Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-710/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mərhum atasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən arayış verilməsi” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 800 kv. metrdən ibarət “574” b saylı bağ sahəsi üzərində mərhum atası X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın (arayış) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 və İstismarı Birliyi ilə baglanmış 32980 saylı 09 iyul 2004-cü il tarixli müqaviləyə əsasən iddiaçının mərhum atası X4 istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən sahəsi 800 kv.m olan 574b saylı bağ sahəsi üzərində mərhum atasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 və İstismarı Birliyi ilə iddiaçının atası X9 arasında 09 iyul 2007-ci il tarixdə 574b saylı bağ sahəsinə dair 32980 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ona 800 kv.metrdən ibarət bağ sahəsi verilmişdir. Bağ sahəsi atasının istifadəsinə verildikdən sonra təyinatına uyğun olaraq istifadə etmişdir. Atası xx.xx.2017-ci ildə vəfat etmiş və atasının vəfatından sonra bağ sahəsi iddiaçının istifadəsində qalmışdır. Həmin vaxtdan bağ sahəsindən istifadə edir və ona sahiblik edir. İddiaçı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün tələb olunan sənədlərlə birlikdə xx.xx.2020-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh onun bu müraciətinin icrasından imtina etmişdir. İmtinaya səbəb kimi isə beş bağ sahəsinin bir hasar daxilində olması, ara sərhədlərin şərti olması, bağ sahələri arasında keçid yolu nəzərə alınmaqla bölgü sxeminin təqdim olunmaması və ümumi ərazinin bir hissəsinin 6.0 kv-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi göstərilmişdir. Lakin hesab edir ki, cavabdeh orqanın imtina məktubunda göstərilənlər qeyd olunan bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə əsas deyildir. Əksinə, təqdim olunmuş sənədlər və bağ sahəsinin mövcud vəziyyəti hüquqların dövlət qeydiyyatına alınmasına tam əsas yaratmışdır. Belə ki, tərəfindən cavabdeh orqana bağ sahəsi üzrə hüquqların dövlət qeydiyyatına alınmasına əsas olan icarə müqaviləsi, vərəsə dairəsinin müəyyən edilməsi barədə məktub və digər zəruri sənədlər təqdim edilmişdir. Bağ sahəsi faktiki olaraq sahibliyində və istifadəsindədir. Bağ sahələrinin sərhədi müəyyəndir və hər hansı bir mübahisə mövcud deyildir. Bağ sahəsi elektrik verilişi xəttinin mühafizə zonasında yerləşmir və bağ sahəsindən hər hansı bir yüksək gərginlik xətti keçmir. İmtina məktubundan göründüyü kimi istifadəsində olan 574b saylı bağ sahəsindən deyil, ümumi, yəni beş bağın ərazisinin bir hissəsindən gərginlik xəttinin keçdiyi qeyd olunmuşdur. Bu da onu deməyə əsas verir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş **********34 nömrəli, xx.xx.2021-ci il tarixli yazılı etirazda bildirilmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı, İddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, beş bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir və bununla bağlı bağ sahələri arasında keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunmamışdır. Həmçinin, ümumi ərazinin bir hissəsi 6.0 kv-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2020-ci il tarixli, **********36 saylı cavab məktubu ünvanlanmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********36 nömrəli xx.xx.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində göstərilmişdir ki, beş bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir və bununla bağlı bağ sahələri arasında keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Həmçinin, ümumi ərazinin bir hissəsi 6.0 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Bakı şəhəri 16 Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 1233 nömrəli, 27 noyabr 2018-ci il tarixli məktubunda bildirilmişdir ki, X4 xx.xx.2017-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 0.08 ha torpaq sahəsi olan 574b nömrəli bağa dair çıxarışın verilməsi xahiş olunmuşdur. Tələb edilmiş materiallardan görünür ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********71 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd edilən bağ sahəsi sxematik xəritəyə əsasən Nardaran bağ massivində yerləşən, 574, 574a, 574b, 573 və 608 saylı bağ sahələri ilə bir hasar daxilində yerləşir. Sorğu ilə əlaqədar olaraq bildirilmişdir ki, 608 saylı bağ sahəsinə dair mövcud bazaya əsasən İdarənin arxivində sənəd aşkar edilməmişdir. Yerdə qalan digər bağ sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktubuna qoşma olaraq əlavə edilmiş sənədlərdən görünür ki, əvvələr Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 və X2 ərazisindəki 574 nömrəli bağın istifadəyə verilməsi haqqında 3195 saylı, 20 avqust 1996-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 0.25 hektar olmuş iddiaçının nənəsi X5 istifadəsinə verilmiş 574 nömrəli bağ sahəsi sonradan hər biri 800 kv.metr olmaqla ogullarının razılıq ərizələrinə əsasən 3 hissəyə bölünməklə 574 saylı bağ sahəsinə dair 3195 saylı, 09 iyul 2004-cü il tarixli müqaviləyə əsasən oglu X8, 574a saylı bağ sahəsinə dair 32979 saylı, 09 iyul 2004-cü il tarixli müqaviləyə əsasən X6, 32980 saylı, 09 iyul 2004-cü il tarixli müqaviləyə əsasən iddiaçının atası X4 istifadəsinə verilmişdir. “X10 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 106 nömrəli, 30 dekabr 2021-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 800 kv.metrdən ibarət 574b saylı bağ sahəsi yaşayış məntəqəsinin torpaqlarına aiddir, konfiqurasiyası naturaya uyğundur, koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-710/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasl Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 aprel 2022-ci il tarixli, 10/1057 nömrəli ekspert rəyinə əsasən “X10 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyində qeyd olunur ki, mütəxəssis qarşısında qoyulmuş sual iddiaçının iştirakı ilə yerində məktuba əlavə edilmiş sənədlərə əsasən araşdırıldı. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və ərazinin bağ sahələrinin sxeminə əsasən dəqiqləşdirildi. Dəqiqləşmə zaman məlum oldu ki, sahəsi 800 kv.metr olan 574 b saylı bağ sahəsi əvvələr ümumi sahəsi 0.25 hektar olmuş 574 nömrəli bağ sahəsi sonradan hər biri 800 kv.metr olmaqla 3 hissəyə 574, 574a və 574b saylı bağlara bölünmüşdür. 574 b saylı bağın konfiqurasiyası və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək üçün ilkin olaraq sahəsi 0.25 ha olan 547 saylı bağ sahəsinin ilkin sxemi tərtib olunmuş hissədə, yaxınlıqdan keçən elektrik xəttinin 10 metrlik mühafizə zolağı da nəzərə alınmaqla 800 kv.metr 574 b saylı bağın yerləşmə sxemi hazırlanmaqla döngə nöqtələrinin koordinatları müəyyən edildi. Qeyd olunan bağ sahələrinin yerləşdiyi massiv yaşayış məntəqəsinin torpaqlarına aiddir. Qərardadla qoyulmuş ikinci sualda elektrik xəttinin gərginlik göstəricisinin 6 kv olduğu, mütəxəssis rəyində isə elektrik xətti ilə bağ sahəsi arasındakı məsafənin 10 metr olduğu qeyd edilmişdir. Belə olan halda “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda olan cədvələ əsasən mübahisəli bağ sahəsinin 6.0. kv-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilir. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən “X10 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarının müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İddiaçının tələbi bağ sahəsi üzərində mərhum atasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən arayış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. İddia tələbinin hüquqi əsaslarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələri təşkil edir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda isə bildirilmişdir ki, beş bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir və bununla bağlı bağ sahələri arasında keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Həmçinin, ümumi ərazinin bir hissəsi 6.0 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Bu əsaslara görə ərizənin icrası mümkün olmamışdır. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən məlum olur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 və X2 ərazisindəki 574 nömrəli bağın istifadəyə verilməsi haqqında 3195 saylı, 20 avqust 1996-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 0.25 hektar olmuş iddiaçının nənəsi X5 istifadəsinə verilmiş 574 nömrəli bağ sahəsi sonradan hər biri 800 kv.metr olmaqla ogullarının razılıq ərizələrinə əsasən 3 hissəyə bölünməklə 574 saylı bağ sahəsinə dair 3195 saylı, 09 iyul 2004-cü il tarixli müqaviləyə əsasən oglu X8, 574a saylı bağ sahəsinə dair 32979 saylı, 09 iyul 2004-cü il tarixli müqaviləyə əsasən X6, 32980 saylı, 09 iyul 2004-cü il tarixli müqaviləyə əsasən iddiaçının atası X4 istifadəsinə verilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçının atasına ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən order) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, məhkəmə tərəfindən cavabdehə müraciət olunaraq bağ sahələrinin arxiv sənədlərinin məhkəmə təqdim edilməsi tələb olunmuş, iş üzrə müvafiq mütəxəssis və ekspert rəyləri alınmışdır. Cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Belə ki, cavabdehin dəlilləri məhkəmənin aldığı ekspert rəyi ilə təkzib edilmişdir. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə sahəsi 800 kv.metr olan 574 b saylı bağ sahəsinin əvvələr ümumi sahəsi 0.25 hektar olmuş 574 nömrəli bağ sahəsinin sonradan hər biri 800 kv.metr olmaqla 3 hissəyə 574, 574a və 574b saylı bağlara bölündüyü, 574 b saylı bağın konfiqurasiyasının və döngə nöqtələrinin koordinatlarının müəyyən etmək üçün ilkin olaraq sahəsi 0.25 ha olan 547 saylı bağ sahəsinin ilkin sxemi tərtib olunmuş hissədə, yaxınlıqdan keçən elektrik xəttinin 10 metrlik mühafizə zolağı da nəzərə alınmaqla 800 kv.metr 574 b saylı bağın yerləşmə sxemi hazırlanmaqla döngə nöqtələrinin koordinatları, bağ sahələrinin yerləşdiyi massivin yaşayış məntəqəsinin torpaqlarına aid oldugu, elektrik xəttinin gərginlik göstəricisinin 6 kv olduğu, mütəxəssis rəyində isə elektrik xətti ilə bağ sahəsi arasındakı məsafənin 10 metr olduğu qeyd edildiyi halda “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda olan cədvələ əsasən mübahisəli bağ sahəsinin 6.0. kv-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir . Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Beləliklə də məhkəmə cavabdehin “bağ sahələri arasında keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunmaması” ilə bağlı dəlilini əsassız hesab edir. Çünki cavabdehin bu dəlili ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, müvafiq bölgü sxeminin təqdim olunmaması halı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir. Həmçinin, məhkəmə cavabdehin “bağ sahəsinin ümumi ərazinin bir hissəsinin 6.0 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi” ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda olan cədvələ əsasən ekspertin də qeyd etdiyi kimi elektrik xəttinin gərginlik göstəricisinin 6 kv olduğundan, mütəxəssis rəyində isə elektrik xətti ilə bağ sahəsi arasındakı məsafə 10 metr olduğundan (20 kV-a qədər mühafizə zolagı üçün 10 metr məsafə nəzərdə tutulmuşdur) mübahisəli bağ sahəsinin 6.0. kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir . Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi torpaq sahəsinin mərhum atasının istifadəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 və İstismarı Birliyi ilə baglanmış 32980 saylı, 09 iyul 2004-cü il tarixli müqaviləni cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs DƏDRX-in ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən sözügedən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə DƏDRX-in ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bu barədə müvafiq arayış verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hazırkı iddiaçının mərhum atasının vərəsəsi olması müvafiq vərəsəlik işi açmış notarius tərəfindən müəyyən edildiyindən, həmin torpaq sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan vəfat etdiyindən və sonuncu müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi vaxtilə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin imtinası qanuna zidd və vərəsə qismində iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 və İstismarı Birliyi ilə baglanmış 32980 saylı 09 iyul 2004-cü il tarixli müqaviləyə əsasən iddiaçının mərhum atası X4 istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən sahəsi 800 kv.m olan 574b saylı bağ sahəsi üzərində mərhum atasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1057 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 və İstismarı Birliyi ilə baglanmış 32980 saylı 09 iyul 2004-cü il tarixli müqaviləyə əsasən iddiaçının mərhum atası X4 istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən sahəsi 800 kv.m olan 574b saylı bağ sahəsi üzərində mərhum atasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-710/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-710/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver