Məhkəmə qərarları › İş №2-1(112)-708/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-708/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-708/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixində Cənubi Koreya Respublikasından aldığı BMW AG BMW 520d markalı avtomobilin (VİN WBA5C3108ED042667) Azərbaycan Respublikasına buraxılması və gömrük rəsmiləşdirilməsinin aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Cənubi Koreyadan şəxsi istifadəsi üçün zavod buraxılış tarixi 2014-cü il olan BMW AG BMW 520d markalı avtomobil sifariş etmişdir. Eyni tarixli bank ödənişi sənədi vardır. Avtomobilə görə, bank vasitəsilə 9300 ABŞ dolları nəqliyyat/daşıma üçün isə 2400 ABŞ dolları, cəmi 11700 ABŞ dolları ödəmişdir. Maşın 2023-cü ilin iyul ayında gəmi ilə Cənubi Koreyadan ixrac olunmuşdur. 2023-cü ilin oktyabr ayında karqo gəmisi gecikmə ilə Potiyə çatmışdır. Avtomobili sərhəddən keçirmək üçün müvafiq məlumatları almaq istəyərkən iddiaçıya bildirilmişdir ki, guya maşın 2013-cü ilin buraxılışlıdır, maşının ölkəyə buraxılışına yalnız gömrük rəhbərliyinin göstərişi ilə icazə verilə bilər. İddiaçı bildirir ki, avtomobilin ilkin qeydiyyat sənədində (texniki pasportunda), eləcə də bütün detallarında və rəsmi sənədlərində buraxılış ili "2014" rəqəmi kimi göstərilib, gömrük orqanlarında isə bunun əksinə olaraq "2013"olduğu söylənmişdir. Məsələ ilə bağlı AR Dövlət Gömrük Komitəsinə müraciət edərək, avtomobilin ölkəyə buraxılışına, gömrük rəsmiləşməsinə icazə verilməsini xahiş etmiş, ”2013" tarixinin hansı mənbədən əldə edildiyini araşdırmağı xahiş etmişdir. Dövlət Gömrük Komitəsi xx.xx.2023-cii il tarixli cavab məktubu ilə ərizənin təmin olunmasından imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 94 saylı qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırılmışdır. İddiaçı avtomobilin ölkəyə buraxılmaması və gömrük rəsmiləşməsinin aparılmasından cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. İddiaçı bildirir ki, əlində olan, satıcı tərəfindən ona təqdim edilmiş texniki pasportdan (ilkin qeydiyyat sənədindən) bilir ki, avtomobilin texniki pasportuna əsasən istehsal tarixi 2014-cü il tarixidir. Çünki avtomobilin həmin sənədə əsasən, eləcə də oradakı VİN nömrəsinə əsasən internet resursları üzərindən öyrənilməsi mümkün olan bütün məlumatlar, o cümlədən də avtomobillərin mövcud alqı-satqı işgüzar qaydalarına əsasən eyniləşdirilməsi mümkün olan sair bütün məlumatlar avtomobilin istehsal tarixinin 2014-cü il il tarixi olmasını təsdiq edir. İnternet resursları üzündən başqa bir məlumat almaq mümkün deyildir. İddiaçı həmçinin qeyd etmişdir ki, cavabdehin "xxxx" MMM-in məlumatına əsaslanması tamamilə əsassızdır. Əvvəla "xxxx" MMM-in özünün qeyd edilən məluatları hansı mənbədən əldə etdiyi məlum deyildir. "xxxx" MMM cavabdeh gömrük orqanının soröusuna verdiyi cavab məktubunda istinad etdiyi məlumatların əldə edilmə mənbəyini qeyd etməmiş, bunun hər hansı rəsmi mənbəyini açıqlamamışdır. İkincisi, cavabdeh orqanın özü belə bu məlumatları rəsmi sorğu ilə əldə edir. Bu məlumatın vətəndaşlar tərəfindən alınması mümkün deyil. Əslində bütün ölkələrdə nəqliyyat vasitəsinin istehsal tarixi texniki prasportu- ilkin qeydiyyat sənədi ilə müəyyən edilir. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində, yəni konkret olaraq Yol hərəkəti haqqında” AR Qanununun 28-ci maddəsinin 1-ci bəndində nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi əsas götürülür. Nəqliyyat vasitəsinin buraxılış ilindən sonra “ay, gün" göstərilmir. İddiaçı qeyd edir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 nömrəli Qərarı və Qərarın, 28 aprel 2023-cü il tarixdən qüvvəyə minən "zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi məhdudlaşdırılır” tələbi ona münasibətdə tətbiq oluna bilməz. Ona görə ki, həmin qərarda göstərilən tarixin illərlə, aylarla və ya günlərlə hesablanması, daha doğrusu bu müddətin tamamlanmasının illərlə, aylarla və ya günlərlə olacağı aydın deyildir. Qərarda 10 ilə istinad olunması tarixin illərlə hesablanması qaydasını müəyyən edir. Bu halda, NK Qərarına Mülki Məcəllənin müvafiq maddəsi tətbiq olunmalıdır. Nazirlər Kabinetinin qərarında nəqliyyat vasitəsinin istehsal tarixi anlayışı qeyd edilsə də, bunun illərlə, aylarla və ya günlərlə hesablanması aydın göstərilməmişdir. Müddətin xx.xx.2013-cü il tarixdən hesablanması əsas götürülsə belə, yenə də o, ödənişi 10 il tamam olmamışdan əvvəl etdiyini qeyd edir. Karqonun geçikməsi üzrlü səbəblərdən olmuşdur. Cavabdeh orqan bunu nəzərə almalı idi. Ortada üzrlü forsmajor hadisələri vardır. Belə ki, həm Türkiyədəki zəlzələ səbəbindən Aralıq dənizi və Qara dəniz limanlarında, eləcə də Türkiyədə Tekirdağ və Qara dənizdə Poti limanında son aylarda yükləmə-boşalmada iş yükü artmış, bu səbəbdən gəmilərin limanlara çatması forsmajor səbəbindən ləngimişdir. Beləliklə,yuxarıda göstərilənlərdən görünür ki, cavabdeh gömrük orqanının üzərinə düşən öhdəlikləri qanunsuz olaraq icra etmir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Cavabdeh üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Sonradan iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Cavabdeh ilə əvəz edilməsini və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərardadı ilə qeyd olunan ərizə qismən, yəni cavabdehin əsl cavabdehlə əvəz edilməsi hissəsində təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsindən isə imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətlərdə bildirilmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.2023-cü il tarixdə Koreya Respublikasından şəxsi istifadəsi üçün zavod buraxılış ili 2014-cü il olan “BMW 520D” markalı avtomobil sifariş etdiyini, həmin avtomobilə görə xx.xx.2023-cü il tarixdə bank vasitəsi ilə ümumilikdə 11700 ABŞ dolları ödəniş etdiyini (9300 ABŞ dolları+2400 ABŞ dolları daşıma) bildirm8ş, həmin avtomobilin 2023-cü ilin iyul ayında gəmi ilə Koreya Respublikasından ixrac edildiyini, həmin ilin oktyabr ayında isə karqo gəmisi ilə gecikmə il Potiyə çatdığını qeyd etmişdir. Həmçinin İddiaçı ərizəsində bildirmişdir ki, qeyd olunan nəqliyyat vasitəsinə dair texniki pasportda buraxılış ili “2014” kimi göstərilmiş, yalnız Dövlət Gömrük Komitəsi tərəfindən “BMW” markalı avtomobillərin Azərbaycan Resublikasında rəsmi idxalatçısı olan "xxxx" şirkətinə yazılan məktubda buraxılış ilinin xx.xx.2013-cü il olduğu, "xxxx" şirkətinin vətəndaşların müraciətinə cavab vermədiyini, buna görə də dövlət orqanının sorğu ilə əldə etdiyi məlumatın onun əldə etməsinin mümkün olmadığını qeyd etmişdir. Bildiririk ki, Dövlət Gömrük Komitəsinin X2 İdarəsinin 3-33-5300/2-006361/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən “BMW 520D” markalı, şassi nömrəsi WBA5C3108ED042667 olan nəqliyyat vasitəsinin istehsal ilinin xx.xx.2013-cü il olduğu, texniki pasportda qeyd edilmiş “2014-cü il” həmin nəqliyyat vasitəsinin istehsal tarixini deyil, model ilini və ilkin qeydiyyat tarixini göstərdiyi müəyyən olunmuşdur. İddiaçı onu da qeyd etmişdir ki, idxalatçının nəqliyyat vasitəsinin istehsal ilini hər hansı bir digər vasitə ilə əldə etmək imkanı yoxdur, bu səbəbdən də həmin nəqliyyat vasitələrinin istehsal ilini yalnız sənədlər əsasında müəyyənləşdirmək mümkündür. Bununla əlaqədar olaraq bildiririk ki, istənilən nəqliyyat vasitəsinin “VİN” kodunu internet informasiya resurslarında bu kodu yoxlamaq üçün nəzərdə tutulmuş hər hansı saytda nəzərdə tutulmuş qrafaya daxil edərək istehsal ilinə dair və digər məlumatları əldə etmək mümkündür. İşin hallarından məlumdur ki, qeyd edilən nəqliyyat vasitəsinin istehsal ili xx.xx.2013-cü ildir, həmin nəqliyyat vasitəsinə dair ödəniş də xx.xx.2023-cü il tarixdə bank vasitəsi həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən istehsal müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır. 30 mart 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi saytında edilmiş xəbərdarlıqda da, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı Qərarının 30 gün sonra qüvvəyə minməsi, yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması, 2023-cü il 29 mart tarixinədək (29 mart da daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədlərinin gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin nəzərdə tutulduğu ictimaiyyətin diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 646 saylı Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 1.2-ci bəndinə əsasən Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən istehsal müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır. 30 mart 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi saytında edilmiş xəbərdarlıqda da, Nazirlər Kabinetinin 29 mart 2023- cü il tarixli 94 saylı Qərarının 30 gün sonra qüvvəyə minməsi, yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması, 2023-cü il 29 mart tarixinədək (29 mart da daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədlərinin gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin nəzərdə tutulduğu ictimaiyyətin diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. “Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu”na əsasən: 1.0.1. normativ hüquqi akt tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir; 19.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin İ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları əsasında, Azərbaycan Respublikası Konstitusiyasının, referendum aktının, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar formasında normativ hüquqi aktlar qəbul edir; 19.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti habelə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həll edilə bilməyən məsələlər üzrə normativ hüquqi aktlar qəbul edir; 88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. Qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yuxarıda qeyd edilən müvafiq qərar insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə qəbul edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Cavabdeh həmçinin iddiaya dair əlavə etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, inzibati iş üzrə iddiaçı tərəfindən nəqliyyat vasitəsinin istehsal ilinə dair məhkəməyə təqdim olunmuş sənədə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində baxılmışdır. Bildirilir ki, təqdim olunmuş sənəd hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, X3 İdarəsinin və “BMW” markalı nəqliyyat vasitələrinin Azərbaycan Respublikasındakı rəsmi distribütoru olan "xxxx" MMM-nin cavab məktubunda, həmçinin “vin kod”un yoxlanılması ilə bağlı istənilən internet saytlarında həmin nəqliyyat vasitəsinin istehsal ilinin 17 sentyabr 2013-cü il olduğu, texniki pasportda göstərilən 2014-cü ilin onun istehsal tarixini deyil, ilkin qeydiyyat və model ilini bildirdiyi müəyyən olunmuşdur. Qeyd olunan halların nəzərə alınması və iddia tələbinin əsassız olduğu üçün iddianın təmin edilməməsi xahiş olunur. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazın məzmununa uyğun imtina cavabı verilmişdir. -Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, AR NK-nın 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırıllması haqqında” 94 nömrəli qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırılmışdır. Bu tarixdən etibarən yalnız zavod buraxılış tarixinə görə yaşı 10 ili ötməmiş, eləcə də 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri (rəsmi ödəniş tapşırığı, bank hesabından çıxarış və nəqliyyat vasitəsinin tam alışını təsdiq edən arayış) gömrük orqanlarına təqdim edilməklə minik avtomobillərinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsi mümkündür. Eyni zamanda bildiririk ki, qeyd olunan qərarın icrası ilə bağlı qanunvericilikdə hər hansı güzəştin tətbiqi nəzərdə tutulmamışdır. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 30 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, müraciətdə göstərilmiş BMW 520d markalı, şassi nömrəsi WBA5C3108ED042667 olan nəqliyyat vasitəsinin istehsal tarixi 17 sentyabr 2013-cü ildir. Nəzərinizə çatdırmaq istəyirik ki, texniki pasportda qeyd edilmiş 2014-cü il nəqliyyat vasitəsinin istehsal tarixini göstərmir, nəqliyyat vasitəsinin model ilini və ilkin qeydiyyat tarixini göstərir. Eyni zamanda “BMW" markalı avtomobillərin Azərbaycanda rəsmi distribütoru olduğunu nəzərə alaraq, sözügedən nəqliyyat vasitəsinin istehsal ili haqqında məlumat verilməsi barədə "xxxx" MMM-yə rəsmi müraciət edilmişdir. "xxxx" MMM tərəfindən verilmiş cavaba əsasən nəqliyyat vasitəsinin istehsal tarixinin 17 sentyabr 2013cü il olduğu təsdiq olunmuşdur. -"xxxx" şirkəti tərəfindən AR DGK X1 müraciətinə cavab olaraq verilmiş məktubda bildirilmişdir ki, WBA5C3108ED042667 şassi nömrəli, BMW 520d markalı avtomobilin istehsal tarixi xx.xx.2013-cü ildir. -17 iyul 2023-cü il tarixli invoysdan görünür ki, BMW AG BMW 520d markalı WBA5C3108ED042667 şassi nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Koreya Respublikasının Neungheodae-ro, Yeonsu-gu, İncheon istifadə zonasındakı şirkət tərəfindən İddiaçı göndərilmişdir. -"xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən BMW AG BMW 520d markalı WBA5C3108ED042667 şassi nömrəli nəqliyyat vasitəsinin alışı üçün 11.700 ABŞ dolları məbləğində pul vəsaiti Koreya Respublikasının Neungheodae-ro, Yeonsu-gu, İncheon şirkətinin hesabına köçürülmüşdür. İddiaçı tərəfindən “BMW 520d” markalı, ban nömrəsi WBA5C3108ED042667 olan nəqliyyat vasitəsinin koreya dilindən tərcümə edilmiş sənədləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Nəqliyyat vasitəsinin 202209-005293 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən avtomobilin ilk qeydiyyat tarixi xx.xx.2014-cü ildir. Modeli: BMW 520d (4-cü qrafa), Forma və ili (5-ci qrafa): 5C31, 2014. -Nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılması haqqında 2814-202307-002215 nömrəli şəhadətnamədə avtomobilin göstəriciləri kimi model ili 2014-cü il, ilk qeydiyyat ilinin xx.xx.20024-cü il tarixli olduğu göstərilmişdir. -Avtomobil süvari dəstəsinin faktiki qeydiyyatı haqqında 2814-202307-002215 E nömrəli şəhadətnaməsində modelin ili 2014, birinci qeydiyyata alındığı gün xx.xx.2014-cü il olduğu qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünən odur ki, tərəflər arasında mübahisə İddiaçı xx.xx.2023-cü ildə Cənubi Koreya Respublikasından aldığı “BMW 520d” markalı, şassi nömrəsi WBA5C3108ED042667 olan avtomobilin buraxılış ili bağlıdır. Cavabdeh gömrük orqanı avtomobilin buraxılış ilinin xx.xx.2013-cü il tarixli olmasına və bununla da istismar müddətinin 10 ildən çox olmasını əsas götürərək gömrük rəsmiləşdirilməsinin aparılmasından imtina etmişdir. İddiaçının dəlilləri ondan ibarətdir ki, sözügedən nəqliyyat vasitəsinin texniki pasportunda (qeydiyyat şəhadətnaməsi) və digər sənədlərində istehsal tarixi 2014-cü il göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Həmin Məcəllənin 8.0.6-cı maddəsinə əsasən, mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək gömrük orqanlarının vəzifələrindəndir. "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 saylı, 29 mart 2023-cü il tarixli Qərarı: “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasən, insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad olunan qərarı əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi, xx.xx.2023-cü il tarixdən (qərarın dərc edildiyi gündən 30 gün sonra) məhdudlaşdırılmışdır. İddiaçı mübahisə predmeti olan nəqliyyat vasitəsini Nazirlər Kabinetinin 94 saylı qərarı qüvvəyə mindikdən sonra, yəni 17 iyul 2023-cü il tarixdə almışdır. Həmin nəqliyyat vasitəsinin raritet və ya gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobili olmaması işin mübahisəsiz halıdır. Ona görə də nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin aparılması həmin qərarın tələblərinə uyğun həll edilməli və onun zavod buraxılış tarixi müəyyən edilməlidir. İş materiallarında olan sənədlərlə və açıq informasiya mənbələrində internet-axtarış sistemində olan məlumatlardan iddiaçıya məxsus “BMW 520d” markalı, şassi nömrəsi WBA5C3108ED042667 olan avtomobilin istehsal ilinin xx.xx.2013-cü il tarixli olduğu görünür. Belə olan halda cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə iddiaçının gətirdiyi dəlilləri iddianın təmin edilməsi üçün əsaslı saymayaraq qeyd edir ki, avtomobilin Cənubi Koreya Respublikasındakı qeydiyyat şəhadətnaməsində və digər səndələrindən göründüyü kimi, 2014-cü il nəqliyyat vasitəsinin istehsal tarixini deyil, onun model ilini və Cənubi Koreya Respublikasındakı ilkin qeydiyyat tarixini (xx.xx.2014) göstərir. Nəqliyyat vasitəsinin qapısına zavod üsulu ilə həkk olunduğu bildirilən yazının Koreya dilindən Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş yazıya münasibətdə qeyd olunur ki, avtomobilin digər tərcümə edilmiş sənədlərində (qeydiyyat şəhadətnaməsi və s.) 2014-cü ilin “ilkin qeydiyyat tarixi” və “model ili” olması kimi tərcümə edildiyi halda, bu sənəddə məhz nəqliyyat vasitəsinin istehsal ili kimi tərcümə edilməsinin hansı qaydada müəyyən olunması məlum deyil. Odur ki, məhkəmə təqdim edilmiş sənədi mötəbər sübut kimi qiymətləndirmir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar