ci il 07 dekabr tarixli Arxiv arayışından, habelə H.Əliyev adına Bakı Dərin özüllər Zavadonun 27 yanvar 2022-ci il tarixli arayışından göründüyü kimi, gənclik illərindən başlayaraq elektrik qaynaqçısı peşəsində işləmişdir. Belə ki, bu arayışlarda işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndində (ümumi peşələr) qeyd edilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğunlaşdırılmışdır. Xüsusi Şərtlərlə X9 Filialı tərəfindən təqdim edilmiş məktublardan göründüyü kimi, həmin arayışlarda göstərilən elektrik qaynaqçısı peşəsində işlədiyi müddət Filial tərəfindən güzəştli şərtlərlə pensiya təminatı üçün əsas götürülən iş müddəti kimi nəzərə alınmışdır. Qaynaqçı kimi işlədiyi müddətdə müxtəlif diametrli borularda, xüsusi hissələrdə, ayrı birləşmələrdə və dirsəklərdə qaynaq əməliyyatlarını həyata keçirmişdir. Bu işlərin görülməsi əl ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli digər ağır istehsalat amilləri mövcud olan əmək şəraiti istehsalatların, peşə və vəzifələrin Siyahısı”na əsasən “qaynaqçı” peşəsi insan sağlamlığı üçün zərərli peşə hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 05 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na əsasən də qaynaqçı peşəsi zərərli peşə hesab edilir. Əmək kitabçasından göründüyü kimi, həm xx.xx.2001-ci il tarixədək olan dövrdə, həm də ondan sonrakı dövrdə elektrik qaynaqçısı peşəsində işləmişdir ("xxxx" Trestinin arxiv fondunun materiallarına əsasən tərtib edilmiş 2021-ci il 07 dekabr tarixli arxiv arayışında, habelə H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 27 yanvar 2022-ci il tarixli arayışında tarixlər qeyd edilmişdir). Neftqaztikinti Trestində, H.Əliyev adına Bakı Dərin özüllər Zavadonda və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrdə “X3 LTD”də gördüyü işlərin xarakteri eynilik təşkil etmişdir. Əmək kitabçasından göründüyü kimi, hazırda gördüyü işlər də qaynaq işi üzrədir. Bu da onun əmək fəaliyyəti ilə məşğul olduğu ilk günlərdən hazıradək qaynaq sahəsində işlədiyini əks etdirir. Digər tərəfdən, qaynaqçı peşəsi ümumi ad kimi qəbul edilsə, bu peşə işin xarakterinə görə elektrik və qaz qaynaqçısı peşələrinə ayrılır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndində (ümumi peşələr) iş şəraiti ağır və zərərli işlərdə işləyən şəxslər sırasına yalnız elektrik qaynaqçıları deyil, eyni zamanda qaz qaynaqçıları daxil edilir. Bu da qaynaqçı peşəsinin insan sağlamlığı üçün təhlükəli və zərərli olmasından irəli gələrək bütün hallarda həmin peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş müddətinə daxil edilməsini ifadə edir. Onun “X3 LTD”də elektirk qaynaqçısı kimi işləməyinin, həmin dövrdə elektrik qaynaqçısı kimi qaynaq işlərinin əl ilə aparmağının dəqiqləşdirilməsinə zərurət yaranacağı təqdirdə həmin dövrdə onunla birlikdə işləmiş, M.M.Məmmədov və C.H.Məlikovun məhkəmədə şahid kimi iştirakı təmin edilə bilər. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2001-ci il tarixdən “X3 LTD”də işlədiyi “qaynaqçı” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndində (ümumi peşələr) qeyd edilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğunlaşdırılmaqla, güzəştli şərtlərlə pensiya təminatına imkan verən iş müddəti kimi xeyrinə nəzərə alınması və güzəştli şərtlərlə pensiya təminatına köməklik göstərilməsi bir daha xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iş üzrə əlavə məlumatların təqdim edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində, eləcə də sonradan təqdim etdiyi məktubda göstərdiyi faktların mötəbərliyinin təmin olunması məqsədilə müvafiq məlumatların təqdim edilməsində köməklik göstərilməsi üçün Dövlət Neft Şirkətinə, Milli Arxiv İdarəsinə və Dövlət Sosial Müdafiə Fondunun Aparatına tərəfindən müraciətlər edilmişdir. SOCAR-a müraciətin edilməsində əsas məqsəd əmək kitabçasından göründüyü kimi, “X3 LTD” (sonuncu adı) qaynaqçı kimi işə qəbulu, eləcə də əmək müqaviləsinə xitam verilməsi SOCAR ilə bağlanmış Alyans Sazişinin müvafiq Protokoluna əsasən həyata keçirilmişdir. Bu səbəbdən “X3 LTD”nin (sonuncu adı) Azərbaycanda fəaliyyət göstərməsinə dair sənədin təqdim edilməsində köməklik göstərilməsi məqsədilə SOCAR-a məktub ünvanlamışdır. SOCAR-ın 2023-cü il 03 fevral tarixli 14-2/2-H-67-1/2023-177 nömrəli məktubunda “X3 LTD”nin (sonuncu adı) Bakı nümayəndəliyinin arxiv sənədləri Dövlət Neft Şirkətinin Mərkəzi Arxivində saxlanılmadığı və məsələ ilə əlaqədar Dövlət Arxivinə müraciət etməyi diqqətə çatdırılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin 2023-cü il 09 fevral tarixli 3-48-2F/2-H-00845/2023 nömrəli Arxiv arayışından göründüyü kimi “X3 LTD” tərəfindən arxiv sənədləri tam olaraq arxivə təhvil verilməmişdir. Təqdim edilmiş cavab məktubunda eyni zamanda İdarə tərəfindən arxiv arayışı verilərkən həmin arayışda şəxsin sahib olduğu peşənin, işlədiyi sahənin xüsusiyyətləri, ağırlıq dərəcəsi, eləcə də həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın hansı bəndinə (yarımbəndinə) və (və ya) hansı vəzifə koduna uyğun olması kimi məlumatların təqdim edilməsinin mümkünlüyünə də münasibət bildirilmişdir. Belə ki, cavab məktubunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilər barədə hər hansı məlumatın Dövlət Arxivinin Bakı Filialında saxlanılmadığı bildirilmişdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndində qeyd edilən “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayış”ın Arxiv İdarəsi tərəfindən təqdim edilə bilmədiyini əks etdirir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən güzəştli şərtlərlə pensiya təyinatı üçün güzəştli iş müddəti müvafiq arayış əsasında müəyyənləşdirilir. Lakin işəgötürən fəaliyyətini dayandırdıqda Arxiv İdarəsi tərəfindən güzəştli iş üzrə arayışın verilməsi mümkün deyil. Göründüyü kimi, Fond əsasız səbəblərdən irəli gəlməklə sonda vətəndaş olaraq onun sosial təminat hüququnun pozulmasına səbəb olur. Xüsusi Şərtlərlə X9 Filial tərəfindən verilən məktubda da güzəştli iş stajının yetərli olmaması səbəbindən pensiya təyinatından imtinaya dair qərar qəbul edildiyi bildirilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya yaşına çatmaq sığorta hadisəsi hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən pensiya yaşına çatsa da, staj tələblərini ödəsə də, hazırda sığortaolunan kimi hüququndan istifadə edə bilmir. Tərəfindən eyni zamanda “X3 LTD”nin 2001-2006-cı illərdə məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyatda olması və məcburi dövlət sosial sığorta haqqı ödəməsinə dair məlumatın əldə edilməsi məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunun Aparatına müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il 28 fevral tarixli 3-17-1/2-A- 40708/2023 nömrəli cavab məktubunda “X3 LTD”nin 2001-2006-cı illərdə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat təqdim etdiyi və müvafiq qaydada məcburi dövlət sosial sığorta haqqı ödədiyi qeyd edilmişdir. Bu da bir daha həmin şirkətin həqiqətən fəaliyyət göstərdiyini ifadə edir. İddiaçı xx.xx.2023-cü il tarixdə iş üzrə əlavə məlumatların təqdim edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd edilən qərarlardan da göründüyü kimi, şəxsin əmək kitabçasında sahib olduğu peşənin “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” kimi deyil, sadəcə “qaynaqçı” kimi yazılmasına baxmayaraq məhkəmə mübahisəsi zamanı həm birinci instansiya məhkəmə orqanı, həm də Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş qərarlar vətəndaşın xeyrinə olmuşdur. Xüsusilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 11 aprel tarixli 2- 1(102)-361/2023 nömrəli Qərarından göründüyü kimi, Azərbaycanda müvafiq dövrlərdə fəaliyyət göstərmiş, lakin sonrakı dövrdə fəaliyyətini dayandırmış firmada (“KENTECH”) vətəndaşın “əl ilə elektrik qaynaqçı” peşəsində işləməsi fonunda, əmək kitabçasında “qaynaqçı” kimi qeyd edilməsinə baxmayaraq məhkəmə araşdırmasının sonunda vətəndaşın xeyrinə müvafiq qərar çıxarılmışdır. Qeyd edilənlərlə paralel olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 07 dekabr tarixli 2-1(102)-1846/2022 nömrəli Qərarın 15-ci bəndindəki mövqeyin də yekun qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. Bundan əlavə olaraq, analoji hal üzrə olan, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 avqust tarixli 2-1(102)-1599/2020 nömrəli Qərarı təqdim edir. Eyni zamanda, doğum tarixi xx.xx.1961-ci ildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən edilmiş yaş həddi 60-dır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Belə ki, qanunvericiliyə müvafiq olaraq, Qərardan sonrakı dövrdə tərəflərin yuxarı instansiya məhkəmə orqanına müraciət etmə hüququ nəzərə alınsa, məhkəmə prosesinin müddətinin uzanmasının gələcəkdə hüquq qazanacağı hallarda ona müvafiq dövrlər üzrə pensiya məbləğinin ödənişinin təmin edilməməsinə səbəb olacaqdır. Bu baxımdan təqdim edilən məhkəmə qərarlarının, eləcə də iştirakı ilə keçirilmiş məhkəmə iclaslarında tərəfindən verilən ifadələrin, rəsmi olaraq yazılı qaydada təqdim etdiyi əlavə materialların da nəzərə alaraq yekun qərarın qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X9 Filialına müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin onun güzəştli iş stajı tələb olunan müddətdən az olduğunda (11 il 04 ay 13 gün (xx.xx.1985xx.xx.1986, xx.xx.1987-xx.xx.1994, xx.xx.1997-xx.xx.2001, xx.xx.2006-xx.xx.2007-ci il tarixlər arasındakı dövrlər)) müraciəti müsbət həll etmək mümkün olmamışdır. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X12” Fin Firmasında qaynaqçı peşəsində işlədiyini, həmin dövrün güzəştli staj olduğunu iddia etmiş, həmin dövləri nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtilə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hazırkı iş üzrə İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X12” Fin Firmasında zərərli əmək şəraitində işləməsi barədə güzəştli arayışı inzibati orqana təqdim etməmiş, həmçinin iddia ərizəsinə əlavə etməmişdir. Beləliklə, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X12” Fin Firmasında işlədiyi dövrlərin güzəştli stajına daxil edilməsi mümkün olmadığından ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab edilmir. H3 seriyalı ******* saylı xx.xx.1980-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet Ordusunda xidmət etmişdir. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1984-cü il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1982-ci il tarixdə mexaniki montaj işləri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir və köçürülmə ilə əlaqədar işdən azad edilmişdir. işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə 2-ci dərəcəli oyma ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə Bakı SQO Zavodunda əmək müqaviləsinin müddəti başa çatdığı üçün işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə 4-cü dərəcəli oymaçı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə SSRİ Quraşdırma və Tikinti Nazirliyinin 36 saylı xx.xx.1984-cü il tarixli əmrinə uyğun olaraq mexaniki atelyenin mexaniki şöbəsindən işdən azad edilərək Bakı SQO Zavoduna transfer edilmişdir. Bakı Stasionar Dərin Dəniz Özülləri üçün X2 Zavoduna göyərtə, svay və konduktor istehsalı emalatxanasına 4-cü dərəcəli oymaçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdə 2-ci dərəcəli oymaçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdə sexə 3-cü dərəcəli yarımavtomat dəzgahına qaynaqçı kimi keçirilmişdir. xx.xx.1986-cı il tarixdə emalatxanaya 3-cü dərəcəli qaynaqçı kimi keçirilmişdir. xx.xx.1986-cı il tarixdə çilingər - qaynaq mexaniki vəzifəsinə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixdə BZSQO-dan SMU-ya transfer olaraq işdən çıxarılmışdır. xx.xx.1987-ci il tarixdə BZSQO-dan 4-cü dərəcəli çılingər kimi transfer yolu ilə işə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdə 5-ci dərəcəli quraşdırıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə 6-cı dərəcəli quraşdırıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.1994-cü il tarixdə MURB “Bulla”ya transfer edilmişdir. xx.xx.1994-cü il tarixdə “Bulla” X7 İdarəsinə 4cü dərəcəli mühərrik təmiri ustası vəzifəsinə qəbul edilmişdir. xx.xx.1996-cı il tarixdə 6-cı dərəcəli vəzifəsinə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə Xəzərdənizneftqazinşaat tresti Tikinti-Quraşdırma İdarəsində 6-cı dərəcəli əl qaynaqçısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixdə “X12” Fin Firmasına işləməyə getməyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2a bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə 3 nömrəli xx.xx.2001-ci il tarixli əmrə əsasən Finlandiyanın “X13” Şirkətinin Bakı Nümayəndəliyinə qaynaqçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixdə “X13” sözləri “CSO X13 MMM” ilə əvəz edilmişdir. xx.xx.2002-ci il tarixdə Əmək Məcəlləsinin 68.2 “a” bəndi ilə CSO ARO və ARDŞ arasında bağlanılmış Alyans sazişinin 9.2-ci bəndinə və xx.xx.2002-ci il tarixli protokola uyğun olaraq müvəqqəti əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2002-ci il tarixdə 013-02 saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən ARDNŞ/CAMOL Alyans sazişinin 9.1-ci bəndinə və xx.xx.2002-ci il tarixli Alyans protokoluna uyğun olaraq bağlanılmış müvəqqəti əmək müqaviləsi ilə qaynaqçı peşəsinə işə götürülmüşdür. xx.xx.2003-cü il tarixdə “CSO X10 ltd” nümayəndəliyinin adı “X4 ltd” kimi oxunmuşdur. xx.xx.2003-cü il tarixdə qaynaq üzrə iş icraçısı peşəsi üzrə işə keçirilmişdir. xx.xx.2004-cü il tarixdə qaynaq üzrə baş supervayzer vəzifəsinə keçirilmişdir. xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. (Xəzərdənizneftqaztikinti” tresti 4 saylı İxtisaslaşdırılmış Tikinti-Quraşdırma Filialı) xx.xx.2006-cı il tarixdə 50/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən onunla bağlanan iş əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 6 saylı sahəyə 6-cı (altıncı) dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdə 107/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2006-cı il tarixdə 301-k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən Xəzərdənizneftqaztikinti” tresti 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına onunla bağlanılmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə 15-k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz təşəbbüsü ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2007-ci il tarixdə İrlandiya Respublikasının “Kentich (Caspian) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə izolyasiya işləri üzrə rəhbər işə vəzifəsinə götürülmüşdür. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (müddətin qurtarması) müddətli əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2010-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaynaq işləri üzrə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixdə 088 saylı xx.xx.2015-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2015-ci il tarixdə 113k saylı xx.xx.2015-ci il tarixli əmrə əsasən qaynaq işləri üzrə supervayzer vəzifəsinə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə 596k saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “e” bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixdə 608k saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən "xxxx" Birgə Müəssisəsinə qaynaq işləri üzrə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış 3-17-1/2-H-19184/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla 2006-cı il üzrə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar təqdim edilmişdir: Sığorta edən: “X4 LTD” Şirkətinin Azərbaycan Respublikasın dakı Filialı, dövrlər xx.xx.2006-xx.xx.2006, hesablanmış əmək haqqı 9642,08 manat, ödənilmiş m.d.s.s.h 2410,52 manat. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 34.4-cü maddəsinə əsasən “Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri konfidensial xarakter daşıyır” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.6-cı maddəsinə əsasən “əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar” kommersiya sirrinə aid hesab edilən məlumatlar olduğundan, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində **********9 saylı SUN-la və ********** saylı VÖEN-lə sığortaedən kimi uçota alınmış “X4 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən müraciətdə qeyd edilən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı məlumatın təqdim edilməsi Filial tərəfindən mümkün olmamışdır. Sığortaolunanın hesabından görünür ki, İddiaçı 2006-cı il yanvar-iyun dövrü ərzində cəmi gəlir 9642,08 manat, cəmi hesablanmış 2410,52 manat, cəmi ödənilmiş 2410,52 manat, pensiya kapitalı 5764,82 manatd, sığorta edən “X4 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir (VÖEN **********). İl Ay Gəlir Hesablanmış Ödənilmiş Ödəniş ili 2006 Yanvar 2867,36 716,84 716,84 2006 2006 Fevral 1656,36 414,09 414,09 2006 2006 Mart 1666,20 416,55 416,55 2006 2006 Aprel 322,68 80,67 80,67 2006 2006 May 2064,52 516,13 516,13 2006 2006 İyun 1064,96 266,24 266,24 2006 Cəmi: 9642,08 2410,52 2410,52 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən təqdim edilmiş SOCAR**********80020123X00071 saylı xx.xx.2021-ci il tarixli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışa əsasən İddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən yarımavtomat maşınlarda elektrik qaynaqçısı peşəsində: Bakı Stasionar Dərinlik Özülləri zavodunun Göyərtə sexində xx.xx.1985-ci il tarixdən (xx.xx.1985-ci il tarixli 160/k saylı əmr) xx.xx.1987-ci il tarixədək (xx.xx.1987-ci il tarixli 443/k saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 2 il 2 ay. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Yarımavtomat qaynaq maşınlarından istifadə etməklə xüsusi mürəkkəb konfiqurasiyalı texnoloji və tikinti konstruksiyalarında, metalkonstruksiyalarda, qovşaqlarda və borularda qaynaq işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndindəki “yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən quraşdırıcı peşəsində: “Selflayihətikinti” LSTB-nin 1 saylı Tikinti quraşdırma İdarəsində xx.xx.1987-ci il tarixindən (xx.xx.1987- ci il tarixli 160/k saylı əmr) xx.xx.1994-cü il tarixədək (xx.xx.1994-cü il tarixli 56/k saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 6 il 7 ay 3 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Mürəkkəb metalkonstruksiya qovşaqlarının qaynaq edilməsi, müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılması, ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət dərinlik özüllərinin və qurdu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb quraşdırma işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinin “a” yarımbəndində “polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" tresti tərəfindən təqdim edilmiş SOCAR**********30020123X00065 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, arxiv arayışı "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən: İddiaçıS - xx.xx.1997-ci il tarixli 53/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqazinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. İddiaçıS - xx.xx.2001-ci il tarixli 10/k nömrəli əmrə əsasən “X13” Fin firmasına işləməyə getməsi ilə əlaqədar Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçıS - 26 07 2006-cı il tarixli 50/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma - Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. İddiaçıS - xx.xx.2006-cı il tarixli 107/k nömrəli əmrə əsasən Azerbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıS xx.xx.2006-cı il tarixli 301/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. İddiaçıS - xx.xx.2007-ci il tarixli 15/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci maddəsinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeydiyyat №-si D-2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır ve həmin təşkilatların hüquqi varisidir (Əsas: kadr əmrləri, əmək kitabçası). Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən SOCAR-ın “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodun”un 02 dekabr 2021-ci il tarixli SOCAR**********80020123X00071 nömrəli arayışında xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə yarımavtomat maşınlarda elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisənin arayışda elektrik qaynaqçısı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq edilən maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd olunan məlumatlar müvafiq arayışda əks olunaraq Mərkəzi Filiala təqdim edildikdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacaqdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 13 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1994-cü il, xx.xx.1997-xx.xx.2001-ci il və xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 13 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1994-cü il, xx.xx.1997-xx.xx.2001-ci il, xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddiaçıya ünvanlanmış 14- 2/2-H-67-1/2023-177 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanladığı ərizə Baş Ofisin Mərkəzi Arxivində baxılmış, araşdırılmaq üçün "xxxx" trestinə göndərilmişdir. “Neftqaztikinti" trestinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 14-2-14/2-202/2023 nömrəli arxiv arayışı təqdim edilmişdir. Mərkəzi Arxivdə "X13” Şirkətinin Bakı nümayədəliyinin (sonrakı adı: “X4 LTD”) arxiv sənədləri saxlanılmadığından, 2001-2003-cü illər üzrə arayışın təqdim olunması imkan xaricindədir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinə müraciət etmək məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" tresti tərəfindən təqdim edilmiş 14-2-14/2-202/2023 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən: İddiaçıS xx.xx.1997-ci il tarixli 53/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqazinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixli 10/k nömrəli əmrə əsasən “X13” Fin firmasına işləməyə getməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixli 50/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixli 107/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2006-cı il tarixli 301/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixli 15/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaqda elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeydiyyat №-si D- 2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-11- 40708/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş sığortaedən “X4 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sığortaedən kimi qeydiyyata alınması və xx.xx.2001ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatlarının təqdim edilməsi ilə bağlı müraciətə baxılmışdır. Fondda **********9 saylı sığortaedənin uçot nömrəsi ilə qeydiyyata alınmış “X4 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə aid iş qovluğunda olan 2001, 2002, 2003, 2004 və 2005-ci illər üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Fondun xəzinə orqanlarındakı xəzinə hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********197800 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, dövlət reyestrində “CSO X11 LTD şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.1996-cı il tarixdə 046 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.2002-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. 2008-ci ildə Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədləri arasında həmin Nümayəndəliyə aid qovluq aşkar edilməmişdir. Reyestrdə “X11 LTD” və ya “X13 LTD” Şirkətlərinin Azərbaycan Respublikasındakı Nümayəndəliklərinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyil. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-4/2-2302/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan “X11 LTD” (“X13 LTD” və ya “CSO X13 MMM”) Şirkətinin Bakı Nümayəndəliyinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. Eyni zamanda, sözügedən vətəndaşın “X4 LTD” şirkətində (“X3 LTD”) işləməsi ilə əlaqədar sorğunun bir nüsxəsi icra üçün Dövlət Arxivinin Bakı Filialına verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış 3-48-2F/2-H-00845/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, həqiqətən Dövlət Arxivinin Bakı Filialında saxlanılan “X4 LTD” Şirkətinin natamam arxiv sənədlərinin 2006-cı ilə dair əmək haqqı cədvəllərində vətəndaş İddiaçı əmək haqqı hesablanması barədə bəzi məlumat mövcuddur. Mövcud dövrə dair tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim edilmişdir: Aylar Yanvar Fevral Mart Aprel May İyun İyul Avq. Sent. Okt. Noy. Dek. 2006 2,867.36 1,983.63 1,666.20 1,718.80, 651.06 2,946.22 “X4 LTD” Şirkətinin 2006-cı ilə dair əmr kitabında vətəndaş İddiaçı işdən azad edilməsi barədə heç bir məlumat yoxdur. “X4 LTD” Şirkətinin 2003-cü ilə dair əmr kitabı və 2003-2005-ci illərə dair əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilər barədə hər hansi bir məlumat Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 3-48- 2F/2-07947/2023 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən həqiqətən Dövlət Arxivinin Bakı Filialında saxlanılan “X4 LTD” Şirkətinin natamam arxiv sənədlərinin 2006-cı ilə dair əmək haqqı cədvəllərində vətəndaş İddiaçı əmək haqqı hesablanması barədə bəzi məlumat mövcuddur. Mövcud dövrə dair tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim edilmişdir: Aylar Yanvar Fevral Mart Aprel May İyun İyul Avq. Sent. Okt. Noy. Dek. 2006 2,867.36 1,983.63 1,666.20 1,718.80, 651.06 2,946.22 “X4 LTD” Şirkətinin 2006-cı ilə dair əmr kitabında vətəndaş İddiaçı işdən azad edilməsi barədə heç bir məlumat yoxdur. “X4 LTD” Şirkətinin 2003-cü ilə dair əmr kitabı, 2003-2005-ci illərə dair əmək haqqı cədvəlləri və “X13 LTD”nin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o bütün əmək fəaliyyəti dövründə, o cümlədən 2001xx.xx.2006-cı illərdə qaynaqçı vəzifəsində çalışarkən qaynağın 11-dən çox növünü icra etmiş və onları əl ilə icra etmişdir. Çalışdığı qaynaqçı işlərindən ən sadəsi əl ilə qaynaq edən elektrik qaynaqçısı kimi əmək funksiyaları olmuşdur. Əmək kitabçasında natamamlığın sadəcə texniki olmasını, hazırda çalışdığı şirkətdən arayış əldə edə bilməməsini və işlədiyi mübahisəli dövrdə on birdən çox qaynaq növünü icra etməsini, o cümlədən də əl ilə qaynaq edən elektrik qaynaqçısı kimi fəaliyyət göstərməsini nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının ümumi stajı və 2021-ci il üçün fərdi hesabının siğorta hissəsində yığılmış pensiya kapitalı ona pensiya təyinatı üçun kifayət edir və hazırda mübahisələndirilmir. Lakin iddianın güzəştli iş dövrü kifayət etmədiyindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X5 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 il; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayı həmin işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 il; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayı həmin işlər olmalıdır); Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki (xx.xx.2017-ci ildən qüvvədə olan) redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçının ümumi iş stajının ən azı 25 il təşkil etməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi işin mübahisəsiz halıdır. İmtina onunla əsaslandırılmışdr ki, iddiaçının güzəştli iş stajı tələb olunan müddətdən azdır. Belə ki, onun (11 il 04 ay 13 gün (xx.xx.1985-xx.xx.1986, xx.xx.1987-xx.xx.1994, xx.xx.1997-xx.xx.2001, xx.xx.2006-xx.xx.2007-ci il tarixlər arasındakı dövrlər)) güzəştli iş dövrü kimi nəzərə alınmış, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X12” Fin Firmasında qaynaqçı vəzifəsində işlədiyi müddət güzəştli iş dövrü barədə arayışın təqdim edilməməsi səbəbindən nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-11- 40708/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş sığortaedən “X4 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sığortaedən kimi qeydiyyata alınması və xx.xx.2001ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatlarının təqdim edilməsi ilə bağlı müraciətə baxılmışdır. Fondda **********9 saylı sığortaedənin uçot nömrəsi ilə qeydiyyata alınmış “X4 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə aid iş qovluğunda olan 2001, 2002, 2003, 2004 və 2005-ci illər üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Fondun xəzinə orqanlarındakı xəzinə hesabına köçürülmüşdür. Beləliklə aydın olur ki, iddiaçının mübahisəli iş dövründə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli dövrdə çalışdığı müəssisə artıq mövcud olmadığından, iş yerindən iddiaçının vəzifə təlimatlarının və ya əmək şəraiti zərərli və ağır olan işlərdə stajı haqqında arayışın alınması mümkün deyildir. Məhkəmə iddiaçının mübahisəli əmək fəaliyyəti dövründə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyi - əl ilə qaynaq edən elektrik qaynaqçısı kimi əmək funksiyalarını da icra etməsi barədə özünün izahatını, hazırda çalışdığı şirkətdən güzəştli iş dövrü barədə arayış əldə edə bilməməsində iddiaçının təqsirinin olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçının pensiya hüququnun təmin edilməməsi qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə artıq yük qoymuş olardı. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X12” Fin Firmasında qaynaqçı vəzifəsində işlədiyi müddət (01 il 06 ay 02 gün) də əlavə edilməklə güzəştli iş dövrü kimi 12 il 10 ay 15 gün nəzərə alınmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək Pensiyaları haqqında haqqında” Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci ildən qüvvədə olan redaksiyanına əsasən və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız 3 meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ay ilini həmin işlərdə çalışarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) və yaş (60 yaş). Belə ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, Həmin Qanun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minmişdir. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı xx.xx.1961-ci ildə anadan olub və 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə 23 dekabr 2021-ci il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X9 Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-707/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-707/2024
22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver