Məhkəmə qərarları › İş №2-1(112)-7085/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7085/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7085/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, Q00105 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ünvan 2 ünvanında geyim əşyaların satışı ilə məşğul olmuşdur. Satış yaxşı olmadığından məcburən xx.xx.2021-ci il tarixdən həmin obyekti təhvil verərək çıxmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iddiaçının barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, Q00105 nömrəli qərarla “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18cı maddəsinin 1-ci bəndinin üçüncü abzasının tələblərinin guya pozulmasına görə 5500 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərar qanunsuz və əsasız olduğundan ləğv olunmalıdır. Belə ki, iddiaçı ünvan 2 ünvanından xx.xx.2021-ci il tarixdən həmin obyekti təhvil verərək çıxdıgından cavabdeh onun iştirakı olmadan və iştirakını təmin etmədən iclas keçirərək onu məsuliyyətə cəlb etmişdir. İddiaçının barəsində maliyyə sanksiyasının tətbiq edilməsi barədə Qaradağ rayon icra şöbəsində icra işləri icra edilərkən xx.xx.2022-ci il tarixdə xəbəri olmuşdur. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır və şikayət müddət buraxılmaqla verilmiş, barəsində inzibati icraat aparılan şəxs Dövlət Xidmətinin bütün hərəkətləri barədə tam məlumatlandırılmışdır. İddiaçı həmin qərarı xx.xx.2021-ci il tarixdə qəbul etməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixə kimi qərardan heç bir şikayət vermədiyindən iddia müddətini ötürmüşdür. Eyni zamanda iddiaçı barəsində qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğunu bildirmişdir. Dövlət Xidmətinin qərarı tamamilə qanunvericiliyə uyğun qəbul edilmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. Həmin Qanunun 18-ci maddəsinə görə təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanına müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə - beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Belə ki, “OFF WHİTE” LLC şirkətinə məxsus “OFF WHİTE” əmtəə nişanından ünvan 3 ünvanında yerləşən “MİX- Art of Fashion” adlı mağazada qanunsuz istifadə edilməsi ilə bağlı həmin şirkətin etibarnamə üzrə nümayəndəsi "xxxx" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti daxil olmuşdur. Bununla əlaqədar Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli AİBNDX 05/01-7/1451 nömrəli məktubu ilə iddiaçıdan “OFF WHİTE” əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanından istifadənin dayandırılması və bu barədə Xidmətə məlumat verməsi tələb olunmuşdur. Lakin bunun icrası təmin edilməmişdir. Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli AİBNDX 05/01-5/1895 nömrəli məktubu ilə yenidən iddiaçıdan tələb olunan məlumatların Xidmətə təqdim edilməsi xahiş olunmuşdur. 008481 nömrəli poçt qəbzinə əsasən məktubun xx.xx.2021-ci il tarixdə qəbul edildiyi görünür (poçt qəbzi əlavə edilir). Lakin göstərilənlərlə əlaqədar mağaza rəhbərliyi tərəfindən Dövlət Xidmətinə heç bir məlumat təqdim edilməmişdir. Bununla əlaqədar Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. Həmin qərara əsasən haqqında çaldırılan şəxsdən tələb olunan sənədlər istənilmiş və işə baxılma iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. 000046 nömrəli poçt qəbzinə əsasən sözügedən qərar xx.xx.2021-ci ildə qəbul edilmişdir (poçt qəbzi əlavə olunur). Dövlət Xidməti tərəfindən lazımi məlumatlandırılmasına baxmayaraq barəsində iş qaldırılan şəxs işə baxma iclasında iştirak etməmiş, tələb olunan sənəd və məlumatları Dövlət Xidmətinə təqdim etməmişdir. Qeyd olunanlara əsasən Dövlət Xidməti tərəfindən İddiaçı barəsində “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş və həmin qərara əsasən 5500 (beş min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Qərar sifarişli poçt vasitəsilə barəsində qərar çıxarılmış şəxsə göndərilmiş və xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir (000376 nömrəli poçt qəbzi əlavə olunur). Həmin qərar əsasında xx.xx.2021-ci il tarixli göstəriş verilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir (000551 nömrəli poçt qəbzi əlavə olunur). “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18.3cü maddəsinə əsasən bu maddənin 1-ci bəndində maliyyə sanksiyası şəklində tutulan cərimələr müvafiq icra hakimiyyəti orqanı bu barədə qərar qəbul etdikdən sonra 30 gün ərzində mübahisəsiz qaydada dövlət büdcəsinə tutulur. Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir. Məhz Qanunun həmin müddəasına əsasən Dövlət Xidməti tərəfindən “Tələbin (maliyyə sanksiyasının) icraya yönəldilməsi barədə” xx.xx.2021-ci il tarixli 7 nömrəli qərar qəbul edilmiş və icrasını təmin etmək məqsədilə Qaradağ rayon icra şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair vəsatətə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin xx.xx.2022-ci il tarixli AİBNDX-07107-5/1187 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarın təqdim edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (bundan - sonra Xidmət) daxil olmuş müraciətinizə (daxilolma qeydiyyatı: 5/1236, xx.xx.2022-ci il) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, fiziki şəxs İddiaçı (VÖEN: **********) barəsində Xidmətin Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi haqqında xx.xx.2021-ci il tarixli Qərarı (Q-00105, xx.xx.2021-ci il) və həmin Qərar əsasında verilmiş Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında xx.xx.2021-ci il tarixli Göstərişi (G-00106, xx.xx.2021ci il) ekspress poçt xidməti vasitəsilə müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci tarixdə Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun 21A ünvanında fəaliyyət göstərən “MİX- Art of Fashion” adlı mağazaya göndərilmişdir. Həmin Qərarın və Göstərişin, habelə poçt qəbzlərinin surəti Sizə təqdim edilir”. - Cavabdehin xx.xx.2021-ci il tarixli AİBNDX 05/01-7/1451 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “OFF WHİTE" LLC şirkətinə məxsus "OFF WHİTE” əmtəə nişanından qanunsuz istifadə edilməsi ilə bağlı həmin şirkətin etibarnamə üzrə nümayəndəsi "xxxx" MMC-nın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti daxil olmuşdur. Müraciətdə müəssisəyə aid olan "OFF WHİTE" beynəlxalq əmtəə nişanlı malların ünvan 3 ünvanında yerləşən "MİX - Art of Fashion” adlı mağazada qeyri-qanuni satıldığı bildirilmişdir. Təqdim edilmiş məlumatlara əsasən "OFF WHİTE" LLC (ünvan 360 Hamilton Ave., #100, White Plains NY 10601 (US) adına qeydiyyata alınan 1526958, 1523187, 1536831, 1538446, 1523786, ******* saylı surətləri məktuba əlavə edilmiş beynəlxalq əmtəə nişanları Azərbaycan Respublikasının ərazisində qüvvədədir. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici həmin Qanuna uyğun olaraq mühafizə edilir. Bununla əlaqədar “Antiinhısar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı və “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 11-cı maddələrinin tələblərinə əsasən adıçəkilən əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin 7 (yeddi) iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Antıınhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanından istifadənin dayandırılması və bu barədə məlumat verilməsi xahiş olunmuşdur. Əlavə olaraq nəzərinə çatdırılmışdır ki, bazar subyektləri Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına duzgun olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar. - Cavabdehin xx.xx.2021-ci il tarixli AİBNDK-05/01-5/1895 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətinin 22 04 2021-ci il tarixli AİBNDX-05/01-7/1451 nömrəli məktubu ilə “OFF WHİTE” əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanından istifadənin dayandırılması və bu barədə Xidmətə məlumat verilməsi tələb edilmişdir. Lakin bunun icrası təmin edilməmişdir. Odur ki, tələb olunan məlumatların 3 (üç) iş günü müddətində Dövlət Xidmətinə təqdim edilməsi xahiş olunur. Əlavə olaraq nəzərinə çatdırılmışdır ki, bazar subyektləri Azərbaycan Respublikasında antiinhisar siyasəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddələrinə əsasən məsuliyyət daşıyırlar. - Cavabdehin xx.xx.2021-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” qərarının surətindən görünür ki, qeydiyyat ünvanı AZ 1063, ünvan 7zil 8, fəaliyyət göstərdiyi “MİX - Art of Fashion" adlı mağazanın ünvanı isə AZ 1095, Bakı şəhən, Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 21A olan fiziki şəxs İddiaçı (VÖEN **********) barəsində "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-a bəndinin tələblərinin pozulması əlamətləri üzrə işin qaldırılması, işə baxılması iclasının xx.xx.2021-ci il saat 15:00-ə təyin edilməsi, iclasın Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88A (İqtisadiyyat Nazirliyi yanında Antunhısar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibatı binası) ünvanında keçiriləcəyi, haqqında iş qaldırılan fiziki şəxs İddiaçı və ya səlahiyyətli nümayəndəsinin (işə baxılmasında iştirak etmək üçün etibarnamənin əsli ilə birlikdə) işə baxılmasında iştirakının məcburiliyi, haqqında iş qaldırılan fiziki şəxs İddiaçı (VOEN: **********) tərəfindən xx.xx.2021-ci il tarixinə kimi aşağıdakı sənəd və məlumatların İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmasının təmin edilməsi: - vergi orqanlarında qeydiyyatda olduğu barədə şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surəti; - fəaliyyət göstərdiyi AZ1095 ünvan 6 ünvanında yerləşən "MİX - Art of Fashion" adlı mağazanın vergi orqanlarında qeydiyyatına dair arayışın müvafiq qaydada təsdiq olunmuş surəti; - “OFF WHİTE" beynəlxalq əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq edilmiş sürətləri, həmin sənədlər olmadığı təqdirdə bu barədə izahat; satışını həyata keçirdiyi "OFF WHİTE" əmtəə nişanlı mallarının alış sənedlərinin və onlara aid sertifikatların müvafiq qaydada təsdiq edilmiş surətləri, həmin sənədlər olmadığı təqdirdə bu barədə izahat; - "OFF WHİTE" əmtəə nişanlı malların qalığı barədə (malın adı, qablaşdırma növü, sayı, mədaxil və satış qiymətləri) məlumatlar; - "OFF WHİTE" beynəlxalq əmtəə nişanından istifadə etməyə başladığı tarixdən hazırki tarixədək bu əmtəə nişanlı malların satışından əldə olunmuş gəlirləri və bunu təsdiq edən səndələrin (qaimə-fakturalar və.s) müvafiq qaydada təsdiq olunmuş surətləri; - "OFF WHİTE" beynəlxalq əmtəə nişanından istifadə etməyə başladığı tarixdən hazırkı tarixədək malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların (əlavə dəyər vergisinin bəyannaməsi və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli AİBNDX-05/01-7/1451 nömrəli və xx.xx.2021-ci il tarixli AİBNDX-05/01-5/1895 nömrəli məktubları ilə tələb olunan məlumatların vaxtında təqdim edilməməsinin səbəblərinə dair izahatın verilməsi qərara alınmışdır. - Cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Xidməti tərəfindən tələb olunan sənəd və məlumatları təqdim etməməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərini pozduğuna görə qeydiyyat ünvanı AZ1063, ünvan 7zil 8 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 5500 (beş min beş yüz) manat məbləğində maliyyə sanksiyası şəklində cərimə tətbiq edilməsi qərara alınmışdır. - “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2021-ci il tarixli göstərişlə tələb edilmişdir ki, qeydiyyat ünvanı AZ1063, ünvan 7zil 8 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) Cavabdeh xx.xx.2021-ci il tarixli FA-24 nömrəli əmrilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın xx.xx.2021-ci il tarixli Qərarı ilə onun barəsində tətbiq edilmiş 5500 (beş min yüz) manat məbləğində maliyyə sanksiyası şəklində cərimənin 30 (otuz) gündən gec olmayaraq hesaba köçürülməsini təmin etsin, sənəd və məlumatları 10 (on) iş günü müddətində Cavabdehnə təqdim etsin. - Cavabdehin xx.xx.2021-ci il tarixli 07 saylı qərarının surətindən görünür ki, borclu fiziki şəxs İddiaçı (VÖEN: **********) 5500 manat (beş min beş yüz manat) həcmində maliyyə sanksiyasının tutulması, qərarın 3 (üç) gün müddətində məcburi icrasını təmin etmək məqsədilə Qaradağ rayonu İcra və probasiya şöbəsinə (qrupuna) göndərilməsi qərara alınmışdır. - Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, cavabdehin 07 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icraata başlanılmış, iddiaçıya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. - 22 may 2020-ci il tarixli 20/160 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, "X1" MMC icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, ünvan 8 ünvanında yerləşən binada (bundan sonra “Bina") qeyri-yaşayış sahələrini “Greenenergy" MMC-yə icarəyə vermişdir. - "xxxx" MMC ilə fiziki şəxs İddiaçı arasında tərtib edilmiş təhvil-qəbul aktında göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 21 ünvanında yerləşən, hüquqi cəhətdən "xxxx" MMC-nin istifadəsində olan “MİX ART OF FASHİON” idman malları mağazasından subicarəyə götürülmüş obyekt xx.xx.2021-ci il tarixdən etibarən fiziki şəxs kimi fəaliyyət göstərən İddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş poçt qəbzlərindən görünür ki, inzibati icraat zamanı qəbul edilmiş sənədlər iddiaçıya göndərilmiş və iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası “Antiinhisar fəaliyyəti haqqında” haqqında Qanununa əsasən:

1. Qanun inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir.

4. Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur: rəqabət - bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ək, əlverişli şərtləri: uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onlar müstəqil fəaliyyətləri hər birinin bazarda əmtəə dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını. əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan malların istehsalını stimullaşdırır; inhisarçılıq fəaliyyəti - inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdİrmağa, yaxud arada qaldırmağa yönəldilmiş fəaliyyəti; 16.1. Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. 16.2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müvafiq icra hakimiyyəti orqanını inhisarçı müəssisələrin dövlət reyestrinin aparılması üçün razılaşdırılmış proqram əsasında milli bazarda müəssisələrin hökmran mövqeyini müəyyən edən statistika məlumatları ilə təmin edir. 16.3. İnhisarçı müəssisələr müvafiq icra hakimiyyəti orqanının təklifi ilə Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilmiş qaydada təsdiq edilən dövlət statistika hesabatı əsasında öz fəaliyyətlərinin inhisarçı mövqeləri haqqında müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edirlər. 16.4. Müvafiq icra hakimiyyəti orqanı bu maddəyə əsasən əldə etdiyi dövlət və kommersiya sirrini saxlamağa borcludur. 17.1. Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri: bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; Müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə; vurulmuş zərəri ödəməyə; cəriməni ödəməyə borcludurlar. 18.1 Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.

1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə - beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanuna əasən: 32.1. İnzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. 32.4. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təyin edilən müddət 15 gündən çox olmamalıdır. 32.5. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qanunun 32.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə əlavə sənədlər və ya məlumatlar inzibati orqana təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. 32.6. Əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunduğu andan müddətin axımı bərpa olunur. İş materiallarına görə cavabdehin Q00105 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərini pozduğuna görə iddiaçıya həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 5500 (beş min beş yüz) manat məbləğində maliyyə sanksiyası şəklində cərimə tətbiq edilmişdir. İddiaçı həmin qərarı qanunsuz hesab edərək, mübahisələndirmişdir. İddia tələbinin əsası kimi isə barəsində qəbul edilmiş qərardan məlumatlı olmadığını, qərardan yalnız icra mərhələsində xəbərdar olduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın Q00105 saylı xx.xx.2021-ci il tarixli qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “OFF WHİTE” LLC şirkətinə məxsus “OFF WHİTE” əmtəə nişanından iddiaçının icarəyə götürdüyü ünvan 3 ünvanında yerləşən “MİX- Art of Fashion” adlı mağazada qanunsuz istifadə edilməsi ilə bağlı həmin şirkətin etibarnamə üzrə nümayəndəsi "xxxx" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti daxil olmuşdur. Bununla əlaqədar cavabdehin xx.xx.2021-ci il tarixli AİBNDX 05/01-7/1451 nömrəli məktubu ilə iddiaçıdan “OFF WHİTE” əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanından istifadənin dayandırılması və bu barədə Xidmətə məlumat verməsi tələb olunmuşdur. Lakin bunun icrası təmin edilmədiyindən cavabdehin xx.xx.2021-ci il tarixli AİBNDX 05/01-5/1895 nömrəli məktubu ilə yenidən iddiaçıdan tələb olunan məlumatların Xidmətə təqdim edilməsi xahiş olunmuşdur. 008481 nömrəli poçt qəbzinə əsasən məktubun xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələblərinin pozulması əlamətləri üzrə inzibati icraat çərçivəsində həmin qərara əsasən tələb olunan sənədlər istənilmiş və işə baxılma iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. 000046 nömrəli poçt qəbzinə əsasən sözügedən qərar xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəfindən lazımi məlumatlandırılmasına baxmayaraq barəsində iş qaldırılan iddiaçı iclasda iştirak etməmiş, tələb olunan sənəd və məlumatları təqdim etməmişdir. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçı barəsində “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək 5500 (beş min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Qərar sifarişli poçt vasitəsilə barəsində iddiaçıya göndərilmiş və xx.xx.2021-ci il tarixdə 000376 nömrəli poçt qəbzinə imza etməklə qəbul edilmişdir. Həmin qərar əsasında xx.xx.2021-ci il tarixli göstəriş verilmiş və göstəriş 000551 nömrəli poçt qəbzinə imza etməklə iddiaçıya təqdim edilmişdir. Bununla da iddiaçının barəsində aparılmış inzibati icraatdan və nəticədə qəbul edilmiş qərardan məlumatlı olduğu müəyyən edilmişdir. İddiaçının dəlillərinə görə qərarlar vaxtılə fəaliyyət göstərdiyi magazanın ünvanına göndərildiyindən, magaza isə həmin dövrdə fəaliyyət göstərmədiyindən inzibati icraat barəsində məlumatlı olmadıgından tələb olunan sənədləri cavabdehə təqdim edə bilməmişdir. Bununla baglı iddiaçı təhvil təslim aktı təqdim etmiş, lakin rəsmi vergi orqanında qeydə alınmış sənədləri, yaxud magazanın fəaliyyət göstərməməsi barədə cavabdehə heç bir rəsmi sənəd təqdim etməmiş, cavabdehin təqdim etdiyi rəsmi çatdırma barədə poçt qəbzlərində olan imzalara vizual qaydada baxdıqda isə görünür ki, onlarda olan iddiaçının imzası eynilik təşkil edir. Buna görə də məhkəmə iddiaçının həmin dəlillərini əsassız hesab edir. Bundan başqa, iddaçı tərəfindən qəbul edilmiş qərarın mahiyyəti mübahisə edilməmişdir. Belə ki, iddiaçı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərini pozduğuna görə həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 5500 (beş min beş yüz) manat məbləğində maliyyə sanksiyası şəklində cərimə tətbiq edilməsinin qanunsuzluğu barədə məhkəmə heç bir dəlil təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh tərəfindən qərarın qəbulu zamanı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulması halı müəyyən edilməmişdir. Əksinə, iddiaçı tərəfindən “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələbləri pozularaq, tələb olunan məlumat və sənədlər, ümumiyyətlə, cavabdehə təqdim edilməmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçının iddiasında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə inzibati aktın ləgv edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, Q00105 saylı qərarın ləğv edilməsi barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar