Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7109/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi İddiaçıların qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçılar X18 və X4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 08 yanvar 2005-ci il təvəllüdlü X5 və 02 yanvar 2007-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən evə pasport qeydiyyatına götürülmə öhdəliyinin Binəqədi Rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçıya məxsusdur və 20 ildən çoxdur ki, o, həmin fərdi yaşayış evində qeydiyyatdadır. İddiaçının qeydiyyatı da həmin ünvandadır. Lakin övladları 08 yanvar 2005-ci il təvəllüdlü X18 və 02 yanvar 2007-ci il təvəllüdlü X7 özünə məxsus fərdi yaşayış evinə qeydiyyata sala bilmir. İddiaçı həmin ünvanda qeydiyyatda olsa belə yetkinlik yaşına çatmayan övladlarını həmin evə qeydiyyata sala bilmir. Övladları həmin evdə anadan olub bugünədək də həmin evdə yaşayırlar. Övladlarının qeydiyyatının olmaması ona xeyli çətinliklər yaradır. Belə ki, hərbi məktəbə daxil etmək istəyir, edə bilmir, sənədlərini universitetə verə bilmir. Şəxsiyyət vəsiqəsi ala bilmir. Qeydiyyata alınmaqla bağlı Binəqədi RPİ Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə müraciət etsələr də həmin qurumdan onlara məhkəməyə müraciət etməkləri bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7109/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi üzrə əsl olmayan İddiaçı əsl iddiaçılar X18 və X19 ilə əvəz edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların qnauni nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İV 518119 nömrəli, xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 842 nömrəsi ilə qeyd edilmişdir. X5 atası İddiaçı, anası X13r. İş materiallarına əlavə edilmiş AZ-İV 518118 nömrəli, xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kıtabında xx.xx.2007-ci il tarixdə 823 nömrəsi ilə qeyd edilmişdir. X4 atası İddiaçı, anası X13r. İş materiallarına əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 2(074)-392/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X6 doğulmuş 08 yanvar 2005-ci il təvəllüdlü X23 yə 02 yanvar 2007-ci il təvəllüdlü X24 adlı uşaqların atasının xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı olduğunun müəyyən olunması, akt qeydləri kitabında və doğum şəhadətnamələrində 08 yanvar 2005-ci il təvəllüdlü X23 və 02 yanvar 2007-ci il təvəllüdlü X24 adlı uşaqların ata qrafasında ata adı İddiaçı kimi qeyd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 401684 nömrəli, xx.xx.2021-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə X6 doğulmuş X8 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kıtabında xx.xx.2021-ci il tarixdə 02 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 401685 nömrəli, xx.xx.2021-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2007-ci ildə X6 doğulmuş X9 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kıtabında xx.xx.2021-ci il tarixdə 03 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********15 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Dağlıq küçəsi, 8 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-9211- 1222 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında xx.xx.1996-cı il təvəllüdlü X25, xx.xx.1966-cı il təvəllüdlü X20, xx.xx.1948-ci il təvəllüdlü X21, xx.xx.1979-cu il təvəllüdlü X26, xx.xx.1994-cü il təvəllüdlü X14 (eyni anket məlumatlarına uyğun xx.xx.1994-cü il təvəllüdlü X14, 2KSLEJH), xx.xx.1993-cü il təvəllüdlü X27, xx.xx.1978-ci il təvəllüdlü X10, xx.xx.1950-ci il təvəllüdlü X2, xx.xx.1971-ci il təvəllüdlü X15, xx.xx.1972ci il təvəllüdlü X28, xx.xx.1973-cü il təvəllüdlü X3, xx.xx.1993-cü il təvəllüdlü X11, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı, xx.xx.2009-cu il təvəllüdlü X34 və xx.xx.1999-cu il təvəllüdlü X29 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, xx-xx- 1418/164 nömrəli məktubunda bildirilmişdir ki, akta əsasən vətəndaşlar X18, X1 qəsəbəsi, 4-cü Dağlıq küçəsi, ev 8 ünvanında qeydiyyatsız yaşayırlar. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 059-6034S-3222 nömrəli məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin tələblərinə əsasən X19 və X5 ünvan 1 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİnin QMB-nə müraciət etməlisiniz. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə sizin göstərilən ünvana tərəfimizdən qeydiyyata alınması qanuna müvafiq deyildir. Nəzərinizə çatdırılır ki, bu məsələ ilə bağlı sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X18 və xx.xx.2007-ci il təvəllüdlü X19 valideynləri İddiaçı və X13r. Şamaxı Rayon Məhkəməsinin 2(074)-392/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə X6 doğulmuş 08 yanvar 2005-ci il təvəllüdlü X8 və 02 yanvar 2007-ci il təvəllüdlü X9 atalarının xx.xx.1974-cü il təvəllüdlü İddiaçı olduğu müəyyən olunmuşdur. Bundan sonra hər iki iddiaçının doğum haqqında akt qeydlərində ata qrafasında İddiaçı qeyd edilməklə AZ-İ 401684 nömrəli, xx.xx.2021-ci il tarixli və AZ-İ 401685 nömrəli, xx.xx.2021-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr verilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, xx-xx-1418/164 nömrəli arayışına əsasən iddiaçılar X18 və X19 hazırda ataları İddiaçı qeydiyyatda olduğu Biləcəri qəsəbəsi, 4-cü Dağlıq küçəsi, ev 8 ünvanında qeydiyyatsız yaşayırlar. Məhkəmə hazırkı iş üzrə iddiaçıların yetkinlik yaşına çatmamış olduqlarını, onların faktiki olaraq ataları İddiaçı himayəsində olmaqla onunla birgə yaşadıqlarını, qanunla yetkinlik yaşına çatmayan şəxsin yaşadığı yer onun qanuni nümayəndəsinin yaşadığı yer hesab olunduğunu, digər valideyn X12 iddiaçıların yaşayış yerinin seçilməsi ilə əlaqədar hər hansı tələb və etirazının məhkəməyə daxil olmadığını, hazırda qanuni nümayəndə olan atanın sözügedən Biləcəri qəsəbəsi, 4-cü Dağlıq küçəsi, ev 8 ünvanında yaşamaqla həmin ünvan üzrə cavabdeh tərəfindən qeydiyyata alındığını nəzərə alaraq, bu nəticəyə gəlir ki, iddiaçılar qanunla valideyni olan atalarının yaşayış yeri olan ünvan üzrə qeydiyyata alınmalarını tələb etməkdə haqlıdırlar. Məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçıların həmin ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlərin təqdim edə bilməməsi dəlilini hazırkı işin hallarına mübnasibətdə əsassız hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeyd edilməlidir ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da həmin fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi var. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçmədiyi halda həmin ünvana iddiaçıların ailə üzvü olan atasını, eləcə də digər qohumlarını həmin ünvana qeydiyyata almış, iddiaçıların müraciətlərinə cavab olaraq isə evin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi ən azı iddiaçılara münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 08 yanvar 2005-ci il təvəllüdlü X5 və 02 yanvar 2007-ci il təvəllüdlü X4 ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. 08 yanvar 2005-ci il təvəllüdlü X5 və 02 yanvar 2007-ci il təvəllüdlü X4 ünvan 1 ünvanına qeydiyyata alınmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7109/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7109/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver