Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-709/2020 05.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı oğlunun cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qarşı “Əyani təhsil aldığı müddətin sosial stajına daxil edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qarşı məhkəməyə müraciət edərək, 01.09.1985-ci il tarixdən 1 iyun 1990-cı il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddətinin sosial sığorta stajının daxil edilməsini, onun pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 25.10.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsini cavabdehin üzərinə öhəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxxx 1964-ü ildə Zərdab rayonunda anadan olmuşdur. 22.12.1981-ci il tarixdən 10.12.1982-ci il tarixdək X9 Kombinatının Zərdab-toxucu sexində köməkçi fəhlə vəzifəsində işləmişdir. 28.11.1982-ci ildən 04.12.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 03.01.1985-ci il tarixdən 08.07.1985-ci il tarixədək Zərdab toxucu sexində köməkçi çıxda vəzifəsində işləmişdir. 01.09.1985-ci il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstituna daxil olaraq, 01.06.1990-ci ildə neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtaha Komissiyasının 07 iyun 1990-cı il tarixli qərarı ilə ona Dağ mühəndisi ixtisası verilərək adına PB seriyalı 044593 nömrəli Diplom verilmişdir. “Qum adası” X10 İdarəsi üzrə 12.09.1990-cı ildən 29.07.1992-ci ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, 30.07.1992-i ildən 06.12.1993cü ilədək qazma ustası, 11.04.1995-ci ildən 15.01.1996-cı ilədək qazma ustası, 01.03.1997-ci ildən 01.03.2012-ci ilədək qazma ustası peşə vəzifələrində işləmişdir. 02.03.2012-ci il tarixdən hal-hazıra kimi “X7” trestinin Logistika bölümü üzrə işləmişdir. Beləliklə 01.01.2006-cı il tarixədək İddiaçı aldığı əyni təhsil ilə birlikdə iş stajı 24 il, 04 ay. 29 gün təşkil edir. Həmin 24 il, 04 ay, 29 gün əmək stajım 12 il 10 ayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarının 1 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən zərərli sahədir. Bu zərərli sahələrə işlədiyinə görə, ona güzəştli şərtlərlə yaşa görə 52 yaşından, yəni 25.10.2016-cı il tarixdən əmək pensiya təyin edilməlidir. Bundan əlavə qanunvericiliyin normalarına əsasən ona 01.09.1985-ci il tarixdən 01 iyun 1990-cı il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməlidir. İddiaçı əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 25.10.2016-cı il tarixən güzəştli şərtlər yaşa görə əmək pensiyası təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanaraq ona birdəfəlik ödənilməsinə dair cavabdeh orqanına müraciət etmiş, lakin cavabdeh **********1 nömrəli 15 noyabr 2019-cu il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X2Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci mddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərə (istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müdətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər müvafiq surətdə təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pnsiya təminatı haqqında” AZ Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının idarəyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X2təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: ASAN 4 tərəfindən 17.11.2014-cü il tarixdə verilmiş AZE-00****** saylı şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1964-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. PB-044593 nömrəli diplomun notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı İddiaçı 1985-ci ildə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1990-cu ildə həmin institutu bitirmişdir. ZE-0035564 nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 28 noyabr 1982-ci ildən 04 dekbr 1984-cü ilə qədər Sovet Ordusu sıravi xidmət etmişdir. SSRİ-nin MN-nin 200 nömrəli 30 sentyabr 1990-cı il tarixli əmri ilə leytenant rütbəsi verilmişdir. İşdə olan iddiaçının İT-İ-1687167 nömrəli əmək kitabçasının surətindən görünür ki: -22.12.1981-ci il tarixdən 10.12.1982-ci il tarixədək X9 Kombinatının Zərdab-toxucu sexində köməkçi fəhlə vəzifəsində işləmişdir. -03.01.1985-ci il tarixdən 08.07.1985-ci il tarixədək Zərdab toxucu sexində köməkçi çıxda vəzifəsində işləmişdir. -01.09.1985-ci il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstituna daxil olaraq, 01.06.1990-ci ildə neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir. -12.09.1990-ci il tarixdə Neft və qaz yataqlarının istismar və kəşfiyyat qazması üzrə 4-cü ərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmişdir. -07.01.1991-ci il tarixdə Neft və qaz yataqlarının istismar və kəşfiyyat qazması üzrə qazmaçı köməkçisinin 5-ci dərəcəsi verilmişdir. -30.07.1992-i ildən 06.12.1993-cü ilədək qazma ustası. -11.04.1995-ci ildən 15.01.1996-cı ilədək qazma ustası -01.03.1997-ci ildən 05.01.2011-ci ilədək qazma ustası peşə vəzifələrində işləmişdir. -02.03.2012-ci il tarixdən-03.02.2014-cü il tarixədək Kəmər endirmə və qəzaların ləğvi sexinə 15-ci dərəcəli sex rəisi vəzifəsində işləmişdir. -04.02.2014-cü ildən hal-hazıra kimi X4 endirmə və qəzaların ləğvi sexinə 15-ci dərəcəli sex rəisi vəzifəsinə işləyir. SOCAR “X7” trestinin 16 avqust 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı- “Qum adası” X10 İarəsi üzrə: 12.09.1990-cı ildən 29.07.1992-ci ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasına qazmaçı köməkçisi; 30.07.1992-ci ildən 06.12.1993-cü ilədək qazma ustsı; 11.04.1995-ci ildən 15.01.1996-cı ilədək qazma ustası; 01.03.1997-ci ildən 01.03.2012-ci ilədək qazma ustası peşə və vəzifələrində işləmiş, “X8” trestinin Logistika bölümü üzrə 04.02.2014-cü ildən hal-hazıradək Kəmər endirmə və qəzaların ləğvi sahəsində rəis vəzifəsində işləyir. “Soar “X7” tresti üzrə, Azərbaycan Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına əsasən 01.01.2016-cı il tarixədək olan güzəştli pensiya hüququ verən əmək stajı 12 il, 10 aydır. İddiaçı 2019-cu ilin oktyabr ayında cavabdehə müraciət edərək 01.09.1985-ci il tarixdən 1 iyun 1990-cı il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddətinin sosial sığorta stajının daxil edilməsini, onun pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 25.10.2016-i il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsini xahiş etsə də müraciəti tam təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi 15 noyabr 2019-cu il tarixli imtina məktubunda qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilə bilməz, belə ki, İddiaçı 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən, güzəştli iş stajı 10 ildən az təşkil edir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1964-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, bu zaman onun 1985-1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı dövrlər sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasını cavabdehdən xahiş etsə cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının təhsil aldığı 1985-1990-cu illərdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunuqüvvədə olmuşdur. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədəkqüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1ci maddəsinin “v” bəndinəəsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı 1985-ci il tarixdən 1990-cu ilə qədər Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. Yuxarıda istinad olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi təhsil müddəti onun iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. İddiaçı həmin illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının təhsil aldığı illəri onun sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Bu zaman cavabdeh 01 yanvar 2006-cı il tarixdə qəbul edilmiş və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına istinad etmişdir. Hazırkı mübahisə iddiaçının təhsil aldığı dövrə aid olduğundan isə, yuxarıda qeyd olunduğu kimi həmin dövrün qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Bundan əlavə qeyd olunmalıdır ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). Cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın da pozulması kimi qiymətləndirilməlidir. İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci ilavqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” nın (X. Qazma 1100000a-11287, 1100000-23187, 1100000b-24125, 1100000b-22247) nömrəsi ilə güzəştli peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan İ nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 01 yanvar 2006-cı il tarixədək 20 ildən artıq əmək stajına, o cümlədən 10 ildən çox zərərli əmək sahəsində iş stajına malik olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanununu nəzərə aldıqda iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 52 yaşdan, yəni 25.10.2016-cı il tarixdə yaranmış olur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının 60 yaşı tamam olmadığına görə ona güzəştli şərtlərlə pensiya təyin olunması mümkün deyildir. Bu dəlil dolayısıyla “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqini istisna edir. Kollegiya sözügedən dəlili aşağıdakılara görə əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi qanunverici yaş və stajla bağlı əvvəlki qanunvericiliklə müəyyən edilmiş tələblərin əsas alınacağını təsbit etmişdir. Yuxarıda da şərh olunduğu kimi əvvəlki qanunvericilik (“Vətəndaşların pensiya təminatı haqqında’' Qanun) yaşla bağlı tələb kimi iddiaçının halına münasibətdə 52 yaş olaraq müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006- cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1985-1990-cı illərdə əyani təhsil aldığı müddətin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınması ilə bağlı olduğundan qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinəçatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əməlik qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı X5 oğlunun iddiası təmin edilməli, iddiaçıya 01.09.1985-ci il tarixdən 1 iyun 1990-cı il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddəti sosial sığorta stajına daxil edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 25.10.2016-i il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsicavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X5 oğlunun iddiası təmin edilsin. İddiaçı X5 oğluna 01.09.1985-ci il tarixdən 1 iyun 1990-cı il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddəti sosial sığorta stajına daxil edilsin, 52 yaşı tamam olduğu 25.10.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və ötən illərin pensiya məbləği hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-709/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-709/2020
05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver