Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7079/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi” iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri ünvan 2 ünvanda yerləşən 600 kv.m torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi Cavabdeh başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin 03 aprel 1992-ci il tarixli 16 saylı qərarından çıxarışla fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. İddiaçı Cavabdehnə inşa etdiyi evin layihəsinin təsdiq edilməsi üçün müraciət etsə də, 15.04.2021-ci il tarixli C-140-151 saylı məktubla bundan imtina edilərək bildirilmişdir ki, “ərizədə qeyd etdiyiniz fərdi yaşayış evinin sənədləşdirilməsi rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olmadığından xahişinizin yerinə yetirilməsi imkan xaricindədir. Əlavə olaraq onu da nəzərinizə çatdırırıq ki, məsələnizlə bağlı siz Daşınmaz Əmlakın dövlət Reyestri xidmətinə müraciət etməlisiniz”. İddiaçı cavabdehin imtinasının əsassız olduğunu, onun hüquqlarının məhdulaşdırdığını hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə Cavabdehnə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət təqdim edilməmişdir. Məhkəmə, toplanmış sübutların hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll edilməsinə kifayət etdiyi qənaətinə gələrək işə baxılmasını təyin etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, işdə olan sənədlərdən də göründüyü kimi iddiaçıya məxsus fərdi yaşayış evi 01.01.2013-cü il tarixdən əvvəl tikilmişdir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehinin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 14.04.2021-ci il tarixli, C-40-151 nömrəli məktub ilə bildirilmişdir ki, “ərizədə qeyd etdiyiniz fərdi yaşayış evinin sənədləşdirilməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olmadığından xahişinizin yerinə yetirilməsi imkanımız xaricindədir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, məsələnizlə bağlı siz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməlisiniz”. - Cavabdeh başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin 03 aprel 1992-ci il tarixli 16 saylı qərarından görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır. - Maştağa qəsəbəsinin Baş planından çıxarışdan görünür ki, torpaq sahəsinin cizgisi Cavabdeh başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən imza və möhürlə təsdiqlənmişdir. - Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, həmin sxem Cavabdeh başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən imza və möhürlə təsdiqlənmişdir. - Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində X1 məxsus torpaq sahəsində mövcud yaşayış evinin eskiz layihəsindən görünür ki, həmin layihə müvafiq lisenziyaya malik "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, İddiaçı məxsus Bakı şəhəri ünvan 2 ünvanda yerləşən 600 kv.m torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi barədə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən heç bir normativ hüquqi akta istinad etmədən fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsinin onun səlahiyyətinə aid olmadığını bildirmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Buna baxmayaraq cavabdeh tərəfindən həmin normaların tələbləri kobud şəkildə pozularaq, heç bir əsaslandırma olmadan formal şəkildə həmin səlahiyyətin ona aid olmadığını bildirməklə kifayətlənmiş və iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli olduğunu bildirmişdir. Halbuki, əgər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini səlahiyyətli orqan hesab edirdisə, o zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə özü iddiaçının müraciətini göndərməli və bu barədə iddiaçıya əsaslandırılmış məlumat verməli idi. İddiaçıya aid sənədlərə görə onun tikilisi 2013-cü ilədək inşa olunmuş, o, inşa etdiyi fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsini arzu etmişdir. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Cavabdeh başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin 03 aprel 1992-ci il tarixli 16 saylı qərarı ilə ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi iddiaçıya fərdi ev tikmək üçün ayrılmışdır. Məhkəmə araşdırması zamanı da həmin tikililərin iş materialları və tərəfin izahatı ilə 2013-cü il yanvarın 1-dək inşa edildiyi müəyyən olunur. 29 iyun 2012-ci il tarixə kimi qüvvədə olmuş «Şəhərsalmanın əsasları haqqında» Qanunun 3-cü maddəsinə əsasən şəhər və digər yaşayış məskənlərinin ətraf mühitlə harmonik, qarşılıqlı əlaqəli, dayanıqlı inkişaf etdirilməsinin əsas istiqamətlərinin planlaşdırılması və buna uyğun tikintisi, yenidən qurulması, abadlaşdırılması və yaşıllaşdırılması; şəhərsalma fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi şəhərsalma fəaliyyətinin əsas istiqamətlərindən biridir. Həmin Qanunun 4.4-cü bəndinə görə şəhərsalma sahəsində fərdin maraqlarıhüquqi və fiziki şəxslərin özlərinə mənsub və ya icarəyə götürülmüş torpaq sahələrində şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar maraqlarından ibarətdir. Həmin Qanunun 4.6-cı bəndinə görə şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılması müvafiq icra hakimiyyəti və yerli özünü idarəetmə orqanları tərəfindən təmin olunur. Həmin Qanunun 19.2-ci bəndinə görə şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. 07.06.2012-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 31-ci bəndinə əsasən icra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (01.01.2013-cü il tarixdən qüvvəyə minmiş) 74.1-ci maddəsinə görə bu Məcəllənin 79 – 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (AR Prezidentinin 04.09.2012-ci il tarixli 199 saylı Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları) tərəfindən tikintiyə icazə verilməlidir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi üzrə həm fərdi yaşayış evinin tikildiyi 2013-cü il tarixdən əvvəlki, həm də həmin dövrdən sonra səlahiyyətli olmuşdur. Buna baxmayaraq, cavabdeh inzibati orqan məsələni iddiaçının xeyrinə həll etməkdən yayınmışdır. Odur ki, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunan Qanunun 24.2 və 24.3-cü maddələrinə görə isə, inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 24.4 və 24.5-ci maddələrinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh Sabunçu RİH-in imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan layihənin təsdiqini imkansız edən tutarlı dəlillər gətirməmiş, eləcə də onun istinad etdiyi arqument formal xarakterlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən Bakı şəhəri ünvan 2 ünvanda yerləşən 600 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Bakı şəhəri ünvan 2 ünvanda yerləşən 600 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-7079/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7079/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver