Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7082/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “cavabdeh inzibati orqanın hərəkətlərinin, habelə 3-17-212-M889112024 saylı, xx.xx.2024-cü il tarixli inzibati aktın qanunsuz hesab edilməsi və iddiaçıya 2021-ci il tarixindən, 2024 tarixinədək hər hansı işdə işləməyinə proqramın şərtlərini əsas gətirərək imkan vermədiklələri üçün, ona maddi-mənəvi və psixoloji ziyan vurduqları üçün avadanlıqların verilməsi və ya otuz min manat (30.000 AZN) təzminat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı iddia qaldıraraq “cavabdeh inzibati orqanın hərəkətlərinin, habelə 3-17-212-M889112024 saylı, xx.xx.2024-cü il tarixli inzibati aktın qanunsuz hesab edilməsi və iddiaçıya 2021-ci il tarixindən, 2024 tarixinədək hər hansı işdə işləməyinə proqramın şərtlərini əsas gətirərək imkan vermədiklələri üçün, ona maddimənəvi və psixoloji ziyan vurduqları üçün avadanlıqların verilməsi və ya otuz min manat (30.000 AZN) təzminat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. 1.İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, xx.xx.2021-ci il tarixində özünə məşğulluq proqramının, “kiçik foto atelye” zərfi üzrə qeydiyyata alınmasına müraciət etmiş, təlimlərdə iştirak edərək müvafiq qiymətləndirmədən uğurla keçmişdir. Növbəti mərhələ avadanlıqların verilməsi vaxtını gözləmək qurum tərəfindən bildirilmişdir. Qaydalara əsasən bildirilib ki, heç yerdə işləyə bilməz, əks halda məşğul şəxs sayılacaq və proqramdan kənarlaşdırılacaqdır. Sonradan avadanlıqların verilməsi gecikdiyindən müraciət edib nə vaxt avadanlıqla təmin olunacağını öyrənmək istədiyində **********6 saylı, xx.xx.2022-ci il tarixli inzibati akt göndərərək bildirilmişdir ki, avadanlıqla təmin olunma növbəlilik əsasında həyata keçirilir. Daha sonra avadanlıqlar paylanarkən Bakı Regional Məşğulluq Mərkəzindən rəsmi olaraq özünəməşğulluq proqramına cəlb olunmağına və avadanlıqların verilməyəcəyi bildirilmişdir. Səbəb olaraq çoxuşaqlı ana olduğu üçün aldığı müavinət göstərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı ilə cavabdeh iddiaya etirazını təqdim edərək göstərmişdir ki, Nazirlik qeyd edilən mübahisə üzrə tərəf olmadığı üçün cavabdeh qismində göstərilə bilməz. Belə ki, işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili ilə bağlı tədbirlər görmək Nazirliyin tabeliyində X2 (bundan sonra - Agentlik) vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Agentlik aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.Agentlik öz fəaliyyət istiqamətləri çərçivəsində işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, habelə onların yenidən əmək bazarına qayıtmasının təmin edilməsi üzrə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müxtəlif tədbirlər icra edir. Agentliyin Nizamnaməsinin 3.1.8-ci bəndinə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil etmək Agentliyin vəzifələrinə daxildir. Habelə, işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması məqsədilə fərdi məşğulluq proqramını tərtib etmək, həmin proqramın icrasına nəzarət etmək və bu məqsədlə işsiz şəxsin onun icrası ilə bağlı elektron hesabatını qəbul etmək, əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunmasını əmək birjaları vasitəsilə həyata keçirmək, işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi məqsədilə əmək yarmarkaları təşkil etmək, məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə şəxsləri əlavə təhsilə cəlb etmək, pulsuz peşəyönümü məsləhətləri vermək, işsiz kimi qeydiyyata alınmış şəxsləri ödənişsiz əsaslarla peşə hazırlığına cəlb etmək, işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili ilə bağlı tədbirlər görmək, işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların haqqı ödənilən ictimai işlərə cəlb olunması ilə bağlı tədbirlər görmək, bu sahədə aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, həmçinin “Məşğulluq haqqında” Qanunun 8.0.16-cı maddəsinə əsasən məşğulluq sahəsində elektron xidmətlərin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi Agentliyin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Nazirliyin Mərkəzi elektron informasiya sistemindən (MEİS) əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü ilədək “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın” statusunda olduğu üçün ona 57 yaşına sosial müavinət təyin edilmişdir. Həmçinin vətəndaşa xx.xx.2024-cü il tarixdən etibarən ailə başçısını itirməyə görə 280 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda MEİS-in “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) işaxtaran kimi qeydiyyatdadır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.12.4-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər işsiz kimi qeydiyyata alına bilməzlər. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 1.1-ci bəndinə əsasən Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.11-ci maddəsinə əsasən hazırlanmışdır və işsiz, habelə həmin Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili qaydasını müəyyən edir. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən İddiaçı özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin olunması qanunamüvafiq deyil. İddiaçının cavabdehin hərəkət və ya hərəkətsizliyindən dolayı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə münasibət bildiririk ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkətin (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün 3 şərt irəli sürülür. Yalnız aşağıdakı 3 şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. İnzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. İddia ərizəsini yuxarıda qeyd olunan hallara uyğun qiymətləndirdikdə cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və belə hərəkətlər nəticəsində iddiaçıya mənəvi zərər vurulması halı müəyyən olunmur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
4. Hazırda iddiaçının iddiası öhdəliyin icrası barədə iddia olmaqla mümkünlüyün ümumi və xüsusi -bu növ iddia üçün səciyəvi -şərtlərinə cavab verir. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının xahişini təmin etməkdən imtina edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddia düzgün cavabdehə verilmiş, iddiaçı tərəfindən iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6.İnzibati iş materiallarında olan:
xx.xx.2022-ci il tarixli, xxxxxxx220001 nömrəli müraciət vərəqəsindən görünür ki, o, özünəməşğulluq layihəsinə (kiçik foto atelye) cəlb olunmaq üçün müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2 Bakı X3 iddiaçıya ünvanladığı 19 avqust 2022-ci il tarixli, **********6 nömrəli məktubuna əsasən bildirilmişdir ki, filial əməkdaşının iddiaçı ilə əlaqə saxlamasından məlum olmuşdur ki, özünəməşğulluq çərçivəsində “kiçik foto atelye” zərfi üzrə təlimlərdə iştirak etmiş və müvafiq qiymətləndirmədən müvəffəqiyyətlə keçmişdir. Avadanlıqlarla təmin olunması növbəlilik əsasında həyata keçiriləcəkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2 Bakı X3 iddiaçıya ünvanladığı 06 fevral 2024-cü il tarixli, 3-17-2/2-M-8891/2024 nömrəli məktubunda aşağıdakılar göstərilmişdir- Müraciətin araşdırılması və dəqiqləşdirilməsi məqsədilə Filialın əməkdaşı tərəfindən iddiaçı ilə əlaqə (***-***-**-**) saxlanılmış, müraciət etməkdə məqsədin “kiçik foto atelye" istiqaməti üzrə özünüməşğulluğunuzun təşkil edilməsinə köməklik göstərilməsi ilə bağlı olduğu bildirilmişdir. İddiaçı 29 sentyabr 2022-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işəxtaran kimi qeydiyyatdadır. İşaxtaran və işsiz şəxslərin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”na uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. İddiaçı 23 dekabr 2021-ci il tarixdən 6 yanvar 2022-ci il tarixədək biznes- planların hazırlanmasına köməklik göstərilməsi məqsədilə təşkil edilmiş təlimlərdə iştirak etmiş və diaqnostik qiymətləndirmədən uğurla keçmişdir. Odur ki, iddiaçı işsiz şəxs hesab olunmadığı üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 5.12.4-cü bəndinə əsasən özünəməşğulluğa cəlb edilməsi mümkün olmamışdır.
IV. Məhkəmənin mövqeyi
7.Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır.
8. ”Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. 1.1.3. fərdi məşğulluq proqramı – işsiz, habelə bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədilə məşğulluq imkanlarının qiymətləndirilməsi əsasında hazırlanan, aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyən edən elektron sənəd; 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.10. məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir; 2.1. məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 5.1. işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 5.2. şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. 5.3. işaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 5.4. şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir 5.11. aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir: 5.11.2. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda; 5.12. Aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir: 5.12.4. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər; 20.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınmış işaxtaran və işsiz şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə aşağıdakı hallarda həyata keçirilir:20.1.1. işaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;20.1.2. işaxtaran və işsiz şəxs əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə. 20.2. aşağıdakı şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişsiz təşkil olunur: 20.2.1. işsiz şəxslərin; 20.2.2. bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin;20.2.3. il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin. 20.2-1. bu Qanunun 20.2.2-ci və 20.2.3-cü maddələri nəzərə alınmaqla, işaxtaran şəxslər peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar. 20.3. peşə hazırlığının təşkili zamanı bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, habelə şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər. 20.4. işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 28.1. işaxtaran və işsiz şəxslərə dövlət aşağıdakı təminatları verir:28.1.1. müəssisədən sərbəstləşdirilmiş işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq təminatların verilməsi;28.1.2. peşə hazırlığına cəlb olunduğu dövrdə təqaüdün ödənilməsi;28.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta ödənişi almaq hüququ olanlara sığorta ödənişinin verilməsi; 24.1. İşsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; 24.1.1-1. təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi;
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.11-ci maddəsinə əsasən hazırlanmışdır və işsiz, habelə həmin Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran (bundan sonra – işsiz və işaxtaran) şəxslərin özünüməşğulluğunun təşkili qaydasını müəyyən edir. 1.2. Özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. 1.3. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər Qanunun 24.10-cu maddəsinə əsasən özünüməşğulluğa cəlb edilmirlər. İşin faktiki hallarına əsasən iddiaçı MEİS “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) işaxtaran kimi qeydiyyatda olmaqla cavabdeh tərəfindən təşkil edilmiş özünüməşğulluq proqramı çərçivəsində təlimlərdə iştirak etmişdir. İddiaçı həmin təlimlərdə müvafiq qiymətləndirmədən müvəffəqiyyətlə keçdiyi üçün, özünü işlə təmin edilməsi məqsədi ilə “kiçik foto atelye” üçün avadanlıqların verilməsini cavabdehdən tələb etmişdir. Lakin iddiaçı işsiz statusuna malik olmadığı üçün(yaşa görə sosial müavinət alan şəxs olduğundan) cavabdeh tərəfindən ona özünüməşğullüq təşkili üçün avadanlığın verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, (AZEMİS) elektron məhkəmə sistemində iddiaçı barədə olan pensiya məlumatlarından görünür ki, iddiaçıya ailə başçısını itirməyə görə müavinət ödənilir.Əlavə məlumatlardan görünür ki, iddiaçıya 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara görə yaşa görə müavinət təyin edilmiş və son ödəniş tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Hazırki mübahisə yarandığı 06 fevral 2024-cü il tarixinə iddiaçiya qeyd edilən müavinət ödənilirdi. Yuxarıda qeyd edilmiş qanunvericiliyin normalarından göründüyü kimi, yalnız işsiz şəxslərin və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaranların özünüməşgulluğunun təşkili cavabdehin tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı yaşa görə sosial təminat alan işaxtaran olduğu üçün, qeyd edilmiş kateqoriya şəxslərə aid olmadığı üçün, ona münasibətdə cavabdeh inzibati orqan tərəfindən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 5.12.4-cü maddəsinin tətbiq edilməsi qanuna uyğun olmuşdur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının hər hansı bir qanunla qorunan hüquqlarının pozulması müəyyən edilmir. Lakin iddiaçı 2021-ci il tarixindən 2024 tarixinədək hər hansı işdə işləməyinə proqramın şərtlərini əsas gətirərək imkan vermədiklələri üçün, ona maddi-mənəvi və psixoloji ziyan vurduqlarını iddia edir və buna görə ona müvafiq avadanlığ və ya, alternativ olaraq, 30000 manat ödənilməsini tələb edir. Məhkəmə bununla əlaqədar bildirir ki, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinə başlanmasına müdaxiləsi, hər hansı işə düzəldilməsinə manəələrin törədilməsi kimi hallar iddiaçı tərəfindən göstərilməmiş, məhkəmə prosesi zamanı müəyyən edilməmişdir. Bundan başqa cavabdehin hərəkət (hərəkətsizliyi) nəticəsində iddiaçıda mənəvi-psixoloji problemlərin yaranması halların mövcudluğunu sübut edən sənədlər qeyd edilməmişdir.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1115.zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən:
Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olubolmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnzibati iş materialları ilə cavabdehin hər hansı bir qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçıya zərər vurulması müəyyən olunmur. Hal-hazırki inzibati məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıya münasibətdə qanunsuz hərəkətləri (hərəkətsizliyi) və ya qərar qəbul etməsi müəyyən edilmədiyindən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı və psixoloji travması keçirməsi ilə bağlı səbəbliəlaqə də aşkar edilməmişdir. Bundan əlavə iddiaçı ona maddi-mənəvi və psixoloji zərərin vurulmasını əsaslandırmamış, buna dair müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, iddiaçının mənəvi ziyanın ödənilməsi tələbini də əsassız hesab edir.
12.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
13.Hal-hazırda inzibati işə baxılan zaman cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin və digər hər hansı bir normativ-hüquqi aktların tələblərinin pozulması müəyyən edilməmişdir. 14.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir.
15. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “cavabdeh inzibati orqanın hərəkətlərinin, habelə 3-17-212- M889112024 saylı, xx.xx.2024-cü il tarixli inzibati aktın qanunsuz hesab edilməsi və iddiaçıya 2021-ci il tarixindən, 2024 tarixinədək hər hansı işdə işləməyinə proqramın şərtlərini əsas gətirərək imkan vermədiklələri üçün, ona maddi-mənəvi və psixoloji ziyan vurduqları üçün avadanlıqların verilməsi və ya otuz min manat (30.000 AZN) təzminat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. 16.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova