Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7083/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı cavabdehin nümayəndələri X1 və X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «məzuniyyət günlərinə görə pul vəsaitinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «məzuniyyət günlərinə görə maliyyə ödənişinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı N sentyabr 2008-ci il tarixdə Dövlət Sərhəd Xidməti rəisinin 5 sentyabr 2008-ci il tarixli 1239 ş/h nömrəli əmrinə əsasən xəstəliyinə görə ehtiyata buraxılmışdır. Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin komandirinin N sentyabr 2008-ci il tarixi 221 nömrəli əmri ilə Sərhəd Qoşunlarında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Dövlət Sərhəd Xidməti tərəfindən həmin əmrlə ona 90 gün məzuniyyət və onun maliyyə ödənişi edilməmişdir. Davamlı müraciətlərdən onra ona 45 günlük məzuniyyətə görə ödəniş aparılmış, lakin qalan 45 gün üzrə ödəniş verilməmişdir. Göstərilənlərə və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsinə əsaslanaraq, ona (iddiaçıya) 45 günlük məzuniyyətə görə maliyyə ödənişinin verilməsi barədə qərar çıxarılması m\əhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «45 məzuniyyət gününə görə pul vəsaitinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 19 iyun 2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Müvafiq materiallardan məlum olur ki, iddiaçı X2 2008ci il üçün nəzərdə tutulmuş məzuniyyətindən istifadə etmiş və maddi yardım almışdır. Yəni o, 45 günlük məzuniyyətdən istifadə etmişdir. İddiaçı xidmət müddətində 45 gün növbəti məzuniyyətdən istifadə etdiyi üçün ona 3 ay deyil, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məziniyyət 45 gün verilə bilər. İddiaçı xidmət müddətində növbəti məzuniyyətdən 45 gün istifadə etdiyi üçün ona əlavə pul kompensasiyası 45 gün üzrə ödnilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlərin verilməsi göstərilmişdir: a) növbəti məzuniyyətlər, b) qısa müddətli məzuniyyətlər, c) xəstəliyə görə məzuniyyət, ç) tədris təlimi zamanı məzuniyyət, d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət, e) təhsil məzuniyyəti, ə) yaradıcılıq məzuniyyəti, f) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər, g) əlavə məzuniyyət. Həmin maddə qeyd olunur ki, ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedibqayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin Vİİİ (Məzuniyyətlər) fəslinin 114-cü maddəsində dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlərin verilməsi göstərilmişdir: a) növbəti məzuniyyət, b) qısa müddətli məzuniyyət, v) xəstəliyə görə məzuniyyət, q) tədris-təlimi zamanı məzuniyyət, d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət, e) tədris məzuniyyəti, y) yaradıcılıq məzuniyyəti, z) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər, i) əlavə məzuniyyət. Həmin əsasnamənin 115-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Sözügedən əsasnamənin 120-ci maddəsində növbəti məzuniyyətin aşağıdakılara verilməsi göstərilmişdir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına – müddətli həqiqi hərbi xidmət ərzində – bir dəfə 10 gün, b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına – hər təqvim ili üçün 30 gün, v) gizirlərə və miçmanlara – hər təqvim ili üçün 35 gün, q) zabitlərə – hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Qeyd olunan Əsasnamənin 121-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Beləliklə, 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular ehtiyata buraxıldıqda həmin il üzrə növbəti məzuniyyət onlara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 45 gün deyil, 3 ay, yəni 90 gün müddətinə verilir. Qeyd olunan normalardan da görünür ki, qanunverici hərbi qulluqçulara verilən məzuniyyət növlərini konkret tənzimləmiş, növbəti məzuniyyət həmin növlərdən birinə aid edilmişdir. Normaya əsasən növbəti məzuniyyət hərbi qulluqçuya hər təqvim ili və ildə bir dəfə verilir. Qanunvericilikdə il ərzində iki dəfə növbəti məzuniyyət verilməsi nəzərdə tutulmamışdır. Bunun məntiqi davamıdır ki, əgər 20 və daha artıq təqvim ili xidmət edən hərbi qulluqçu ehtiyata buraxılırsa, həmin il üçün nəzərdə tutulmuş 45 günlük məzuniyyət hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri də həll etmək məqsədilə 3 ay müddətinə verilir. Göstərilənlər ümumiləşdirilərək bildirilir ki, İddiaçı hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri də həll etmək məqsədilə nəzərdə tutulmuş 45 gün məzuniyyətdən istifadə etmiş, geri qalan 45 gün məzuniyyətə görə isə kompensasiya ödənilmişdir. Lakin İddiaçı 135 (90+45) günə növbəti məzuniyyət hüququnun olduğunu və istifadə edilməyən 45 günə görə kompensasiya ödənilməsini tələb edir ki, bu qanunvericiliyin müddəalarına əsasən yolverilməzdir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı etirazda götərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X7 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 114-cü maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyət, b) qısa müddətli məzuniyyət, v) xəstəliyə görə məzuniyyət, q) tədris-təlimi zamanı məzuniyyət, d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət, e) tədris məzuniyyəti, y) yaradıcılıq məzuniyyəti, z) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər, i) əlavə məzuniyyət. Həmin Əsasnamənin 120-ci maddəsinə əsasən növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində – bir dəfə 10 gün, b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına – hər təqvim ili üçün 30 gün, v) gizirlərə və miçmanlara – hər təqvim ili üçün 35 gün, q) zabitlərə – hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün kündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Xidmət vaxtının müddəti və bölgüsü hərbi hissənin (bölmənin) döyüşə daim hazırlığını təmin etmək tələblərinə uyğun olaraq qoşun hissəsinin gün rejimi və zabitlərin, gizirlər və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət vaxtı reqlamenti ilə müəyyən edilir. Xidmət həftəsinin müddəti aşağıdakı kimi müəyyən edilir: müddətli xidmət həqiqi hərbi qulluqçuları, hərbi təhsil müəssisələrinin kursantları üçün – bir istirahət günü ilə altıgünlük, zabitlər, gizirlər və miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına üçün – iki istirahət günü ilə beşgünlük. Döyüşə və səfərbərliyə hazırlığın təmin edilməsi ilə bağlı olan təlimlər, kəmi yürüşləri, təlim atışları və başqa tədbirlər komandanlığın planlarına əsasən, xidmət vaxtının ümumi müddəti məhdudlaşdırılmadan keçirilir. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyətlər, b) qısa müddətli məzuniyyətlər, c) xəstəliyə görə məzuniyyət, ç) tədris təlimi zamanı məzuniyyət, d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət, e) təhsil məzuniyyəti, ə) yaradıcılıq məzuniyyəti, f) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; g) əlavə məzuniyyət. İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə həm də mükafatlandırma qaydasında qısa-müddətli – 10 günlük məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Göründüyü kimi, mövcud qanunvericilik xəstəliyə görə ehtiyata buraxılmış hərbi quıluqçulara xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyəti 3 ay müddətində müəyyən etmişdir. Hazırkı işin hallarına görə İddiaçı 2008-ci ildə xəstəliyinə görə hərbi xidmətdən ehtiyata buraxılmış və sonuncu xidmət işi kimi 2008-ci il üzrə ona 45 gün növbəti məzuyniyyət verilmişdir. Müvafiq müraciəti üzrə ona ehtiyata buraxılması ilə əlaqədar əlavə 45 günlük məzuniyyətə görə məbləğ ödənilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı ehtiyata buraxılması ilə əlaqədar sonuncu 45 məzuniyyət günü üzrə ödənişlə razılaşmadan əlavə 45 (ümumilikdə 90) məzuniyyət gününə görə ödənişi tələb etməkdə haqlı deyil. Bu qənaət ondan irəli gəlir ki, xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçuya sonuncu müəyyən etdiyi 90 günlük məzuniyyət dövrünə ona sonuncu xidmət ili üzrə verilməli növbəti məzuniyyət günləri d\ daxildir. İddiaçıisə, 2008-ci il üzrə 45 gün növbəti məzuniyyətdə olmuş və ona əlavə 45 günlük məzuniyyətə görə pul vəsaiti ödənilmişdir. Bu səbəbdən də məhkəmə iddianı əsaslı saymır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «məzuniyyət günlərinə görə pul vəsaitinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «məzuniyyət günlərinə görə pul vəsaitinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7083/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7083/2023
24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver