Məhkəmə qərarları › İş №2-1(112)-7078/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7078/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7078/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı2 Cavabdehnə qarşı “müvafiq sorğunun göndərilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı2, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı2 Cavabdehnə qarşı “müvafiq sorğunun göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə 16 yanvar 1959-cu ildə Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində anadan olmuş İddiaçı2 barədə doğum haqqında şəhadətnamənin təkrarən (dublikat) verilməsi ilə bağlı sorğu göndərilməsinin icrası haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı1 iş üzrə iddiaçı qismində prosessual iştirakına xitam verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “16 yanvar 1959-cu ildə Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində anadan olmuş İddiaçı2 barədə doğum haqqında şəhadətnamənin təkrarən (dublikat) verilməsi ilə bağlı müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh - Cavabdehnə xx.xx.2022-ci il tarixdə İddiaçı2 Rusiya Federasiyası Rostov-Na-Donu şəhərindən doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə müraciət edilmişdir. Cavabdeh - Cavabdeh xx.xx.2022-ci il tarixli 05/Q-197/15 sayh məktubla İddiaçı2 sənədi olmadığı üçün Rusiya Federasiyasının Rostov-Na-Donu şəhərinə təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağh sorğu etmək mümkün olmadığını bildirərək iddiaçının xahişini təmin etməmişdir. Cavabdeh - Cavabdeh tərəfindən verilmiş rədd cavabında göstərilən əsaslar faktiki hallara tam uyğun deyil və mövcud qanunverici aktlara ziddir. Belə ki, 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının 14-cü maddəsinə əsasən, vətəndaşlıq aktların qeydiyyatı barədə şəhadətnamələrin alınması üçün şəxslərin yaşadığı yerin Qeydiyyat Şöbəsinə birbaşa müraciəti əsasında, Konvensiyaya qoşulmuş ölkələr, tələb olunan sənədləri, vətəndaşa məlumat verməklə bir-birinə göndərilməsini öz öhdələrinə götürüblər. Məhz, göstərdikləri Beynəlxalq hüquqi Akta əsaslanaraq hesab edirlər ki, cavabdeh Rusiya Federasiyasına sorğu göndərməməklə haqlı deyil. Cavabdehin məktubunda İddiaçı2 şəxsiyyətini təsdiq edən sənədin olmaması səbəbindən Doğum haqqında Şəhadətnamənin alınmasının mümkünsüzlüyü barədə mülahizələri də kifayət qədər əsaslı deyil. Belə ki, cavabdehə təqdim edilmiş (ərizəyə əlavə edilmiş) Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qətnaməsindən görünür ki, İddiaçı2 həqiqətən 1979cu ildən hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaqla heç bir dövlətin vətəndaşı olmadığı qət edilmişdir. Yəni, məhkəmənin qətnaməsi ilə onun şəxsiyyəti təsdiqlənmişdir. Bundan sonra İddiaçı2 Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi üçün ona aid olan mövcud sənədləri (Rostov -na- donu vilayətinin Miqrasiya xidmətinin arayışı, İddiaçı2nm oxuduğu məktəbin arayışı, 4 ədəd fotoşəkil və sairə) həmçinin yuxarıda adı çəkilən məhkəmə qətnaməsini və zəruri anketləri doldurmaqla xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmişdir. On ay ərzində Miqrasiya xidməti İddiaçı2 şəxsiyyətini tam yoxlayaraq, ciddi yoxlama aparandan sonra o, Azərbaycan Respublikası Miqrasiya Xidmətinə dəvət olunmuş və ona Azərbaycan Respublikası vətəndaşlığının verilməsi barədə təntənəli surətdə elan edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2021-ci il taixli 3085 nömrəli sərəncamı ilə 16 yanvar 1959-cu ildə Rusiya Federasiyasında anadan olmuş İddiaçı2 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. Hal-hazırda L.V .Yefremova əlbəttə ki, şəxsiyyəti təqsdiqlənməklə Azərbaycan Respublikası vətəndaşıdır. Lakin Azərbaycan Respublikası vətəndaşı olsa belə Azərbaycan Respublikası Konstitusiyasında (Maddə 24 - Maddə 71) təsbit edilmiş vətəndaş hüquqlarından məhrumdur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini ala bilmir, ona görə ki, doğum haqqında şəhadətnaməsi yoxdur. Doğum haqqında şəhadətnaməni ala bilmir ona görə ki, şəxsiyyət vəsiqəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə etdiklərini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət təqdim edilmiş və məhkəmə prosesində nümayəndələrinin iştirakı olmadan işin baxılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər Cavabdehin iddiaya qarşı yazılı münasibəti onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarxli 145 nömrəli qərarı ilə təsdiqlənmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndində 16 yaşına çatmış şəxslərə onların X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Hal hazırda vətəndaşın şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyası Rostov-na-Donu şəhər VVAQ şöbəsinə Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsi ilə sorğu edilməsi imkanları xaricindədir, buna görə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə olundu.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- Cavabdeh imtina məktubunun surəti. - Rusiya Federasiyasının Federal Miqrasiya Xidmətinin xx.xx.2008-ci il tarixli məktubunun surəti. - Rostov-na-Donu şəhərinin 39 №-li məktəbin arayışın surəti. - məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)-1034/2020 nömrəli xx.xx.2022-ci il tarixli məktubu və ona qoşma edilmiş Qətnamənin surəti. - Azərbaycan Respublikası vətəndaşlığına qəbulu haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin arayışının surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 9.1-ci bəndində nəzərdə tutulmuşdur ki, X1 qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən X1 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud X1 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X1 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X1 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən X1 dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Qaydanın 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, X1 reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası X1 arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi, X1 reyestri xidməti, Naxçıvan Muxtar Respublikası X1 arxivi X1 dövlət qeydiyyatı haqqında təkrar şəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi üçün müvafiq məlumatları Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürür. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 (yeddi) gün müddətində icra olunur. Xarici ölkələrdən tələb edilən təkrar şəhadətnamələr və ya arayışlar ərizəçinin seçdiyi yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 16-1-ci bəndinə əsasən xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. Azərbaycan Respublikası ədliyyə nazirinin «19» mart 2007-ci il tarixli 12-T №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi haqqında Əsasnamə”nin 7.1-ci bəndinə əsasən İdarə öz vəzifələrini həyata keçirmək üçün beynəlxalq təşkilatlara, müxtəlif dövlətlərin müvafiq səlahiyyətli orqanlarına, respublikanın dövlət orqanlarına, məhkəmələrə və Nazirliyin sisteminə daxil olan qurumlara müraciət etmək, sorğu vermək və onlardan məlumat almaq hüququna malikdir. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən 1. Razılığa gələn Tərəflər X1 qeydiyyatı haqqında sənədlərin bilavasitə Razılığa gələn Tərəflərin X1 qeydiyyatı üzrə orqanlar vasitəsilə və sənədlərin ötürülməsi haqqında vətəndaşları məlumatlandırmaqla, sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər.

2. Razılığa gələn Tərəflər sorğu alan Razılığa gələn Tərəfin vətəndaşlarının və onun ərazisində yaşayan digər şəxslərin təhsili, əmək stajı haqqında sənədlərin və onların şəxsi, əmlak və qeyri-əmlak hüquq və maraqlarına aid olan digər sənədlərin sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər. İş materiallarında olan Rusiya Federasiyasının müvafiq dövlət orqanı tərəfindən verilmiş Forma 1 Arayışından görünür ki, İddiaçı2 xx.xx.1959-cu il tarixdə Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində doğulmuşdur. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-1034/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qətnaməsindən görünür ki, İddiaçı2 ərizəsi təmin edilərək, onun həqiqətən 1979-cu ildən hazırkı vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşayış olması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)-1034/2020 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-1034/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08/h- 459a Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında Arayışa əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 3085 nömrəli Sərncamı ilə xx.xx.1959-cu ildə Rusiya Federasiyasında anadan olmuş İddiaçı2 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. İş materiallarında olan cavabdeh inzibati orqanın imtina məktubundan və iddiaya dair yazılı münasibətindən görünür ki, cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyası Rostov-na-Donu şəhər VVAQ şöbəsinə Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsi ilə sorğu edilməsi imkan xaricindədir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəqəsinin verilməsi üçün doğum şəhadətnaməsinin təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, başqa bir tərəfdən də hər hansı şəxsin iddiaçını təmsil etmələri üçün (onların 16 yaşı tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınır. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə “Doğum haqqında” qeydin olması və ya onun bərpa edilməsi ilə bağlı olmamış, bilavasitə iddiaçının təqdim etdiyi sənəd əsasında yuxarıda istinad edilmiş Qaydalara əsasən təkrar “Doğum haqqında” şəhadətnamənin verilməsinin təmin edilməsi ilə bağlı olmuşdur. Beləliklə, məhkəmənin qiymətləndirməsi bilavasitə Qaydalarda nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənəd” anlayışına iddiaçının istinad etdiyi sənədin aid olubolmaması ilə aparılmalıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin müddəanın mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd qanunvericiliyin aparılmış təhlilinə uyğun olaraq yoxlanılmalı və həmin sənəd iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edildiyi halda, iddiaçıya “Doğum haqqında” təkrar şəhadətnamənin verilməsinin təmin edilməsi üzrə həll edilməlidir”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 16 yanvar 1959-cu ildə Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində anadan olmuş İddiaçı2 barədə doğum haqqında şəhadətnamənin təkrarən (dublikat) verilməsi ilə bağlı müraciət edilməsi öhdəliyi cavabdeh Səbail Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 16 yanvar 1959-cu ildə Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində anadan olmuş İddiaçı2 barədə doğum haqqında şəhadətnamənin təkrarən (dublikat) verilməsi ilə bağlı müraciət edilməsi öhdəliyi cavabdeh Səbail Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar