Məhkəmə qərarları › İş №2-1(112)-7133/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7133/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7133/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona pensiya təyin etməkdən imtina haqqında 10 yanvar 2024-cü il tarixli məktubunun qanunsuz və əssasız hesab edilməsi, xx.xx.2022-ci il tarixdə iddiaçının 65 yaşı tamam olduğu həmin tarixdən ona əmək pensiyasının təyin edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26.01,1957-ci il təvəllüdlü İddiaçı Heybulla, əmək fəaliyyətinə 1974-cü ildən başlamış və aşağıda göstərilən müddətlərdə müəyyən müəssisə və idarələrdə fəaliyyət göstərmişdir. 1)xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə qədər-Balaxanı rayon ictimai iaşə idarəsi 2)xx.xx.1975-ci ildənxx.xx.1976-cı ilə qədər - 88 Texniki Peşə Məktəbi 3)1976-cı ildən - 1983-cü il qədər - Azərbaycan Politexnik İnstitutu. 4)xx.xx.1983-cü ildən - xx.xx.1988 -ci ildək -DTK -nin “Azərmaştədarük “İdarəsi 5)xx.xx.1988-cu ildən-xx.xx.1988-ci ildən-“Neftmaş” X4 6)xx.xx.1988-ci ildən - xx.xx.1995-ci ilədək - “Azərtikintimaterial” İdarəsi 7) xx.xx.1995-ci ildən - xx.xx.1997-ci ilədək - “ Azərmaşavadanlıq” İdarəsi 8) xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək-“Tikinti materialların satışı” İdarəsi 9)01.03. 2010-cü ildən xx.xx.2017-ci ilədək - XİN-nin Fransa Səfirliyi 10)01.02. 2018-ci il - xx.xx.2022-ci ilədək- XİN -nin Fransa Səfirliyi. Göstərilən müəssisiə və idarələrdə əmək fəaliyyəti göstərdi müddət üzrə iş stajı onun əmək kitabçasında əks olunmuşdur və 25 ildə artıq əmək stajına malikdir. Fransa Səfirliyində əmək fəaliyyətinə başladığı zaman , Səfirlik tərəfindən ona yeni əmək kitabşası açılmışdır və işlədiyi bütün müddət həmin əmək kitabçasında əks olunmuşdur. “X2” Azərbaycan Respublikası Qanunu 7-ci maddəsinə əsasən - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (.2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən qanuna görə şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğində asılı olmayaraq ən azı 25 il sığorta stajına malki olan şəxslər pensiya huquq əldə edilmiş hesab edilirlər və onlara əmək pensiyası təyin edilməlidir. “X2” Qanunun 7-ci maddəsinə əsaslanaraq, 65 il yaşımın tamam olmasını və ümumi əmək stajımın 25 ildə artıq olmasını nəzərə alaraq, mən cavabdeh sosial müdafiə orqanına müraciət edərək mənə əmək pensiyasının təyin edilməsinin xahiş etmişdir. Lakin ,cavabdeh 19 yanvar 2024-cü il tarixli məktubla yaşa görə ona pensiyasını təyin etməkdən imtina etmişdir və imtina aşağıdakı mülahizələrlə əsaslandırmışdır: “X2” AR-sı Qanun 7-ci maddəsinə əsasən- 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 1.0.2 -ci madddəsinə əsaasənsosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmi Qanunun 22-1.1 -ci maaddəsinə uyğun olaraq - 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2.2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1.2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026- cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Cavabdehin apardığı hesblamaya görə onun təqdim etdiyi sənədlər üzrə sığorta stajı ( xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixinədək , 01,09.1976-cı il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil aldığınız illər nəzərə alınmaqla ) 22 il 9 ay 28 gün təşkil edir. İmtina məktubunda həmdə qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədən fərdi sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Eyni zamanda, mərkəzləşdirilmiş elektron informasiya altsistemində olan məlumatlara əsasən xx.xx.2010-cu il tarixindən 01,04.2022-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kaapitalı qeydə alınmadığı üçün əmək kitabçasınızın surətində qeyd edilmişdir sözügedən dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilməmişdir. Görübdüyü kimi iddiaçı 1974-cü ildə əmək fəaliyyətində olduğu halda, cavabdeh onun real əmək stajını düzgün hesablamamışıdır, faktiki əmək stajını 22 il 9 ay 28 gün hesablamışıdır və belə nəticə çıxarmışıdır ki onun ümumi əmək stajı 25 ildən azdır, cəmi 2 il stajı çatmır. Bu zaman, cavabdeh qanunun müddəalarında manipulyasiya edərək, onların mənasını təhrif edərək iddiaçının ziyanına şərh etmiş və sonda belə nəticəyə gəlmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək müxtəlif müəssisələrdə işlədiyi müddət iş stajına daxil edilmir və hesaba alınmayır, həmin müddətlər üçün onun fərdi hesabının sığorta hissəsinə pensiya yeni əsaslar üzrə cavabdeh onun xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək rəsmi əmək müqavilələri üzrə Azərbaycan Respublikası XİN-nin Frahsa Səfirliyinfə işlədiyim müddəti də sığorta stajına hesablamaqdan , yəni ümumi əmək stajın müddətinə daxil etməkdən imtina etmişdir. .İddiaçı hesab edir ki cavabdeh imtina məktubu tamamilə əsasızdır, cavabdeh bilə -bilə qanunsuz olaraq məni pensiya hüququmdan məhrum etmək istəyir. Bildirir ki, pensiya almaq hüququ, fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının məbləğinə görə deyil , pensiya yaşına çatdığı zaman 25 ildən artıq əmək stajına malik olduğuma görə yaranmışıdır. belə ki,“ X2” Qanunun 7-ci maddəsində konkret göstərilmişdir: vətəndaşların 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yəni, qanun onun əmək pensiyası almaq hüququnu iki hüquqi faktla bağlamışdır: birincisi yaşının 65 il olması faktı, ikincisi həmin tarixdə 25 il sığorta əmək stajına malik olmağı faktı. Bildirir ki, mən 01,03.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək rəsmi əmək müqavilələri üzrə Azərbaycan Respublikası XİN-nin Fransa Səfirliyində fəaliyyət göstərmiş, dövlət büdcəsi hesabına əmək haqqı almışdır, bu müddət onun əmək kitabçasına daxil edilib və əmək stajı kimi hesaba alınmalıdır. Azərbaycan Respublikası XİN-nin Fransa Səfirliyi rəsmi dövlət orqanıdır , hansısa “qondarma” bir təşkilat deyil ki bu idarədə işlədiyi müddəti cavabdeh şübhə altına alısın və əmək stajına hesablamaqdan imtina etsin. Cavabdehin mövgeyinə görə Fransa Səfirliyi barəmdə onlara hesabat verməmiş və əmək haqqı üzrə sosial sığorta ödəməmişdir, ona görə də orada işlədim müddət sığorta stajı sayıla bilməz. İddiaçı qeyd edilən dövlət orqanı ilə rəsmi əmək müqaviləsi bağlamış və müqavilə üzrə öhdəlikləri icra etmişdir, yəni üzərinə düşən əmək funksiyalarını yerinə yetirmişdir. Həmin İdarə tərəfindən Dövlət Sosial Sığorta Fonduna işçilərinin əmək haqqı üzrə sığorta ödənişlərin köçürübköçürülməməsi onun funksiyası deyil, qeyd edilən dövlət orqanın vəzifəsidir. Həm də, əgər onlar iddiaçının adına sığorta ödənişlərini həyata keçirməyiblərsə bu hal onun əmək stajının inkar edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, mərkəzlədirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ona görə sözügedən illərin sığorta stajına daxil edilməsi mümkün deyildir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə də iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə iddiaçının nəzərə alınmalı olan sığorta stajı 22 il 9 ay 28 gün (xx.xx.1975- ci il tarixdən xx.xx.1976-cı il tarixədək xx.xx.1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla) təşkil edir. İddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən müavinətin məbləği 220 manata çatdırılmışdır. Həmin müavinət hazırda da iddiaçıya ödənilir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Belə ki, "X2" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq (2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır) hesablanır. Sosial müavinətlər haqqında Qanunun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə sosial müavinət təyin edilir. Sosial Sığorta haqqında qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyanın təyin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və "yaşa görə pensiyasının təyin edilməsi" barədə 2-1(112)-7133/2024 nömrəli inzibati iş üzrə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1974-cü ildə Balaxanı rayon ictimai iaşə idarəsinin müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-ci ildə öz ərizəsinə əsasən azad edilib. xx.xx.1975xx.xx.1976-cı ilədək 88 saylı Texniki Peşə məktəbində təhsil almış, xx.xx.1976-07.1983-cü ilədək Politexnik institutunda təhsil almış, xx.xx.1983-cü ildə mühəndis təyin edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1988-xx.xx.1988-ci ilədək, xx.xx.1988xx.xx.1995, xx.xx.1995-ci ildə xırda topdansatış müəssisəsinə müdir təyin edilmiş, xx.xx.1997-ci ildə işdən azad edilmiş, xx.xx.1997-ci ilə mühəndis təyin edilmiş xx.xx.2000ci ildə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli xx.xx.2016-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2010-cu ildə Fransa Səfirliyinə təyin edilib, xx.xx.2017-ci ildə ərizəsinə əsasən işdən azad edilib. xx.xx.2018-ci ildə Fransa Səfirliyinə ştatdan kənar işçi kimi kargüzar vəzifəsinə təyin edilb. xx.xx.2022-ci ildə öz ərizəsinə əsasən işdən azad edilib. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının məktubundan görünür ki, nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı dair sığotaolunan kimi uçot məlumatları aşkar edilməmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024cü il tarixli 3-21-17/2-M-xx-xx/2024 nömrəli məktubda qeyd olunur ki, xx.xx.2010xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyində ştatdankənar işçi olduğunuz dövr ərzində aldığınız əmək haqqından sosial sığorta haqları ödənilməmişdir. Qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı, 21 yanvar 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydalarının 8.2-ci bəndinə görə diplomatik nümayəndəliyə ştatdankənar işçilərin işə qəbul edilməsi Xarici işlər Nazirliyi ilə razılaşdırılmaqla diplomatik nümayəndəliklə və işçi arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sözügedən müqavilələrdə əks olunan standart müddəaya görə isə işçilərə ödənilən əmək haqqı məbləğindən tutulan vergilər işçilərin özləri tərəfindən ödənilir. Beləliklə, mövcud qaydalara görə diplomatik nümayəndəliklər tərəfindən ştatdankənar işçilər xüsusunda məcburi dövlət sosial sığorta haqlarının ödənişləri hesablanmır və ödənilmir. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 12323/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, “X2” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, 01,09.1976-cı il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla) 22 il 9 ay 28 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Eyni zamanda bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün əmək kitabçanızın surətində qeyd edilmiş sözügedən dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, adınıza fərdi hesabın yaradılması və pensiya kapitalının köçürülməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Mərkəzi Filialın səlahiyyətləri xaricindədir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “X2” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2022-ci il tarixdə tamamlamışdır. İddiaçının pensiya təminatı üçün tələb olunan 25 il ümumi stajı toplanmır. Belə ki, “X2” Qanunun: -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; -1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; -1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; -1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Lakin “X2” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə nəzərə alınır. Hazırkı iş iddiaçının hərbi bileti və əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixədək xx.xx.1974-xx.xx.1974, xx.xx.1975-xx.xx.1976-cı ilədək 88 saylı Texniki Peşə məktəbində təhsil dövrü, xx.xx.1976-xx.xx.1983-cü ilədək Politexnik institutunda təhsil dövrü, xx.xx.1983- xx.xx.1988, xx.xx.1988-xx.xx.1988, xx.xx.1988-xx.xx.1995, xx.xx.1995- xx.xx.1997, xx.xx.1997- xx.xx.2000-ci ilədək dövrü 24 il 08 ay 17 gün təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2010-xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2022-ci il tarixədək Fransa Səfirliyində işlədiyi dövr üzrə iddiaçıya əməkhaqqından məcburi dövlət sosial sığorta haqları sığortaçıya, yəni cavabdehə köçürülməmiş və bunun üzərindən onun fərdi hesabında qeydə alınmamışdır. Başqa sözlə, xx.xx.2006-cı il tarixdən fərdi uçot yarandığından və yalnız fərdi hesaba məcburi sosial sığorta haqları ödənildiyi halda həmin dövr ümumi sığorta stajına hesablandığından iddiaçının xx.xx.2010-xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2022-ci il tarixədək Fransa Səfirliyində işlədiyi dövr üzrə fərdi hesabına məcburi dövlət sosial sığorta haqqı ödənilməyən illər pensiya təyinatına imkan verən ümumi sığorta stajına hesablana bilməz. Hazırkı iş üzrə məcburi sosial sığorta haqlarının ödənilmədiyi dövrün ümumi sığorta stajına daxil edilməsinin yolverilməzliyi ilə bağlı gəldiyi nəticə Ali Məhkəmənin 2- 1(102)-1116/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə də uyğundur. “X2” Qanunun 22-1.1-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: -22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd edilməlidir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından Qanunun yuxarıda göstərilən 22-1.1-ci maddəsi tətbiq edilərək onun xx.xx.2006-cı il tarixədək stajı 25 ilə tamamlanaraq hesablana bilməz. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı yetərli deyildir. Cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar