Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-71/2020 13.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X1, Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X3 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Bakı şəhəri Cavabdehnə qarşı “Kompensasiyanın ödənilməmiş hissəsinin ödənilməsi tələbi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhər Cavabdehndən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı ev 1-ci mərtəbəsinə yerləşən 5 yaşayış otağının kompensasiyanın ödənilməmiş hissəsinin ödənilməsi və 30 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinə əlavə verərək, cavabdeh Bakı şəhər Yasamal rayonu İcra Hakimiyyətindən İddiaçı mülkiyyətində və istifadəsində olmuş Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı evin 1-ci mərtəbəsində yerləşən 124.6 kv.m sahəsi üzrə 186.900 manat; Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 84.380 manat; çətinliyə görə 42.190 manat; torpaq sahəsinə dair istifadə hüququ üzrə 1-ci mərtəbənin 124,6 kv.m olması nəzərə alaraq 186.900 manat, vəkil xərcinə görə ödənilmiş 210 manat vəsaitin cavabdeh Bakı şəhərə Yasamal rayonu İcra Hakimiyyətindən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbayan Respublikasının Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün iddiaçının yaşadığı ünvan 1 ünvan a həmin söküntü zonasına yerləşdiyindən cavabdehin təşkil etdiyi komissiyada dəfələrlə olmuş, göstərilən ünvanın 1-ci mərtəbəsində yerləşən 5 yaşayış otağından ödənilməmiş kompensasiyanın ödənilməsi dair 28 noyabr 2018-ci il tarixdə müraciət etmişdir. İddiaçı 07 dekabr 2018-ci il tarixdə cavabdehin təşkil etdiyi komissiyaya dəvət edilmiş, orada ona bir daha kompensasiyanın ödənilməmiş hissəsinin ödənilməsinə imtina edilmişdir. 64/209 saylı layihə üzrə hesablanmış sahələrdən də görünür ki, iddiaçıya məxsus evin birinci mərtəbəsində olan 5 yaşayış otağının kompensasiyası ona ödənilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X6 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 16.08.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır və iddiaçıya onun mülkiyyətində olan əmlaka dair 235838 manat kompensasiya ödənilmişdir. İddia tələbindən tam şəkildə aydın olur ki, iddiaçı mübahisəli sahəni alqı-stqı müqaviləsi əsasında Yasamal rayon İra Hakimiyyətinin hesabına özgəninkiləşdirilmişdir. Tərəflər arasında əqd, yəni müqaviləi münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinin norması əsas verir ki, məbləğində asılı olmayaraq əqdi imzalanmış tərəf özünün iradəsini ifaə etmiş və bununla da onu mübahisələnirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müvaqilə (əq) üzrə narazılığını ifaə edən şəs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahisləndirə bilər. Bu zaman isə hüquqi prosedur kimi əsas məqam zərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin alqıdlarını bir-birinə tam qaytarılması prosedurudur. Başq sözlə işin bu halınd iddiaçı aldığı 235.838 manatı tam şəkildə geri qaytardıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır. Hazırda isə belə hal baş verməmişdir. Daşınmaz əmlaka kompensasiya hesablanarkən onun mövcud vəziyyəti, istismara yararlılıq vəziyyəti, təmir və köhnəlmə vəziyyəti və digər xüsusiyyətlər nəzərə alınır. Əgər ətrafdakı yaşayış sahəsinə yükəsk kompensasiya hesablanırsa, bu həmin sahənin təmir vəziyyəti (mövcu şəraiti) və digər xüsusiyyətlərinə görə daha yüksək qiymətləndirilməsini və həmin əmlaka sosial əalət prinsipi əsasında yanaşmanı zəruri edir. Belə olan halda hər bir daşınmaz əmlaka onun xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirmə aparılır. Əlavə kompensasiyaların hesablanması məsələsinə gəldikdə isə qeyd edirik, daşınmaz əmlak qiymətləndirilərkən “daşınmaz əmlaka dair əlavələr” qiymətləndirmə zamanı nəzərə alınan yeganə xüsusiyyətdir ki, istisnasız olaraq bütün daşınmaz əmlaka bu xüsusiyyət tətbiq eilir və həmin əlavələr isə yekun kompensasiyanın tərkibində əksini tapır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, 3-cü şəxs Maliyyə Nazirliyi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında əlavə izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən məhkəmə sorğusu əsasına sözügedən ev üzrə göndərilən qiymətləndirmə hesabatından, qiymətləndirilmiş və kompensasiya ödənişi edilmiş 2ci və 3-cü mərtəbəyə tərtib edilmiş eskizdən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata iddiaçının evinin 3 mərtəbə olması qeyd olunsa da, qiymətləndirmə zamanı evin bütün sahəsinin hesablanmadığı məlum olur. Hesabata əlavə olunmuş çizgidən görünür ki, qiymətləndirmə yalnız 2-ci və 3-cü mərtəbələrin sahələri hesablanaraq aparılmışdır. Alqı-satqı həyata keçirilərkən 1-ci mərtəbənin qeydiyyat vəsiqəsinə istinad edildiyi halda şəxsə yalnız çizgidə 2-ci və 3-cü mərtəbələr üçün müəyyən olunmuş sahəyə müvafiq olaraq hesablanmış kompensasiya ödənilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus olan, həmçinin 64 saylı MKİS-nin arayışı ilə təsdiq edilən cavabından belə göründüyü kimi 1-ci mərtəbədə yerləşən 5 yaşayış otağı 124,6 kv.m təşkil etməklə onun mülkiyyətində və istifadəsində olmuşdur. İşin hallarında məlum olur ki, cavabdehin məhkəməyə təqdim etmiş olduğu sübutlar və hətta 64 saylı MKİS-nin arayışı ilə belə təsdiq edilir ki, iddiaçıya 1-ci mərtəbəyə dair kompensasiya hesablanmamış, alqı-satqı rəsmiləşdirilərkən 2-ci və 3-cü mərtəbəyə hesablanmaqla ödəniş hesablanmamış, lakin 1-ci mərtəbənin çıxarışı ilə alqı-satqı rəsmiləşdirilmişdir. Nəticə etibarı ilə iddiaçıya 1-ci mərtəbənin ödənişi bilərəkdən ödənilməmiş və onun mülkiyyət və istifadə hüquqları pozularaq ədalətli kompensasiya almaq hüquqlarından məhrum edilmişdir. İşin mahiyyəti alqı-satqını mübahisələndirmək deyil, işin halı ədalətli kompensasiya almaqdan ibarətdir. Göründüyü kimi iddiaçıya kompensasiya ödənilərkən mülkiyyətində və istifadəsində olan sahə üzrə tam sahələrə dair kompensasiya ödənilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir . Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Yasamal rayon Polis İdarəsi tərəfindən 18.04.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1951-ci il təvəllüdlüdür, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbayan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 08 noyabr 2002-ci il tarixli 653 nömrəli sərəncamına əsasən M.A.Əliyev küçəsi 34 saylı evion vətənaşı İddiaçı aid hissəsində 3 saylı mətbəxin 6,8 kv.m ölçüdə böyüdülməsi, E tikintisinin üstündə 13,6 kv.m və 19,5 kv.m yaşayış otaqları, 4,4 kv.m sanitar qovşağı tikilməsi faktı təsdiq edilmiş; M.A.Əliyev küçəsi 34 saylı evin texniki pasportuna müvafiq dəyişiklik edilməsi Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyə Hüquqlarının Qeydiyyatı idarəsindən xahiş edilmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 17 noyabr 2005-ci il tarixli 2-2250/2005 saylı qətnaməsinə əsasən ərizəçi İddiaçı ərizəsi təmin edilərək; Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 34 saylı fərdi yaşayış evinin üzərində olan 3-mərtəbədə inşa edilmiş 5 yaşayış otağından ibarət olan evin İddiaçı tərəfindən inşa edilməsi faktı təsdiq edilmiş və Bakı şəhəri Yasamal rayonu, M.A.Əliyev küçəsi 34 saylı fərdi yaşayış evinin üzərində olan 3mərtəbədə inşa edilmiş 5 yaşayış otağına dair rəsmiləşdirmənin aparılması Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 019140 nömrəli FM seriyalı qeydiyyat vəsiqəsindən görünür ki, paylı mülkiyyət üzrə 10/20 hissədən ibarət 5 otaq 06 mart 2001-ci il tarixində 30/1533 qeydəalınma nömrəsi ilə 191 nömrəli kitabın 9890-ci səhifəsində İddiaçı adına qeydiyyatına alınmışdır. İş materallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi,ev 34 ünvanında yerləşən xüsusi mülkiyyətin 10/20 hissədən-5 otaq İddiaçı mülkiyyətindədir. İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh arasında 16 avqust 2018-ci il tarixli AN-İ-0723526 nömrəli “Daşınmaz əmlakın” alqı-satqı müqaviləsi bağlanmışdır. -Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı-İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 528.35 kv.m, yaşayış sahəsi 374.2 kv.m, yardımçı sahəsi 143.35 kv.m olan 29 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 10/20 hissədən 5 otağı Bakı şəhəri Cavabdeh mülkiyyətinə vermişdir. -Həmin müqavilənin 4-cü bəndinə əsasən alıcı Bakı şəhəri Cavabdeh satıcı İddiaçı satdığı 10/20 hissədən 5 otağı ondan 235.838 manat qiymətinə almışdır. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev 34 ünvanında yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş 10 avqust 2018-ci il tarixli qiymtələndirmə hesabatından çıxarışan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarına əsasən Bakı şəhəri, Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınan, Yasamal rayonu, M.A.Əliyev 34 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azəraycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla əmlak 235.838 manat kimi qiymətləndirilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 3084/d nömrəli 27 sentyabr 2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli 29 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda “Sovestki” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin əkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 7 ünvanına yerləşən yaşayış sahəsinin alınması ilə bağlı X2 məxsus olan sahələrə görə müvafiq olaraq hesablanmış kompensasiya ödənilmişdir. Qiymətləndirmə zamanı M.A.Əliyev küçəsi, ev 34 ünvanında yerləşən yaşayış sahəsi sökülməmişdir. Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 10/20 hissəsi-5 otaq paylı mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olmuş və cavabdeh tərəfindən dövlət ehtiyacları ilə bağlı satın alınmışdır. İddiaçı iddia tələbində bəyan edərək bildirmişdir ki, mülkiyyətindəki olan əmlak 3 mərtəbədən ibarət olmuş, cavabdeh yalnız 1-ci mərtəbə üçün kompensasiya ödəmiş, 2-ci və 3-cü mərtəbələri alqı-satqı müqaviləsində nəzərdə tutmamışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Başçısının 12 sentyabr 2018-ci il tarixli 142 nömrəli əmrinə əsasən Azərbaycan Rspublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarı ilə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə Yasamal rayonunun müəyyən edilmiş ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsində yerləşən daşınmaz əmlakın paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus hissəsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 142 nömrəli 12 sentyabr 2018-ci il tarixli qərarının təsiri altına düşmüş və həmin əmlakın alqı-satqısına dair cavabdehlə iddiaçı arasında müqavilə imzalanmışdır. İşin faktiki hallarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev,34 ünvanda yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş Qiymətləndimə hesabatından çıxarış”da Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz məbləği, 2 aylıq kirayə haqqı və köçmək xərci hesablanmış və iddiaçıya cavabdeh tərəfindən ödənilmişdir, eyni zamanda kompensasiya məbləği hesablanarkən 123,21 kv metr əsas sahə, 32,93 kv metr köməkçi sahə, 1,57 kv metr taxta pilləkən də nəzərə alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət ehtiyacları üçün satınalmalar zamanı əmlak sahibərinə hər hansı başqa kompensasiya növlərinin ödənilməsi nəzərdə tutulmadığı üçün məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhər Yasamal rayonu İcra Hakimiyyətindən İddiaçı mülkiyyətində və istifadəsində olmuş Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı evin 1-ci mərtəbəsində yerləşən 124.6 kv.m sahəsi üzrə 186.900 manat; Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 84.380 manat; çətinliyə görə 42.190 manat; torpaq sahəsinə dair istifadə hüququ üzrə 1-ci mərtəbənin 124,6 kv.m olması nəzərə alaraq 186.900 manat, vəkil xərcinə görə ödənilmiş 210 manat vəsaitin cavabdeh Bakı şəhərə Yasamal rayonu İcra Hakimiyyətindən tutulması barədə iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2, 68-ci, 69-cu, 85-ci maddəsinə əsasən, Məhkəmə, QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Bakı şəhəri Cavabdehnə qarşı “Kompensasiyanın ödənilməmiş hissəsinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-71/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-71/2020
13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver