Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7095/2025 06.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XXX Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh orqan üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5, xx.xx.1959-ci ildə anadan olmuşdur. Sovet ordu sıralarında xidməti və müxtəlif vəzifələrdə çalışaraq 25 il ümumi sığorta stajı və 17 il 1 ay 12 gün güzəştli iş stajını tamamlayaraq yaşa görə güzəştli şərtlərlə pensiya hüququnu qazanmışdır. Qanunvericiliyin tələb etdiyi güzəştli iş stajı mövcud olduğundan ona 60 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı tərəfindən ərizə ilə cavabdeh orqana müraciət olunmuş, lakin cavabdeh 15.01,2025-ci il tarixli imtina məktubu ilə cavab vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair 6 yanvar 2025-ci il tarixli 02 nömrəli arayışında xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində, "xxxx" ASC-nin ona dair 26 dekabr 2024-cü il tarixli 14 nömrəli arayışında xx.xx.2005xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində, “4 №li X1" MMC-nin ona dair 24 dekabr 2024-cü il tarixli 11-1/2-1xx-xx/2024 nömrəli arayışında xx.xx.2007-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində və "xxxx" MMC-nin ona dair 20 dekabr 2024-cü il tarixli 11-1/2-1xx-xx/2024 nömrəli arayışında isə xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində yol fəhləsi vəzifəsində işlədiyi qeyd olunub. İşlədiyi yol fəhləsi vəzifəsi sözügedən arayışlarda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı ilə nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 2 ay 1 gün (xx.xx.2021-xx.xx.2024-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh inzibati orqanın imtina məktubu ilə razılaşmayaraq, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adları çəkilən yerlərdə zərərli sahədə yol fəhləsi kimi tam 8 saat işləmişdir və yol fəhləsi vəzifəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş yuxarıda göstərilən və cavabdehin məktubunda istinad olunan Siyahının 29-cu bölməsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” hissəsində fəhlələr vəzifə koduna uyğundur. Bu kateqoriyaya aid işlər, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli, ağır olan işlərdə çalışanlara, yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının “XXVİİ” bölməsində nəzərdə tutulmuş, 22900000 və 2290000а kodlarına uyğundur. Bu səbəbdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iş materiallarına əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21,1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1 -ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyqun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hügugu verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəgig göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin 6 yanvar 2025-ci il tarixli 02 nömrəli arayışında xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində, "xxxx" ASC-nin 26 dekabr 2024-cü il tarixli 14 nömrəli arayışında xx.xx.2005- xx.xx.2007ci il tarixləri arasındakı dövr ərzində, "4 Nli X1" MMC-nin 24 dekabr 2024-cü il tarixli 11- 1/2-1xx-xx/2024 nömrəli arayışında xx.xx.2007-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində və "xxxx" MMC-nin 20 dekabr 2024-cü il tarixli 11-1/2-105- 64/2024 nömrəli arayışında isə xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində yol fəhləsi vəzifəsində işlədiyi qeyd olunub. İddiaçının işlədiyi yol fəhləsi vəzifəsi sözügedən arayışlarda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər bəndində (b) nəzərdə tutulmayıb. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (3 il 2 ay 1 gün (xx.xx.2021-xx.xx.2024-cü il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı xx.xx.2025-ci il tarixdə açıq məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.1982-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Qirki heyvandarlıq sovxozuna fəhlə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1989cu il tarizdə Kirov adına meyvə tərəvəz tiarət kntoruna fəhlə işinə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə işə qəbul edilmiş, xx.xx.1989cu ildə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə işə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə işə qəbul edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə işə qəbul edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə Qəlibləmə sexinə iə qəbul edilmiş, xx.xx.1995-ci ldə işdən azad edilmişdir. xx.xx.2001-ci ildə Bakı Yltikintiservis ATSC 1 saylı Yol tikinti sahəsinə 4-cü dərəcə yol fəhləsi qəbul edilmiş, xx.xx.2004-cü ildə işdən azad edilmişdir. xx.xx.2005-ci ildə Bakı Yol tikinti-1 ATSC 1 saylı YTT sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2007-ci ildə işdən azad edilmişdir. xx.xx.2007-ci ildə Yolnəqliyyatservis Departamenti 71 saylı X4 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, xx.xx.2013-cü ildə işdən azad edilmişdir. xx.xx.2013-cü ildə MQS MMC-yə udta işinə qəbul edilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə Azəryolservis ASC 81 saylı Yol İstismarı MMC-yə 4-cü dərəcəli yol fəhləsi peşəsinə qəbul edilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmişdir. xx.xx.2015-ci ildə Azəryolservis ASC 81 saylı Yol İstismarı MMC-yə 5-ci dərəcəli yol fəhləsi işinə qəbul edilmiş, xx.xx.2021-ci ildə işdən azad edilmişdir. xx.xx.2021-ci ildə İTM İstehsalat Tikinti Mexanizasiya Şirkəti MMC-yə fəhlə (asfaltyayan) işinə qəbul edilmişdir. -H3 seriyalı ******* nömrəli Hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmət keçmişdir. -Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 11-1/2-1xx-xx/2024 nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-də xx.xx.2015-ci il tarixdən 28/k nömrəli əmrlə yol fəhləsi vəzifəsinə daxil olmuş, xx.xx.2021-ci il tarixindən 53/k nömrəli əmrlə yol fəhləsi vəzifəsindən azad olunmuşdur. İşlədiyi vəzifə üzrə sosial (və ya iş) stajı 6 il 1 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri-yol inşaaqtı, asfalt-beton örtüyünün döşənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində b yarımbəndində fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. -Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 11-1/2-1xx-xx/2024 nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı “71 saylı X2” (hazırki "4№-li X1"MMC-də) xx.xx.2007-ci il tarixdən 138/K nömrəli əmrlə fəhlə peşəsinə və xx.xx.2013-cü il tarixdən 0/84/k nömrəli əmrlə fəhlə peşəsindən işdən azad edilmişdir. İşlədiyi peşə üzrə sosial (və ya iş) stajı 6 il işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri-yol inşaatı, asfalt- beton örtüyünün döşənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası kası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində / b yarımbəndində fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidi. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 02 nömrəli Güzəştli Arayışdan görünür ki, İddiaçı "Bakı Yoltikintiservis” Açıq Səmdar Cəmiyyətinə xx.xx.2001 ci il tarixdən İ/17 №-li əmrlə 5-ci dərəcəli isti asfalt yayma üzrə yol fəhləsi peşəsinə qəbul edilmiş və xx.xx.2004-cü il tarixində öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi peşə üzrə iş stajı 3 (üç) il təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri yol inşaatı, asfalt-beton örtüyünün döşəməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin "b" yarımbəndinədə fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14 nömrəli Arayışdan görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2005-ci il tarixdən 17/k nömrəli əmrlə isti asfalt yayma üzrə yol fəhləsi peşəsinə qəbul edilmiş və xx.xx.2007-ci il tarixli 09/k nömrəli əmrlə işdən azad edilmişdir. İşlədiyi peşə üzrə iş stajı 2(iki) il təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri - yol inşaatı, asfalt-beton örtüyünün döşənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin <b>> yarımbəndində fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. -Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 4№-li X1 MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 11-1/2-Q-8-39/1-1/2023 nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı "71 saylı X2” (hazırki "4№-li X1 "MMC-də) xx.xx.2007-ci il tarixdən 138/K nömrəli əmrlə fəhlə peşəsinə və xx.xx.2013-cü il tarixdən 0/84/k nömrəli əmrlə fəhlə peşəsindən işdən azad edilmişdir. İşlədiyi peşə üzrə sosial (və ya iş) stajı 6 il işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri-yol inşaatı, asfalt- beton örtüyünün döşənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində / a yarımbəndində asfalt-beton örtüyünün döşəməsi vəzifə kodunda müəyyən ədilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidi. -Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 4№-li X1 MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 04 nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı (Fin:xxxxxxx,AA*******) həqiqətən xx.xx.2001 ci ildən xx.xx.2004-cü il qədər "xxxx" Açıq Səmdar Cəmiyyətininin Yol- tikinti sahəsində asfalt-beton döşəyən fəhlə peşəsi üzrə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin" Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı!-nın təsdiq edilməsi haqqında xx.xx.2007- ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsinin “a” bəndinə əsasaən (asfalt-beton döşəyənlər) İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. -Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli X1 MMC-nin xx.xx.2025-ci il tarixli 11-1/2-xx-xx/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi İşlədiyi 71 saylı yol istismarı müəssisəsi "xxxx" ASC İdarə Heyətinin 47 saylı xx.xx.2016-cı il tarxili qərarına əsasən ləğv edildiyindən müəssisəmizdə digər müvafiq məlumatlar yoxdur. İddiaçı iş yeri və işlədiyi vəzifənin xüsusiyyətləri barədə ünvanınıza müvafiq arayış göndərilmişdir. "4-N-li X3” MMC-nin fəaliyyəti Bakı-Şamaxı-Yevlax avtomagistralı istiqamətində yolların istismarı, saxlanılması,təmiri və təhlükəsiz hərəkətin təmin edilməsindən ibarətdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 06-i nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilə qədər "xxxx" ASC-nin yol tikinti sahəsində asfalt-beton döşəyən fəhlə peşəsi üzrə işləmişdir. AR Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi haqqında” 12 saylı xx.xx.2007-ci il tarixli Qərarının 29-cu maddəsinin a bəndinə əsasən (asfalt-beton döşəyənlər) İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alma hüququna malikdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 01 nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı (Fin:xxxxxxx, AA*******) xx.xx.2001-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "Bakı Yoltikintiservis "Asc-də 5-ci dərəcəli isti asfalt yayma üzrə yol fəhləsi peşəsində İşləmişdir və xx.xx.2004-cü tarixdən isə öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi peşə üzrə iş stajı 3 (üç) il təşkil etmişdir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri yol inşaatı, asfalt-beton örtüyünün döşəməsindən ibarət olmaqla,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin "b" yarımbəndinədə fəhlə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X1 MMC” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 11-1/2-xx-xx/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixli 2-1(112)-7095/2025 nömrəli məktubunda əsasən İddiaçı “4№li X1” MMC-nin sistemində adı çıxmadığına və onlarda yaşadığı ünvan olmadığına görə məlumat verə bilmirlər. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-70210/2025 nömrəli məktubunda göstərilmişdir ki, mart 2006-dekabr 2006-cı il, yanvar, mart, may 2007-ci il ayları Bakı Yol tikinti -1 ASC tərəfindən, 4 nömrəli X1 MMC tərəfindən 2007-ci il apreldekabr 2008-ci il, yanvar 2009-cu il, aprel 2013-cü il, MQS MMC tərəfindən aprel 2013aprel 2014-cü il üzrə, 14 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən may 2014-cü il-iyun 2021-ci il üzrə, İTM İstehsalat Tikinti Mexanizasiya Şirkəti MMC tərəfindən iyul 2021-dekabr 2024-cü il üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-1/2-+Q-+8502/2025 nömrəli məktubda bilirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə. əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək perisiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun Respublikasının olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respub tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərınanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin sizə dair 6 yanvar 2025-ci il tarixli 02 nömrəli arayışında xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində, "xxxx" ASC-nin sizə dair 26 dekabr 2024-cü il tarixli 14 nömrəli arayışında xx.xx.2005- xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində, "4 Neli X1" MMC-nin sizə dair 24 dekabr 2024-cü il tarixli 11-1/2-1xx-xx/2024 nömrəli arayışında xx.xx.2007xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində və "xxxx" MMC-nin sizə dair 20 dekabr 2024-cü il tarixli 11-1/2-1xx-xx/2024 nömrəli arayışında isə xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində yol fəhləsi vəzifəsində işlədiyiniz qeyd olunub. İşlədiyiniz yol fəhləsi vəzifəsi sözügedən arayışlarda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər bəndində (b) nəzərdə tutulmayıb. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (3 il 2 ay 1 gün (xx.xx.2021-xx.xx.2024-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. xx.xx.2022-ci ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə 62 yaş 06 ay 16 gün tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İş materiallarında olan hərbi bilet və əmək kitabası qeydlərinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmət dövrü əmək fəaliyyəti dövrü xx.xx.1982- xx.xx.1988-ci il, xx.xx.1989- xx.xx.1989-cu ilədək, xx.xx.1989- xx.xx.1989, xx.xx.1989-xx.xx.1989, xx.xx.1990- xx.xx.1991, xx.xx.1991- xx.xx.1991, xx.xx.1991- xx.xx.1995, xx.xx.2001- xx.xx.2004, xx.xx.2005xx.xx.2006-cı il tarixədək 18 il 08 ay 25 gün, xx.xx.2006-cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr:mart 2006-dekabr 2006-cı il, yanvar 2007dekabr 2008-ci il, yanvar-dekabr 2009-cu il, yanvar-dekabr 2010, yanvar-dekabr 2011, yanvar 2013-aprel 2014-cü il üzrə, may 2014-cü il-iyun 2021-ci il üzrə, iyul 2021xx.xx.2022-ci il tarixədək ümumilikdə 25 ildən sığorta stajı toplamışdır. Cavabdeh iddiaçının ümumi stajını mübahisələndirməmişdir. Cavabdeh iddiaçı barəsində verilmiş güzəştli arayışlarda işlədiyi yol fəhləsi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər bəndində (b) nəzərdə tutulmadığını əsas gətirərək müracitin təminindən imtina etmişdir. Məhkəmə cavbadehin qeyd edilən mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr böməsində asfalt və beton döşəyənlər vəzifəsi zərərl iş stajı kimi nəzərdə tutulmuşdur. İş yerindən təqdim edilmiş güzəştli arayışlarda ilkin olaraq iddiaçının vəzifəsi yol fəhləsi kimi qeyd edilsə də lakin müəssisələrin təqdim etdiyi həmin arayışlarda iddiaçının işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri kimi yol inşaatı, asfalt-beton örtüyünün döşəməsindən ibarət olduğu xüsusi qeyd edilmiş və siyahıda 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr bölməsində olduğu qeyd edilmişdir. Cavabdeh məhz yol fəhləsi adının güzəştli vəzifə kimi siyahıda nəzərdə tutulmadığını qeyd etmiş, halbuki yuxarıda da adıçəkiıdiyi kimi Siyahının 29-cu bğlməsi Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsi olmaqla həmin sahədə a) bəndində fəhlələr adı qeyd edilmiş, zərərli vəzifə heab edilən fəhlələr peşəsinin təsnifatı verilmiş və asfalt və beton döşəyənlər vəzifəsi həmin təsnifatda sadalananalar içərisində göstərilmişdir. Cavabdeh yalnız peşə adının uyğunsuzluğunu əsas gətirməklə müraciəti araşdırmadan müraciətin təminində imtina etmiş, bununla da “İnzibati icraat haqqında” Qanunun 23, 24-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə icraatı gedişində iddiaçı barəsində güzəştli arayış təqdim etmiş müəssisələrə sorğu verilərək iddiaçının işlədiyi vəzifə və həmin vəzifənin konkret siyahıdakı uyğun gəldiyi kod dəqiqləşdirilmiş və nəticə etibarı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC, "xxxx" ASC, "xxxx" ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 4№-li X1 MMC tərəfindən verilmiş arayışlarda iddiaçının işlədiyi vəzifələrin məhz siyahıda asfalt və beton döşəyənlər vəzifəsinə uyğunluğu öz təsdiqini tapmışdır. Qeyd edilən arayışların mötəbərliyini şübhə altına alacaq hal aşkar olunmamış və ya cavabdeh tərəfindən bunu təkzib edəcək müvafiq sübutlar məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçının xx.xx.2022-ci il tarixədək tələb olunan-12 il 06 ay güzəştli iş stajı mövcuddur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova