Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7105/2021 09.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X5, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" firması) «qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi»nə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X8 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd bildirilir ki, ünvan 1 ünvanında yerləşən 6.044.3 kv.m torpaq sahəsi "xxxx" firması tərəfindən özəlləşdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 102 saylı 18 mart 2010-cu il tarixli sərəncamına əsasən ünvan 1də yerləşən, ümumi ərazisi 8.047.7 kv.m olan torpaq sahəsində ofis binasının tikintisinin layihələndirilməsinə "xxxx" firmasına icazə verilmişdir. Sərəncama əsasən 10/31 nömrəli 2010-cu il tarixli “ayrıc aktı” verilmişdir. Eyni zamanda, ayrılmış torpaq sahəsində bütün texniki şərtlərla bağlı müvafiq orqanlardan razılaşdırılmış rəylər alınmışdır. Bundan sonra sözügedən sahədə “biznes, ofis binası və ticarət mərkəzi” kompleksinin tikintisinə başlanılmışdır. Həmin qeyriyaşayış sahəsi layihələndirilərək, müvafis sənədlər Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmiş və təsdiq edilmişdir. Yuxarıda qeyd edilən bütün sənədləri toplayıb “biznes, ofis binası və ticarət mərkəzi” kompleksinin sənədləşdirilməsi üçün inzibati orqan olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin həmin İdarə 23 aprel 2021-ci il tarixli imtina məktubunda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini, qeyri-yaşayış binasına texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığını səbəb gətirərək reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya-hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 12.1, 15.1-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6, 24-cü maddələrinə, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 7, 75, 101-ci maddələrinə, İPM-in 2.2.3, 8.1.1, 33.1, 39, 73.1-ci maddələrinə əsaslanaraq, ünvan 1də yerləşən “biznes, ofis binası və ticarət mərkəzi” kompleksinin layihəyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq İddiaçı adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdatəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında (9 iyul 2021-ci il tarixli məktubunda) aşağıdakılar bildirilir: - X4 iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qaldırılan məsələ ilə bağlı 19 aprel 2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəıyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyri-yaşayış binasına texniki baxış keçirmək və inventarizasiya işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 23 aprel 2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 7, 8-ci maddələrinə, «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.24-cü bəndinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə "xxxx" firması inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X9 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, bildirdi ki, torpaq sahəsi ilə bərabər onun üzərindəki tikililər də hazırkı iddiaçıya verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqlədi və imtinanın əsaslı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 yazılı ərizə təqdim edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən və reyestrdən çıxarışa əsasən mülkiyyətdə olan 0,80477 ha torpaq sahəsi notarial qaydada təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması barədə” müqaviləyə əsasən X6 bağışlanmışdır. Torpağın bağışlanması ilə bərabər üzərindəki tikili də ona keçmişdir. Qeyd olunanlara əsasən həmin ünvanda yerləşən “biznes, ofis binası və ticarət mərkəzi” kompleksinin X4 adına dövlət reyestrində qeydə alınmaqla onun adına reyestdən çıxarışın verilməsinə etiraz edilmir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 7 may 2007-ci il tarixdə qeydiyyat nömrəsi 000277 olmaqla verilmiş müvafiq şəhadətnamənin surətindən görünür ki, "xxxx" firması ünvan 2 ünvanında yerləşən 1.627,1 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. İş materiallarında olan AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 14 iyun 2007-ci il tarixdə qeydiyyat nömrəsi 000483 olmaqla verilmiş “Özəlləşdirilmiş müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə”nin surətindən görünür ki, "xxxx" firması ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 1.744,9 kv.m olan torpaq sahəsini qanunvericilikdə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli 24 oktyabr 2007-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 21a nömrəli 91,73 kv.m ümumi, 73,68 kv.m əsas, 18,05 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 1025 nömrəli vərəqində qeydiyyat alınmışdır. İş materiallarında olan AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 20 iyun 2008-ci il tarixdə qeydiyyat nömrəsi 003642 olmaqla verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə”nin surətindən görünür ki, "xxxx" firması ünvan 2 ünvanında yerləşən 1.085,4 kv.m qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarında olan AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 12 avqust 2008-ci il tarixdə qeydiyyat nömrəsi 001464 olmaqla verilmiş “Özəlləşdirilmiş müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə”nin surətindən görünür ki, "xxxx" firması ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 134,5 kv.m olan torpaq sahəsini qanunvericilikdə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli 18 dekabr 2008-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 284,3 kv.m ümumi, 89,0 kv.m əsas, 195,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 4502 nömrəli vərəqində qeydiyyat alınmışdır. İş materiallarından görünür ki, "xxxx" firmasının Bakı ŞİH-ə ünvanlanmış 318 saylı 3 aprel 2009-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - "xxxx" firması Xətai rayonu, Y.Səfərov küçəsi, 21 ünvanında yerləşən özəl ərazidə ofis binasının tikintisini planlaşdırır. Təqdim olunmuş eskiz layihəsinin razılaşdırılmasına baxılması Bakı ŞİH-dən xahiş olunur (qoşma: eskiz layihə). İş materiallarından görünür ki, Bakı şəhəri Xətai RİH-in Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış YT-25 saylı 15 aprel 2009-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Baş İdarənin 18/03-8/911 saylı 13 aprel 2009-c il tarixli məktubuna Xətai RİH-də baxılmışdır. Məktubda "xxxx" firmasının müraciətinə əsasən Y.Səfərəliyev küçəsi, 21 ünvanında, 1159 saylı məhəllədəki özəl sahədə ofis binasının tikintisi ilə bağlı rəy bildirilməsi xahiş olunur. Xətai RİH Bakı şəhərinin Baş planına uyğun olaraq qeyd olunan ünvanda hər hansı digər tikinti işlərinin aparılması nəzərdə tutulmayıbsa, məsələnin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyəti daxilində həll edilməsinə etiraz etmir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ŞİH-ə ünvanlanmış 07/1259 nömrəli 24 fevral 2010-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - "xxxx" firması Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək, ünvan 5 ünvanlarında yerləşən ərazidəki mövcud torpaq sahəsinin özəlləşdirilməsinin vəziyyəti və həmin ərazidə gələcəkdə tikilməsi nəzərdə tutulan obyektlərin eskiz layihələrinə Bakı ŞİHdə baxılmasına münasibət bildirilməsi barədə ŞİH-ə məlumat verilməsini xahiş etmişdir. ünvan 5 ünvanlarında yerləşən ümumi ərazisi 8.047,7 kv.m olan torpaq sahəsinin 2.003,4 kv.m hissəsi "xxxx" firması tərəfindən özəlləşdirilmiş, qalan 6.044,3 kv.m torpaq sahəsinin də özəlləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görülür. Komitə "xxxx" firması tərəfindən həmin ərazidə gələcəkdə tikilməsi nəzərdə tutulan obyektlərin eskiz layihələrinə mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada Bakı ŞİH-də baxılmasına etiraz etmir. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 18 mart 2010-cu il tarixli 102 nömrəli sərəncamı ilə aşağıdakılar qərara alınmışdır: - Xətai RİH-in 15 aprel 2009-cu il tarixli, YT-25 saylı razılıq məktubunu, "xxxx" firmasının 3 aprel 2009-cu il tarixli 318 saylı və Əmlak Məsələləri Dövlət Komitəsinin 24 fevral 2010-cu 07/1259 saylı müraciətlərini nəzərə alaraq, Xətai rayonu, Y.Səfərov küçəsi, 1159 saylı məhəllədə yerləşən, ümumi ərazisi 8.047,7 kv.m olan torpaq sahəsində ofis binasının tikintisinin layihələndirilməsinə həmin firmaya icazə verilsin. Tikinti işlərinə başlanmazdan əvvəl 6.044,3 kv.m torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarə müqaviləsinin bağlanması "xxxx" firması tərəfindən təmin edilsin. İş materiallarından görünür ki, AR Fövqəladə Hallar Nazirliyi X12 Xidmətinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə ünvanlanmış 25/22-00856 nömrəli 5 aprel 2010-cu il məktubu ilə qurumun 19 mart 2010-cu il tarixli 18/03-8/601 saylı məktubu ilə əlaqədar, "xxxx" firmasına ünvan 6 ünvanında ofis binasının layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin razılaşdırılmasına dair rəy təqdim edilmişdir. İş materiallarından görünür ki, AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə ünvanlanmış 04-22/7-800 nömrəli 14 aprel 2010cu il tarixli məktubu ilə 19 mart 2010-cu il tarixli 18/03-8/601 saylı sorğuya cavab olaraq, Xətai rayonu, Y.Səfərov küçəsi, 1159 saylı məhəllədə "xxxx" firmasına məxsus ofis binasının layihələndirilməsinə dair ayrılan torpaq sahəsi haqqında 14 aprel 2010-cu il tarixli 04-30/22-25 saylı rəy təqdim edilmişdir. İş materiallarınan görünür ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi 19 mart 2010-cu il tarixli 18/03-8/601 nömrəli məktuba cavab olaraq, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 15/598 nömrəli 19 aprel 2010-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonu, Y.Səfərov küçəsi, 1159 saylı məhəllə ünvanında yerləşən qeyri-yaşayış tikililərinin yerləşdiyi ümumi sahəsi 8.047,7 kv.m olan torpaq sahəsinin ofis binasının layihələndirilməsi məqsədilə "xxxx" firmasının istifadəsinə ayrılmasına aşağıda qeyd olunan şərtlər daxilində etirazı olmadığını bildirir: layihələndirilmə zamanı kommunikasiya xətlərinin və qurğuların mühafizəsi tələblərinə riayət edilməsi və ərazinin müəyyən hissəsinin yaşıllaşdırma üçün nəzərdə tutulması; mövcud qeyri-yaşayış binalarının sökülməsi və qazıntılar zamanı əmələ gələn tikinti tullantılarının və qruntun icra orqanları ilə əvvəlcədən razılaşdırılmış ərazilərə daşınması; binaların layihələndirilməsinin mövcud tikililərin yerləşdiyi ərazilərdə aparılması, layihələndirmə zamanı ərazidə olan yaşıllıqların tam mühafizə edilməsinin təmin olunması; maşın və mexanizmlərin hərəkəti zamanı maneə yarada bilən yaşıllıqların mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada budanmasının təmin olunması; sökmə zamanı əmələ gələn və təkrar istifadəsi mümkün olan materialların çeşidlənərək təkrar istifadə məntəqələrinə təhvil verilməsi; ərazinin yerləşmə mövqeyi nəzərə alınaraq, tullantıların daşınması və tikinti müddətində ətraf yaşayış sakinlərinin sanitar-ekoloji və texniki təhlükəsizliklərinin təmin olunması üçün layihələndirmədə xüsusi tələblərin nəzərdə tutulması; tikinti işlərinə başlamazdan əvvəl tikintilərin layihə sənədlərinin dövlət ekoloji ekspertizasına təqdim olunması (Qeyd: Razılıq yalnız layihələndirmə işləri üçün əsasdır). İş materiallarından görünür ki, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" firmasına ünvanlanmış 12 iyun 2010-cu il tarixli 18/03-8/1153 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı ŞİH başçısının 18 mart 2010-cu il tarixli 102 saylı sərəncamı ilə Xətai rayonu, Y.Səfərov küçəsi, 1159-cu məhəllədə ofis binasının tikintisi nəzərdə tutulan torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş inşaat pasportunun 2 nüsxəsi "xxxx" firmasına təqdim olunmuşdur. İnşaat pasportunun memarlıq planlaşdırma göstəricilərini nəzərə alaraq, obyektin tikintisinə dair “Bakıdövlətlayihə” İnstitutunda işlənilmiş, şəhərsalma əsaslandırılmasının razılaşdırıılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi xahiş olunur. İş materiallarından görünür ki, "xxxx" firmasının Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 5 avqust 2010-cu il tarixli məktubunda Bakı ŞİH-in 18 mart 2010-cu il tarixli 102 nömrəli sərəncamına əsasən Yusif Səfərov küçəsi, 1159 saylı məhəllədə yerləşən "xxxx" firmasına məxsus olan torpaq sahəsində tikiləcək “biznes mərkəzi, ofis binası və yaşayış binası”nın eskiz layihələrinin təsdiq edilməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 6 avqust 2010-cu il tarixli 307 nömrəli sərəncamı ilə aşağıdakılar qərara alınmışdır: - "xxxx" firmasının 5 avqust 2010-cu il tarixli 102 saylı müraciəti nəzərə alınaraq, Bakı ŞİH-in 18 mart 2010-cu il tarixli 102 saylı sərəncamının 1-ci bəndindəki “ofis binası” ifadəsi “biznes, sağlamlıq mərkəzi və yaşayış binası” ifadəsi kimi oxunsun. İş materiallarından görünür ki, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 5 avqust 2010-cu il tarixli 478 saylı müraciətə cavab olaraq "xxxx" firmasına ünvanlanmış 17 avqust 2010-cu il tarixli 18/04-201 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı ŞİH başçısının 18 mart 2010-cu il tarixli 102 saylı, 6 avqust 2010-cu il tarixli 307 saylı sərəncamları, 12404 saylı inşaat pasportu əsasında hazırlanmış Xətai rayonu, Y.Səfərov küçəsi, 1159-cu məhəllədə tikintisi nəzərdə tutulan biznes, idman-sağlamlıq və yaşayış binasının təqdim olunmuş memarlıq-planlaşdırma eskiz həllinə baxılaraq (yaşayış binası: 1 girişli 16 mərtəbəli + texmərtəbə, 1-5-ci mərtəbələr qeyri-yaşayış sahəsi; biznes binası: 6 mərtəbəli; idman-sağlamlıq binası: 2 mərtəbəli; ümumi zirzəmi mərtəbələrində 2 səviyyəli yeraltı avtodayanacaq; "xxxx" MMC-nin işi, LBM A.Salixov) razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsinin memarlıq hissəsi tam həcmdə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. İş materiallarından görünür ki, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26 dekabr 2011-ci il tarixli 524 saylı müraciətə cavab olaraq "xxxx" firmasına ünvanlanmış 23 fevral 2012-ci il tarixli 18/04-51 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı ŞİH başçısının 18 mart 2010-cu il tarixli 102 saylı, 6 avqust 2010-cu il tarixli 307 saylı sərəncamları, 12404 saylı inşaat pasportu və 17 avqust 2010-cu il tarixli məktub əsasında Xətai rayonu, Y.Səfərov küçəsi, 1159-cu məhəllədə tikintisi nəzərdə tutulan biznes, idman-sağlamlıq və yaşayış binasının təqdim olunmuş işçi layihəsinə baxılaraq (yaşayış binası: 1 girişli 16 mərtəbəli + texmərtəbə, 1-5-ci mərtəbələr qeyri-yaşayış sahəsi; biznes binası: 6 mərtəbəli; idman-sağlamlıq binası: 3 mərtəbəli; ümumi zirzəmi mərtəbələri: 7,20 m səviyyəsində dayanacaq və texniki sahə, 3,60 m səviyyəsində avtodayanacaq və qeyri-yaşayış sahəsi; "xxxx" MMC-nin işi, LBM A.Salixov) onun memarlıq hissəsi razılaşdırılır. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 4 aprel 2013-cü il tarixli 117 nömrəli sərəncamı ilə aşağıdakılar qərara alınmışdır: - "xxxx" firmasının 14 mart 2013-cü il tarixli 566 saylı müraciəti nəzərə alınaraq, Bakı ŞİH-in 6 avqust 2010-cu il tarixli 307 saylı sərəncamının 1-ci bəndindəki “biznes, idman-sağlamlıq və yaşayış binası” ifadəsi “biznes, idman-sağlamlıq və ofis binası” ifadəsi kimi oxunsun. İş materiallarından görünür ki, "xxxx" firmasının Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 20 avqust 2014-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 1159-cu məhəllədə "xxxx" MMCyə məxsus 8.047,70 kv.m torpaq sahəsində tikilən “biznes, idman-sağlamlıq və ofis binası”nin ifadəsi “biznes, ofis binası və ticarət mərkəzi” ifadəsi kimi oxunmasına dair sərəncam verilməsi, eyni zamanda adları dəyişdirilmiş obyektlərin Baş planı və işçi layihələrinin baxılması və təsdiq edilməsi üçün göstəriş verilməsi xahiş olunur. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 31 oktyabr 2014-cü il tarixli 525 nömrəli sərəncamı ilə aşağıdakılar qərara alınmışdır: - "xxxx" firmasının 20 avqust 2014-cü il tarixli 041 saylı müraciəti nəzərə alınaraq, Bakı ŞİH-in 4 aprel 2013-cü il tarixli 117 nömrəli sərəncamının 1-ci bəndindəki “biznes, idman-sağlamlıq və ofis binası” ifadəsi “biznes, ofis binası və ticarət mərkəzi” ifadəsi kimi oxunsun. İş materiallarından görünür ki, "xxxx" firmasının Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 3 noyabr 2014-cü il tarixli məktubunda 31 oktyabr 2014-cü il tarixli 525 nömrəli sərəncamla Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 1159-cu məhəllədə tikilmiş “biznes, ofis binası və ticarət mərkəzi”nin Baş planının və işçi layihələrinin baxılması və təsdiq edilməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 noyabr 2014-cü il tarixli müraciətə cavab olaraq "xxxx" firmasına ünvanlanmış 27 noyabr 2014-cü il tarixli 18/04-487 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı ŞİH başçısının 18 mart 2010-cu il tarixli 102 saylı, 6 avqust 2010-cu il tarixli 307 saylı, 4 aprel 2013-cü il tarixli 177 saylı, 31 oktyabr 2014-cü il tarixli 525 saylı sərəncamları və 12404 saylı inşaat pasportu əsasında Xətai rayonu, Y.Səfərov küçəsi, 1159-cu məhəllədə inşa olunan “biznes, ofis binası və ticarət mərkəsi” kompleksinin mövcud vəziyyətdə təqdim olunmuş yeni işçi layihəsinə baxılaraq ("xxxx" MMC-nin işi, LBM A.Salixov) onun memarlıq hissəsi razılaşdırılır. Qeyd: Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 fevral 2012-ci il tarixli, 18/04-51 saylı məktubu öz qüvvəsini itirmişdir. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" firmasına məxsus torpaq sahəsi üzərində qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, “Azəriqaz” İstehsalat Birliyindən və Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən texniki şərtlər alınmışdır. İş materiallarından görünür ki, "xxxx" firması adından X2 ilə X8 arasında 21 fevral 2019-cu il tarixdə bağlanmış və notarial qaydada təsdiqlənmiş “daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 0,80477 ha olan torpaq sahəsi hədiyyə verən "xxxx" firması tərəfindən hədiyyə alan X4 mülkiyyətinə verilir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; - (8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görəüzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. AR Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Hazırkı işdə olan sübutlar əsasında məhkəmə araşdırılması ilə müəyyən edilir ki, ünvan 6də "xxxx" firması müvafiq tikililərin və onların atındakı torpaq sahələrinin mülkiyyətçisi olmuş və orada yeni layihə üzrə qeyri-yaşayış binası – “biznes, ofis binası və ticarət mərkəsi” kompleksi aidiyyəti qurumlar tərəfindən lazımi icazələr verilməklə, razılaşdırmalar aparılmaqla, müvafiq sənədlər (o cümlədən layihə) təsdiqlənməklə layihələndirilmiş və inşa olunmuşdur. Tikintinin layihəyə uyğunsuzluğu barədə hər hansı qurumun etirazı və müraciəti mövcud olmamışdır. Həmin ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 0,80477 ha ölçüdə torpaq sahəsi "xxxx" firmasının nümayəndəsi tərəfindən hazırkı iddiaçı X6 bağışlanmışdır. İddiaçı həmin əmlak kompleksinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavbdeh inzibati orqan məsələnin həllindən imtina etmişdir. Məhkəmə icraatında cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, qeyriyaşayış sahəsinə dair iddiaçının adına hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş və obyektə baxış keçirilməsi üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Məhkəmə icraatında iddiaçı və üçüncü şəxsin nümayəndələrinin izahatlarından isə, belə məlum olur ki, bağışlanma müqaviləsi bağlanarkən müvafiq torpaq sahəsi ilə bərabər torpaq sahəsinin üzərində olan tikilinin də hədiyyə alan kimi X6 bağışlanması nəzərdə tutulmuş, lakin həmin dövrdə müvafiq sənəd (reyestrdən çıxarış) əldə edilmədiyindən, müqavilədə torpağın üzərindəki tikililər göstərilməmişdir. Məhkəmə qeyd edir ki, bu halın müqavilə tərəflərinin iradəsinə uyğun olması məhkəmə icraatında iddiaçı tərəfin və üçüncü şəxsin təmsilçisinin yazılı və şifahi müraciətləri (münasibətləri) ilə aydın görünür. AR Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (139-1.1.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; - (139-1.1.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Həmin Məcəllənin 407.1-ci maddəsinə görə müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 408-ci maddəsinə görə müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Oferta ünvan sahibinin onu aldığı andan onu göndərmiş şəxsi bağlı edir. Ofertanın geri götürülməsinə dair bildiriş ofertadan əvvəl və ya onun özü ilə eyni vaxtda daxil olduqda, oferta verilməmiş sayılır. Həmin Məcəllənin 409-cu maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Həmin Məcəllənin 666-cı maddəsinə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. AR Torpaq Məcəlləsinin 73-cü maaddəsinin 1-ci hissəsinə görə torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10-cu maddəsinə görə qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. Sadalanan qanunvericilik normalarını hazırjı inzibati mübahisəyə tətbiq edərək, məhkəmə müəyyən etdiyi aşağıdakı halları diqqətə çəkir: - iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilədə “torpaq sahəsi”nin bağışlanması nəzərdə tutulsa da, tərəflərin (iddiaçı və üçüncü şəxs) müqavilə bağlanarkən və ondan sonrakı dövrdə əmlakla bağlı münasibət və davranışları belə qənaət yaradır ki, torpaq sahəsinin üzərindəki tikililərin də bağışlanması ilə bağlı hərəkətlər onlardan birinin təklif etməsi, yəni oferta ünvanlanması, digərinin isə bu təklifi qəbul etməsi, yəni aksept kimi qiymətləndirilməlidir. Bununla da, torpaq sahəsinin üzərindəki tikililərlə bağlı hazırkı üçüncü şəxs göndərilmiş oferta iddiaçı tərəfindən aksept edildiyindən, onlar arasında müqavilə bağlanmış sayılır; - AR Torpaq Məcəlləsindəki normalarda torpaq sahəsi üzərində tikililərə mülkiyyət hüququnun başqa şəxsə keçdiyi halda, əvvəlki mülkiyyətçinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna da xitam verilməsi nəzərdə tutulur, lakin altındakı (və ya yerləşdiyi) torpaq sahəsinin özgəninkiləşdirildiyi halda, torpağın mülkiyyətçisinin tikiliyə mülkiyyət hüququna da xitam verilməsi və ya belə halda verilməməsi barədə hər hansı müddəa müəyyən edilmir. Odur ki, hazırkı işin hallarına münasibətdə qanunun analogiyasının tətbiqi məqsədəuyğun sayılaraq, iddiaçının müvafiq torpaq sahəsinə mülkiyyət hüququ yarandığından, torpaq sahəsinin üzərindəki tikililərin də onun mülkiyyətinə keçməsi qəbul ediləndir; - mübahisə obyekti olan qeyri-yaşayış sahəsinin qanuni əsaslarla layihələndirilməməsi, tikintisinin aparılmaması və istismara qəbul sənədinin (icazənin) verilməməsi ilə bağlı xüsusatların mövcudluğu cavabdeh inzibati orqan tərəfindən dəlil kimi təqdim edilmədiyindən, bu, işin mübahisə olunmayan hallarına aiddir; - iddiaçının ünvan 1də inşa olunan “biznes, ofis binası və ticarət mərkəsi” kompleksi və altındakı torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasından, “mütəxəssislərə baxış üçün şərait yaradılmaması” səbəb hüququn qeydiyyata alınmasından imtina üçün formal xarakterli haldır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək ünvan 1də yerləşən “biznes, ofis binası və ticarət mərkəzi” kompleksinin layihəyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq İddiaçı adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1də yerləşən “biznes, ofis binası və ticarət mərkəzi” kompleksinin layihəyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq İddiaçı adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7105/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7105/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver