Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7133/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və vəkili Vəkil İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəzliyi Agentliyinin Bakı Regional bölməsinə qarşı “qərarın etibarsız hesab edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh X1 Bakı Regional bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli "Malların geri çağırılması barədə" İD1081/22 saylı Qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırlmışdır ki, fərdi sahibkar kimi uzun illərdir ki, quşlar üçün nəzərdə tutulmuş yem və yem əlavələrinin qanuni əsaslarla ölkəyə idxalı və satışı ilə məşğuldur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlərdə heç bir qanun pozuntusuna yol verməmiş, idxal etmək istədiyi məhsullara əvvəlcədən Azərbaycan Respublikası X2ndən qeydiyyat şəhadətnaməsi almış, daha sonra isə həmin təşkilatdan idxala hər dəfə rəsmi icazə aldıqdan sonra verilmiş icazəyə uyğun olaraq yem məhsullarını müşayiət sənədləri əsasında gömrük nəzarəti altında sərhəd keçid məntəqəsindən keçirməklə, ölkəyə idxal edib onun satışı ilə məşğul olub. Bu zaman malın gömrük dəyərinə uyğun olaraq məndən tələb olunan vergiləri, üstəlik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün qanunda nəzərdə tutlmuş digər ödənişlərimi vaxtlı-vaxtında edib. Yəni, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına qanuni əsaslarla nəzarət edən hər hansı dövlət orqanları ilə problemi olmamışdır. Bununla belə, eyni seriyadan olan və Azərbaycan Respublikasında qeydiyyatının aparılmasını təmin etdiyi yem məhsullarının ölkəyə idxal olunmasına növbəti icazələrin verilməsi üçün 31 yanvar və xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikası X2nin Bakı Regional Bölməsinə müraciətlər etmiş, müraciətlərinə müsbət cavablar verilmişdir. Bundan sonra, ona verilmiş icazə sənədləri əsasında əvvəllər də eyni qaydada və maneəsiz idxal etdiyi qeydiyyatdan keçirdiyi, eyni seriyadan olan yem məhsullarını gömrük nəzarəti altında Gürcüstan Respublikasından keçirərək Azərbaycana gətirib. Bu dəfə də bütün qanuni prosedurları yerinə yetirdikdən sonra həmin məhsulları realizə edib. Yem məhsullarının satışından təqribən 5-6 gün sonra özünü Qida Təhlükəsizliyinin əməkdaşı kimi təqdim edən şəxs məhsulları boşaltdığı anbara gələrək, məhsullara baxış keçirib, yoxlanış üçün nümunə götürəcəyini bildirib. Baxmayaraq ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bu illər ərzində bir dəfə də olsun həmin təşkilatın nümayəndəsi belə bir tələblə çıxış etməmiş, heç bir baxış və yoxlama aparmamışdır. Yalnız bir neçə il əvvəl ilk dəfə məhsulun qeydiyyata alınması zamanı belə bir tələb olmuşdur, o da onun tərəfindən təmin edilmişdir. Bununla belə, gəlmiş əməkdaşa bildirdim ki,yem məhsulları satılıb,anbarda yoxdur. Vaxtında xəbərdar etsəydilər, tələb etdikləri həcmdə nümunələr saxlayardılar. Lakin əməkdaş narazılığını bildirirək, icrası mümkün olmayan satılmış məhsulun geri qaytarılmasını tələb etdi. Həmin əməkdaşa izah edilib ki, həmn tələbi istəsələr də, icra etmək mümkün deyil, çünki məhsul cücələr tərəfindən yeyilibdir. Bir də ki, uzun illərdir ki, hər hansı yoxlama aparılmamış, faktiki olaraq hər gün məhsul idxal etsələr də, heç vaxt nümunələr götürülməmiş, ümumilikdə belə bir tələb də olmamışdır. Əgər nümunələrin götürülməsi zəruridirsə, bu gün-sabah növbəti məhsul partiyası idxal olunacaqdır, zəruri olan həcmdə nümunələr götürülə bilər. Bu sözlərindən sonra həmin əməkdaş əsəbi halda çıxıb getdi. Bununla belə, 16 fevral 2022-ci il tarixində ünvanına Cavabdeh adından "Malların geri çağrılması barədə" 15 fevral 2022-ci il tarixli Qərar daxil oldu. Qərarda göstərilir ki, "Fiziki şəxs İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, İD816/22 nömrəli, İD817/22 nömrəli, xx.xx.2022-ci il tarixli, İD1080/22 nömrəli, İD1081/22 nömrəli icazələr əsasında idxal olunmuş "Broiler max Grover", X6/Grover", “Chickyuvin", "Layer- Max", Serebrist Max-Star" adlı yem məhsullarının xx.xx.2022-ci il tarixinədək dövriyyədən çıxarılaraq anbara geri çağırılsın və məhsul partiyasından nümunə götürülməsi üçün şərait yaradılması təmin edilsin. Qərarı qəbul etmiş vəzifəli şəxs tələbini onunla əsaslandırııb ki, "Azərbaycan Respublikası Nazirlər Kabinətinin 66 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası baytarlıq qaydalarının 2.1-ci bəndinə əsasən yem və yem əlavələri baytarlıq preparatlarına aid edilir." O səbəbdən "Baytarlıq haqqında" Qanunun tələblərinə görə, preparatlar ekspertizadan keçirildikdən sonra baytarlıq normativlərinin tələblərinə cavab verdikləri hallarda onların tətbiqinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icazə verilir." Hesab edir ki, qərar tam qanunsuz və əsassız olmaqla onun sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilədən başqa bir şey deyildir. Belə ki, cavabdehin istinad etdiyi "Azərbaycan Respublikası baytarlıq qaydaları" haqqında Nazirlər Kabinetinin qərarı mövcud deyil. Bundan əlavə, NK-nin Qərarının qəbul edilmə ilinin göstərilməməsi də belə bir qərarın mövcud olmadığına dəlalət edir. Bundan əlavə, cavabdeh "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanunun 18.5 maddəsinə istinad edərək bildirir ki, "baytarlıq preparatlarının dövlət reyestrində qeydə alınmış xarici baytarlıq preparatlarının hər bir yeni seriyaları (partiyaları) qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizadan keçirildikdən sonra baytarlıq normativlərinin tələblərinə cavab verdikləri hallarda onların tətbiqinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icazə verilir Məhkəmənin nəzərinə çatdırır ki, baytarlıq preparatları deyəndə, "Baytarlıq haqqında" Qanunun 1.0.5-ci bəndinə görə, yalnız heyvan xəstəliklərinin müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan baytarlıq təyinatlı ummunobioloji, bioloji, bitki, kimyəvi və kimya-əzcazçılıq mənşəli maddələr nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilik preparat anlayışını heyvan xəstələkliklərinin ümumi formada nəzərə alınsa, müalicəsi və məhsuldarlığının süni artırılması ilə bağlı etmişdir. Onun uzun zamandır ki, ölkəyə idxal etdiyi məhsullar isə sırf cücələr üçün nəzərdə tutulmuş yem məhsulları olduğundan "preparat" anlayışından kənarda qalır. "Baytarlıq haqqında" Qanunun məqsədləri üçün müxtəlif maddələrdə məsələn, 1.0.11; 3.0.6.; 12.0.3.; 18.1.; 18.2; 18.3.; 18.4.; və 18.6. maddələrində "preparat" və "yem və yem əlavələri" anlayışının ayrı-ayrılıqda işlədilməsi bir daha onu deməyə əsas verir ki, cavabdeh Qanunun 18.5-ci maddəsinin tətbiqində səhvə yol vermiş, ekspertizanın keçirilməsi "preparatlara", özü də yeni qeydə alınacaq seriyalara münasibətdə tələb olunsa da, cavabdeh bu tələbi yem və yam əlavələrinə də tətbiq etməyə cəhd etmişdir. Qərarın özündən görmək olmur ki, cavabdeh idxal və istifadə olunmuş yem məhsulunun dövriyyədən çıxarılaraq anbara geri çağrlılmasım tələb edərkən, tələbini hansı qanunla əsaslandırır və geri çağrılma hansı qaydada aparılmalıdır. Bundan əlavə, cavabdeh Qərarının nəticə hissəsində fikir formalaşdırmağa çalışır ki, onun üçün əlverişsiz akt hesab olunan Qərarı icra etməməklə inzibati Xətalar Məcəlləsinin 544.2. maddəsinin tələblərini pozub. Lakin Qərardan yenə bilmək olmur ki, quşlar üçün nəzərdə tutulmuş yem məhsulunun qanuni əsaslarla idxalından, istifadəsindən sonra onun geri çağrılmasına dair Qərarın icra edilməsinin mümkünsüzlüyü istehlakçılarını necə pozmuşdur.
3. Malların geri çağırılması barədə Azərbaycan Respublikasının Qida Təhlükəzliyi Agentliyinin Bakı Regional bölməsinin xx.xx.2022-ci il tarixli İD1081/22 nömrəli qərarına əsasən, fiziki şəxs İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, İD816/22 nömrəli, İD817/22 nömrəli, xx.xx.2022-ci il tarixli, İD1080/22 nömrəli, İD1081/22 nömrəli icazələr əsasında idxal olunmuş "Broiler max Grover", X6/Grover", “Chickyuvin", "Layer-Max", Serebrist Max- Star" adlı yem məhsullarının xx.xx.2022-ci il tarixinədək dövriyyədən çıxarılaraq anbara geri çağırılması və məhsul partiyasından nümunə götürülməsi üçün şərait yaradılması təmin edilməsi müəyyən edilmişdir. Qərarın qeyd hissəsində qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə 4000 (dörd min) manatdan 5000 (beş min) manatadək məbləğdə cərimə nəzərdə tutulmuş və inzibati aktdan 30 gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, Fiziki şəxs X3 tərəfindən idxal olunan yem və yem əlavələrinə idxal icazə sənədinin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli müraciətlər daxil olmuşdur. Müraciət “Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu”na müvafiq qaydada icraya götürülmüşdür. Müraciətinə əsasən ona xx.xx.2022-ci il tarixli, İD816/22 nömrəli, İD817/22 nömrəli, xx.xx.2022-ci il tarixli, İD1080/22 nömrəli, İD1081/22 nömrəli idxal icazə sənədləri verilmişdir. Həmin müraciət üzrə idxal olunmuş məhsullardan nümunə götürülməsi məqsədilə Bakı şəhəri Xətai rayonu Naximov 2-ci Zeytun ünvanında yerləşdiyi anbara Agentliyin əməkdaşı tərəfindən baxış keçrilən zaman “X5”, “X6/Grower”, “Chickyvin”, “Layer-Max”, “Serebrist Max-Star” adlı yem məhsullarının anbarda olmadığı aşkar edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 66 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası baytarlıq qaydalarının 2.1-ci bəndinə əsasən yem və yem əlavələri baytarlıq preparatlarına aid edilir. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununun 18.5-ci maddəsinə əsasən baytarlıq preparatlarının cövlət reyestrində qeydə alınmış xarici baytarlıq preparatlarının hər bir yeni seriyaları (partiyaları) qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizadan keçirildikdən sonra baytarlıq normativlərinin tələblərinə cavab verdikləri hallarda onların tətbiqinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icazə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 156 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası baytarlıq qaydalarının 3.1-ci bəndinə əsasən ölkə ərazisində istehsaı və ya idxal edilməsindən asılı olmayaraq heyvanların yemləndirilməsi üçün nəzərdə tutulan bütün nov yem və yem əlavələrində yoluxucu heyvan xəstəlikləri törədicilərinin aşkarlanması üçün onlar dövlət baytarlı q nəzarətindən kecirilməlidir. İstifadə üçün yararlı olduğu halda onun yararlılığı barədə səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən müsbət rəy verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 66 saylı qərarı ilə təsdiq ediirmş Azərbaycan Respublikasının baytarlıq qaydalarının 4.8-ci bəndinə əsasən Azərbaycan Resrubrikasına idxal edilən və qeydiyyat şəhadətnaməsi olan baytarlıq preparatlarının hər partiyasından nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilməlidir. Həmin qərarın 10.11-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs baytarqlıq preparatlarının istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi qaydalarını pozduqda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X2 haqqında Əsasnamənin 3.0.33-5 yarımbəndinə əsasə baytarlıq preparatlarının, vitaminlərin, yem əlavələrini, habelə malqaranın boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən bioloji stimulyatorların və hormonların təhlükəsizliyinə, istehsalına, saxlanmasına, heyvandarlıqda və baytarlıqda tətbiqinə, dövriyyəsinə qanunla müəyyən edilmiş qaydada nəzarəti həyata keçirmək, 3.0.9 yarımbəndinə əsasən qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qunun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək), Agentliyin vəzifələrinə aid edilmişdir.
4. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli İD816/22 nömrəli, xx.xx.2022-ci il tarixli İD817/22 nömrəli və xx.xx.2022-ci il tarixli İD1080/00 nömrəli sənədlər əsasında idxal olunmuş yem və yem əlavələrindən nümunələr götürülməsi üçün məhsulların saxlandığı anbara baxış keçirilən zaman bütün məhsulların satıldığı, həmçinin xx.xx.2022-ci il tarixli İD1081/22 nömrəli sənəd əsasında idxal olunmuş yem və yem əlavələrindən “X5" adlı məhsulun satıldığı müəyyən olunduğundan (satılmış məhsullar barədə müvafiq akt tərtib edilmişdir), məhsullardan nümunələr götürülməsi mümkün olmamışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli İD1081/22 nömrəli sənəd əsasında ölkəyə idxal olunan X6" adlı məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi institununun müvafiq laboratoriyasına təqdim olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2007-ci il tarixli 66 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən baytarlıq preparatları - yem və yem əlavələri, heyvan xəstəliklərinin müalicəsi, profilaktikası, diaqnostikası, heyvanların süni mayalanması, onların məhsuldarlığının artırılması məqsədilə və heyvan embrionlarının transplantasiyası zamanı işlədilən bütün preparatlar, maddələr, materiallar və s. vasitələr, heyvan və insanlar üçün ümumi olan baytarlıq təyinatlı (müşayiətedici və ya istifadə təlimatlarında baytarlıqda tətbiq ediləcəyinə dair məlumatlar olan) preparatlar, antiseptiklər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri, kimya, əczaçılıq mənşəli maddələr, vitaminlər, bioloji stimulyatorlar, yem məqsədilə işlədilən kənd təsərrüfatı və sənaye tullantıları, heyvan orqanizminə və onun saxlandığı mikromühitə təsir edə bilən hər cür maddələr və s. baytarlıq preparatları anlayışına aid edilmişdir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasına idxal edilən və qeydiyyat şəhadətnaməsi olan baytarlıq preparatlarının hər partiyasından nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, 3.1-ci bəndinəəsasən, Ölkə ərazisində istehsal və ya idxal edilməsindən asılı olmayaraq heyvanların yemləndirilməsi üçün nəzərdə tutulan bütün növ yem və yem əlavələrində yoluxucu heyvan xəstəlikləri törədicilərinin aşkarlanması üçün onlar dövlət baytarlıq nəzarətindən keçirilməlidir. İstifadə üçün yararlı olduğu halda onun yararlılığı barədə səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən müsbət rəy verilməlidir. Həmin Qərarın 10.11-ci maddəsinəəsasən, Hüquqi və ya fiziki şəxs baytarlıq preparatlarının istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi qaydalarını pozduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X2 haqqında Əsasnamə”nin 3.0.33-5-ci yarımbəndinə əsasən baytarlıq preparatlarının, vitaminlərin, yem əlavələrinin, habelə malqaranın boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən bioloji stimulyatorların və hormonların təhlükəsizliyinə, istehsalına, saxlanmasına, heyvandarlıqda və baytarlıqda tətbiqinə, dövriyyəsinə qanunla müəyyən edilmiş qaydada nəzarəti həyata keçirmək; 3.0.9. qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək) Agentliyin vəzifələrinə aid edilmişdir.
6. İddiaçının ərizəsi əsasında iddia tələbi Azərbaycan Respublikası Qida Təhlükəsizıliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli "Malların geri çağırılması barədə" İD1081/22 saylı Qərarın etibarsız hesab edilməsi kimi dəyişdirilmişdir.
7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan cavabdeh məhkəmə iclasında təmsil olunmur.
İİ. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatına əsasən Azərbaycan Respublikası X2nin regional bölmələri inzibati orqandır (43.1.1-ci yarımbənd).
10. İddia tələbi ilkin olaraq mübahisələndirmə növündə iddia kimi qaldırılsa da, daha sonra iddiaçı tərəfindən tanınma növündə iddiaya (qərarın etibarsız sayılmasına dair) dəyişdirilmişdir.
11. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
12. İPM-in 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
15. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
16. İddianın növü tanınma haqqında iddiadır.
17. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəfindən müəyyən edilir ki, mübahisələndirilən qərarla geri çağırılan yem məhsullarının idxalı cavabdeh Azərbaycan Respublikasının X1 Bakı Regional bölməsinin xx.xx.2022-ci il tarixli, İD816/22 nömrəli, İD817/22 nömrəli, xx.xx.2022-ci il tarixli, İD1080/22 nömrəli, İD1081/22 nömrəli icazələri əsasında həyata keçirilmişdir. xx.xx.2022ci il tarixli İD816/22 nömrəli, xx.xx.2022-ci il tarixli İD817/22 nömrəli və xx.xx.2022-ci il tarixli İD1080/00 nömrəli sənədlər əsasında idxal olunmuş yem və yem əlavələrindən nümunələr götürülməsi üçün məhsulların saxlandığı anbara baxış keçirilən zaman bütün məhsulların satıldığı, həmçinin xx.xx.2022-ci il tarixli İD1081/22 nömrəli sənəd əsasında idxal olunmuş yem və yem əlavələrindən “X5" adlı məhsulun satıldığı müəyyən olunduğundan (satılmış məhsullar barədə müvafiq akt tərtib edilmişdir), məhsullardan nümunələr götürülməsi mümkün olmamışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli İD1081/22 nömrəli sənəd əsasında ölkəyə idxal olunan X6" adlı məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi institununun müvafiq laboratoriyasına təqdim olunmuşdur.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
20. Beləliklə, məhkəmə müəyyən edir ki, satıldığı müəyyən olunsa da, inzibati orqan yem məhsullarının dövriyyədən çıxarılaraq anbara geri çağırılması barədə qərar qəbul etmişdir. Odur ki, həmin qərar faktiki səbəblər üzündən (yem məhsulları realizə olunduğundan) icrası mümkün olmayan inzibati aktdır.
21. Digər tərəfdən iş materiallarına əsasən iddiaçıya məxsus anbarda yoxlamanın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qaydada qeydə alındığı müəyyən edilmir.
22. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”dən: 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. 1.3. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
23. Odur ki, mübahisələndirilən qərar etibarsız inzibati akt olmaqla yararsızdır (əhəmiyyətsizdir) və heç bir hüquqi nəticə yaratmır.
24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh "Malların geri çağırılması barədə" xx.xx.2022-ci il tarixli İD1081/22 nömrəli qərarı etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva