Məhkəmə qərarları › İş №2-1(112)-7090/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7090/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7090/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisasıhüquqşünas, BHN və Partnyorları vəkil bürosunda işləyir)iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaları və vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatın dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddia tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaları və vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatın dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçılar ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 116 saylı evdə qeydiyyatda olmaqla yaşamışlar. Hazırda həmin ünvan sökülmüş və yerində yeni tikili bina inşa edilmişdir. Ailə üzvləri olan İddiaçı2, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə 2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş İddiaçı1 mərhum atası X4 mülkiyyət hüquqları ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və hal-hazırdada həmin ünvanda yaşayırlar. Ailə üzvlərinin qeydiyyatda olduğu yer üzrə ünvana qeydiyyata alınmasından ötrü Sabunçu rayon Polis İdarəsinə müraciət olunmuş, lakin idarənin ***-**** nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubu ilə qeydiyyatsız yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi 7 saylı evə qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan sənədlər təqdim olunduğu təqdirdə mümkün olduğu bildirilmiş və bu səbəbdən ərizənin icrasından imtina olunmuşdur. ünvan 1 (keçmiş Aydınbekova küçəsi 7) ünvanında yerləşən fərdi yaşayış evinin hüquqmüəyyənedici-mülkiyyət hüququna dair sənədlər İddiaçı1 atası X2 adına olmuş, lakin vəfatında sonra miras əmlakla bağlı notariat kontorunda vərəsəlik işi açılmamışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili stasusnda olmadığı, ailə təsərrüfatının həmin ünvanda idarə olunduğu , digər kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişlər və fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin tabeli qurumunun tərtib və təsdiq etdiyi “Fərdi yaşayış evinə dair texniki inventarlaşma pasportu”nun olduğu təqdirdə cavabdeh tərəfindən sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsinə hüquqi əsas olmadığından cavabdehin imtina məktubu əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçıların şəxsiyyət vəsiqələrinin surətinə əsasən, iddiaçılar Azərbaycan Respublikasının vətəndaşıdır. AZ-İ seryalı 180203 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı1 ilə X1 arasında 13 sentyabr 2003-cü ildə nikah bağlanmışdır. AZE 11545119 seryalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.2007-ci il təvəllüdlüdür. AZE 11545120 seryalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən X7 Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.2011-ci il təvəllüdlüdür. Sabunçu rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli ***-**** nömrəli İddiaçı1 ünvanladığı məktuba əsasən iddiaçılar ailə üzvləri ilə birlikdə (İddiaçı1, İddiaçı2, 2007-ci il təvəllüdlü X8 və 2011-ci il təvəllüdlü X9) qeydiyyatsız yaşadıqları Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi, 7 saylı evə qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəflərindən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, tərəflərindən göstərilən sənədlər Sabunçu rayon Polis İdarəsinin QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmaları imkan xaricindədir. AZ-İ seryalı 946871 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.2018-ci ildə ölmüşdür. Evlər İdarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkasına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Aydınbekov küçəsi 7 saylı ev X4 məxsusdur. Torpaq sahəsinin planı üzrə eksplikasiyaya görə torpağın üzərində mövcud olan yaşayış evi 1906- ci il, tövlə 1925-ci il, digər tikililər isə 1936-ci ildə inşa edilmişdir. Həyətin ümumi sahəsi 480,9 kv.m təşkil edir. Ev sahibliyinin kartoçkası 1969-cu ildə tərtib olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən “yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” – Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində tərtib etdiyi texniki pasport və onunəsasında tərtib edilmiş digər sənədlər iddiaçılarının həmin fərdi evdə yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 15.1-ci maddəsinə görə, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Sözügedən Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.. Sözügedən Məcəllənin 68.2-ci maddəsinəuyğun olaraq, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin imtinası əsassız hesab edilməli, iddiiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaları və vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatın dəyişdirilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 62, 68 – 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaları və vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatın dəyişdirilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar