Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7089/2020 20.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı (azyaşlı X1 qanuni nümayəndəsi) iştirakı ilə, İddiaçı (azyaşlı X1 qanuni nümayəndəsi) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (azyaşlı X1 qanuni nümayəndəsi) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 4, 27 saylı mənzilin texniki pasportunda olan sahəsi 11.6 kv.m anbarın həmin mənzilə aid olması barədə qeydin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X5 məhkəməyə vəsatətlə müaciət edərək, iddiaçı X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun X3 verilməsi öhdəliyinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması haqqında iddia ərizəsi əsasında 6896 saylı işlə, İddiaçı (yetkinlik yaşına çatmamış X1 qanuni nümayəndəsi) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzili ünvanında 11,6 kv.m anbarın həmin mənzilə aid olmasına dair qeydin ləğv edilməsi haqqında iddia ərizəsi əsasında 7089 saylı işin birləşdirilməsi və bir icraatda baxılmasını xahiş etmişdir. Vəsatət onun əsaslandırılmışdır ki, X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun X3 verilməsi öhdəliyinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması haqqında onun iddia ərizəsi hakim Aytən Oruczadənin icraatındadır (iş nömrəsi 2-1(112)- 6896/2020). Həmin iş üzrə X4 (yetkinlik yaşına çatmayıb, onun qanuni nümayəndəsi İddiaçı) 3-cü şəxsdir. İddiaçı (yetkinlik yaşına çatmamış X1 qanuni nümayəndəsi) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 säylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27- ci mənzili ünvanında 11,6 kv.m anbarın həmin mənzilə aid olmasına dair qeydin ləğv edilməsi haqqında qərar çıxarılmasına dair iddia ərizəsi hakim Pərviz Hüseynovun icraatındadır (iş nömrəsi 2- 1(112)-7089/2020). Həmin iş üzrə X5 3-cü şəxsdir. Hər iki mübahisə eyni ünvandakı sahə ilə bağlıdır. Göstərilən işlər bir-birilə əlaqəlidir. Prosessual qənaət prinsipinə, ədalət mühakiməsinin həyata keçirilməsinin ləngiməməsinə və işə obyektiv baxıla bilinməsinə görə bu işlər birləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı (azyaşlı X1 qanuni nümayəndəsi) hər iki işin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4 (yetkinlik yaşına çatmayıb, qanuni İddiaçı) «mənzilə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun X3 verilməsi öhdəliyinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iş hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır (iş № 2-1(112)-6896/2020). Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırki iddia ərizəsi üzrə inzibati işlə həmin məhkəmənin icraatında olan yuxarıda qeyd olunan digər inzibati iş birbirilə əlaqəlidir, hər iki işdə tərəflər eyni şəxslərdir və mübahisə predmeti eynidir. Hər iki işin bir icraatda birləşdirilməklə iddia tələblərinə bir icraatda baxılması məqsədəmüvafiqdir. Ona görə də məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, hazırki iddia ərizəsi üzrə inzibati iş məhkəmənin icraatında olan yuxarıda qeyd olunan digər inzibati işlə birləşdirilməli və hər iki inzibati işə bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı (azyaşlı X1 qanuni nümayəndəsi) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati iş (iş № 2-1(112)-7089/2020) həmin məhkəmənin icraatında olan iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4 (yetkinlik yaşına çatmayıb, qanuni İddiaçı) «mənzilə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işlə (İş № 2-1(112)-6896/2020) birləşdirilsin və hər iki inzibati işə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7089/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7089/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver