Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7104/2024 07.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı6, İddiaçı2, İddiaçı10, İddiaçı11, İddiaçı14, İddiaçı13 və İddiaçı12 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı6, İddiaçı8, İddiaçı2, İddiaçı3, İddiaçı10, İddiaçı11, İddiaçı14, İddiaçı13 və İddiaçı12 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı qarşı qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı6, İddiaçı8, İddiaçı2, İddiaçı3, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı14, İddiaçı13 və İddiaçı12 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 və onun ailə üzvləri – arvadı İddiaçı3, qızı X1, eləcə də İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı7, İddiaçı6, İddiaçı8, İddiaçı14, İddiaçı13 və bacısı İddiaçı12 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 a ünvanındakı yataqxanaya pasport qeydiyyatına alınmalarının cavabdehin üzərinə qoyulması; İddiaçı9 ailə üzvləri – arvadı İddiaçı10 və oğlu İddiaçı11 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 a ünvanındakı yataqxanaya pasport qeydiyyatına alınmalarının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, hər biri gözdən əlil vətəndaşlar olmaqla Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvləridirlər. Rəhbərliyin icazəsi ilə hər biri və qeyd edilən iki nəfər öz ailə üzvləri ilə birlikdə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 a ünvanlı yataqxanada məskunlaşmışlar. Bəziləri işlə təmin edilmiş və uzun zamandır ki, Bakı şəhərində işləyirlər. Vaxtaşırı bəzilərinin iş yerindən aidiyyəti üzrə yaşayış yeri haqqında sənəd tələb edildiyi zaman əziyyət çəkirlər. Bu səbbədən uzun illərdir ki, Bakı şəhərində yaşadığını və sözügedən yataqxanada məskunlaşdığını nəzərə alaraq aidiyyəti üzrə pasport qeydiyyatına alınmaqları üçün pasport qeydiyyatı və miqrasiya idarəsinin Nərimanov rayon şöbəsinə müraciət etmişlər. Lakin Baş İdarəyə müraciət edilməsi tövsiyə olunduğuna görə toplu halda Baş İdarəyə müraciət etmişlər. Dəfələrlə sözügedən yataqxanaya pasport qeydiyyatına düşmək barədə aidiyyəti üzrə yataqxana sahibi - AzGƏC-in rəhbərliyinin icazə məktubunun olduğunu bildirsələr də, cavabdeh tərəfindən son olaraq xx.xx.2024-cü il tarixli 18/2-K-3411 saylı məktubla rədd cavabı verilərək yaşayış sahəsi verən şəxsin icazə (ərizəsi) olmadığından sözügedən ünvana pasport qeydiyyatına alınmaqlarının Azərbaycan Respublikasının qanunvericiliyi ilə mümkün olmadığı bildirilmişdir. Sözügedən ünvanda yaşadıqları və uzun illərdir ki, aidiyyəti orqanlara yaşayış yeri üzrə sənədlərin, məhz bu ünvanda yaşadıqlarına dair ərizələrin yataqxana rəhbərliyi tərəfindən təqdim edildiyi, eləcə də AzGƏC-in icazəsi olduğu dəfələrlə cavabdehə yazılı (rəsmi) və şifahi qaydada bildirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi iddiaçıların ərizəsi əsasında əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı9 ərizəsinə əsasən onun iş üzrə iddiaçı qismində iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası Korlar Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət Heyətinin 08 saylı xx.xx.1997-ci il tarixli qərarına əsasən ünvan 2 ünvanda yerləşən binanın birinci mərtəbəsi yataqxana kimi istifadə olunmaq üçün 2 saylı TİM-nin balansına verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 1143 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Nərimanov rayonu F.Xoyski küçəsi 123 №-li binanın birinci qeyri-yaşayış mərtəbəsində “Bakışəhərtikintimexanikləşdirmə” trestinin idarə aparatının yerləşdiyi sahə (403,7 kv.m) yataqxana kimi istifadə olunmaq üçün əvəzsiz olaraq Azərbaycan Respublikası Korlar Cəmiyyətinin balansına verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış 18/2-K-3411 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində nəzərdə tutulan sənədlərdən biri - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında həyata keçirildiyindən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədi təqdim edə bilmədiyinə görə faktiki yaşadığı yataqxanaya qeydiyyata alınmaqları mümkün olmamışdır. Qeyd olunan yataqxanadakı yaşayış sahəsinin sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına və ya sözügedən ünvana qeydiyyata alınma tələbi ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq inzibati qaydada məhkəməyə müraciət etmək məqsədəmüvafiqdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13-5/2-249/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 a ünvanlı yataqxana sahəsi Birliyin balansında olan 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1143 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Korlar Cəmiyyətinin balansına verilmişdir. 20 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 20/239 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən həqiqətən X4 küçəsində yerləşən 123 №-li evin 1-ci qeyri-yaşayış mərtəbəsi Bakı Şəhər İcra Hakimiyyətinin 1143 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Korlar Cəmiyyətinin balansına verilmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən təqdim edilmiş 02/012 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 a ünvanlı yataqxana Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsusdur və aşağıda adları sadalanan gözdən əlil vətəndaşlar və onların adları sadalanan ailə üzvləri burada məskunlaşmışlar:
1. İddiaçı4
2. İddiaçı5
3. İddiaçı1
4. İddiaçı7
5. İddiaçı6
6. İddiaçı8
7. İddiaçı2
8. İddiaçı3,
9. X1
10. İddiaçı10,
11. İddiaçı11
12. İddiaçı14
13. İddiaçı13
14. İddiaçı12 AzGƏC-in rəhbərliyi yuxarıda adları sadalanan şəxslərin Cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123a ünvanlı yataqxanasına pasport qeydiyyatına alınmalarına etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı6, İddiaçı2, İddiaçı10, İddiaçı11, İddiaçı14, İddiaçı13 və İddiaçı12 iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əalvə olaraq bildirmişlər ki, hazırda Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 a ünvanındakı yataqxanada məskunlaşmışlar və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər iddiaçılar İddiaçı8 və İddiaçı3, və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Birgə iddiaçılar tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Nərimanov RPİ-nə müvafiq tələblə müraciət edilmiş, 35 gündən artıq müddət keçməsinə baxmayaraq cavabdeh qurum hərəkətsizlik göstərmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının qeydiyyata alınmağı istədiyi Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 a ünvanındakı yataqxana Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin balansındadır. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı6, İddiaçı8, İddiaçı2, İddiaçı3, X1, İddiaçı10, İddiaçı11, İddiaçı14, İddiaçı13 və İddiaçı12 Bakı şəhəri, Nərimanov rayonu, X4 123a ünvanında yerləşən yataqxanaya yaşayış yeri üzrə qeydiyyata alınmasına razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçının uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir. Qeyd edilən yanaşma X3 məhkəməsinin təcrübəsinə də əsaslanır. X3 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X3 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı6, İddiaçı8, İddiaçı2, İddiaçı3, X1, İddiaçı10, İddiaçı11, İddiaçı14, İddiaçı13 və İddiaçı12 Bakı şəhəri, Nərimanov rayonu, X4 123a ünvanında yerləşən yataqxanaya yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova