Məhkəmə qərarları › İş №2-1(112)-7127/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7127/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7127/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İHakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxslər Cavabdeh2 və X4) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin Səbail Rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçının doğma anasıdır. Onlar əvvəllər Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi, 10/12 saylı evin 64 saylı mənzilində yaşamışlar. Bayraq Meydanının tikintisi zamanı yaşadıqları ev dövlət ehtiyacları üçün alınmışdır və həmin ev sökülmüşdür. Verilən vəsait hesabına hazırda yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-2, bina 3, 27 saylı mənzilə birlikdə köçmüşlər və hal-hazırda da birlikdə yaşayırlar. İddiaçının qeydiyyatda olduğu ünvan Bayraq Meydanının tikintisi ilə əlaqədar dövlət tərəfindən alınmış və sökülmüşdür. Həmin vaxtdan o, Səbail rayonu, Salyan şossesi 2, bina 3 mənzil 27-də daimi olaraq yaşayır. Lakin anasıyla mübahisə olduğundan anası onun mənzilə qeydiyyata yazılmağına maneçilik törədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-7127 nömrəli, 11.08.2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, Cavabdeh2 və X4 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı 12.07.2021-ci il tarixli, 065-19567-1221 nömrəli, 05.08.2021-ci il tarixli, 065-21648-1221 nömrəli və 06.09.2021-ci il tarixli, 065- 24671-1221 nömrəli məktublarında məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxslərin məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1283/2019 nömrəli, 20.05.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh2 İddiaçı və X5 qarşı “mənzildən köçürülmə” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, İddiaçı Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14723/2019 nömrəli, 18.12.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 və cavabdeh İddiaçı apelyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1283/2019 nömrəli, 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin verdiyi 21.06.2021-ci il tarixli, 6 ÜŞ-13882 nömrəli məktubunda bildirilmişdir ki, 2(103)-14723/19 saylı, 18.12.2019-cu il tarixli mülki iş qanuni qüvvəsini aldıqdan sonra, 12.06.2020-ci il tarixdə Səbail Rayon Məhkəməsinə qaytarılmışdır.. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli, **********60 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi-2, bina 3, 27 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC (“Podratçı”) ilə Cavabdeh2 və X4 (“Sifarişçi”) arasında bağlanmış 22.06.2007-ci il tarixli, 407 nömrəli müqavilənin 1-ci maddəsinə əsasən bu müqavilənin predmetini “Podratçı”nın öz vəsaiti hesabına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda yerləşən torpaq sahəsi üzərində ünvan 42005-ci il tarixli sərəncamı əsasında dörd, beş mərtəbəli binaların inşa etməsinə, inşaat işlərinin 2005-2007-ci illər ərzində başa çatdırılmasına, binanın inşaatı başa çatdırıldıqdan sonra 3 saylı binanın 4-cü mərtəbəsində yerləşən 24 №-li mənzilinin “Sifarişçi”yə satılaraq onunla müvafiq alqı-satqı müqaviləsinin bağlanmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə, “Sifarişçf’nin isə bu əmlakı qəbul edib, əvəzində razılaşdırılmış məbləğin ödənilməsinə dair tərəflər üçün ilkin hüquqi öhdəliyin yaranması təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 22.06.2007-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, verilir "xxxx" MMC şirkəti tərəfindən, 407 №-li müqaviləyə əsasən Cavabdeh2 və X1 ötəri ki, o, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi yerdə yerləşən, beş mərtəbəli 3 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 70 kv.m olan 24 №-li mənzilə pay ödənişi 49 000 $ (qırx doqquz min ABŞ dolları) ödəyib, "xxxx" MMC-yə heç bir borcu qalmayıb. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş 20.09.2021-ci il tarixli ərizədə qeyd edilmişdir ki, 2-1(112)-7127/2021 saylı iş üzrə İddiaçı Yuriyevnanın Bakı şəhəri, Səbail rayonu, ünvan 7-də yaşaması ilə bağlı "xxxx" MMC-yə arayış verilməsi barədə sorğu verilmişdir. MMC nümayəndələri İddiaçı Yuriyevnanın həmin mənzildə yaşamasını bildirsələr də qərəzli olaraq arayış verilməsindən imtina etmişlər. Belə olan halda qonşular tərəfindən akt və ərizə tərtib edilərək notariusua müraciət olunmuşdur. Notarius bu xarakterli sənədlərin təsdiq edilməsinin onlara aid olmadığını bildirmişdir. Bu halda qonşular özlərinin şəxsiyyət vəsiqəsini notariusda təsdiqləməklə akt və ərizədə olan imzaların onlara məxsus olmasını təsdiq edirlər. Həmin ərizə ilə təqdim edilmiş qonşular tərəfindən tərtib olunmuş akt və ərizələrdən görünür ki: -16.09.2021-ci il tarixdə tərtib olunmuş akta əsasən aktı imza edən X3 (ünvan: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 3, mənzil 21) və X6 (ünvan: Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ki, həqiqətən qonşuları İddiaçı Yuriyevna 2011-ci ildən daimi olaraq Bakı şəhəri, Səbail rayonu, ünvan 7 ünvanında anası Cavabdeh2 ilə birlikdə yaşayır. -Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 3, mənzil 21 ünvanında yaşayan X3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə həqiqətən qonşuları İddiaçı Yuriyevnanın 2011-ci ildən daimi olaraq Bakı şəhəri, Səbail rayonu, ünvan 7 ünvanında anası Cavabdeh2 ilə birlikdə yaşadığını təsdiq etdiyi bildirilmişdir. -Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 3, mənzil 30 ünvanında yaşayan X6 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə həqiqətən qonşuları İddiaçı Yuriyevnanın 2011-ci ildən daimi olaraq Bakı şəhəri, Səbail rayonu, ünvan 7 ünvanında anası Cavabdeh2 ilə birlikdə yaşadığını təsdiq etdiyi bildirilmişdir. -"xxxx" MMC-nin ünvan 8 ünvanladığı 26.08.2021-ci il tarixli, 15 nömrəli məktubunda bildirilmişdir ki, sizin 17 avqust 2021-ci il tarixli, 5024 saylı "xxxx" MMC-yə ünvanlanmış məktubunuza cavab olaraq bildirilir ki, "xxxx" MMC tikinti şirkəti ilə bağlanmış 22 iyun 2007-ci il tarixli 407 №-li müqaviləyə əsasən Salyan Şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda beş mərtəbəli 3 saylı yaşayış binasında yerləşən 27 №-li mənzil Cavabdeh2 və X2 aiddir. Həmin mənzil özəlləşdirilməyib və orda yaşayanlar haqqında onlarda heç bir məlumat yoxdur. Tikinti şirkəti olaraq, satılmış mənzillərdə yaşayanlar haqqında məlumat toplamaq səlayəhətləri yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 20.05.2021-ci il tarixli, 065-13869P-3221 nömrəli məktubunda bildirilmişdir ki, sizin ünvan 11 ünvanına qeydiyyata alınmanız ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız ünvana mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və icarə müqaviləsi, eləcə də qanunvericilkdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədləri təqdim edə bilmədiyiniz halda məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən mənzilə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Hazırkı işdən görünür ki, İddiaçı Yuriyevna Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 2, bina 3, 27 saylı mənzilə qeydiyyata alınmasını mübahisələndirir. İddiaçının qeydiyyata alınmasını istədiyi sözügedən mənzil "xxxx" MMC tikinti şirkəti ilə bağlanmış 22 iyun 2007-ci il tarixli, 407 nömrəli müqaviləyə əsasən iddiaçının anası və bacısı olan Cavabdeh2 və X2 (üçüncü şəxslər) aiddir. İddiaçı qeyd edilən mənzildə faktiki olaraq yaşayır. İş üzrə müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı mübahisəli Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 2, A.Yaqubov küçəsi, ev 3, 27 saylı mənzildən çıxarılması ilə bağlı iddia, İddiaçı qarşılıqlı iddia olaraq həmin mənzilə istifadə hüquqlarının tanınması ilə bağlı iddia qaldırmışlar. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 18.12.2019-cu il tarixli qətnaməsində İddiaçı mübahisəli mənzildən çıxarılması ilə bağlı iddiaya münasibətdə məhkəmə Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinə istinadən hesab etmişdir ki, “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Ə.Yaqubov küçəsi, 3 saylı evin 27 saylı mənzilindən mülkiyyətçiləri olan Cavabdeh2, X4 ilə İddiaçı arasında həmin mənzildən istifadə hüququna dair notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmasa belə onlar arasında etibarlı ailə əlaqələri mövcud olmuşdur. Belə ki, qanunda etibarlı ailə münasibətlərində olan şəxslərin dairəsinə ər-arvad, valideynlər və uşaqlar aid edilmiş, mənzildən istifadə hüququnun yaranması üçün həmin şəxslərə münasibətdə mülkiyyətçinin notarial razılıq qanunla tələb olunmamışdır. Bu səbəbdən cavabdeh İddiaçı mülkiyyətçilərlə etibarlı ailə əlaqələri əsasında mənzilə istifadə hüququ əldə etdiyindən mülkiyyətçilərin mübahisəli mənzildən çıxarılması barədə iddiası təmin edilə bilməz. Eyni zamanda adıçəkilən qətnamə ilə İddiaçı həmin mənzilə istifadə hüquqlarının tanınması ilə bu nəticəyə gəlmişdir ki, “müqaviləyə əsasən mübahisəli mənzilə mülkiyyət hüquqları əldə edilməsinə baxmayaraq əqd notarial qaydada təsdiq edilmədiyindən, bu hüquqlar daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmadığından cavabdehin yaşayış sahəsindən istifadə hüququ tanına bilməz”. Beləliklə, göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı istifadə hüququnun tanınması tələbini yanız mübahisəli mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmadığından təmin etməmiş, lakin eyni zamanda iddiaçının yaşadığı mübahisəli mənzilə istifadə hüququ əldə etdiyi nəzərə alınaraq onun həmin mənzildən çıxarılması tələbi rədd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi adıçəkilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” olaraq iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması əsas kimi qiymətləndirilə bilər. Çünki həmin qətnamə ilə iddiaçının yaşayış yeri ilə bağlı hüququ bilavasitə müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeydiyyata alınmasını istədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməməsi həmin mənzilə onun pasport qeydiyyatına alınmasına mane təşkil etmir. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, sözügedən mənzilin dəyəri "xxxx" MMC-yə ödənilmiş, mənzil müqavilə tərəflərinin sahiblik və istifadəsindədir. İddiaçı həmin mənzildə faktiki yaşayır, qanuni qüvvəsini almış qətnamə ilə o, yaşadığı həmin mənzildən çıxarıla bilməz. Qanunun tələbindən də müəyyən olunur ki, Azərbaycan Respublikasında fiziki şəxslər məhz yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən cavabdeh inzibati orqanın iddiaçını yaşayış yeri üzrə qeydiyyata almasından imtinası əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar