Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7099/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin 14 dekabr 2023-cü il tarixli, 3-17-1/2-Z- 294302/2023 nömrəli məktubu (inzibati aktı) ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Həmin məktub (inzibati akt) ona 26 yanvar 2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir). Cavabdeh öz imtinanı onunla əsaslandırmışdır ki, əmək kitabçasında: -xx.xx.1984-cü il tarixində işdən azad olma əmrinin tarixində düzəliş edilmişdir, -xx.xx.1994-cü il tarixində işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqlənmişdir, -xx.xx.1995-ci il tarixindən sonra işdən azad olma tarixi və qeydi yoxdur. Cavabdehin mövqeyi tam əsassızdır. Belə ki: -xx.xx.1984-cü il tarixində işdən azad olma əmrinin tarixində ay üzrə texniki düzəlişdə təqsiri yoxdur. Bu düzəliş işəgötürən (Azərbaycan SSR Ticarət Nazirliyinin “Gülüstan” Şadlıq Sarayı) tərəfindən edilmişdir və aydındır ki, həmin ay 1984-cü ilin oktyabr ayıdır, çünki sonrakı iş yerinə (Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Qastrol-Konsert Birliyi) 1984-cü ilin oktyabr ayında işə qəbul olmuşdur. Cavabdeh həmin düzəlişlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Arxivinə öz sorğusunu göndərə bilərdi. Hal-hazırda “Gülüstan” Sarayı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyindədir. xx.xx.1994-cü il tarixində işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqlənməsinə dair cavabdehin dəlili hüquqi baxımdan əhəmiyyətsizdir. İşəgötürən (“Gülüstan” Şadlıq Sarayı) 1994-cü ildə həmin möhürdən istifadə edirdi. Cavabdeh xx.xx.1989-cu il tarixindən xx.xx.1994-cü il tarixinədək “Gülüstan” Sarayında işlədiyi barədə sorğunu da yuxarıda qeyd olunmuş arxivə göndərə bilərdi. xx.xx.1995-ci il tarixindən bu vaxta yeganə təsisçisi olduğu "xxxx" Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidentidir. Bu vəzifədən azad olunmamışdır. Beləliklə, həmin işdən azad olma tarixi və qeydi mövcud deyildir. Ümumi iş stajı (sığorta stajı) Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan 25 il müddətindən çoxdur. Cavabdehin yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunsuz və əsassızdır. Cavabdehin inzibati aktı Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əmək kitabçası və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 9 il 1 ay 19 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd olunan xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1984-cü il tarixdə işdən azad olma əmrinin tarixində düzəliş edildiyindən, xx.xx.1994-cü il tarixdə işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən və xx.xx.1995-ci il tarixdən sonra işdən azad olma əmri və qeydi olmadığından) həmin dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İddiaçıya xx.xx.2021-ci il tarixidən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində olmaqla ödənilməkdədir. Beləliklə, qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə əsasən əlavə olunan sənədlərə əsasən onun yaşa görə pensiya hüququna baxılmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 17 il 11 ay 22 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində onun “"xxxx" Firması” MMC-də əmək fəaliyyəti dövrü üzrə işdən azad olması haqqında məlumat qeyd edilməmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı sözügedən müəssisədə əmək fəaliyyəti dövrü araşdırılmış və xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən "xxxx" Firması” MMC-nin arxiv sənədlərinin saxlanılmaması səbəbindən İddiaçı əmək fəaliyyəti dövrü üzrə sığorta stajını araşdırmaq mümkün olmamışdır. Həmçinin vətəndaşın təqdim etdiyi xx.xx.2024-cü il tarixli 15 nömrəli arayışın həmin müəssisənin ştat cədvəlinə əsasən tərtib edildiyi müəyyən olmuşdur. Qeyd olunan səbəblərdən İddiaçı “"xxxx" Firması” MMC-də əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. Həmçinin Azərbaycan Respublikası İşlər İdarəsinin X1 xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək vətəndaşın əmək haqqı alması barədə məlumat olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixdən sonra İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixədək 17 il 11 ay 22 gün sığorta stajına əsasən hesablanan pensiya kapitalının 2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 13700,22 manat təşkil edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İddiaçıya xx.xx.2021-ci il tarixidən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində olmaqla ödənilməkdədir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı dair xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə (Əmr № 160, xx.xx.1973) rabitə rele avadanlığının təmiri üzrə 1-ci dərəcəli radiomexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.1973-cü il tarixdə təntənəli andiçmə keçirilmişdir. xx.xx.1973-cü il tarixdə (Əmr № 250, xx.xx.1973) ştatın ixtisarı ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1974-cü il tarixdə (Əmr № 37, xx.xx.1974) QOS-65 poçtalyon vəzifəsinə təyin edilmişdir. xx.xx.1974-cü il tarixdə (Əmr № 60, xx.xx.1974) öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1975-ci ÖTML-na NÖC üzrə 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdə Sovet Ordusuna çağırılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir (Əmr № 3.405 xx.xx.1975). xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1978-ci il tarixdə (Əmr № 5, xx.xx.1978) 01 fevral 1978-ci il tarixindən Texniki peşə təhsili Mədəniyyət Evində estrada orkestrinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Bakı Baş Tikinti İdarəsinin Layihə Konstruktor-Texnologiya Bürosu. xx.xx.1978-ci il tarixdə (Əmr № 9, xx.xx.1978) estrada orkestrinin rəhbəri vəzifəsindən öz xahişi ilə azad edilmişdir. xx.xx.1978-ci il tarixdə (Əmr № 310/k, xx.xx.1978) İPA və AİS şöbəsinə 3-cü dərəcəli radiomexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.1978-ci il tarixdə (Əmr № 519/k xx.xx.1978) radiomexanika üzrə 4-cü dərəcə verilmişdir. xx.xx.1979-cu il tarixdə (Əmr № 59/k xx.xx.1979) İPA və AİS şöbəsinin adı dəyişdirilərək AAİS işlənməsi və tətbiqi şöbəsi olmuşdur. xx.xx.1979-cu il tarixdə (Əmr № 175/k xx.xx.1979) radiomexanika üzrə 5-ci dərəcə verilmişdir. xx.xx.1979-cu il tarixdə (Əmr 632/k § 2; xx.xx.1979) Azərbaycan SSR ƏHQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. “Gülüstan” Şadlıq Sarayı. xx.xx.1980-ci il tarixdə (Əmr № 8k, xx.xx.1980) texnik vəzifəsinə qəbul edilmişdir. xx.xx.1980-ci il tarixdə (Əmr № 40-k, xx.xx.1980) işıq effektlərinin işıqlandırma sxemlərinin işlənib hazırlanması üzrə işıqlandıncı vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü il tarixdə (Əmr № 128-k, xx.xx.1984) Azərbaycan SSR ƏHQM 37 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. “Azkonsert”. xx.xx.1984-cü il tarixdə (Əmr № 607, xx.xx.1984) estrada revyusunun elektoradioaparatura üzrə mühəndis vəzifəsinə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdə (Əmr 8a § 3, xx.xx.1988) konsert şöbəsinə səs üzrə texnik vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixdə (Əmr 158, xx.xx.1989) Azərbaycan SSR ƏHQM 36.1 maddəsinə əsasən tərəflərin razılığına əsasən işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə (Əmr 38 к xx.xx.1989) estrada revyusunun səs üzrə texniki vəzifəsinə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdə (Əmr 57 к xx.xx.1990) enerji təchizatı xidmətinin işıqlandırma sxemlərinin işıqlandıncısı vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü il tarixdə (Əmr 17 к, xx.xx.1994) Azərbaycan SSR ƏHQM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1995-ci il tarixdə (Sərəncam № 1, xx.xx.1995) Firmanın prezidenti vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-Z-294302/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilən əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 9 il 1 ay 19 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd olunan xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1984-cü il tarixində işdən azad olma əmrinin tarixində düzəliş edildiyindən, xx.xx.1994-cü il tarixində işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən və xx.xx.1995-ci il tarixindən sonra işdən azad olma əmri və qeydi olmadığından) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində olmaqla ödənilməkdədir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza qanunvericiliyə uyğun olaraq baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 1795 saylı şəhadətnamədən görünür ki, "xxxx" LTD Firması xx.xx.1995-ci il tarixdə dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikasi Prezidentinin İşlər İdarəsi X3 tərəfindən təqdim edilmiş 1- 2-28/2-125/2024 saylı xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Ticarət Nazirliyi “Gülüstan” şadlıq sarayının (indiki Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” sarayının) 18 avqust 1980-ci il tarixli 8-k saylı əmrinə əsasən səs və rabitə üzrə elektroişıqlandırma xidmətinə texnik vəzifəsinə qəbul edilmişdir, 08 dekabr 1980-ci il tarixli 40-k saylı əmrinə əsasən işıqlandırma sistemlərinin və işıq effektlərinin işıqlandırıcısı keçirilmişdir və 13 oktyabr 1984-cü il tarixli 128-k saylı əmrinə əsasən işdən azad edilmişdir; 19 aprel 1989-cu il tarixli 38-k saylı əmrinə əsasən Varyiteyə səs üzrə texnik qəbul edilmişdir, 28 iyun 1990-cı il tarixli 57-k saylı əmrinə əsasən işıq effektlərinin işıqlandırıcı-tərtibatçısı keçirilmişdir və 31 mart 1994-cü il tarixli 17-k saylı əmrinə əsasən işdən azad edilmişdir. İddiaçı 1980-ci ilin sentyabr ayından 1984-cü ilin oktyabr ayına və 1989-cu ilin aprel ayından 1993-cü ilin dekabr ayına kimi aşağıda göstərilən cədvəl üzrə əmək haqqı almışdır (rubl və manatla): 1980 1981 1982 1983 1984 Yanvar — 140-00 182-00 182-00 180-00 Fevral — 152-00 182-00 182-00 192-00 Mart — 140-00 182-00 182-00 189-00 Aprel — 224-00 182-00 182-00 241-00 May — 69-00 203-00 182-00 205-00 İyun — 1802-00 182-00 182-00 182-00 İyul — 224-00 215-00 182-00 182-00 Avqust — 82-00 147-00 182-00 182-00 Sentyabr 85-00 182-00 182-00 189-00 230-00 Oktyabr 85-00 189-00 189-00 182-00 13-00 Noyabr 90-00 182-00 189-00 191-00 — Dekabr 122- 182-00 182-00 182-00 — 1989 1990 1991 1992 1993 Yanvar — 80-00 388-00 850-00 8700-00 Fevral — 45-00 410-00 1089-00 8700-00 Mart — 60-00 292-00 910-00 9872-00 Aprel 48-00 130-00 270-00 1700-00 15000-00 May 107-00 212-00 312-00 1622-00 15536-00 İyun 138-00 188-00 746-00 2148-00 17000-00 İyul 159-00 211-00 414-00 767-00 17000-00 Avqust 162-00 225-00 305-00 2300-00 17000-00 Sentyabr 154-00 237-00 330-00 4300-00 40000-00 Oktyabr 165-00 239-00 748-00 7300-00 41472-00 Noyabr 149-00 274-00 330-00 7300-00 39772-00 Dekabr 322-00 468-00 357-00 7570-00 40000-00 İddiaçı dair H3 seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli hərbi biletin surəti məhkəməyə təqdim edilmişdir. "xxxx" X5 Cəmiyyəti tərəfindən təqdim edilmiş 15 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən "xxxx" Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti İddiaçı 1995ci ilin noyabr ayından 2005-ci ilin iyul ayına kimi, hər ay (1995-ci ilin noyabr və dekabr ayları, 1996-2004-cü illər üzrə hər ilin yanvar-dekabr ayları, 2005-ci ilin yanvar-iyul ayları; cəmi 117 (on yeddi) ay /9 (doqquz) il 9 (doqquz) ay/, 30 000 (otuz min) manat/AZN; manatın denominasiyasına qədər/ məbləğində əmək haqqı almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********680900 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X5 Cəmiyyəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Uçot baza məlumatlarında oxşar adlı X4 Cəmiyyəti Hüquqlu Firmasının xx.xx.1995-ci il tarixdə 097943 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli 2458 nömrəli Sərəncamına əsasən 2008-ci il 1 yanvar tarixindən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Qeyd olunan Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2008-ci ildə təhvil verilmiş hüquqi şəxslərin qeydiyyat qovluqları arasında X4 Cəmiyyəti Hüquqlu Firması adlı hüquqi şəxsin qeydiyyat qovluğu aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 3-17-1/1-Z- 106283/2024 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xidməti məktubunda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1975 ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumilikdə 17 il 11 ay 22 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində onun ““Flaminqo" Firması” MMC-də əmək fəaliyyəti dövrü üzrə işdən azad olması haqqında məlumat qeyd edilməmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı sözügedən müəssisədə əmək fəaliyyəti dövrü araşdırılmış və xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən “"xxxx" Firması” MMC-nin arxiv sənədlərinin saxlanılmaması səbəbindən İddiaçı əmək fəaliyyəti dövrü üzrə sığorta stajını araşdırmaq mümkün olmamışdır. Həmçinin vətəndaşın təqdim etdiyi xx.xx.2024-cü il tarixli 15 nömrəli arayışının həmin müəssisənin ştat cədvəlinə əsasən tərtib edildiyi müəyyən olmuşdur. Qeyd olunan səbəblərdən İddiaçı “"xxxx" Firması” MMC-də əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. Həmçinin Azərbaycan Respublikası İşlər İdarəsinin X1 xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək vətəndaşın əmək haqqı alması barədə məlumat olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən sonra İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 17 il 11 ay 22 gün sığorta stajına əsasən hesablanan pensiya kapitalının 2021 -ci il tarixinə indeksləşdirilmiş məbləği 13700,22 manat təşkil edir. İddiaçı tərəfindən "xxxx" X5 Cəmiyyətinə dair 1995-2005-ci illərə aid olan müvafiq əmək müqavilələri, əmrlər və ştat cədvəlləri təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazların məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək Sovet Ordusunda xidmət etmişdir. Onun xx.xx.1973-cü il tarixli əmək kitabçasına əsasən xx.xx.1973xx.xx.1973-cü il, xx.xx.1974-xx.xx.1974-cü il, xx.xx.1975- xx.xx.1975-ci il, xx.xx.1978xx.xx.1978-ci il, xx.xx.1978- xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1994-cü il və xx.xx.1995-hazırki dövrədək iş dövrləri qeyd edilmişdir. Cavabdeh qurum tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən siğorta stajı onun xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 17 il 11 ay 22 gün illərdə işlədiyi dövrüdür. Mübahisəli sosial sığorta stajı iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən hazırki dövrədək işlədiyi əmək fəaliyyəti dövrüdür. Cavabdeh həmin dövrün nəzərə alınmamasını əmək kitabçasının doldurulma qaydası pozulması (xx.xx.1994-cü il tarixdə işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən və xx.xx.1995-ci il tarixdən sonra işdən azad olma əmri və qeydi olmadığından) və Flaminqo” Firması” MMC-nin arxiv sənədlərinin saxlanılmaması, eləcə də Azərbaycan Respublikası İşlər İdarəsinin X1 arxiv arayışına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək vətəndaşın əmək haqqı alması barədə məlumat olmadığından ilə izah edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1995-ci il tarixdən sonra işdən çıxma barədə əmri yoxdur, onun hal-hazırda əmək fəaliyyətinə xitam verilməmişdir. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan iş dövrü onun əmək kitabçasında olan müvafiq qeydlərlə təsdiqini tapırOdur ki, cavabdeh qurumun gətirdiyi dəlillər iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İmtinada qeyd edilən digər dəlillərə ümumi qiymət verərək məhkəmə bildirir ki, imtinada qeyd edilən hər bir dəlilə münasibətdə artıq formalaşmış məhkəmə təcrübəsi olmasına baxmayaraq, cavabdeh qurumun eyni əsaslarla imtinası aydın deyil. Həmin inzibati praktikanın formalaşmış vahid məhkəmə təcrübəsinə uyğunlaşdırılması labüddür. Beləliklə, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə ən azı 25 il sığorta stajı var (28 il 4 ay 27 gün). Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Odur ki, məhkəmə qeyd edir ki, inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən pensiyanın təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Nəticə etibarilə, iddiaçının yaşa görə pensiyanın təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X8 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 01 iyul 2020 – 30 iyun 2021-ci il tarixlər arası dövrdə qadınlar üçün kişilər yaşı 65dir. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1956-cı il tarixdə doğulduğu üçün xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı pensiyanın təyin edildiyi tarixdən ödənilməsi üçün nəzərdə tutulmuş üç illik müddəti ötürməmişdir. Belə ki, inzibati orqan tərəfindən iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli cavab imtina məktubu verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7099/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7099/2024
25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver