Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7135/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş X1i İdarəsinə qarşı “qərar və protokolların məhkəmə müstəvisində həll olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək barəsində tərtib edilmiş qərar və ptokolların məhkəmə müstəvisində həll olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus olan nəqliyyat vasitəsi Mersedes benz 230 markalı 01BP196 dövlət qeydiyyat nişanlı avtomobili güya idarə olunması zamanı törədilmiş yol hərəkəti qayda pozuntularına görə barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar aşağdakılardır. EQ14406239 10/05/23, EQ ******* 31/10/21, EQ11735747 14/10/22, EQ11738292 14/10/22, EQ13297686 27/02/23, EQ5521119 02/02/21, EQ5521117 02/02/21, EQ6820771 21/06/21, EQ6820875 21/06/21, EQ12052989 06/11/22, EQ12042778 06/11/22, EQ13584600 20/03/23, EQ9879763 16/05/22, EQ8175779 31/10/21, EQ14056080 19/04/23. İddiaçı hesab edir ki, faktiki olaraq tərtib edilən elektron qərarlar əsassız və qanunsuzdur. İddiaçının sürücülük vəsiqəsinin etibarlı olma müddəti xx/xx/2020 ci il tarixdə bitmişdir və hazırda hər hansı bir nəqliyyat vasitəsi idarə etmir. Yuxarda adı çəkilən nəqliyyat vasitəsi nasaz və hərəkətsizdir. İddiaçı bununla bağlı dəfələrlə DİN-ə, BDYPİ-sinə müraciət etsə də, qərarların iddiaçıya təqdim olunmasından imtina edilmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, «MERCEDES BENZ 230» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı törədilmiş yol hərəkəti qayda pozuntularına görə iddiaçı barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlardan narazılığı ilə bağlı - müraciət üzrə iddiaçının iştirakı ilə araşdırma aparılması məqsədilə ona münasib vaxtda həftənin bazar günü istisna olmaqla saat 09:00-dan 19:00-dək Daxili İşlər Nazirliyinin Baş X1i İdarəsinin inzibati binasında qəbula dəvət olunmuşdur.
II. İddianın mümkünlüyü
4. Məhkəmə hesab edir ki, iddianın məzmunundan görünür ki, tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Belə ki, hazırki iş üzrə inzibati xəta törədilməsi (yol hərəkəti qaydalarının pozulması) nəticəsində cavabdeh tərəfindən tərtib edilmiş protokollar və qəbul edilmiş qərarlar mübahisələndirilir.
5. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
6. “İnzibati icraat haqqında” Qanunun: 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 3.2-1. Ələt azad iqtisadi zonasında inzibati icraatın həyata keçirilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər.
7. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
8. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ (qərardaddan narazı qaldığı təqdirdə apellyasiya instansiya məhkəməsinə şikayət verməklə) izah olunur.
9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
10. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva