Məhkəmə qərarları › İş №2-1(112)-7125/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7125/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7125/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və Nümayəndə Hüseyn qızının, cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş edilmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsadən iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ləhiş bağ massivində yerləşən üst-üstə düşən hissələri çıxmaqla torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X13 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, X6 iddiaçının atasıdır. xx.xx.1997-ci il tarixdə X6 vəfat etmişdir. Atası vəfat etdikdən sonra İddiaçı, 1-ci dərəcəli vərəsə kimi, üzun müddət onun və ailə üzvlərinin sahiblik və istifadəsində olan Ləhiş bağ masssivində yerləşən bağ sahəsinin miras əmlak olaraq qəbul edilməsi məqsədilə ilkin olaraq Bakı şəhəri 12 saylı Notariat Ofisinə, daha sonra isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı müraciəti müsbət həllini tapmamış, bağ sahəsinin X4 məxsus olması barədə arayışın verilməsindən imtina edilmişdir. Hesab edirik ki, cavabdeh inzibati orqanın həmin imtinası əsassızdır. Belə ki, “Bağ sahəsinin və tikililərin uzun müdətli icarəyə verilməsi barədə” Bakı Şəhər Zəhmətkeşlər Deputatları Sovetinin xx.xx.1972-ci il tarixli 18118 nömrəli müqaviləsindən görünür ki, bir tərəfdən Bakı Şəhər ZDS-nin xx.xx.1961-ci il tarixli 03/1619 №-li vəkalətnamə əsasında fəaliyyət göstərən, gələcəkdə “Trest” adlandırılacaq Bakı Şəhər İcraiyyə Komitəsinin X22nin trest müdiri Ə.R.Hüseynov yoldaşın şəxsində, digər tərəfdən Bakı Şəhər İcraiyyə Komitəsinin 1970-ci il tarixli, 01 №-li protokolu əsasında hərəkət edən, gələcəkdə “İcarəçi” adlandırılacaq X10 şəxsində aşağıdakılara əsasən həmin müqaviləni bağlamışlar: Ləhəc qəsəbəsində yerləşən, 0.25 ha ibarət 2627 №-li bağ sahəsi Trest tərəfindən bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventarizasiya vərəqəsinə müvafiq olaraq icarəyə verdi, İcarəçi isə təhvil aldı. Sözügedən müqavilə Bakı Şəhər İcraiyyə Komitəsinin X22nin trest müdiri Ə.R.Hüseynov və X6 tərəfindən imzalanmışdır. Hazırki ərizəyə əlavə edilmiş xx.xx.1972-ci il tarixli Aktdan görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsinin X22nin aqronomu Cəlilov tərəfindən 18118 №-li müqaviləyə əsasən ayrılmış 2627/2411 №-li bağ sahəsinin inventarizasyiası aparılmışdır. Həmin inventaprizasiya nəticəsində müəyyən edilmişdir ki, 18118 №-li müqaviləyə əsasən ayrılmış 2627/2411 №-li bağ sahəsi 0.25 ha toraq sahəsindən və onun üzərində inşa edilmiş 12.43 kv.m ibarət 1 otaqlı tikilidən ibarətdir. Bundan başqa, torpaq sahəsində 47 ədəd üzüm ağacı, 4 ədəd əncir ağacı, 4 ədəd heyva ağacı mövcuddur. Sözügedən aktda həmçinin bağ sahəsində mövcud olan tikilinin ina edilmə tarixi 20 il qeyd olunmuşdur. xx.xx.1973-cü il tarixdə mühəndislər A.Quliyev və D.Cəlilov, habelə tərtibatçı D.Zemsov tərəfindən tərtib edilmiş 2627/2411 №-li bağ sahəsinin plan-sxemindən görünür ki, həmin bağ sahəsinin eni 25 metr, uzunluğu bir tərəfdən 100 metr, bir tərəfdən isə 106 metr təşkil edir. Bağ sahəsinin qonşuluğunda 2026/2410 №-li, 2777/2555 №-li və 2628/2412 №-li bağ sahələri yerləşir. Bakı şəhəri 12 saylı Notariat Ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 60 №-li məktubunda bildirilir ki, İddiaçı miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1997-ci ildə ölmüş atası X1 adına vərəsəlik işi açılmışdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdırdar. Yeni qanunvericiliyin tələbinə görə, vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyeastri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya dijgər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunanlarla bağlı mərhum X1 adına hər hansı daşınmaz əmlakın olub-olmaması barədə arayış, olduğu halda isə həmin əmlaklara dair hüquqmüəyyənedici sənəd verməyiniz və sorğunu təqdim etmiş şəxs vasitəsilə notariat ofisinə göndərməyiniz xahiş olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli **********49 №-li məktubunda bildirilir ki, mərhum X1 adına Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2411 (təxmini nömrə) saylı bağ sahəsinə dair ilkin texniki pasport, torpaq sənədləri, cizgi, bağ müqavilələri, order və digər sənədlər haqqında məlumat və sənəd surətlərinin verilməsi barədə xx.xx.2023-cü il tarixli sorğusuna DƏDKR 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildirilir ki, İdarənin arxiv qovluğunda keçmiş X22 ilə X6 arasında Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2627 saylı bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1972-ci il tarixdən xx.xx.1982-ci il tarixədək bağlanılmış xx.xx.1972-ci il tarixli 18118 nömrəli müqavilə mövcuddur. Sənədlər toplusunda saxlanılan xx.xx.1972-ci il tarixli aktda və xx.xx.1973-cu il tarixli cizgidə bağ sahəsinin nömrəsi 2627/2411 kimi qeydə edilmişdir. Ərizəçinin nəzərinə çatdırılır ki, müraciətinə qanunamüvafiq qaydada baxılması, eləcə də, sənəd surətlərinin verilməsi üçün vərəsələr dairəsinin müəyyən edildiyi barədə müvafiq notariat kontorunun məktubunun təqdim edilməsi məqsədəmüvafiqdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış və xx.xx.2023-cü il tarixdə ********** № ilə qeydiyata alınmış ərizədən görünür ki, İddiaçı atası X3 vərəsəsi kimi bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə ərizə ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı həmin ərizəsinə digər sənədlərlə yanaşı vərəsəlik haqqunda DNK-nun məktubu da əlavə edilmişdir (ərizə iddia ərizəsinə əlavə olunur). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə cavab məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi qonşu özəl sahələr ilə üst-üstə düşür. Qeyd olunanlarla yanaşı, sahənin bir hissəsinə digər şəxslərin müraciəti mövcüddür. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə ölçüsü 25000.0 kv.m, faktiki isə 2314.0 kv.m təşkil edir. Odur ki, bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtimna edilmişdir. Daha sonra İddiaçı, xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 2627/2411 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyan atası X1 adına arayışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin həmin ərizəyi verdiyi xx.xx.2024-cü il tarixli **********91 №-li məktubunda bildirilmişdir ki, qeyd edilən məsələ ilə bağlı ərizəçinin müraciətinə **********62 №-li, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırki iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçının mərhum atası X4 Bakı şəhər zəhmətkeş deputatları sovetinin İcraiyyə Komitəsinin bağ bölgüsü üzrə Komissiyasının qərarı ilə Bağlar Tresti ilə X6 arasında bağlanmış xx.xx.1972-ci il tarixli 18118 №-li müqaviləyə əsasən Ləhiş qəsəbəsində yerləşən 0.25 ha ölçüdə 2627 nömrəli bağ sahəsi ayrılmışdır. Sözügedən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı mövcud deyildir. Göründüyü kimi, X6 ilə bağlanmış 1972-ci tarixli 18118 №-li müqavilə 2627 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Yuxarıda göstərilənlərə əsasən hesab edirik ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

4. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi qonşu özəl sahələr ilə üst-üstə düşür. Qeyd olunanlarla yanaşı, sahənin bir hissəsinə digər şəxslərin müraciəti mövcuddur. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə ölçüsü 2500.0 kv.m, faktiki isə 2314.0 kv.m təşkil edir.

5. Cavabdeh iddia tələbinə dair etirazda qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi **********61 və **********60 reyestr nömrələri ilə X9 (fin : 6F4LWYM) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üstüstə düşür. Qeyd olunanlarla yanaşı, sahənin bir hissəsinə X17 (fin: 2DJR3UR) və X14 (fin: 5LA79ZB) müraciəti mövcuddur. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə ölçüsü 2500.0 kv.m, faktiki isə 2314.0 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Ləhiş bağ massivi 2627 saylı bağın faktiki ölçüləri 2314 kv.metr təşkil edir. Göstərilən bağ sahə ümumi hasar və mişar daşı düzülərək sərhədlənmiş ərazi daxildir. Ümumi sahədə 2627 saylı bağ sahəsi kimi göstərilən sahə 3 daş hündürlüyündə mişar daşı düzülərək ayrılıb. Sahədə su quyusu var.

7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 12 saylı Notariat Ofisinin cavabdehə ünvanlandığı xx.xx.2023-cü il tarixli 60 nömrəli məktubunda qeyd edilmişdir ki, X11 miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1997-ci ildə ölmüş atası - X2 adına vərəsəlik işi açılmışdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Yeni qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunanlarla bağlı mərhum - X2 adına hər hansı daşınmaz əmlakın olub-olmaması barədə arayış, olduğu halda isə həmin əmlaklara dair hüquqmüəyyənedici sənəd verməyiniz və sorğunu təqdim etmiş şəxs vasitəsi ilə notarial ofisinə göndərilməsi xahiş olunmuşdur.

8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.1972-ci il tarixli bağ sahəsinin və tikililəri üçün müddətli icarəyə verilməsi üçün 18118 nömrəli müqavilədə qeyd edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1970-ci il tarixli 9 nömrəli protokoluna əsasən Ləhiş qəsəbəsində yerləşən 2627 nömrəli 0,25 h torpaq sahəsi olan bağ sahəsi X5 icarəyə verilmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İddia mümkündür.

İİ. Məhkəmənin mövqeyi

15. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Ləhiş qəsəbəsində yerləşən 2627 nömrəli 0,25 ha torpaq sahəsi olan bağ sahəsi X5 icarəyə verilmişdir. X7 xx.xx.1997-ci ildə vəfat etmişdir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

16. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

20. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

21. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

22. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

24. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

27. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

28. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum atasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

29. Cavabdehin imtinanın əsas dəlili ondan ibarətdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi **********61 və **********60 reyestr nömrələri ilə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Qeyd olunanlarla yanaşı, sahənin bir hissəsinə X17 və X14 müraciəti mövcuddur. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə ölçüsü 2500.0 kv.m, faktiki isə 2314.0 kv.m təşkil edir.

30. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edilir ki, Bakı Şəhər Zəhmətkeşlər Deputatları Sovetinin xx.xx.1972ci il tarixli 18118 nömrəli müqaviləsinə əsasən, X8 0.25 ha ibarət 2627 №-li bağ sahəsi ayrılmışdır. (sənədlərin əslinə məhkəmə iclasında baxış keçirildi)

31. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı iddia tələbini dəqiləşdirərək, üst-üstə düşən hissələri çıxmaqla torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X13 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir.

32. Məhkəmə qeyd edir ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

34. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ləhiş bağ massivində yerləşən üstüstə düşən hissələri çıxmaqla torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X13 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar