Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7134/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı "qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli akt əsasında İddiaçı təhvil verilmiş Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 “A” ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin (Ticarət mərkəzinin 1-ci və 2-ci mərtəbələrinin) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək "xxxx" MMC ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 23 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 "Ä" ünvanında inşa edilmiş coxmənzilli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Ərizəyə iddiaçının şəxsiyyət vəsiqəsinin, "xxxx" MMC-nin 014101 nömrəli kassa mədaxil orderinin, "xxxx" MMC ilə bağlanmış 23 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin və həmin qətnamənin icrası ilə bağlı Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair Aktın notarial qaydada təsdiq olunmuş surətləri və digər sənədlərin surətləri əlavə edilmişdir. Lakin iddiaçının müraciəti təmin edilməmiş, imtina onunla əsaslandırılmışdır ki, iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra, ərizəçi tərəfindən təqdim ediləcək notariat qaydada təsdiq edilmiş algı-satqı müqaviləsi əsasında aparıla bilər, bundan əlavə sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-593/2009 nömrəli, xx.xx.2009-cu il tarixli Qərardadı mövcuddur, habelə qeyri-yaşayış sahəsində layihədən kənar yenidənqurma işləri aparılmışdır. İddiaçı qeyd edilən imtinanı qanunsuz və əsassız hesab etdiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsi iddia ərizəsinə etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 nömrəli, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin maliyyə arayışı və protokoldan çıxarış təqdim edilməmişdir. Bundan başqa təqdim edilən layihədə möhür aydın oxunmur. Eyni zamanda bildiririk ki, binanın istismara icazə sənədində ikinci mərtəbə qeyri-yaşayış sahəsi kimi göstərilməmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyriyaşayış sahəsində layihədən kənar yenidənqurma işləri aparılmış və küçəyə əlavə qapı və pəncərələr açılmışdır. İddiaçı tərəfindən aparılan yenidənqurma işlərinə dair hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3304/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı idarəyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3304/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı ilə iddia “üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Bakı şəhəri, Atatürk pr., məhəllə 3078 “A” ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması və çıxarışın verilməməsi hərəkətləri və hərəkətsizliyi barədə cavabdehə edilmiş şikayət üzrə cavabdeh tərəfindən müvafiq cavabın (qərarın) təqdim olunmaması hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, həmin şikayət üzrə müvafiq cavabın (qərarın) təqdim olunması vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə həvalə edilməsi” kimi göstərilməsi qərara alınmışdır. Lakin yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Qeyd olunanlarla yanaşı iddiaçının idarəyə təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-1186/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2902/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilərək cavabdeh İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa olunmuş binadakı ümumi sahəsi 4564 kv.m. qeyri-yaşayış sahələrinin (ikimərtəbəli “Ticarət Mərkəzi”nin) onda bir hissəsi üzərində iddiaçı X1 payının müəyyən edilməsi, həmin paya uyğun əmlaka dair hüquqlarının həyata keçirilməsinə edilən müdaxilələrin aradan qaldırılmasının və payın X1 adına rəsmiləşdirilməsi üçün müvafiq sənədlərin təqdim olunmasının cavabdeh İddiaçı həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 1186/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi idarəyə daxil olmamışdır. 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8-1(81)-10/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının qeyd olunan əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; yuxarıda göstərilən əmlakların dəyəri borcun ödənilməsi üçün kifayət etmədikdə yerdə qalan borc məbləğinin borclu "xxxx" MMC-dən tutulması qərara alınmışdır. Lakin yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Bundan əlavə, Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-318/2019 nömrəli qərardadı ilə "xxxx" MMC-nin adına Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 nömrəli ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
6.İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 7.İddaçı tərəfindən məhkəməyə iddiaçının cavabdehə müraciətlərinin surətləri, cavabdehin imtina məktubları, "xxxx" MMC ilə iddiaçı arasında qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında müqavilə, qanuni qüvvəyə minmiş məhkəmə aktları, ekspert rəyinin surəti, su təchizatı haqqında müqavilə, xx.xx.2014-cü il tarixli Binəqədi rayon İcra Şöbəsinin icra məmurları tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iqt(81)-383/2013 nömrəli qətnaməsinin icrası ilə bağlı tərtib edilmiş akt, kassa mədaxil qəbzi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanda inşa edilmiş 17 mərtəbəli binanın xx.xx.2020-ci il tarixli istismara icazə sənədi və digər sənədlər təqdim edilmişdir. 8.Qeyd edilən sənədlərdən məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Atatürk prospekti,3078 ünvanda inşa edəcəyi çoxmərtəbəli binanın cəmi sahəsi 4564 kv metr təşkil edən qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun müqabilində 600000 ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürmüşdür, 014101 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı qeyd edilən məbləği "xxxx" MMCyə ödəmişdir, xx.xx.2020-ci il tarixli çoxmənzilli yaşayış binasının istismarına icazəyə əsasən "xxxx" MMC- tərəfindən xx.xx.2006-cı il tarixli müqavilədə göstərilən çoxmənzilli hündürmərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir, qeyd edilən icazə sənədi cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə sorğu əsasında təqdim edilmişdir. 9.Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-94/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-214/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarına əsasən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iqt(81)-383/2013 nömrəli qətnaməsi ilə iddiaçının iddiası əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal istiqamətində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihəyə uyğun olmasına nəzarət edilməməsi hərəkəti qanunsuz hesab edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv metr artıq sahəyə görə xx.xx.2006-cı ildə ödənilmiş 41825,3 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçıya verilməsi və işlərin görülməsi zamanı "xxxx" MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-94/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış və sonuncu qətnamədən verilən kassasiya şikayəti də Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-214/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə təmin edilməmişdir.
10. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-4191/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-94/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-214/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ləğv edilmişdir və mülki işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir; Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-2(103)302/15 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iqt(81)-383/2013 nömrəli qətnaməsi “İddianın qismən təmin edilərək "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 (A) məhəllənin şimal istiqamətində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi hərəkəti qanunsuz hesab edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv metr artıq sahəyə görə xx.xx.2006-cı ildə ödənilmiş 41825,3 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçıya verilməsi və işlərin görülməsi zamanı "xxxx" MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanmışdır, "xxxx" Lizinq Şirkəti QSC tərəfindən verilmiş apellyasiya şikayəti, müstəqil tələb irəlü sürən üçüncü şəxs Səlifova Nurqələm İslam qızının cavabdehlər İddiaçı Ağarəhumoviçə və "xxxx" MMC-yə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir, müstəqil tələb irəli sürən 3-cü şəxs Qurbanov Azər Qəhrəman oğlunun cavabdehlər "xxxx" MMC-yə və İddiaçı və "xxxx" MMC-yə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi barədə iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC-dən 286268 ABŞ dolları pulun ödənilən vaxt Mərkəzi Bank tərəfindən müəyyən edilmiş Azərbaycan manatının məzənnəsinə uyğun olaraq alınaraq Qurbanov Azər Qəhrəman oğluna verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-2(102)- 168/16 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxs Qurbanov Azər Qəhrəman oğlunun kassasiya şikayətlərinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2015-ci il 24 iyul tarixli, 2-2(103)-302/2015 nömrəli qətnaməsinin X2 ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, cavabdehin və üçüncü şəxs Qurbanov Azər Qəhrəman oğlunun kassasiya şikayətlərinin qalan hissələrdə təmin olunmaması, üçüncü şəxslər "xxxx" Lizinq Şirkəti QSC-nin və Səlifova Nurqələm İslam qızının kassasiya şikayətlərinin təmin olunmaması, qətnamənin qalan hissələrdə cavabdehə və üçüncü şəxslər Qurbanov Azər Qəhrəman oğluna, "xxxx" Lizinq Şirkəti QSC-nın və Səlifova Nurqələm İslam qızına münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-2(102)- 168/16 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" Lizinq Şirkəti QSC tərəfindən veirlmiş kassasiya şikayəti təmin edilməmişdir.
12. Beləliklə, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iqt(81)-383/2013 nömrəli qətnaməsi “İddianın qismən təmin edilərək "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 (A) məhəllənin şimal istiqamətində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi hərəkəti qanunsuz hesab edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv metr artıq sahəyə görə xx.xx.2006-cı ildə ödənilmiş 41825,3 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeydşərtsiz iddiaçıya verilməsi və işlərin görülməsi zamanı "xxxx" MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması” hissəsi hal-hazırda dəyişdirilmədən qüvvədədir.
İV. Məhkəmənin mövqeyi
12.Məhkəmə, iddiaçının vəkilinin və nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
13. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir 15.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;..
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;..
17. İşin müəyyən edilmiş faktiki hallarına əsasən iddiaçıda ona məxsus olan əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, qanuni qüvvəyə minmiş 1 nömrəli Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iqt(81)-383/2013 nömrəli qətnaməsi ilə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal istiqamətində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin təmir və tamamlama işlərinin aparılması üçün qeyd-şərtsiz iddiaçıya verilməsi və işlərin görülməsi zamanı "xxxx" MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması qət edilmişddir, həmin məhkəmə aktı Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra edilərək əmlaklar xx.xx.2014-cü il tarixli akta əsasən İddiaçı təhvil verilmişlər. Göründüyü kimi iddiaçının iddia tələbində qeyd edilən qeyri-yaşayış sahəsi üzərində hüquqlarının mövcud olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilir. 18.Qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğu üçün halhazırda iddiaçının qanuni qüvvəyə minmiş 1 nömrəli Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iqt(81)-383/2013 nömrəli qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli akt əsasında İddiaçı təhvil verilmiş Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 “A” ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin (Ticarət mərkəzinin 1-ci və 2-ci mərtəbələrinin) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsini tələb etmək hüququ vardır. 19.Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində qeyd edilən qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə iddiaçı ilə cavabdeh arasında müqavilə mövcuddur və qeyd edilən müqavilə ilə razılaşdırılmış məbləğ iddiaçı tərəfindən binanı inşa edən "xxxx" MMC-yə ödənilmişdir, habelə qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli hündürmərtəbəli binanın istismarına səlahiyyətli inzibati orqanlar tərəfindən verilmiş icazə cavabdehə həmin orqanlar tərəfindən təqdim edilmişdir. 20.Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin etirazında göstərilənlər iddianın təmin edilməməsi üçün səas deyildir. Belə ki, əvvəla binanın istismara icazə sənədində həqiqətən də binanın ikinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi göstərilməmişdir, işin faktiki hallarına əsasən də iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi və qanuni məhkəmə qətnaməsi əsasında xx.xx.2014-cü il tarixli akt əsasında iddiaçıya təhvil verilmiş ticarət mərkəzi Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 “A” ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir, sadəcə həmin ticarət mərkəzinin özü 1-ci və 2-ci mərtəbələrdən ibarətdir.Qeyd edilən hal Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(103)-1186/2021 nömrəli iş üzrə verilmiş icra vərəqi ilə də təsdiqlənir, belə ki, icra vərəqində məhkəmə aktının nəticəsi hissəsi kimi qeyd edilən hissədə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilmiş binadakı Ticarət Mərkəzinin ikimərtəbəli olması qeyd edilmişdir. 21.Cavabdehin etirazının əsaslarından birini təşkil edən əmlakın üzərinə həbs qoyulması barədə Nizami rayon məhkəməsinin qərardadının mövcud olması barədə göstərilənlərə gəldikdə isə inzibati iş materiallarında olan Nizami rayon məhkəməsinin 2(007)-593/2009 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən həmin məhkəmənin xx.xx.2009-cu il tarixli 2(007)-593/2009 nömrəli qərardadı ləğv edilmiş, Bakı şəhəri, Atatürk prospekti, 3078a məhəlləsində inşa edilmiş kooperativ yaşayış binasının “Ç”, “A”, “E”, “A-3”, “B”, “A4”, “A5” və “D” korpuslarının ümumi sahəsi 4564 kv metr olan qeyriyaşayış sahələrinin üzərinə həbs qoyulması növündə iddianı təmin etmək üçün görülmüş tədbir ləğv edilmişdir. Odur ki, cavabdehin üzərində mülkiyyət hüququnun qeydə alınması tələb edilən əmlak üzərində Nizami rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(007)-593/2009 nömrəli qərardadı ilə həbs qoyulması barədə etirazında göstərilənlərin heç bir əsası yoxdur. 22.Eyni zamanda məhkəmə o halı da xüsusi qeyd edir ki, iddiaçı yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında məhkəmə icraçılarının aktı əsasında ona təhvil verilmiş əmlaklar üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir, odur ki, cavabdehin qeyd edilən qeyri-yaşayış sahəsində layihədənkənar yenidənqurma işlərinin aparılması ilə bağlı əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasından cavabdehin imtinası əsassızdır. 23.Cavabdehin etirazında istinad etdiyi məhkəmə aktları ilə hal-hazırda qanuni qüvvəyə minmiş 1 nömrəli Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iqt(81)-383/2013 nömrəli qətnaməsi ləğv edilmədiyi üçün həmin məhkəmə aktlarına istinadən iddiaçının müraciətinin təmin edilməməsi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olmamışdır, habelə cavadehə təqdim edilən layihədə möhürün aydın oxunmaması ilə bağlı cavabdehin etirazında göstərilənlər də cavabdehin hərəkətlərinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmamasını təsdiq edir. 24.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Təqdim edilən layihədə möhür aydın oxunmadığı təqdirdə cavabdeh inzibati orqan həmin möhürün həqiqətən də səlahiyyətli orqan tərəfindən vurulub-vurulmaması məsələsini araşdırmalı, həmin haldan etirazın əsası kimi istinad edilməsi üçün istifadə etməməli idi. 25.Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; 3.1.12-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;3.1.26-cı bəndinə əsasən ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.1.36-cı bəndinə əsasən mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. 26.Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi qanuni və əsaslıdır, odur ki, iddia tələbi təmin edilməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli akt əsasında İddiaçı təhvil verilmiş Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 “A” ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin (Ticarət mərkəzinin 1-ci və 2-ci mərtəbələrinin) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 27.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 28.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli akt əsasında İddiaçı təhvil verilmiş Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078 “A” ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin (Ticarət mərkəzinin 1-ci və 2-ci mərtəbələrinin) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova