Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7103/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə qarşı “qərarların ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum oğlu X7 barəsində əsassız qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli, EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı qərarların ləğv edilməsi və OKA minik markalı ** CX *** dövlət nömrə nişanlı avtomaşının birinci növbə vərəsə kimi ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, oğlu X7 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almış, aldığı xəsarətlərdən əmək qabiliyyətini itirmiş, xx.xx.2019-cu il tarixdə isə vəfat etmişdir. OKA minik markalı 90CX282 dövlət nömrə nişanlı avtomaşın mərhumun oğlunun adına olmuş, lakin başqa şəxslər tərəfindən idarə edilmişdir. İddiaçının oğlunun 2019-cu il tarixdə vəfat etməsinə baxmayaraq cavabdeh tərəfindən onun barəsində 2021-ci il tarixdə inzibati xətanın törədilməsinə görə çoxsaylı inzibati qərarlar qəbul edilmişdir. Halbuki vəfat etmiş oğlu barəsində inzibati qərarlar qəbul edilməsi tamamilə əsassız və qanunsuzdur. Cavabdeh tərəfindən iddiaçıya göndərilən cavab məktublarında etibarnamənin müddətinin bitməsi ilə bağlı məlumatın olduğu göstərilir. Halbuki etibarnamənin müddətinin bitməsi iddiaçının mərhum oğlu barəsində inzibati qərar tərtib edilməsinə əsas vermir. Hazırda iddiaçının oğluna məxsus OKA minik markalı ** CX *** dövlət nömrə nişanlı avtomaşına vərəsəlik şəhadətnaməsini almaq üçün onun adına əsassız yazılmış inzibati qərarlar üzrə cərimələrin silinməsi və avtomaşının ona təhvil verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilir ki, inzibati tənbeh vermə haqqında elektron qərarlar oğlunun vəfat etdiyi xx.xx.2019-cu il tarixdən sonrakı dövrlərə təsadüf etdiyindən həmin işlər üzrə icraata xitam verilməsi qanunaziddir. Lakin cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki: - xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat; -xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli, EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hər bir qərar üzrə 10 manat; - xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat; - xx.xx.2021-ci il tarixli EQ ******* saylı və xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hər bir qərar üzrə 40 manat; - xx.xx.2021-ci il tarixli, EQ ******* saylı, xx.xx.2021-ci il tarixli, EQ ******* saylı, xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hər bir qərar üzrə 50 manat; - xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibai xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə edilmişdir. İşdən görünür ki, X2 "Oka" markalı Az **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə verilmiş etibarnamə ləğv edildiyindən nəqliyyat vasitəsinin saxlanılmasına köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinin "102" Xidməti-zəng mərkəzi sisteminə məlumat vermiş, Binəqədi rayon Polis İdarəsi 059-31702-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, DİN Baş DYP İdarəsinin Mərkəzi İnformasiya Sisteminə baxış zamanı müəyyən edilmişdir ki, “Oka" markalı Az **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2008-ci il tarixdə DİN BDYPİ-nin imtahan Qeydiyyat İdarəsində vətəndaş X4 adına qeydiyyata alınmış və idarə olunması üçün xx.xx.2009-cu il tarixdə vətəndaş X5 etibar edilmiş, qeyd olunan etibarnamənin müddəti xx.xx.2010-cu il tarixdə bitmişdir. Bununla yanaşı, həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə DİN BDYPİ-nin X1 məlumatlar mövcuddur. "Oka" markalı Az **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncu etibarnamə ilə istifadə edən X3 yaşadığı ünvan 1 ünvanına baxış zamanı qeyd olunan avtomobil həmin ünvanda aşkar edilməmişdir. Binəqədi RPİ DYPŞ-nin YPX əməkdaşları "Oka" markalı Az **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandırılması barədə müvafiq qaydada təlimatlandırılmışdır. Axtarış tədbirlərinin davam etdirildiyi, müsbət nəticə əldə olunduğu halda iddiaçıya əlavə məlumat veriləcəyi bildirilmişdir. X2 cavabdehə ərizə ilə müraciət edərək X4 vəfat etməsi səbəbindən əvvəllər yol hərəkəti qayda pozuntularına yol verdiyinə görə barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsini xahiş etmiş, cavabdeh 016-75227i-3221 saylı, xx.xx.2021-ci il tarixli məktubla ölüm şəhadətnaməsinin notariat kontorunda təsdiq edilmiş surətinin təqdim edilməsini bildirmişdir. X2 cavabdehə ərizə ilə müraciət edərək “OKA” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qayda pozuntularına yol verilməsinə görə foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin məlumatları əsasında oğlu Zaur İbrahimov barəsində çıxarılmış elektron qərarların onun vəfat etməsi səbəbindən ləğv edilməsini xahiş etmiş, cavabdeh 016-74471/2İ-3221 saylı, xx.xx.2021-ci il tarixli məktubla araşdırma prosesində iddiaçının qəbul olunaraq dinlənildiyini, ona qanunvericiliyin, eləcə də X10 fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinin izah edildiyini bildirmişdir. Həmçinin, cavabdeh 016-74471/2İ-3221 saylı, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli, 016-3051i-3222 nömrəli məktublarla iddiaçının oğlu barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar onun vəfat etdiyi xx.xx.2019-cu il tarixdən sonrakı dövrlərə təsadüf etdiyindən həmin işlər üzrə icraata xitam verilməsinin qanunazidd olduğunu bildirmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda onun oğlu olan X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və nəqliyyat vasitəsinin ona təhvil verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). Qanunun normasına əsasən inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2.2-ci maddəsinə əsasən həmin Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə qeyd edir ki, əməl o zaman inzibati xəta sayılır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra –İXM) Xüsusi hissəsində inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə məsuliyyət nəzərdə tutulsun. İnzibati tənbeh, bir qayda olaraq, inzibati xəta törədən şəxsə qarşı tətbiq edilir, bu da inzibati xəta törədən şəxsin maddi və mənəvi təsirə məruz qalması ilə ifadə olunur. Bəzi inzibati tənbehlər özündə eyni zamanda həm mənəvi, həm də maddi təsirləri birləşdirir və yaxud onun tətbiqi inzibati xəta törədən şəxsin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılması ilə nəticələnir. Bu tənbehlər səlahiyyətli dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən tətbiq olunur. İnzibati mübahisələr isə digər hüquqi təbiətə malikdirlər. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlı olur. İşin yuxarıda sadalanan hallarından aydın olur ki, iddiaçının ləğv olunmasını xahiş etdiyi qərarlar cavabdehin inzibati xəta üzrə fəaliyyətinin birbaşa nəticəsi olmaqla inzibati xəta haqqında iş üzrə icraat zamanı qəbul olunmuşdur. Buna görə də yuxarıda istinad olunan normaların tələblərinə əsasən həmin qərarların ləğvindən ibarət hazırkı tələbə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. İddiaçının nəqliyyat vasitəsinin təhvil verilməsi barədə tələbi isə ilkin tələbin müsbət həllindən asılıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-in 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Məhkəmə iddiaçıya izah edir ki, hazırkı iş üzrə ləğv edilməsi barədə iddia qaldırılan inzibati təhbeh vermə haqqında qərarlar qeyd edilən qaydada yuxarı səlahiyyətli orqana və ya yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməklə mübahisələndirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7103/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7103/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver