Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7131/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı X31, X22, X55, X11, X42, X56, X47 və X32 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən X18, X12, X3, X1, X6, X4, X25, X13, X39, X40, X33, X19 və X34 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03.06.2021-ci il tarixli, 2-1(112)-7131/2021 nömrəli qərardadı ilə X31, X22, X11, X9, X16, X14, X42, X23, X55, X56, X48 və X32 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan – ünvan 1 ünvanında yerləşən mənzildən X31, X22, X11, X9, X16, X14, X42, X48, X32 və X34 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət edərək X31, X22, X55, X11, X42, X56, X47, X49 və X19 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Adıçəkilən evi 04.05.2002-ci il tarixində X7 alqı-satqı müqaviləsi əsasında almışdır. Qeyd edilən vaxtdan ona məxsus olan evdə yaşayır. X31, X22, X11, X10, X16, X15, X42, X23, X55, X56, X48, X32 və X50 ona məxsus olan mənzildə yaşamırlar. Adını qeyd etiyi şəxslərin pasport qeydiyyatının onun mənzilinə olması formal xarakter daşıyır. Məhz bu səbəbdən adı qeyd edilən şəxslər ona məxsus olan mənzildən pasport qeydiyyatdan çıxarılmalıdırlar. Qeyd edilən şəxslərin ona məxsus olan mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin Polis İdarəsi 12.03.2021-ci il tarixli, 096- 6012Q-1221 saylı imtina məktubu ilə bildirmişdir ki, qeyd edilən şəxslərin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması Suraxanı rayon Polis İdarəsinin səlahiyyəti daxilində deyil. Qeyd edilənlərlə yanaşı məhkəməyə müraciət etmək hüququnun olduğu tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmiş, üçüncü şəxslər isə məhkəməyə gəlməmiş, gəlməməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X13 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan 03.10.2020-ci il tarixdə keçmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 16.06.2021-ci il tarixli, 5/01-2404/11 №-li məktuba əlavə edilmiş 04.05.2002-ci il tarixli, 4Ə-3-376 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 04.05.2002-ci il tarixli, 149809 nömrəli müqaviləyə əsasən X23 Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən 25.04.2002-ci il tarixdə 006 saylı kitabın 885-ci səhifəsində 30/885 saylı reyestrlə verilmiş qeydiyyat vəsiqəsinə və 04.05.2002-ci il tarixdə verilmiş 30/947 saylı arayışa əsasən ona məxsus olan Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 83-də: 1208,30 kvm. ümumi sahəsi 251,2 kvm. o cümlədən yaşayış sahəsi 120,2 kvm., köməkçi sahəsi 131 kvm. olan beş otaqlı şəxsi yaşayış evinin “A” tikinti hissəsi, ümumi sahəsi 188,2 kvm., o cümlədən yaşayış sahəsi 84,2 kvm., köməkçi sahəsi 104,0 kvm. oolan üç otağını 51.120000 (əlli bir milyon yüz iyirmi min) manata İddiaçı satmışdır. Bakı şəhəri, Surxanaı rayon İcra Hakimiyyətinin Bülbülə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 101, 26.04.2002ci il tarixli arayışa əsasən ünvan 5 ünvanında pasport qeydiyyatında heç kəs yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 28.01.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllədlü İddiaçı, 12.06.1998-ci il təvəllüdlü X31, 01.07.2000-ci il təvəllüdlü X22, 22.05.1932-ci il təvəllüdlü X11, 19.06.1952-ci il təvəllüdlü X9, 15.07.1952-ci il təvəllüdlü X20, 01.06.1974-cü il təvəllüdlü X14, 02.10.1961-ci il təvəllüdlü X42, 31.03.1974-cü il təvəllüdlü X26, 28.10.1986-cı il təvəllüdlü X55, 17.02.1988-ci il təvəllüdlü X56, 03.04.1989-cu il təvəllüdlü X24, 04.01.1990-cı il təvəllüdlü X48, 27.10.1964-cü il təvəllüdlü X32, 04.11.2014-cü il təvəllüdlü X50, 09.01.1968-ci il təvəllüdlü X27 ünvan 6 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 18.06.2021-ci il tarixli, 018-8628-1221 nömrəli məktubdan görünür ki, 12.06.1998-ci il təvəllüdlü X17 04.12.2013-cü il, 01.07.2000-ci il X22 14.11.2014-cü il, 19.06.1952-ci il təvəllüdlü X10, 15.07.1952-ci təvəllüdlü X16, 01.06.1974-cü il təvəllüdlü X14 08.09.2005-ci il, 22.05.1932-ci il təvəllüdlü X11, 02.10.1691-ci il təvəllüdlü X42, 28.10.1986-cı il təvəllüdlü X55, 27.10.1964-cü il təvəllüdlü X32 22.11.2003-cü il, 17.02.1988-ci il təvəllüdlü X56 25.10.2004-cü il və 04.01.1990-cı il təvəllüdlü X48 12.03.2007-ci il tarixdən hal-hazıradək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan digər şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. X23 08.02.2021-ci il tarixdə ünvan 7 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 30.06.2021-ci il tarixli, **********79 nömrəli məktubdan görünür ki, X18, X12, Əsgərova Səfiyə, Həzrətqulu qızının, X2, X6, X5, X39, X40, X33 və X21 ünvan 1 ünvanında istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, X25 adına həmin ünvanın 5 otağı (192.4 kv.m) qeydə alınmışdır, lakin 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənilmiş 4Ə-418 reyestr nömrəli 09.04.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Eyni zamanda bildirilmişdir ki, X13 adına ünvan 1E qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27.07.2021-ci il tarixli, 1322 nömrəli arayışdan görünür ki, X42, X11, X35, X48, X55, X56, X8 qəsəbəsi, İlqar Məmmədov küçəsi, ev 83 ünvanında qeydiyyatdadırlar, lakin həmin ünvanda yaşamırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 27.07.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllədlü İddiaçı, 12.06.1998-ci il təvəllüdlü X31, 01.07.2000-ci il təvəllüdlü X22, 29.08.1991-ci il təvəllüdlü X51, 22.05.1932-ci il təvəllüdlü X11, 19.06.1952-ci il təvəllüdlü X9, 15.07.1952-ci il təvəllüdlü X20, 01.06.1974-cü il təvəllüdlü X14, 02.10.1961-ci il təvəllüdlü X42, 28.10.1986-cı il təvəllüdlü X55, 17.02.1988-ci il təvəllüdlü X56, 03.04.1989cu il təvəllüdlü X24, 04.01.1990-cı il təvəllüdlü X48, 27.10.1964-cü il təvəllüdlü X32, 04.11.2014-cü il təvəllüdlü X50, 09.01.1968-ci il təvəllüdlü X27 ünvan 6 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 04.11.2021-ci il tarixli, ******* və ******* saylı arayışlarıdan görünür ki, xx.xx.1957-ci il təvəllədlü İddiaçı, 12.06.1998-ci il təvəllüdlü X31, 01.07.2000-ci il təvəllüdlü X22, 29.08.1991-ci il təvəllüdlü X51, 28.10.1986-cı il təvəllüdlü X55, 22.05.1932-ci il təvəllüdlü X11, 02.10.1961-ci il təvəllüdlü X42, 17.02.1988-ci il təvəllüdlü X56, 03.04.1989-cu il təvəllüdlü X24, 04.01.1990-cı il təvəllüdlü X48, 27.10.1964-cü il təvəllüdlü X32, 04.11.2014-cü il təvəllüdlü X50, 09.01.1968-ci il təvəllüdlü X27 ünvan 6 ünvanında qeydiyyatdadırlar. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12.03.2021-ci iİ tarixli, 096-6012Q- 1221 nömrəli məktubdan görünür ki, müraciətinə əsasən İdarənin Qeydiyyat məsələləri bölməsində araşdırma aparılmışdır. Nəzərinə çatdırılır ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyya haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün deyildir. Odur ki o aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X13 xüsusi mülkiyyətində olmuş və o həmin fərdi yaşayış evini 04.05.2002-ci ildə 51.120.000 manata hazırki iş üzrə İddiaçı satmışdır. Fərdi yaşayış evi satılan zaman həmin ünvanda Bakı şəhəri, Surxanaı rayon İcra Hakimiyyətinin Bülbülə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 101, 26.04.2002-ci il tarixli arayışa əsasən pasport qeydiyyatında heç kim olmamışdır. İş üzrə üçüncü şəxslər X17 04.12.2013-cü ildə, X22 14.11.2014-cü ildə, X11, X42, X55, 22.11.2003-cü ildə, X56 25.10.2004-cü ildə və X48 12.03.2007-ci ildə mübahisəli fərdi yaşayış evi üzrə qeydiyyata alınmışlar. Həmin şəxslərin mübahisəli yaşayış sahəsi üzrə qeydiyyata alınmalarına əsas olan sənədlər saxlama müddəti bitdiyinə görə qanunvericliklə müəyyən edilmiş qaydada məhv edildiyindən onların qeydə alınmalarının əsasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan, lakin həmin evdə yaşamayan, ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı inzibati orqana müraciət etsə də onun müracitəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxslərin mübahisəli mənzil üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus evdə qeydiyyatda olan, lakin faktiki olaraq həmin evdə yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli yaşayış sahəsində qeydiyyatda olan üçüncü şəxslər, həmçinin yetkinlik yaşına çatmayan X50 qeyd olunan ünvanda yaşamadıqlarından, eləcə də onların həmin yaşayış sahəsində istifadə hüquqlarının hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən həmin şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X18, X12, X39, X3, X25, X40, X36, X19 və yetkinlik yaşına çatmayan X34 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X18, X12, X39, X3, X25, X40, X36, X19 və yetkinlik yaşına çatmayan X34 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-7131/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7131/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver