Məhkəmə qərarları › İş №2-1(112)-7106/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7106/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7106/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.04.2004-cü il təvəllüdlü qızı X1 və doğum tarixinin Qəbələ rayon qeydiyyat şöbəsinin sistemində düzgün qeyd olunması üçün Qəbələ rayon qeydiyyat şöbəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Çarxana kənd ərazi nümayəndəliyi tərəfindən 11.01.2005-ci il tarixdə tərtib edilmiş 02 nömrəli X4 doğum haqqında akt qeydində düzəliş edilərək «soyadı» qrafasında «Şərifov» əvəzinə «Şərifova», «doğulduğu tarix» qrafasında «08 yanvar 2005-ci il» əvəzinə «14 aprel 2004-cü il» yazılması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, X6 14.04.2004-cü ildə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnaməsini Qəbələ rayon qeydiyyat şöbəsindən almışlar. Lakin Qəbələ rayon qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamədə bütün məlumatlar doğru olsa da, qeydiyyat şöbəsinin sistemində soyadı Şərifova əvəzinə Şərifov, həmçinin doğum tarixi 14.04.2004-cü il əvəzinə 2005-ci ilin yanvar ayı qeyd olunmuşdur. Bununla bağlı Qəbələ rayon qeydiyyat şöbəsinə müraciət etsələr də, yaranan səhvliyin aradan qaldırılmasından imtina olunmuşdur. Buna görə də məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi Nümayəndə ünvanlanmış 09.03.2021-ci il tarixli, 155 saylı məktubda qeyd edilir: X3 doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Cavabdeh Sizin ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Doğum tarixinə düzəliş etmək üçün kifayət qədər əsas olmadığından xahişiniz imkanımız xaricindədir. Doğum haqqında akt qeydində düzəliş edilməsi üçün məhkəməyə müraciət etməlisiniz. İş materiallarında olan «Asan 2» tərəfindən 02.09.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 14.04.2004-cü ildə doğulmuşdur. İş materiallarında olan 11 yanvar 2005-ci il tarixdə Qəbələ rayonu Çarxana kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 544325 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 14 aprel 2004cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda doğulmuşdur, atası İddiaçı, milliyyəti azərbaycanlı, anası X7, milliyyəti azərbaycanlı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 11.01.2005-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon qeydiyyat şöbəsi tərəfindən 28.09.2021-ci il tarixli 05/9-1479/13 nömrəli və 29.10.2021-ci il tarixli 05/9-1669/13 nömrəli məktublarla məhkəməyə təqdim edilmiş 11 yanvar 2005-ci il tarixli 02 nömrəli doğum haqqında akt qeydinin (Çarxana kənd inzibati ərazi dairəsi) təsdiq edilmiş surətindən görünür ki, X8 (qadın) 08 yanvar 2005-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda doğulmuşdur, atası İddiaçı, anası X7 qeyd edilmişdir. Uşağın doğumunu təsdiq edən sənəd - 16 saylı Uşaq poliklinikasının 08.01.2005-ci il tarixli 246 №-li arayışıdır. AZ-İ seriyalı 544325 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 16 nömrəli uşaq poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış 15.10.2021-ci il tarixli 817 saylı məktubda qeyd edilir: 16 nömrəli uşaq poliklinikası Sizin, 23 sentyabr 2021-ci il tarixli 2-1(112)-7106/2021 saylı məktubunuza cavab olaraq bildirilir ki, ana Samirə Muradovanın qız övladı X6 14.04.2004cü il tarixində evdə doğulmuşdur. Uşaq 16 nömrəli uşaq poliklinikası tərəfindən 17.04.2004-cü ildə qeydiyyata alınmışdır (Əsas: uşağın inkişaf tarixi kitabçası F112). Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydiyyatdan keçirilməlidir; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən aparılır; 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər; 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən həyata keçirilir; 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir; 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir; 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, X6 14 aprel 2004-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda doğulmuşdur. Bu barədə 11 yanvar 2005-ci il tarixdə Qəbələ rayonu Çarxana kənd ərazi nümayəndəliyi tərəfindən AZ-İ seriyalı 544325 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 14 aprel 2004-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda doğulmuşdur, atası İddiaçı, milliyyəti azərbaycanlı, anası X7, milliyyəti azərbaycanlı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 11.01.2005ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Lakin Qəbələ rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 11 yanvar 2005-ci il tarixli 02 nömrəli doğum haqqında akt qeydinin (Çarxana kənd inzibati ərazi dairəsi) təsdiq edilmiş surətindən görünür ki, doğum haqqında akt qeydində Səbinənin soyadı «Şərifov», doğum tarixi 08 yanvar 2005-ci il tarix göstərilmişdir, uşağın doğumunu təsdiq edən sənəd - 16 saylı Uşaq poliklinikasının 08.01.2005-ci il tarixli 246 №-li arayışıdır, AZ-İ seriyalı 544325 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 16 nömrəli uşaq poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış 15.10.2021-ci il tarixli 817 saylı məktubdan isə görünür ki, X6 14.04.2004-cü il tarixində evdə doğulmuşdur, uşaq 16 nömrəli uşaq poliklinikası tərəfindən 17.04.2004-cü ildə qeydiyyata alınmışdır. Göründüyü kimi, X2 «Şərifova», doğulduğu tarix «14 aprel 2004-cü il» tarixdir. Lakin doğum haqqında şəhadətnamədə məlumatlar düzgün qeyd olunsa da, X4 doğum haqqında akt qeydində səhvə yol verilərək «Şərifova» soyadı əvəzinə «Şərifov», doğulduğu tarix «14 aprel 2004-cü il» əvəzinə «08 yanvar 2005-ci il» göstərilmişdir. İddiaçı qeyd olunan səhvlərin düzəldilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh qeyd olunan səhvləri özü aradan qaldıra bildiyi halda müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qəbələ rayonu Çarxana kənd ərazi nümayəndəliyi tərəfindən 11.01.2005-ci il tarixdə tərtib edilmiş 02 nömrəli X4 doğum haqqında akt qeydində düzəliş edilərək «soyadı» qrafasında «Şərifov» əvəzinə «Şərifova», «doğulduğu tarix» qrafasında «08 yanvar 2005ci il» əvəzinə «14 aprel 2004-cü il» yazılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar