Məhkəmə qərarları › İş №2-1(112)-7070/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7070/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7070/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qərarın və orderin etibarsız sayılması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Bakı şəhəri, Mərdəkan Bağlar sahəsində 204 №-li BTK nəzdində 0,12 hektar 120 “B” №-li bağ sahəsinin ayrılmasına əsas olmuş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 123 №-li qərarının (S.Cəbrayılovaya aid olan hissədə), Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinin 26 №-li orderinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7070/2022 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhər İcra Komitəsinin xx.xx.1991-ci il tarixli, 3318 saylı sərəncamına əsasən 204 nömrəli ВТK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi, 0,12 hektar sahəsi ayrılmışdır. Həmin vaxtdan bu günə qədər bağ sahəsindən mütamadi olaraq istifadə edir. Lakin bağ sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə ki, bağ sahəsinin orderi itirilmişdir. Müxtəlif orqanlara müraciət edilsə də, həmin sənədlərin surəti ona təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ona verilən cavab məktubunda həmin bağ sahəsinin ona verilməsinə dair məlumatın olduğu bildirilmişdir. Lakin, həmin sənədlərin surətinin ona verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ərizəsi ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli, 123 nömrəli qərarına əsasən X3 Bakı şəhəri Mərdəkan bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 120 “B” nömrəli ayrılmış bağ sahəsinin (Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin 26 nömrəli Orderi) özünün adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli, 123 nömrəli qərarına əsasən ona, yəni X3 Bakı şəhəri, Mərdəkan bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 "B" nömrəli bağ ayrılmışdır. Bu barədə Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsi tərəfindən ona həmin bağ sahəsinə dair 26 nömrəli order verilmişdir. Daha sonra bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Ancaq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu ilə ərizənin təmin olunmasından imtina edilmişdir. İmtina məktubunda göstərilir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsində yerləşən 120 "B" nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizəsinə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, göstərdiyi bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlandığı üçün texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Həmçinin, qeyd olunan bağ sahəsinə dair məhkəmə mübahisənin mövcudluğu barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3589/2021 saylı bildirişi İdarəyə rəsmi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bununla bağlı bildirir ki, iddia edilən bağ sahəsi onun və qaynanasının istifadəsindədir. O, 30 ilə yaxındır ki, həmin bağ sahəsindən istifadə edir. Bu vaxt ərzində bağla bağlı heç kimin iradı və ya iddiası bildirilməmişdir. Həmin bağ sahəsi onun gözlənilən mülkiyyətindədir. Bağ sahəsinin ümumi sahəsi 0,24 hektardır. Bağın 0,12 hektarı onun adına, digər 0,12 hektarı isə qaynanası Seyidova Firuzənin adınadır. Odur ki, X3 Bakı şəhəri, Mərdəkan bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 "B " nömrəli bağ ayrılmasına əsas olmuş Bakı şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli, 123 nömrəli qərarı (S.Cəbrayılovaya aid olan hissədə), Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinin 26 nömrəli orderi etibarsız sayılmalıdır. Belə ki, ona Bakı şəhər İcra Komitəsinin xx.xx.1991-ci il tarixli, 3318 saylı sərəncamına əsasən, 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi ayrıldıqdan sonra Bakı şəhər İcra Hakimiyyətinin 13 fevral 1998ci il tarixli, 123 nömrəli qərarı qəbul edilmiş və müvafiq order S.Cəbrayılovanın adına verilmişdir. Torpaq sahəsi ilkin olaraq ona ayrıldığından sözügedən qərar və onun əsasında verilmiş order etibarsız sayılmalıdır. Hesab edir ki, ona Bakı şəhər İcra Komitəsinin xx.xx.1991-ci il tarixli, 3318 saylı sərəncamına əsasən, 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi ayrıldıqdan sonra Bakı şəhər İcra Hakimiyyətinin ikinci bir qərarı ilə 13 fevral 1998-ci il tarixli, 123 nömrəli qəbul edilməsi qanunsuzdur və həmin qərarı qəbul etmək səlahiyyətinin olmaması ilə səciyyələndirilməlidir. Bir sözlə Bakı şəhər İcra Hakimiyyəti bir torpaq sahəsi ilə iki qərar qəbul edə bilməz və ikinci qərar qəbul edərkən səlahiyyətlərini aşmışdır. Bu səbəbdən həmin qərar və qərar əsasında verilmiş order etibarsızdır. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Bakı şəhəri Mərdəkan Bağlar sahəsində 204 №li BTK nəzdində 0,12 hektar 120 “B” №-li bağ sahəsinin ayrılmasına əsas olmuş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 123 №-li qərarının (S.Cəbrayılovaya aid olan hissədə), Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinin 26 №-li orderinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş edir. Bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, onun iddia ərizəsində guya bağ sahəsinin orderini itirməsi və müxtəlif orqanlara müraciət etsə də həmin sənədin surətinin ona təqdim edilməməsi barədə göstərdikləri yalandır və həqiqəti əks etdirmir. Belə ki, İddiaçı 30 sentyabr 1997-ci il tarixdə Bakı şəhəri Bağlar İdarəsinə ünvanladığı ərizəsi ilə 25 sentyabr 1990-cı il tarixli, 6/290 saylı Bakı şəhəri İK-nin qərarına əsasən Köçəri bağlar sahəsində 204 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsinin tikintisi ilə birlikdə 120b saylı bağ sahəsinin X2 adına keçirilməsini xahiş etmişdir. Həmin ərizə Bakı şəhəri 12 saylı Notariat kontorunda reyestrdə 4A25-9074 sayla qeydiyyata alınaraq, İddiaçı imzası xx.xx.1997-ci il tarixdə dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmişdir. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 123 nömrəli sərəncamı ilə X3 - Mərdəkan BTK № 204 bağ № 120b bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 123 nömrəli sərəncamına əsasən, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X3 Mərdəkan Bağlar sahəsində 204 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120b №-li bağ sahəsinin ayrılması barədə 26 №-li order verilmişdir. Göründüyü kimi həmin bağ sahəsi sənədlərə əsasən üçüncü şəxsə məxsusdur və İddiaçı heç bir aidiyyəti yoxdur. İddiaçı iddia ərizəsi tam əsassızdır və bağ sahəsinin ona məxsus olmasını təsdiq edən hər hansı bir sənədi, sübutu məhkəməyə təqdim etmədiyindən onun tərəfindən verilmiş iddia ərizəsi rədd edilməlidir. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı qərarın və orderin etibarsız sayılması tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş olsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********10 nömrəli məktubun surətindən görünür ki, onun xx.xx.2020-ci il tarixli sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/290 nömrəli sərəncamına əsasən İddiaçı 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi ayrılmasına dair məlumat mövcuddur. Lakin 204 nömrəli BTK-nın nəzdində Bakı şəhər, Xəzər rayonu, Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsinin ayrılmasına dair İddiaçı adına order İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin nəzərinə çatdırılır ki, sərəncamlar ümumi bağ sahələrinə aid olduğu üçün surət verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********89 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Köçəri Mərdəkan qəsəbəsindəki bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə tərəflərindən baxılmışdır. Müraciətilə əlaqədar olaraq bildirilir ki, tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “120b” və “120q” saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Lakin elektron kadastr məlumatlarına əsasən “120q” saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə bağ sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyət orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi Texniki İnventarlaşdırma şöbəsinin Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktının surətindən görünür ki, X4 müraciəti əsasında Mərdəkan bağ massivi, sahəsi 0,12 ha olan 120b saylı bağ sahsinə baxış keçirilmiş, yerli baxış zamanı vətəndaş kənardan ümumi hasarlanmış ərazini gösətrmiş, bağ sahəsinin digər vətəndaş tərəfindən zəbt olunduğu bildirilmiş, içəriyə daxil olub texniki baxışa şərait yaradıla bilinməmişdir. Sözügedən ərazi ilə bağlı İddiaçı və X7 tərəfindən 2B0R2142 və ********** nömrəli ərizələrlə müraciət olunmuşdur. Sxematik xəritəyə əsasən göstərilən ümumi sahə “120b” və “120q” saylı bağların ərazisidir. - Azərbaycan Republikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dvlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********07 nömrəli məktubdan görünür ki, 204 nömrəli BTK nəzdində yerləşən bağ sahələrinin yerləşmə sxemi, həmçinin ayrıc aktı arxiv qovluğunda aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq 204 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 120B saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X10 Bağlar Sahəsindəki 204 №-li Kooperativi tərəfindən verilmiş 32 nömrəli orderin surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli, 6/290 №-li qərarına əsasən İddiaçı Köçəri bağlar sahəsində 204 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120B №-li bağ ayrılıb. - Həmin məktuba əlavə edilmiş Bakı şəhəri, Nəsimi rayon Məzil-Kommunal Təsərrüfat Birliyi 52 №-li Mənzil-Kommunal Sahəsi tərəfindən Bağlar idarəsinə təqdim edilməsi üçün verilmiş 950 №-li, xx.xx.1997-ci il tarixli, 2 №-li Forma arayışn surətindən görünür ki, İddiaçı S.Rüstəm küçəsi, 35B №-li evin 87 №-li mənzilində 4 nəfərdən ibarət: özü, arvadı 1963-cü il təvəllüdlü X5, oğlu 1986-cı il təvəllüdlü X12, qızı 1987-cü il təvəllüdlü X8 - ailəsi ilə birlikdə yaşayır. - Həmin məktuba əlavə edilmiş Bakı şəhəri, S.Rüstəmov küçəsi, ev 35, mənzil 87-də yaşayan X5 tərəfindən Bakı şəhər Bağlar İdarəsinə ünvanlanmış və Bakı şəhəri 12 nömrəli Dövlət Notariat Kontorunun baş dövlət notariusu tərəfindən xx.xx.1997-ci ildə təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, X5 həyat yoldaşı İddiaçı Mərdəkan qəsəbəsində olan bağ sahəsinin X3 verilməsinə heç bir etirazı olmadığını bildirmişdir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhəri, S.Rüstəmov küçəsi, ev 35b, mənzil 87də yaşayan İddiaçı tərəfindən Bakı şəhər Bağlar İdarəsinə ünvanlanmış və Bakı şəhəri 12 nömrəli Dövlət Notariat Kontorunun baş dövlət notariusu tərəfindən xx.xx.1997-ci ildə təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, İddiaçı 25 sentyabr 1990-cı il tarixli, 6/290 saylı Bakı şəhəri İK-nin qərarına əsasən Köçəri bağlar sahəsində 204 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsinin tikintisi ilə birlikdə 120b saylı bağ sahəsinin X2 adına keçirilməsini xahiş etmişdir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhəri, Təbriz küçəsi, ev 99, mənzil 25 yaşayan X6 tərəfindən Bakı şəhər Bağlar İdarəsinin müdirinə ünvanlanmış ərizənin surətindən görünür ki, X1 Ramiz Məhəmməd oğlunun adına olan Köçəri bağlar sahəsində 204 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsinin tikintisi ilə birlikdə 120b saylı sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 123 №-li sərəncamından çıxarışın surətindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2.06.1988-ci il 195 №li qətnaməsinə əsasən X3 Mərdəkan BTK 204 №-li bağ 120b saylı bağ sahəsi ayrılmışdır. - Cavabdeh Əhaliyə Xidməd, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin Mərdəkan bağlar sahəsindəki 204 №-li kooperativin 26 №-li orderinin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 123 №-li qərarına əsasən X3 Mərdəkan bağlar sahəsində 204 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 120 “B” №-li bağ ayrılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/290 №-li qərarına əsasən İddiaçı Köçəri bağlar sahəsində 204 №-li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 120b №-li bağ ayrılmışdır. İddiaçı və arvadı X5 Bakı şəhər Bağlar İdarəsinə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək Köçəri bağlar sahəsində 204 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsinin tikiintisi ilə birlikdə 120b saylı bağ sahəsinin X2 adına keçirilməsini xahiş etmişlər. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 123 №-li qərarına əsasən X3 Mərdəkan bağlar sahəsində 204 №-li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 120b №-li bağ ayrılmışdır. Hazırda iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 123 №-li qərarının X3 aid hissəsini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Göründüyü kimi iddiaçı inzibati orqanın bundan təxminən 24 il əvvəl həyata keçirdiyi hərəkətlərin etibarsız hesab edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun: - 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti xx.xx.1998-ci il tarixdə baş vermişdir. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessuall Məcəlləsinin 22-ci fəslinin müddəları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işin hallarından göründüyü kimi İddiaçı və arvadı X5 notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/290 №li qərarı ilə İddiaçı ayrılmış Köçəri bağlar sahəsindəki 204 №-li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 120B №-li bağ sahəsinin X2 adına keçirilməsini xahiş etmiş və həmin ərizələr nəzərə alınmaqla mübahisələndirilən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 123 №-li qərarı qəbul edilmişdir. Yəni, iddiaçı ona ayrılmış bağ sahəsinin X2 adına keçməsi ilə bağlı qəbul edilmiş qərardan həmin vaxtdan məlumatlı olmuş və hazırda irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Yuxarıda qeyd olunduğu kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prposessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı tərəfindən mübahisələndirilən akt xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati akt olmaqla həmin aktın mübahisələndirilməsi imkanı artıq aradan qalxdığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar