Məhkəmə qərarları › İş №2-1(112)-7104/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7104/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7104/2020 25.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, tərəflərin iştirakı olmadan iddiaçı Ələkbərov Ceyhun Sərdar oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iddiaçının Ukrayna Respublikasının Ukrayna Gömrük işi və Maliyyə Universitetinin “Mühasibat və uçot” ixtisası üzrə qiyabı şöbəsini bitirməyinə dair xx xxxx 2016-cı il tarixdə verilmiş “B16” seriyalı 213952 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ələkbərov Ceyhun Sərdar oğlu cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iddiaçının Ukrayna Respublikasının Ukrayna Gömrük işi və Maliyyə Universitetinin “Mühasibat və uçot” ixtisası üzrə qiyabı şöbəsini bitirməyinə dair xx xxxx 2016-cı il tarixdə verilmiş “B16” seriyalı 213952 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə inzibati-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçıya məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehin dəqiqləşdirilməsi (AR Təhsil Nazirliyinin Təhsildə X1 ilə əvəz edilməsi) zərurəti barədə xx xxxxxxx 2020-ci il tarixli məktubla bildirmiş, iddianın dəqiqləşdirilməsi üçün müddət təyin etmiş, məsələ ilə əlaqədar yazılı izahatların təqdim edilməsini təklif etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Lakin iddiaçı ərizəsini dəyişdirməmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, hal-hazırda iddia ərizəsinin geri götürülməsi qərarına gəldiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmış hesab eidlməsini xahiş edir. xx xxxxxx 2020-ci il tarixdə isə iddiaçı eynu məzmunlu iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi AR Təhsil Nazirliyinə qarşı olmaqla, iddiaçının Ukrayna Respublikasının Ukrayna Gömrük işi və Maliyyə Universitetinin “Mühasibat və uçot” ixtisası üzrə qiyabı şöbəsini bitirməyinə dair xx xxxx 2016-cı il tarixdə verilmiş “B16” seriyalı 213952 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbindən ibarətdir. İddiaçı Ələkbərov Ceyhun Sərdar oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Təhsil nazirliyinə müraciət edərək xx xxxx 2016 –ci il tarixdə “Bİ6” seriyalı 213952 qeydiyyat nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi xx xxxxxx 2017-ci il tarixli 547/ANİ saylı məktubu ilə xahişini təmin etməyərək bildirmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsi qənaətbəxş olmadığı müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı Ələkbərov Ceyhun Sərdar oğlunun iddia ərizəsindən göründüyü kimi iddianın predmeti iddiaçıya məxsus diplomunun Azərbaycan Respublikasında tanınması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbindən ibarətdir Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33-cü maddəsində göstərilmişdir :”33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir.33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır". Həmin Məcəllənin 38.2. –cü maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsindən aydın olur ki, iddiaçı cavabdehin xx.xx.2017-cu il tarixli məktubunu aldıqdan sonra arzuladığı aktın qəbul edilməsindən ona imtina edilməsi barədə məlumatlı idi.Lakin iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci ildə, daha sonra xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı Ələkbərov Ceyhun Sərdar oğlu tərəfindən iddia ərizəsində göstərilmiş iddia (məcburetmə haqqında iddia) üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmışdır. Beləliklə, iddiaçı Ələkbərov Ceyhun Sərdar oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iddiaçının Ukrayna Respublikasının Ukrayna Gömrük işi və Maliyyə Universitetinin “Mühasibat və uçot” ixtisası üzrə qiyabı şöbəsini bitirməyinə dair xx xxxx 2016-cı il tarixdə verilmiş “B16” seriyalı 213952 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ələkbərov Ceyhun Sərdar oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iddiaçının Ukrayna Respublikasının Ukrayna Gömrük işi və Maliyyə Universitetinin “Mühasibat və uçot” ixtisası üzrə qiyabı şöbəsini bitirməyinə dair xx xxxx 2016-cı il tarixdə verilmiş “B16” seriyalı 213952 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar