Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-713/2024 22.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ikinci qrup əlil hesab edilməsi və ona ikinci qrup əlil kimi pensiyanın verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəmə dəftərxanası vasitəsilə iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini və tələbinin “ona ikinci dərəcə əlillik təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, iddia tələbi “İddiaçı ikinci dərəcə əlillik təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” şəklində qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1992-ci il tarixindən hərbi xidmətdə olmuşdur. Polkovnik-leytenant rütbəsi almışdır. xx.xx.2008-ci il tarixində hərbi xidmətə gedən zaman marşrut taksidə avtomobil qəzası zamanı baş-beyin travması, kəllənin sol və döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzilməsi diaqnozunu almışdır. Bununla bağlı N saylı hərbi hissənin cərrahiyyə bölməsində xx.xx.2008-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək “OKB-baş beyin silkələnməsi, qabarıq kliniki əlamətlərlə, kəllənin sol, döş qəfəsinin sol yarısının yumşaq toxumalarının əzilməsi" diaqnozu ilə stasionar müalicə olunmuşdur. Müalicədən sonra güclü baş ağrıları və baş gicəllənməsi davam etmişdir. xx.xx.2015-ci il tarixində tibbi şəhadətləndirilmişdir. Xəstəlik əlamətləri şiddətləndiyinə görə stasionar müalicə qəbul etmişdir. 2015-ci ildən 2-ci dərəcəli əlil hesab edilmişdir. Sonrakı illərdə daimi ambulator və stasiaoan müalicə almışdır. xx.xx.2015-ci ildə Silahlı Qüvvələrin Baş Klinik hospitalı diaqnostika şöbəsində, xx.xx.2020-ci il tarixində Silahlı Qüvvələrin Baş Klinik hospitalı nevrologiya bölməsində, xx.xx.2021-ci ildə Silahlı Qüvvələrin Baş Klinik hospitalı radiologiya bölməsində, xx.xx.2021-ci ildə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı reabilitasiya bölməsində, xx.xx.2021-ci ildə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalı nevrologiya şöbəsində, xx.xx.2021-ci ildə Müdafiə Nazirliyinin Baş kliniki hospitalı reabilitasiya bölməsində müalicə almışam. Hal-hazırda əlilliyimlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli məktubla ona əlillik dərəcəsi verilməkdən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə AR MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında cavabdeh tərəfindən baxılmış və Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; "X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar, Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının mikroocaqlı üzvi nevroloji nişanələr.vegetativ damar davamsızlığı ilə təzahür edən travmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg..." səbəbi ilə beş il müddətinə əlillik verilmişdir. Əlillik müddəti bitdikdən sonra həmin xəstəxananın xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlilliyi caavbdeh tərəfindən yenidən qiymətləndirilmiş və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.9 - Dəqiqləşdirilməmiş kəllədaxili travma, Diaqnozun mətni: Əsas diaqnoz S06 Kəllədaxili travma, Keçirilmiş kəllə-beyin travmasının (xx.xx.2008) sağ tərəfli piramid çatışmazlığı, tez-tez vegetativ- damar krizləri və üzvi emosional pozuntu, yaddaşın zəifləməsi ilə müşayiət olunan postravmatik ensefalopatiya.Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı üzvi emosional pozuntu,yaddaşın zəifləməsi. Ağırlaşma S06 Kəllədaxili travma, Keçirilmiş kəllə-beyin travmasının (xx.xx.2008) sağ tərəfli piramid çatışmazlığı, tez-tez vegetativ-damar krizləri və üzvi emosional pozuntu, yaddaşın zəifləməsi ilə müşayiət olunan postravmatik ensefalopatiya. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı üzvi emosional pozuntu,yaddaşın zəifləməsi. Yanaşı xəstəliklər H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, Hipertonik retinopatiya. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstədə əsas diaqnozu təsdiq edən instrumental diaqnostik müayinələr tam aparılmayıb" səbəbi ilə imtina verilmişdir. xx.xx.2021-ci ildə sözügedən xəstəxananın göndərişi əsasında yenidən qiymətləndirmə aparılmış, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.9 - Dəqiqləşdirilməmiş kəllədaxili travma, Diaqnozun mətni: Kəllədaxili travma, Keçirilmiş kəllə-beyin travmasının ., Məzkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son beş ildə aldığı stasionar müalicəsi qeyd olunmayıb, İxtisaslaşdırılmış müayinə və müalicəsi davam etdirilsin." səbəbi ilə imtina verilmişdir. İşdən görünür ki, iddiaçı bu imtinadan narazı qalmış, buna görə də cavabdehə müraciət etmiş, nəticədə cavabdeh tərəfindən sonuncu göndəriş əsasında onun əyani müayinəsi həyata keçirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə Qərar qəbul edilmişdir. Belə ki, həmin əyani müayinə ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********6 nömrəli, 12 sentyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Bakı şəhər sakini xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 52000Q3AAATX nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Əlavə müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 172 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasının (xx.xx.2008) mikroocaqlı üzvi nevroloji nişanələr, vegetativ damar davamsızlığı ilə təzahür edən travmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; “Ağrı sindromu ilə müşayiət olunan onurğa sütununun boyun, döş, bel nahiyələrinin (əqərələrarası oynaqlarının çoxsaylı massiv dimdıyəbənzər artımlarla yayılmış deformasiyaedici spondilyozu və İİ (ikinci) mərhələ fəqərələrarası ostexondrozu, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sidik daşı xəstəliyi. Sağ böyrəyin daşı (5mm). Xroniki pielonefrit, natamam remissiya mərhələsində. Prostat vəzinin xoşxassəli hiperplaziyası, İ mərhələdə. Vertebroqen mənşəli xroniki boyun, bel-oma radikuliti, natamam remissiya mərhələsində. Hər iki gözün hipermetropiyası 1,0 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması. Presbiopiya 2,0D.” diaqnozu ilə xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı nevroloji statusunda yaşa uyğun dəyişikliklər müəyyən olunmuş, əzələ gücü, tonusu normal, reflekslər canlı, ətraflarda iflic, parez müəyyən olunmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntu, hərəki məhdudiyyət aşkar edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2022-ci il tarixdə oftalmoloq müayinəsi aparılmış, diaqnoz "Vis QU-0,5 k/ilə 1,0 OD=OS. OU-Başlanğıc katarakta. Presbiopiya" kimi müəyyən olunmuşdur. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli Silahlı Qüvvələrin Baş X8 KT müayinəsinin nəticəsində “İİİ və lateral mədəciklər orta xətdə olub, minimal genişlənmişdir. Hər iki tərəfdə alın payında ən böyüyü 4x3 mm ölçüdə olan işemik gliozis ocağı qeyd edilir. Hər iki tərəfdə alın, gicgah və təpə paylarında subaroxnoidal məsafə bir qədər artmışdır kimi müəyyən olunmuş, eyni müəssisədə xx.xx.2021-ci il tarixdə aparılmış KT müayinəsinin nəticəsi İİİ və lateral mədəciklər orta xətdə olub, xeyli genişlənmişdir. Hər iki tərəfdə alın payında ən böyüyü 12x8 mm ölçüdə 1 neçə olan qliozis ocağı qeyd olunur. Hər iki tərəfdə alın, gicgah və təpə paylarında subaroxnoidal məsafə bir gədər artmışdı” kimi müəyyən olunmuş, hər iki sənədin müqayisəsi zamanı həkimin imzasının saxtalaşdırılması haqqında ciddi sübhə yaranmışdır. Təqdim edilmiş müayinə sənədlərində qeyd olunan dəyişikliklər əyani müayinə zamanı öz təsdiqini tapmamış və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular və hərəki məhdudiyyət müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.” Onun əsasında Əlillik altsisteminə X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi, Diaqnozun mətni: Keçirilmiş kəllə-beyin travmasının ( xx.xx.2008) sağ tərəfli piramid çatışmazlığı, tez-tez vegetativ-damar krizləri və üzvi emosional pozuntu, yaddaşın zəifləməsi ilə müşayiət olunan postravmatik ensefalopatiya. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı üzvi emosional pozuntu, yaddaşın zəifləməsi., Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdehin bu imtinası ilə razılaşmayaraq hazırda iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcə əlillik təyin edilməsini xahiş edir. Məhkəmə gedişində cavabdehin xx.xx.2022-ci il tarixli qərarında göstərilən halların araşdırılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına sorğu verilmiş, həmin sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı dair sorğu məktubuna əlavə olunmuş Müdafiə Nazirliyinin Baş X4 şöbəsinin Radiologiya bölməsinə məxsus xx.xx.2021-ci il tarixli Kranial KT müayinəsindən keçib-keçməməsi araşdırıldı. Belə kı araşdırma zamanı məlum olmuşdur ki, iddiyaçıya aid xx.xx.2021-ci il tarixli Diaqnostika şöbəsinin Radiologiya bölməsinin müayinə qeydiyyatı kitabında qeyd olunan tarixə Kranial KT müayinə olması iddiaçı barədə məlumat aşkarlanmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Baş X6 Reabilitasiya bölməsinə stasionar müalicəyə qəbul edilmişdir, Stasionar müalicədə olarkən xx.xx.2021-ci il tarixdə hospitalın Radiologiya bölməsində Kranial KT müayinəsi olunmuşdur. Göründüyü kimi, iddiaçı xəstəliyi ilə bağlı instrumental müayinə nəticəsi kimi iddiaçıya fərqli tarixli iki Kranial KT müayinəsi nəticəsi təqdim etmiş, xx.xx.2021-ci il tarixli müayinə nəticəsində “İİİ və lateral mədəciklər orta xətdə olub, xeyli genişlənmişdir. Hər iki tərəfdə alın payında ən böyüyü 12x8 mm ölçüdə 1 neçə olan qliozis ocağı qeyd olunur. Hər iki tərəfdə alın, gicgah və təpə paylarında subaroxnoidal məsafə bir gədər artmışdır” kimi müəyyən edilsə də,həmin sənəd mötəbər olmamış, xx.xx.2022-ci il tarixli müayinə nəticəsində isə “İİİ və lateral mədəciklər orta xətdə olub, minimal genişlənmişdir. Hər iki tərəfdə alın payında ən böyüyü 4x3 mm ölçüdə olan işemik gliozis ocağı qeyd edilir. Hər iki tərəfdə alın, gicgah və təpə paylarında subaroxnoidal məsafə bir qədər artmışdır” kimi göstərilmişdir. Buna görə də iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 ekspertlərinə həvalə edilmişdir. Həmin qərardadın icrası məqsədilə Birlik tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 421/2023 saylı ekspert rəyində göstərilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli 5200003AAAHB saylı göndərişdə qeyd edilmiş “S06-kəllədaxili trav travmasının (xx.xx.2008) sağ tərəfli piramid çatışmazlığı, tez-tez vegetativ-damar krizləri və üzvi emosional pozuntu, yaddaşın zəifləməsi ilə müşayiət olunan posttravmatik ensefalopatiya, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı üzvi emosional pozuntu, yaddaşın zəifləməsi. Ağırlaşma: S06-kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının (xx.xx.2008) sağ tərəfli piramid çatışmazlığı, tez-tez vegetativ-damar krizləri və üzvi emosional pozuntu, yaddaşın zəifləməsi ilə müşayiət olunan posttravmatik ensefalopatiya, keçirilmiş qapah kəllə-beyin travmasından sonrakı üzvi emosional pozuntu, yaddaşın zəifləməsi” əsas xəstəlik və ağırlaşmaları xəstənin hazırkı vəziyyətini əks etdirir, belə ki, xəstənin anamnestik, klinik-laborator və instrumental müayinə metodları əsasında müəyyən edilmiş diaqnoz şəxsin əyani müayinəsi zamanı “X10”ə baş beyinin MRT müayinəsinə göndərilərkən aşkar edilmiş patoloji dəyişikliklər ilə bir daha təsdiq edilmişdir. Lakin işdə olan Agentliyin xx.xx.2024-cü il tarixli qərarından göstərilmişdir ki, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı özünün də Həkim nevroloq olduğunu, avtoqəza keçirdiyini bildirmiş, başağrıları, əsəbilik, ayda 4-5 dəfə baş verən epileptik olmayan qıcolma tutmalarından, sağ qolunda zəiflik, hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnezində tutmadan əvvəl soyuq tər gəldiyini, təzyiqinin aşağı düşdüyünü bildirmiş, medikamentoz preparatlardan Pirosetam, Serebrazin qəbul etdiyini, özünün emosional labil şəxs olduğunu düşündüyünü (xəstəsindən şikayətini soruşduqda kobud cavab verdiyi üçün onu vurduğunu, sonra üzr istədiyini bildirmişdir) söyləmişdir. Nevroloji müayinə zamanı həkim-nevropotoloq olaraq simulyasiya etmiş, sağ qolunu parez kimi göstərməyə çalışmış, Marinesko-Rodoviç sınağını yalandan icra etmişdir. Qəbul etdiyini söylədiyi Kavinton, Pirosetam, Serebralizin məhz metabolik problemləri aradan qaldırmaq tutulmuş preparatlar olduğuna görə bildirdiyi şikayətlərlə uyğunsuzluq təşkil etmişdir. Müayinə nəticəsində həkim-mütəxəssislər tərəfindən praktik sağlam şəxs kimi dəyərləndirilmişdir. X9 xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində beyin toxumasının dərin ağ maddəsində çox sayda postişemik demiyelinizasiya sahələri izlənilir” kimi qeyd olunmuş, yayılmış postişemik ocaqlar, xroniki beyin qan dövranı pozulmasını və uzunmüddətli hipertoniya ilə uyğunluq təşkil etmiş, sağ yuxarı ətrafın parezini açıqlayan patoloji ocaq aşkar edilməmişdir... Təqdim edilmiş instrumental müayinə nəticələrində və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji dəyişikliklər aşkar edilməmişdir.” İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə isə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. İstinad olunan normalardan görünür ki, şəxsin istənilən sağlamlığının pozulması deyil, cəmiyyətdə digər şəxslərlə bərabər səviyyədə tam və səmərəli iştirakına mane olan pozulması ona əlilliyin təyin edilməsinə əsas yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının keçirdiyi yol nəqliyyat hadisəsi nəticəsində başından travma alması işin mübahisəsiz halıdır. Lakin həmin travmanın iddiaçıya əlillik təyin edilməsi üçün Meyarlarda göstərilən əlamətləri də özündə əks etdirməsi iş materialları ilə müəyyən olunmur. Yəni iddiaçının sağlamlıq vəziyyəti kəllədaxili travma diaqnozuna uyğun olsa da, bu xəstəliyin gedişatının forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələri və tezliyi, patoloji prosesin yayılması kimi kliniki funksional xüsusiyyətləri əlillik təyin edilməsinə əsas vermir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-713/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-713/2024
22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver