Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7115/2024 15.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "qeyriyaşayış sahəsinə çıxarışın verilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi" barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı “Atlant İnşaat" MMC cavabdeh Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 2 ünvanında, 15-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi (422.8 kv.m.) üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 2 ünvanında, 15-ci mərtəbədə yerləşən 270.8 kv.m. qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206C bloku, 18, 19 və 20-ci mərtəbələrdə yerləşən ümumi 323.6 kv.m. qeyri-yaşayış sahələri və Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206B bloku, 21, 22, 23 və 24-cü mərtəbələrdə yerləşən ümumi 1115.0 kv.m. qeyri-yaşayış sahələri üzərində "xxxx" MMCnin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan binalarda yerləşən qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı bütün müvafiq sənədlərlə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan AR Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Halbuki cavabdeh inzibati orqan binaların iddiaçının mülkiyyətində olduğunu, müvafiq istismara icazə sənədlərini və texniki pasportları ümumiyyətlə nəzərə almamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixdə **********, **********, **********, ********** saylı ərizələr ilə İdarəyə müraciət etmiş və müvafiq olaraq **********32, **********67, **********61, **********62 xaricolma nömrəli xx.xx.2022-ci il tarixli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına dair idarəyə təqdim edilmiş 19 iyun 2015-ci il tarixli 0018 nömrəli tikinti obyektinin istismarına icazə sənədində ərizədə qeyd edilən 270,8 kv.m qeyri-yaşayış sahəsi barədə məlumat aşkar olunmamışdır. Eyni zamanda qeyd edilən qeyri-yaşayış sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan texniki sahədə yerləşir. Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti 206 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına dair 13 fevral 2015-ci il tarixli 0004 nömrəli tikinti obyektinin istismarına icazə sənədində “C” blokunun 18,19 və 20-ci mərtəbələrində yerləşən 323,6 kv.m qeyri-yaşayış sahələri və “B” blokunun 21, 22, 23, 24-cü mərtəbələrində yerləşən 1115.0 kv.m qeyri-yaşayış sahələri barədə məlumat qeyd edilməmişdir. Qeyd edilən qeyri-yaşayış sahələri binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahədə yerləşir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********62, **********61 nömrəli və xx.xx.2022-ci il tarixli, **********57 nömrəli imtina məktubları ilə etirazda göstərilənlər qeyd edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasına dair "xxxx" MMC-nin mülkiyyət hüquqları xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunan xx.xx.2016-cı il tarixli texniki pasportda ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının texniki göstəriciləri əks olunmuş, 15-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ölçüləri qeyd edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasına dair "xxxx" MMC-nin mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunan xx.xx.2015-ci il tarixli texniki pasportda Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 18, 19, 20, 21, 22, 23 və 24-cü mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin ölçüləri qeyd edilmişdir. - "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında, 15-ci mərtəbədə yerləşən 270.8 kv.m. qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206C bloku, 18, 19 və 20-ci mərtəbələrdə yerləşən ümumi 323.6 kv.m. qeyri-yaşayış sahələri və Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206B bloku, 21, 22, 23 və 24-cü mərtəbələrdə yerləşən ümumi 1115.0 kv.m. qeyri-yaşayış sahələrinin layihələri müvafiq lisenziyaya malik "xxxx" MMC tərəfindən tərtib və təsdiq edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının 123 saylı xx.xx.2012-ci il tarixli sərəncamından görünür ki, iddiaçıya göstərilən ünvanlarda yaşayış binalarının layihələndirilməsinə dair verilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının 413 saylı xx.xx.2002-ci il tarixli sərəncamının 1-ci bəndində “yaşayış binalarının” ifadəsi “ofis və yaşayış binalarının” ifadəsi kimi oxunması barədə dəyişiklik edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyətinin 47 nömrəli 12 fevral 2015-ci il tarixli “Tikinti obyektinin istismarına icazə verilməsi barədə” sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 4 66-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanda inşa olunmuş və tikintisi başa çatmış 20-23 mərtəbəli (o cümlədən texniki mərtəbələr) 2 girişli (3 bloklu) ofis və yaşayış binasının müstəsna hal kimi mövcud (istismar olunan) vəziyyətdə istismarına icazə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin 004 nömrəli 13 fevral 2015-ci il tarixli və 0018 nömrəli 19 iyun 2015-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədlərindən görünür ki, aidiyyət orqanların müsbət rəyləri alındıqdan sonra ünvan 2 ünvanda yerləşən, habelə Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanda yerləşən çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının mövcud vəziyyətdə istismarına icazə verilmişdir. - Cavabdeh orqanın təqdim etdiyi mütəxəssisləri tərəfindən iddiaçının müraciəti üzrə yerli baxış keçirilərək tərtib edilmiş müayinə aktlarından görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında, 15-ci mərtəbədə yerləşən 270.8 kv.m. qeyriyaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206C bloku, 18, 19 və 20-ci mərtəbələrdə yerləşən ümumi 323.6 kv.m. qeyri-yaşayış sahələri və Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206B bloku, 21, 22, 23 və 24-cü mərtəbələrdə yerləşən ümumi 1115.0 kv.m. qeyri-yaşayış sahələrinin ölçülərinin təqdim edilmiş iş materiallarında olan layihələrə uyğun olduğu qeyd edilmişdir. - Cavabdeh orqanın təqdim etdiyi ünvan 2, Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206C bloku və Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206B bloku ünvanlarındakı yaşayış binalarının müxtəlif mərtəbələrində yerləşən qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarına dair çıxarışlar verilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 47. Tikinti obyektinin sifarişçisi 47.4. Sifarişçi: ... 47.4.2. tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 05 dekabr tarixli, 272 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə Qaydaları” (2017-ci il iyulun 1-dən ləğv edilmişdir) Dövlət nəzarətinin mərhələlər üzrə həyata keçirilməsi qaydası ... 3.6. obyektin istismara qəbul edilməsi mərhələsində: ... 3.6.4. qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X2 Görülməsi və X3 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İşin hallara görə, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında, 15-ci mərtəbədə yerləşən 270.8 kv.m. qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, 466cı məhəllə, N.Nərimanov prospekti, 206C bloku, 18, 19 və 20-ci mərtəbələrdə yerləşən ümumi 323.6 kv.m. qeyri-yaşayış sahələri və Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206B bloku, 21, 22, 23 və 24-cü mərtəbələrdə yerləşən ümumi 1115.0 kv.m. qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi ilə bağlı iddiaçının ərizəsinin təmin edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdeh buna əsas kimi istismara icazə sənədində qeyd edilən sahələrə dair məlumatların aşkar olunmadığını göstərmişdir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuşdur. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri qeydiyyat orqanına verilən ərizəyə əlavə olunmalıdır. İşin yuxarıda şərh edilən hallarından görünür ki, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının xahiş etdiyi qeyri-yaşayış sahələrinə dair həmin Qanunun 8.0.10.-8.0.10.1.-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilmişdir. Bundan əlavə qeyd olunan ünvanda inşa edilmiş yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilmiş qəbul komissiyasının aktı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 272 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə Qaydalar”ın tələblərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş və nəzərdə tutulan bütün dövlət qurumlarının möhürləri ilə təsdiq edilmişdir. İş materiallarından görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasına dair "xxxx" MMC-nin mülkiyyət hüquqları xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunan xx.xx.2016-cı il tarixli texniki pasportda ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının texniki göstəriciləri əks olunmuş, 15-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ölçüləri qeyd edilmişdir. Həmçinin də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasına dair "xxxx" MMC-nin mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunan xx.xx.2015-ci il tarixli texniki pasportda Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 18, 19, 20, 21, 22, 23 və 24-cü mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin ölçüləri qeyd edilmişdir. Bundan əlavə cavabdeh orqanın təqdim etdiyi sənədlərdən görünür ki, ünvan 2, Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206C bloku və Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206B bloku ünvanlarındakı yaşayış binalarının müxtəlif mərtəbələrində yerləşən qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarına dair çıxarışlar verilmişdir. Beləliklə işin yuxarıda şərh edilən hallarından göründüyü kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan müvafiq sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla istifadə inşa etdiyi qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə də iddiaçının qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmasını zəruri edən bütün faktiki şərtlər mövcuddur. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Məhkəmə xüsusilə vurgulayır ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Belə ki, iddiaçıya məxsus binanın müxtəlif mərtəbələrində yerləşən ayrı-ayrı şəxslərə qeyri-sahələrinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışlar verildiyi halda iddiaçıya onun mülkiyyətində olan binalarda qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. Digər tərəfdən də X5 presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). İşin yuxarıda şərh edilən hallarından görünür ki, cavabdehin imtinası iddiaçının qanuni əsaslarla sahiblik etdiyi qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırdığından iddia əsaslıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında, 15-ci mərtəbədə yerləşən 270.8 kv.m. qeyriyaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206C bloku, 18, 19 və 20-ci mərtəbələrdə yerləşən ümumi 323.6 kv.m. qeyri-yaşayış sahələri və Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206B bloku, 21, 22, 23 və 24-cü mərtəbələrdə yerləşən ümumi 1115.0 kv.m. qeyri-yaşayış sahələri üzərində iddiaçı "xxxx" MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. ünvan 2 ünvanında, 15-ci mərtəbədə yerləşən 270.8 kv.m. qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206C bloku, 18, 19 və 20-ci mərtəbələrdə yerləşən ümumi 323.6 kv.m. qeyri-yaşayış sahələri və Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, N.Nərimanov prospekti, 206B bloku, 21, 22, 23 və 24-cü mərtəbələrdə yerləşən ümumi 1115.0 kv.m. qeyri-yaşayış sahələri üzərində iddiaçı "xxxx" MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 11
Hakim Mehriban Qarayeva