Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-709/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X24 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X18 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının mərhum anasının mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın-arayışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 1255 saylı nömrəli bağ sahəsinə iddiaçı İddiaçı mərhum anası X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın (arayışın) verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X12 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia əizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh orqan tərəfindən yazılı münasibət təqdim edilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu,Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsi mərhum anası X12 verilmişdir. Azərbaycan RespublikasıBakı şəhəri İcra Hakimiyyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 17 nömrəli orderə əsasən 51 nömrəli Bağlar Tikinti Kooperativinin nəzdində 0,12 ha,1255 ha bağ sahəsi X5nın istifadəsinə verilmişdir. Bildirmişdir ki, həmin bağ sahəsi mərhuma verildiyi gündən hal-hazıra kimi onların istifadəsindədir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 22 aprel 2019-cu il tarixli arxiv arayışına əsasən bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.04.1997ci il tarixli 412 saylı sərəncamından çıxarışa əsasən Şüvəlan BTK 51 nömrəli 1255 nömrəli bağ sahəsi X12 ayrılmışdır. X5 öldükdən sonra İddiaçı onun vərəsəsi kimi tanınmışdır. İddiaçı 14 dekabr 2019-cu il tarixində bağa dair plan və ölçünün dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqan olan Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Lakin müraciətinə imtina məktubu ilə bildirilmişdir ki, 51 nömrəli Bağlar Tikinti Kooperativinin nəzdində Bakı şəhəri, Xəzər rayonu,Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinin ayrılmasına dair X8 adına order İdarənin arxivində aşkar olunmamışdır. İddiaçı Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 17 nömrəli order əsasında mərhum anasına bağ sahəsinin ayrılmasına əsaslanaraq, cavabdehin imtinasının qanunsuz olduğunu hesab etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3524/2020 saylı, 17.09.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X20 və X7 3-cü şəxslər qismində göstərilməklə Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinə dair X9 adına verilmiş 4 nömrəli orderin və X3 adına verilmiş 78 nömrəli orderin ləğv edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. İddiaçı məhkəməyə daxil olmuş vəsatəti əsasında məhkəmə tərəfindən araşdırma aparılmış, iddiaçının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X20 və X7 3-cü şəxslər qismində göstərilməklə Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinə dair X9 adına verilmiş 4 nömrəli orderin və X3 adına verilmiş 78 nömrəli orderin ləğv edilməsi tələbinə dair 2- 1(112)-1595/2021 saylı iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəsini aldığı səbəbi ilə məhkəmənin 2-1(112)-709/2021 saylı 27.05.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 22 iyun 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X23 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlak ilə bağlı hüquq münasibətindən irəli gəldiyindən, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Xəzər rayon ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdırlar. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə inzibati orqana eyni məzmunlu tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İşin mahiyyəti İddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: -AZE ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1989-cu il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 22 aprel 2019-cu il tarixli arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.04.1997-ci il tarixli 412 saylı sərəncamı ilə X13 Şüvəlan BTK № 51, bağ № 1255 bağ sahəsi ayrılmışdır. -Bakı şəhər İcra Hakimiyyəti Apparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Şüvəlan bağlar sahəsindəki 51 №-li kooperativi tərəfindən verilmiş 17 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 17 aprel 1997-ci il tarixli 412 №-li qərarına əsasən, Şüvəlan 51 №-li BTK nəznində 0.12 ha torpaq sahəsi olan 1255 №-li bağ sahəsi X13 ayrılmışdır. -Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 19 aprel 2019-cu il tarixli məktubun surətindən görünür ki, X10 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətə baxılmış, X10 02.03.2006-cı il tarixdə vəfat etməsi ilə əlaqədar Şüvəlan qəsəbəsi 1255 saylı bağ sahəsi ünvanında yerləşən 1200 kv.m topaq sahəsinin mərhumun vərəsəsi İddiaçı adına çıxarış verilməsi xahiş olunmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 dekabr 2019-ui il tarixli, **********14 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, 51 nömrəli Bağ Tikinti Kooperativi nəzdində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinin ayrılmasına dair X11 adına order (17 nömrəli) İdarənin arxivində aşkar olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinin ayrılmasına dair X11 adına verilmiş 17 nömrəli orderin və əsas olmuş sənədlərin təqdim edilməsi; həmçinin həmin bağ sahəsinin X9 adına ayrılmasına dair 4 nömrəli orderin və X3 adına 78 nömrəli orderin və həmin orderin verilməsinə əsasə olan sənədlərin təsdiq edilmiş surətlərinin təqdim olunması ilə bağlı aidiyyəti üzrə inzibati orqanlara sorğular göndərilmişdir. Sorğulara cavab məktublarından məlum olur ki: -Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının 186 nömrəli məktubuna əsasən Bakı şəhər İH-nin arxiv fondu üzrə 1997-ci ilə dair arxiv sənədləri, o cümlədən 17.04.1997-ci il tarixli 418 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06.03.2020-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 51 nömrəli Bağ Tikinti Kooperativi nəznində 0,12 ha torpaq sahəsi olan 1255 nömrəli bağ sahəsinə dair order İdarənin arxivində aşkar edilməmişdir. İdarənin arxivində mövcud olan sənədlər əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 03.09.1991-ci il tarixli, 13/585 nömrəli qərarına əsasən 51 nömrəli BTK nəznində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi olan 1255 nömrəli bağ sahəsinin ayrılmasına dair X9 adına 4 nömrəli order və Bakı şəhər İcraiyyə Komitəsinin 01.06.1992-ci il tarixli 795 nömrəli qərarına əsasən 51 nömrəli BTK nəznində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi olan 1255 nömrəli bağ sahəsinin ayrılmasına dair X1 adına 78 nömrəli order verilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 22 aprel 2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.04.1997-ci il tarixli 412 saylı sərəncamı ilə X13 Şüvəlanda 51 nömrəli BTK tərkibində 1255 saylı bağ sahəsi ayrılmışdır. -Cavabdeh inzibati orqan və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi olan 1255 nömrəli bağ sahəsinin ayrılmasına dair X9 adına verilmiş olan 4 nömrəli orderin əsasında Bakı şəhər X17 İcraiyyə Komitəsinin 03.09.1991-ci il tarixli 13/585 nömrəli qərarı; həmin bağ sahəsinin ayrılmasına dair X4 adına verilmiş olan 78 nömrəli orderin əsasında Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 01.06.1992-ci il tarixli 795 nömrəli sərəncamı çıxış edir. Sözügedən orderlər və onlara əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri təqdim olunmuşdur. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 17 aprel 1997-ci il tarixli, 412№-li Sərəncamı ilə onun mərhum anasının istifadəsinə veridiyini qeyd edərək, mərhum anası X8 hüquqlarının qeydə alınması və adına dövlət reyestrindən arayışın (çıxarışın) verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilən halları təsdiq edən sübut qismində bağ sahəsinə dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 17 aprel 1997-ci il tarixli, 412№-li sərəncamı və orderin notarial qaydada təsdiq olunmuş surəti təqdim edilmişdir. Məhkəmə, iddiaçının iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsi üzərində X8 ümumiyyətlə hüquqlarının olub-olmaması, həmçinin həmin bağ sahəsi ilə bağlı digər üçüncü şəxslərin adına verilmiş olan orderlərin əsaslığı ilə bağlı araşdırma aparmalıdır. Məhkəmə ilkin olaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsi üzərində X8 mülkiyyət hüququnun olub-olmamasına qiymət verir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən sərəncamın və orderin olmasıdır. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilərkən X10 adına verilmiş olan orderin İdarənin arxivində aşkar olunmamasına istinad olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan X13 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində olan 1255 saylı bağ sahəsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Apparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Şüvəlan bağlar sahəsindəki 51 №-li kooperativi tərəfindən verilmiş 17 nömrəli orderin mötəbərliyini şübhə altına alır. Cavabdeh mövcud olan halı isə onunla əsaslandırır ki, iddiaçıya verilmiş 17 saylı order İdarənin Arxivində və Milli Arxiv İdarəsində aşkar olunmamışdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, X13 Bakı şəhər İcra Hakimiyyəti Apparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Şüvəlan bağlar sahəsindəki 51 №-li kooperativi tərəfindən verilmiş 17 nömrəli order arxivdə aşkar olunmasa belə, sözügedən orderin notarial qaydada təsdiq olunmuş surəti məhkəmə icraatı zamanı təqdim olunmuşdur. Orderin arxivdə aşkar olunmamasında X10 hər hansı bir təqsirli hərəkəti olmamışdır. Başqa sözlə desək, sözügedən mübahisə iddiaçının və onun mərhum anasının iradəsindən asılı olmayaraq yaranmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində vətəndaşın daşınmaz əmlak üzrə hüquqların qeydiyyata alınmasına dair orderin verilməsinə dair qərarın mövcüd olması tələb olunmasa da, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq, mübahisə predmetini təşkil edən orderin mötəbərliyi ilə bağlı araşdırma apararkən, 17 saylı orderin verilməsinə əsas olmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.04.1997-ci il tarixli 412 saylı sərəncamını tələb etmiş və həmin sərəncamın mövcudluğu Bakı şəhər İcra Hakimiyyəti Başçısının arxiv arayışı ilə yanaşı sorğuya cavab məktubunda öz əksini tapmışdır. Göründüyü kimi, sadalanan sənədlər bağ sahəsi üzərində iddiaçının anasının mülkiyyət hüququnun əmələ gəlməsi halını təkzib etmir. X8 həmin bağ sahəsi üzərində hüququnun yaranmasının əsasını təşkil edən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.04.1997-ci il tarixli 412 saylı sərəncamının əsassız olduğu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sübuta yetirilmədiyindən, həmin əsas mötəbər hesab olunur. Sözügedən bağ sahəsi ilə bağlı digər fiziki şəxslərə orderin verilməsi imtina üçün əsas kimi göstərilməsə də, həmin hal məhkəmə icraatı zamanı ünvanlanmış sorğuya cavab məktubunda qeyd olunmuşdur. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinin X14 ayrılması ilə bağlı 17 nömrəli orderdən savayi, həmin bağ sahəsinin X9 və X2 ayrılması ilə bağlı orderlər mövcud olmuşdur. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, hazırki iddia tələbinə düzgün qiymət verilməsi üçün mübahisə predmetini təşkil edən bağ sahələri ilə bağlı X9 və X2 verilmiş olan orderlər mübahisələndirilməli idi. İddiaçı bu istiqamətdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinə dair X9 adına verilmiş 4 nömrəli və X1 adına verilmiş 78 nömrəli orderlərin ləğv edilməsi ilə bağlı iddia irəli sürmüş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1595/2021 saylı 01.03.2021-ci il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilərək, X9 adına verilmiş 4 nömrəli və X1 adına verilmiş 78 nömrəli orderlər ləğv olunmuşdur. Həmin qərar qanuni qüvvəsini almışdır. Məhkəmə orderlərin ləğvi olunması qənaətinə gələrkən ona əsaslanmışdır ki, Bakı şəhəri,Şüvəlan qəsəbəsi, 1255 saylı bağ sahəsinə dair üç şəxsin, yəni iddiaçının mərhum anası X8, X9 və X1 adlarına müvafiq orderlər verilsə də, X20 və X6 həmin bağ sahəsinə köçməmiş, oradan istifadə etməmiş, lakin iddiaçının anası və ailəsi bağ sahəsinə sahiblik etmiş, ondan istifadə etmişdir. Bu isə X9 və X1 adına verilmiş orderlərin formallığına dələt edir və müvafiq bağ sahəsinin iddiaçının mərhum anası X8 qanuni istifadəsində olması qənaətini qətiləşdirir. Göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsinin X5na məxsus olması barədə arayışın (çıxarışın) verilməsi üçün hər hansı bir maneə qalmamışdır. Belə ki, mərhumun həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmçinin, bağ sahəsi ilə bağlı digər fiziki şəxslərin adına verilmiş olan orderlər məhkəmə qərarı ilə ləğv olunduğundan, hazırki iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7-cı bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır.Əlbətdə ki, vərəsi anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. MM-nin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə iş materiallarında olan sənədlərə qanunvericiliyin normaları ilə birgə qiymət verərək hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.04.1997-ci il tarixli, 412 saylı qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsi üzərində X5nın hüquqları yaranmış, G.B.Ağayeva həmin hüquqlarınının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdiyindən və onun vəfatından sonra isə həmin torpaq sahəsi miras kütləsinə daxil edildiyindən, X5nın vərəsəsi olan İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək və pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququ mövcud olmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh əsassız olaraq iddiaçının müraciətinə imtina etmişdir. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi hаqqındа" Avropa Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən, Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X12 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1255 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X12 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-709/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-709/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver