Məhkəmə qərarları › İş №2-1(112)-7092/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7092/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7092/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********4660 nömrəli qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ :

1. İddiaçı Özsüt Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********4660 nömrəli qərarın ləğv edilməsi” tələbini irəli sürmüşdür (iş № 2-1(112)-7092/2022).

2. Məhkəmənin 15 mart 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «xx.xx.2022-ci il tarixli **********4660 saylı və xx.xx.2022-ci il tarixli **********4658 saylı qərarların ləğv edilməsi» tələbi üzrə inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «xx.xx.2022-ci il tarixli **********4660 saylı qərarın ləğv edilməsi» tələbi üzrə icraat ayrılmışdır. (2-1(112)- 7092/2022 hakim G.Sevdimalıyeva)

3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil qeyd edilən inzibati işlər üzrə məhkəmə icraatının birləşdirilməsinə etiraz etmədi və həmin işlərin bir inzibati məhkəmə icraatında baxılmalı olduğunu bildirdi.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 qeyd edilən inzibati işlər üzrə məhkəmə icraatının birləşdirilməsinə və bununla əlaqədar hazırki inzibati işin icraatına xitam verilməsinə etiraz etmədi.

5. Məhkəmə qeyd edir ki, qaldırılmış iddia tələbləri üzrə iddianın növləri İnzibati- Prosessual Məcəllənin 53.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsini istisna etmədiyindən birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə hazırki 2-1(112)- 7092/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-6719/2022 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilməli və bununla əlaqədar 2-1(112)-7092/2021 nömrəli inzibati iş üzrə məhkəmə icraatına e-2-1(112)-6719/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməlidir.

6. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir.

7. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz.

8. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.

9. Hazırki iş üzrə icraata müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi ilə əlaqədar xitam verildiyindən eyni qayda həmin qərardada da şamil olunmalıdır.

10. Göstərilənlərə əsasən və İPM-in 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

2-1(112)-7092/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-6719/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. 2-1(112)-7092/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına e-2-1(112)-6719/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar