Məhkəmə qərarları › İş №2-1(112)-7099/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7099/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7099/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X6, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X8) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda olan köşkün X4 tərəfindən də rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007ci il tarixli, 220 №-li Sərəncamının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, ünvan 1 ünvanda iddiaçının evinin qarşısında yerləşən qeyri-yaşayış binası (köşk) iddiaçıya məxsusdur. İddiaçı həmin köşkün rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına dair sərəncam verilməsi üçün 2007-ci ilin mart ayında Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinə müaricət etmişdir. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti xx.xx.2007-ci il tarixli, 220 №-li Sərəncamı ilə iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən köşkün rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə vermişdir. İddiaçı da həmin vaxtdan köşkü rekonstruksiya edib ticarət obyekti kimi istifadə etmişdir. Lakin hazırda iddiaçıya məlum olur ki, eyni tarixli, eyni nömrəli Sərəncamla, yəni Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 22 №-li Sərəncamı ilə iddiaçıya məxsus evin qarşında - ünvan 1 ünvanda olan köşkün Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan X4 tərəfindən də rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. Həmin sərəncam qanunsuzdur, etibarsızdır, iddiaçıya məxsus ticarət köşkünə eyni tarixdə həm iddiaçıya, həm də Süleyman Məmmədova sərəncam verilə bilməz, Süleyman Məmmədov köşkün sahibi olmayıb, o, iddiaçının icarəyə götürəni olub, onunla razılaşıb köşkü ona icarəyə vermişdir, özü Rusiyaya getmişdir, qayıdan da görmüşdür ki, Süleyman Məmmədov köşkü başqa şəxslərə verib, ona görə də köşkü onun icarəsindən almışdır. Həmin vaxtdan da Süleyman Məmmədov köşkə gəlməyib, iddiaçının onunla əlaqələri kəsilmişdir. S.Məmmədov xx.xx.2019-cu il tarixdə vəfat etmişdir, bundan sonra onun arvadı X8 özünü vərəsə kimi tanıtmış, qeyd edilən sərəncamı çıxarıb iddiaçıya qarşı iddia tələbi irəli sürmüşdür. Köşkü iddiaçı inşa etdirmişdir, iddiaçıya aid olub, İcra Hakimiyyəti köşkün rekonstruksiya edilməsi barədə iddiaçı ilə bağlı Sərəncam verdiyi halda, həmin tarixdə köşkə aid olmayan, köşklə heç bir bağlılığı olmayan şəxsə də eyni tarixli və nömrəli Sərəncam verməsi həmin Sərəncamın etibarsızlığına səbəb olur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahatında bildirdi ki, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X3 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncam qanunvericiliyin tələblərinə uyğun verilmişdir, etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud köşkünün rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilməsi barədə Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin eyni tarixli və eyni nömrəli xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamı isə mövcud deyildir, belə bir sərəncam imzalanmamışdır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, İddiaçı cavabdeh Xəzər rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs X7 iştirakı ilə Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq X2 adına verilmiş Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. Buna əsas kimi göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən təsərrüfat subyektinə dair onun adına eyni tarixli və nömrəli sərəncam verilmiş, həmin sərəncamın kserosurətini iddia ərizəsinə əlavə etməklə məhkəmədə iddia qaldırmış və məhz bu səbəbdən də X2 adına verilmiş Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. X8 11 avqust 1987-ci ildə X4 ilə rəsmi nikaha daxil olmuş və onlara nikahlarının rəsmiləşdirilməsinə dair xx.xx.1987-ci il tarixli Nikah haqqında şəhadətnamə verilmişdir. ünvan 5 ünvanda yerləşən tikinti Süleyman Məmmədova məxsus olmuş və həmin tikinti onun tərəfindən rekonstruksiya edilərək, həmin sahə ticarət obyekti kimi istifadə edilməsi qərara alınmış və bununla bağlı onun tərəfindən 2007-ci ildə Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunmuşdur. Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X3 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. X4 həmin ticarət obyektində fəaliyyət göstəməyə başlamış və bununla bağlı xx.xx.2009-cu ildə onun adına Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********7 saylı Arayış verilmişdir. Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı tərəfindən verilmiş bu arayış X3 (VÖEN: **********) 1044 ünvan 4 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Bakı şəhəri Vergilər Departamentinin 3 savlı filialı tərəfindən verilmiş **********0 saylı xx.xx.2009-cu il tarixli Qeydiyyat vərəqəsinə əsasən X4 VÖEN: ********** AZ1044 ünvan 6 ünvanda yerləşən **********2-12002 kodu olan MAĞAZA təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirdiyini təsdiq edir. Uzun X1 özünə məxsus olan mağazada fəaliyyət göstərməsinə baxmayaraq, xx.xx.2019-cu ildə o, vəfat etmiş və ticarət obyekti nəzarətsiz qalmışdır. Həmin vaxt onun tanışı olan iş üzrə İddiaçı 3-cü şəxsə bildirmişdir ki, narahat olmasın mağazanı işlədəcək və lazımi köməkliyi ona göstərəcəkdir. X2 ölümü qəfl olduğundan və Gülnarə Məmmədovanın başı hüzr mərasimlərinə, həmçinin ailəsinə qarışdığından, mağazada fəaliyyət dayandırılmış və qapısı açarla bağlanmışdır. X9 tərəfindən vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət olunmuş və adı çəkilən əmlak da miras kütləsinə daxil edilmişdir. Həmin əmlakın özəlləşdirilməsi ilə bağlı müvafiq sənədləşmə işləri aparılarkən məlum olmuşdur ki, İddiaçı əmlakın qapısını qırmış, əmlaka yiyələnərək orada olan Gülnarə Məmmədovanın ailəsinə məxsus əşyaları götürüb aparmış və özünə məxsus əşyaları yerləşdirərək orada özünün tanışları vasitəsi ilə fəaliyyət göstərməyə başlamışdır. Mübahisəli əmlakdan hazırda iddiaçı və onun tanışları iştifadə etməklə Gülnarə Məmmədovanın hüquqlarını pozmaqda davam etdirirlər. İş materiallarına əlavə edilmiş məhkəmənin verdiyi sorğular əsasında alınmış Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Dövlət arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixil cavab məktubunda və ona əlavə edilmiş Sərəncamın təsdiq olunmuş surətindən göründüyü kimi, Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X3 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. Eyni zamanda Xəzər rayon İcra Hakimiyyətinin verdiyi xx.xx.2022-ci il tarixli məktub cavabından göründüyü kimi, İddiaçı adına Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamla bağlı məlumat yoxdur. Göründüyü kimi iş üzrə İddiaçı, Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin X2 adına verilmiş xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamının surətini öz adına saxtalaşdırmaqla, həmin sənədi məhkəməyə təqdim edərək X2 adına verilmiş Sərəncamın etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci və 320-ci maddələrinin tərkibi mövcuddur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar və iş üzrə iddiaçı barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X3 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. Qeyd olunan sərəncam Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli BA-01935-2022 nömrəli və xx.xx.2022-ci il tarixli BA- 03299-2022 nömrəli məktublarla məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən isə məhkəmə təqdim edilmiş Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamının surətindən isə görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 50, mənzil 1-də yaşayan vətəndaş İddiaçı məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud köşkünün rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilməsi qeyd olunmuşdur. Lakin hər iki şəxsin adına eyni tarixli və eyni nömrəli sərəncamların və onların verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi üçün Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinə və Dövlət Arxivinin Bakı filialına məhkəmə sorğuları gördərilsə də, Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, İcra Hakimiyyətinin 2007-ci ilə aid sərəncamları Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən hər iki şəxsin adına Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 220 saylı sərəncamlarla bağlı məlumat vermək mümkün olmamışdır, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcud olan xx.xx.2007-ci il tarixli 220 saylı sərəncam isə X4 ilə əlaqədardır, İddiaçı ilə əlaqədar belə bir sərəncam mövcud deyildir. Göründüyü kimi, iddiaçı tərəfindən ona məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud köşkünün rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilməsi barədə Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamının surəti məhkəməyə təqdim edilsə də, həmin sərəncam mövcud deyildir. X3 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi barədə Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamı isə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcuddur və təsdiq edilmiş surəti həmin qurum tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin köşkün rekonstruksiya edilməsi barədə onunla bağlı Sərəncam verdiyi halda, həmin tarixdə köşkə aid olmayan, köşklə heç bir bağlılığı olmayan şəxsə də eyni tarixli və nömrəli Sərəncam verdiyini və bunun həmin Sərəncamın etibarsızlığına səbəb olduğunu bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı tərəfindən Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamının (İddiaçı barəsində) surəti məhkəməyə təqdim edilsə də, belə bir sərəncam mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar