Məhkəmə qərarları › İş №2-1(112)-7120/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7120/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7120/2022 15.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2021-ci il üçün əkin subsidisiyasının ödənilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək İddiaçı MMC-nin təqdim etdiyi sənədlər əsasında iddiaçıya bitkiçilik sahəsi üzrə subsidiya ödənişinin təyin edilməsi və iddiaçının hesabına köçürülməsi vəzifəsinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyekti olmaqla əsasən pampıq becərilməsi ilə məşğul olur. Pambıq becərilməsinin həyata keçirildiyi sahələrdən biri də xx.xx.2011-ci il tarixli 92 saylı icarə müqaviləsi əsasında Cəmiyyətin istifadəsində olan və Kürdəmir rayon ərazisində yerləşən torpaq sahəsidir. Cəmiyyətimizlə "xxxx" MMC (bundan sonra “Alıcı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2 saylı “Xam pambığın alqı-satqısına dair” Müqaviləyə əsasən Alıcı tərəfindən Cəmiyyətimizin istifadəsində olan Kürdəmir rayon ərazisində yerləşən torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlər razılaşdırılmış müddət, qiymət və həcmdə yerinə yetirilməli, Cəmiyyətimiz tərəfindən yığılmış məhsul həmin müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində Alıcıya təhvil verilməli və Alıcı tərəfindən onun dəyərinin ödənilməlidir. Həmin Müqavilə əsasında "xxxx" MMC zəruri iş və xidmətləri yerinə yetirmiş, istehsal edilmiş pambıq məhsulları Cəmiyyətimiz tərəfindən 529054, 529056, 529060, 529061, 529062, 529063, 529064, 529065, 529066, 529067, 529068, 529070, 529071, 529073, 529076, 529080, 529082, 529084, 529090, 529100, 529130, 529136, 529137, 529186, 529279, 529396, 529406, 529414, 529558, 529593, 529619, 529646, 530033 saylı Pambıq qəbulu qəbzləri əsasında “P-AQRO" MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydalarının (bundan sonra “Qaydalar”) 1.2.1-ci və 1.2.2-ci bəndlərinə əsasən subsidiya - dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. “Subsidiya” informasiya sistemi (bundan sonra - SİS) - kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X2” informasiya sisteminin (bundan sonra - EKTİS) altsistemidir. Həmin Qaydaların 1.2.9-cu bəndinə əsasən əkin subsidiyası - fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Qaydaların 3.1-ci bəndinə görə əkin subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır:- baza məbləği x əkin əmsalı = əkin subsidiyası • əkin əmsalı - regionlar və bitkilər, vahid əkin sahələri, habelə əkin sahəsinin (sahələrinin) həcmi üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstərici. Həmin Qaydaların 3.8-3.10-cu bəndlərinə görə: 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi; 3.8.3. 1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.4. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.5. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.6. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. 3.9. Fermerdən əlavə sənədlər yalnız “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada tələb edilə bilər. 3.10. Fermer bu Qaydanın 3.8-ci bəndi ilə müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsilə həyata keçirir. Qeyd olunan Qaydaların 3.12-ci bəndinə əsasən əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. 3.16-cı bəndə əsasən bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. Belə ki, tərəfimizdən ******* saylı elektron əkin bəyannaməsi xx.xx.2021-ci il tarixində SİS-ə daxil edilmiş, qanunvericiliklə tələb olunan bütün digər sənədlər və məlumatlar tərəfimizdən vaxtında və tam şəkildə təqdim edilmişdir. Bizdən əlavə hər hansı bir sənəd tələb edilməmişdir. Qaydalarla müəyyənləşdirilmiş şəkildə müraciət etməyimizə baxmayaraq bugünədək bizə subsidiya ödənişi edilməmiş və ya subsidiya ödənilməsindən imtina edilməsi barədə hər hansı əsaslandırılmış qərar və ya bildiriş təqdim edilməmişdir. Qaydaların 2.6-cı bəndinə əsasən fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra - DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası’’na uyğun olaraq X2 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Fərmanın 3.3-cü bəndinə uyğun olaraq təsdiq edilən "Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentdə fermerlər tərəfindən payızlıq əkinlər üzrə məlumatların EKTİS vasitəsilə bəyan edilməsi və subsidiya müraciətləri üçün nəzərdə tutulan müddət sentyabrın 1-dən başlayaraq dekabr ayının 30-dək, yazlıq əkinlər üzrə fevralın 1-dən başlayaraq iyun ayının 1-dək müəyyən edilmişdir. Habelə, Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır. 2021-ci ildə İddiaçı MMC-nin 100 hektar torpaq sahəsindən istifadə hüququna dair hüquqmüəyyənedici sənədləri qanunvericiliyin tələbinə uyğun olaraq EKTİS-ə daxil edilmədiyi üçün əkin subsidiyasının hesablanması mümkün olmamış və təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır.

4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi pambıq bitkisi üçün əkin subsidiyası üzrə 26000 manat məbləğində subsidiya ödənişinin təyin edilməsi və iddiaçının hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili pambıq bitkisi üçün əkin subsidiyasının 2021-ci il üçün nəzərə alınmasını xahiş etmişdir.

5. Dəyişdirilmiş tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyayaşdırılması Qaydaları”nın (bundan sonra “Qaydalar”) 3.1-ci bəndinə görə əkin subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır: baza məbləği x əkin əmsalı = əkin subsidiyası. Azərbaycan Respublikasının Prezidentinin 27 iyun 2019-cu il təsdiq edimiş Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Fərmanının 2-ci bəndinə əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilmişdir. Qaydaların 2.4.1-ci bəndinə əsasən X4 hər il yanvarın 15- dək əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının (bu Qaydanın 2.5.1-ci bəndi nəzərə alınmaqla) və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır. Qaydaların 2.5-ci bəndinə görə həmin Qaydaların 2.4-cü bəndinə əsasən müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq Şura yeniləyə bilər. Fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsalları X4 tərəfindən artırılmış, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyasının məbləği müəyyən edilmiş və X3 rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyət bu barədə məlumatlandırılmışdır. Müəyyən edilmiş yeni əkin əmsallarına uyğun olaraq pambıq bitkisi üçün əkin əmsalı 1 1-dən 1.3-ə qaldırılmış nəticədə 1 ha torpaq sahəsində pambıq bitkisi üçün əkin subsidiyası 260 AZN müəyyən edilmişdir (baza məbləği x əkin əmsalı = əkin subsidiyası - 200 AZN x 1,3 = 260 AZN) Cəmiyyətimizin istifadəsində olan və əkin subsidiyası ilə bağlı müraciət edilən torpaq sahəsi 100 ha təşkil etdiyindən cəmiyyətə 26 000 AZN məbləğində əkin subsidiyası təyin edilməlidir (260 x 100 = 26 000 AZN).

6. İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, X3 qərarına əsasən 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyalarının məbləği müəyyən edilmiş və pambıq bitkisi üçün yeni əkin əmsalı 1,3 olara müəyyən edilmişdir. Lakin müvafiq müraciət 2021-ci ildə 2020-ci əkin ili üçün təqdim edilmiş və müraciət vaxtında təqdim edilmədiyi üçün subsidiya iddiaçıya ayrılmamış və dövlət büdcəsinə geri qaytarılmışdır.

II. İddianın növü və mümkünlüyü

8. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

13. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

14. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən: 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X2” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.3. X4 (bundan sonra – Şura) – bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan və aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqan; 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.

15. İddiaçı qeyd edilən Qaydaların məqsədləri üçün SİS-də qeydiyyata alınan hüquqi şəxs kimi fermer hesab olunur.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. İddiaçı tərəfindən X2 İnformasiya Sisteminə (EKTİS) 100 ha sahədə pambıq üçün 2021-ci ilin aprel ayı əkini ilə bağlı 21 may 2021-ci il tarixdə №2438124 əkin bəyanı təqdim edilmişdir.

18. Kürdəmir rayon icra hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 148№-li Sərəncamı ilə İddiaçı MMC-nin uzun müddətli istifadəsinə (icarəyə) rayonun inzibati ərazisindəki 14-15h nömrəli “Çöl Sor-Sor” yeri adlanan sahədən 300 (üç yüz) hektar, 26h nömrəli “Qızıl ağac” yeri adlanan sahədən 200 (iki yüz) hektar, cəmi 500 (beş yüz) hektar yer verilmişdir.

19. xx.xx.2011-ci il tarixli 92 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən Kürdəmir rayon icra hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 148№-li Sərəncamına əsasən 500 ha torpaq sahəsi 50 (əlli) il müddətinə İddiaçı MMC-nin icarəsinə verilmişdir.

20. Kürdəmir rayonu İHB-nin xx.xx.2011-ci il tarixli 148 saylı sərəncamı və xx.xx.2011-ci il tarixli 92 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatı məqsədi ilə 50 il müddətinə ayrılmış 2.630.000 kv.m. torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

21. Kürdəmir rayonu İHB-nin xx.xx.2011-ci il tarixli 148 saylı sərəncamı və xx.xx.2011-ci il tarixli 92 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatı məqsədi ilə 50 il müddətinə ayrılmış 2.000.000 kv.m. torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

22. Kürdəmir rayonu İHB-nin xx.xx.2011-ci il tarixli 148 saylı sərəncamı və xx.xx.2011-ci il tarixli 92 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatı məqsədi ilə 50 il müddətinə ayrılmış 370.000 kv.m. torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

23. İddiaçı tərəfindən “xam pambığın alqı-satqısına dair” xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə bağlanmış müqavilə imzalanmış, malların, iş və xidmətlərin təhvil-təsliminə dair çoxsaylı aktlar təqdim edilmişdir.

24. Cavabdeh tərəfindən iddiaya təqdim edilən yazılı etirazda 2021-ci ildə İddiaçı MMC-nin 100 ha torpaq sahəsindən istifadə hüququna dair hüquqmüəyyənedici sənədləri qanunvericiliyin tələbinə uyğun olaraq EKTİS-ə daxil edilmədiyi üçün əkin subsidiyasının hesablanmasının mümkün olmaması bildirilsə də, etiraza əlavədə iddiaçının təqdim etdiyi Kürdəmir rayonu ərazisində Kürdəmir rayonu İHB-nin xx.xx.2011-ci il tarixli 148 saylı sərəncamı və xx.xx.2011-ci il tarixli 92 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatı məqsədi ilə 2.630.000 kv.m. torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir.

25. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi 100 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə dair cavabdehin dəlili əsaslı hesab edilə bilməz.

26. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydaları”nın 3.1-ci bəndinə görə əkin subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır: baza məbləği x əkin əmsalı = əkin subsidiyası. Azərbaycan Respublikasının Prezidentinin 27 iyun 2019-cu il təsdiq edimiş “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanının 2-ci bəndinə əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilmişdir. Qaydaların 2.4.1-ci bəndinə əsasən X4 hər il yanvarın 15- dək əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının (bu Qaydanın 2.5.1-ci bəndi nəzərə alınmaqla) və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır. Qaydaların 2.5-ci bəndinə görə həmin Qaydaların 2.4-cü bəndinə əsasən müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq Şura yeniləyə bilər.

27. Açıq informasiya resurslarından olan məlumata əsasən X3 qərarına əsasən, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalı və əkin subsidiyasının məbləği müəyyən edilib. Pambıq bitkisi üçün əkin əmsalı 1,3 müəyyən edilib. Belə ki, fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsalları X4 tərəfindən artırılmış, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyasının məbləği müəyyən edilmiş və X3 rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyət bu barədə məlumatlandırılmışdır. Müəyyən edilmiş yeni əkin əmsallarına uyğun olaraq pambıq bitkisi üçün əkin əmsalı 1,1-dən 1,3-ə qaldırılmış nəticədə 1 ha torpaq sahəsində pambıq bitkisi üçün əkin subsidiyası 260 manat müəyyən edilmişdir (baza məbləği x əkin əmsalı = əkin subsidiyası - 200 manat x 1,3 = 260 manat)

28. Cavabdeh bildirir ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanının 3.3-cü bəndinə uyğun olaraq təsdiq edilən "Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentdə fermerlər tərəfindən payızlıq əkinlər üzrə məlumatların EKTİS vasitəsilə bəyan edilməsi və subsidiya müraciətləri üçün nəzərdə tutulan müddət sentyabrın 1-dən başlayaraq dekabr ayının 30-dək, yazlıq əkinlər üzrə fevralın 1-dən başlayaraq iyun ayının 1-dək müəyyən edilmişdir.

29. Əkin bəyanı X2 İnformasiya Sistemi (EKTİS) altsistemi üzərindən 2021-ci ilin yazlıq əkini üçün 2021-ci ilin may ayında verildiyindən həmin əkin bəyanı iddiaçı tərəfindən vaxtında təqdim edilmişdir.

30. İddiaçının istifadəsində olan və əkin subsidiyası ilə bağlı müraciət edilən torpaq sahəsi 100 ha təşkil etdiyindən iddiaçıya 26000 manat məbləğində əkin subsidiyası təyin edilməlidir (260 manat x 100 ha = 26000 manat).

31. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMCyə pambıq bitkisi üçün 2021-ci il əkin subsidiyası üzrə 26000 manat məbləğində subsidiya ödənişinin təyin edilərək ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır.

32. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı MMC-yə pambıq bitkisi üçün 2021-ci il əkin subsidiyası üzrə 26000 manat məbləğində subsidiyanın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar